Month: December 2019

  • В Android 9 и 10 появилась уникальная функция

    Разработчики из Google вывели из состояния беты и внедрили в Android 9 и 10 новую функцию под названием “Режим фокуса”. Он помогает сконцентрироваться на нужных пользователю задачах, не отвлекаясь на другие приложения, которые могут помешать, передает “Российска газета”.

    “Режим фокуса”, или Focus Mode, является частью “Цифрового благополучия”. Эта функция Android позволяет контролировать, сколько пользователь проводит, глядя в экран смартфона, и регулировать это время.

    В “Режиме фокуса” можно временно приостанавливать работу отвлекающих приложений, чтобы сосредоточиться на важном деле. Пользователь может выбрать приложения, которые система временно заблокирует и не даст открыть. Активировать режим можно вручную или по расписанию – например, в будние дни с 9 до 17 часов, сообщается в блоге Google. Также можно временно выйти из этого режима, чтобы заглянуть в какое-то приложение, и затем вернуться обратно.

    Новая функция доступна на всех смартфонах с Android 9 и 10, где присутствует “Цифровое благополучие”.

  • Министр уволил полковника

    В Министерстве внутренних дел произошло кадровое изменение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, заместитель начальника пресс-службы МВД, редактор газеты Mübariz Keşikdə полковник Джавид Хасполадов освобожден от занимаемой должности в связи с достижением предельного возраста пребывания на службе и отправлен на пенсию.

    Отметим, что за время службы Дж.Хасполадов был удостоен многочисленных наград Министерства внутренних дел, награжден медалью “За мужество”.

  • “Ermənistan Dilqəm və Şahbazı azad etməkdən imtina edir” – XİN rəhbəri

    “Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir”.

    Bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

    Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində həll olunmamış münaqişələr sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır.

    “Bütün bu münaqişələr, istisnasız olaraq müvafiq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında, onların beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüquq norma və prinsipləri əsasında həll edilməlidir. Təəssüf ki, Milanda keçirilən son Nazirlər toplantısından bəri, Şuraya Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hər hansı bir konkret irəliləyiş barədə məlumat verə bilmirəm. Cəbhə xəttindəki nisbətən sakit vəziyyət, Minsk Qrupu həmsədrlərinin özləri tərəfindən qeyri-sabit və qəbuledilməz adlandırılan işğala əsaslanan mövcud status-kvo vəziyyətinin hüdudlarından kənara çıxmağa imkan verə biləcək, münaqişənin həllində irəliləyiş yaratmadı. Azərbaycan ərazilərinin işğalı nəticəsində yüz minlərlə məcburi köçkün etnik təmizləmə siyasəti səbəbindən evlərindən didərgin düşdü. Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir”, – deyə nazir qeyd edib.

  • Prezident zəlzələ nəticəsində evi ziyan çəkmiş ailənin evində olub – FOTO + VİDEO

    Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

    Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

    Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

    Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdi.

    Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.







  • В Астаре за сбыт наркотиков задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Астаринского РОП в результате проведенной операции при реализации героина задержали жителя города К.Ализаде, у которого при личном осмотре изъяли 0,228 грамм героина.

    В ходе дополнительных оперативных мер полицейские задержали жителя города Н.Имамалиева, продавшего ему наркотики, у него изъяли 0,240 грамм героина.

    Во время допроса Н.Имамалиев признался в том что, купил наркотики у жителя города, ранее судимого В.Маликова, у которого при личном осмотре изъяли
    0,327 грамм героина, а в доме 910 грамм белой ртути.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • Astarda narkotik satışı ilə əlaqədar 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə heroin satarkən saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 0,228 qram heroin götürülüb.

    Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan həmyerlisi N.İmaməliyev tutulub, ondan da 0,240 qram heroin aşkar edilib.

    Davam etdirilən əməliyyat tədbirləri ilə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib.

    Şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov saxlanılıb, axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram ağ civə götürülüb.

    Astara RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.

  • Prokuror kafedə müdirini qətlə yetirən şəxsə ağır cəza istədi

    Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    O, Ə.Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Proses dekabrın 9-da davam etdiriləcək.

    Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib. Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

    Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.

    Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.

    Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

  • İlham Əliyev “Bakutel-2019” sərgisində “Rossiya-24” telekanalına müsahibə verib

    Rusiyanın “Rossiya-24” telekanalı dekabrın 5-də XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”la bağlı reportaj yayımlayıb. Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi də yer alıb.

    AZƏRTAC “Rossiya-24”ün müxbiri Aleksandr Çernetsovun reportajını təqdim edir.

    Aparıcı: Bakı. Yenə də Formula 1-in mühərriklərinin gurultusu. Bu dəfə arzu edən hər kəs özünü əsl pilot kimi hiss edə bilər. Yürüş bolidinin super müasir simulyatoru “Bakutel” Beynəlxalq Sərgisinə gətirilib. Yüzlərlə İT şirkətinin 23 ölkədən olan təmsilçisi texnologiyaların inkişafını və bu sahədə parlaq layihələri müzakirə edirlər və əlbəttə, müqavilələr bağlayırlar. Məsələn, “Azərkosmos” və Rusiyanın peyk rabitəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı. Aleksandr Çernetsov razılaşmaların nədən ibarət olduğunu öyrənib.

    Müxbir: Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” mahiyyətcə ən qabaqcıl İT texnologiyalarının nümayişi üçün arenadır. Hər il Bakıya, Azərbaycan paytaxtına dünyanın 50 ölkəsinin telekommunikasiya bazarının aparıcı oyunçuları gəlir. Bu il “Bakutel”də nəinki rekord sayda iştirakçı, həm də bağlanacaq müqavilələrin rekord sayı gözlənilir. Axı, bu gün Azərbaycan Xəzəryanı regionda İT texnologiyaları sahəsində aparıcı ölkədir.

    Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaon deyir:

    – Təxminən 10 il əvvəl, Prezident İlham Əliyevlə görüşəndə o dedi ki, Azərbaycan neftlə zəngindir. Lakin biz anlayırdıq ki, bu ehtiyat gec-tez tükənəcək. Buna görə hələ o vaxt biz fikirləşdik ki, digər ehtiyat istiqamətlərini inkişaf etdirmək lazımdır. Təbii ki, bu mənada İKT – İnformasiya-Kommunikasiya Texnologiyaları sektoru ən mühüm idi.

    Müxbir: “Bakutel-2019” yubiley sərgidir. Düz 25 il bu məkan həm aparıcı İT şirkətlərinə, həm də gənc tədqiqatçılara öz nailiyyətlərini göstərmək imkanı verir. Yeni iştirakçılar arasında İrandan olan qonaqlar var. Tərəfdaşlar kiber hücumlara qarşı İT sahəsindəki işlərini sərgidə təqdim edirlər. Digər iki qonşu stenddə isə jurnalistlərin videokameraları həqiqətən tarixi anı qeyd edir: “Azərkosmos” və Rusiyanın peyk rabitəsi ilk tərəfdaşlıq sazişini imzaladılar.

    Rusiyanın “Federal Dövlət Unitar Müəssisəsi” şirkətinin biznesi inkişafı baş direktorunun müavini Kseniya Drozdova deyir:

    – Kosmik imkanlarımızı birləşdirərək, biz Yaxın Şərq, Xəzər və Cənubi Afrika regionunda teleradio yayımları şirkətlərinə, rabitə operatorları şirkətlərinə daha geniş imkanlar təqdim etməyi nəzərdə tuturuq.

    Müxbir: Yeri gəlmişkən, “Bakutel” təkcə biznes və strateji vəzifələr haqqında deyil. Bu, həm də əyləncədir.

    Yəqin ki, bu sərginin istənilən qonağı özü üçün, öz maraqları üçün nəsə tapa bilər. Məsələn, bu Formula 1-in maksimal olaraq reallığa yaxın bolididir. Bu, əlbəttə ki, virtual olaraq trasda özbaşınalıq etmək və özünüzü Alonso kimi hiss etmək üçün nadir imkandır.

    Yaxud İT robotexnika. Məsələn, dünyaca məşhur robot – Almaniyadan olan rəssam, bu isə teatronikadır – tamaşaçıların sevimlisi pianoçu robot.

    İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli deyir:

    -Bilirsiniz, 30-cu ilədək artıq 54 peşə süni intellekt və robotexnika ilə əvəz olunacaq. Buna görə bizim üçün gənc nəsilə yaxın gələcəkdə gözlənilənləri nümayiş etdirmək vacibdir.

    Müxbir: Sərginin iştirakçılarını və qonaqlarını şəxsən salamlamaq üçün bu gün Prezident və birinci xanım da gəliblər. Kanalımıza eksklüziv müsahibədə söhbət, ilk növbədə, İlham Əliyevin fikrinə görə, bu gün ən yüksək səviyyədə olan Rusiya-Azərbaycan münasibətlərindən getdi.

    Prezident İlham Əliyev deyir:

    -Azərbaycan müasir texnologiyaların idxalçısı, daha artıq dərəcədə idxalçısı və istehlakçısıdır. Rusiya isə inkişaf etmiş elmi potensialı və Rusiya rəhbərliyinin bu sahəyə göstərdiyi böyük diqqət sayəsində istehsalçıya çevrilir. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini əsas götürərək bu istiqamətdə Rusiya qurumları ilə işləmək bizim üçün çox maraqlı olardı. Çünki heç kəs üçün sirr deyil ki, bu, həm təhlükəsizlik, həm texnologiya, həm də biznes deməkdir, ümumiyyətlə, bu, ölkələrin potensialı deməkdir.

    Müxbir: Bu ilin sonunadək iki ölkənin prezidentləri növbəti dəfə Moskvada görüşəcəklər. Planda, həmçinin İT texnologiyaları sahəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi var.

  • Nazir polkovniki vəzifəsindən azad etdi

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

    Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, “İgidliyə görə” medalı ilə təltif olunub.

  • В поселке Сабунчу “Ford” сбил двух пешеходов

    Как сообщает Median.Az, 5-го декабря примерно в 01 часов ночи в поселке Сабунчу автомашина марки “Ford”, управляемая жителем поселка Э.Джабиевым сбила двух пешеходов, из который один – Алияр Сулейманов скончался в клинической больнице №3.

    В Сабунчинском РУП по факту ведется расследование.