Month: December 2019

  • Sabunçuda “Ford” 2 nəfəri vurub, onlardan biri ölüb

    Median.Az xəbər verir ki, dekabrın 5-i gecə saat 1 radələrində Sabunçu qəsəbəsi ərazisində, qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə iki nəfər vurulub.

    Zərərçəkmişlər xəsarətlərlə Mərkəzi rayon xəstəxanasına yerləşdiriibllər, onlardan biri – Əlyar Süleymanov orada vəfat edib.

    Sabunçu RPİ-də araşdırma aparılır.

  • Министр: В 2020 году Азербайджан выступит в качестве донора ряда международных организаций

    По поручению президента Ильхама Алиева Азербайджан в будущем году выступит в качестве страны-донора в ряде международных организаций.

    Об этом сказал министр финансов Самир Шарифов на мероприятии по случаю 20-летия сотрудничества Азиатского банка развития с Азербайджаном, передает Report.

    «Это вклад Азербайджана в международное развитие», – сказал министр.

    По его словам, Азербайджан, в частности, будет участвовать в качестве донора в Азиатском фонде развития при АБР.

  • Şəhid övladları prezidentə məruzə etdi- Mehriban Əliyeva kövrəldi – VİDEO

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

    Sərgidə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış olublar.

    Aprel döyüşlərində şəhid olan – mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin, Polkovnik Vüqar Yusifovun qızı Pilot Ayan Yusifzadə, kapitan Mühid Orucovun oğlanları pilot Oruclu Anar və Vüqar, mayor Elnur Əliyevin oğlu pilot Əlizadə Elxan, polkovnik Vüqar Yusifovun qızı Pilot Yusifzadə Aytən, kapitan Mühid Orucovun oğlu, pilot Oruclu Vüqar və AREA əməkdaşı, aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan kiçik çavuş Süleymanov ölkə başçısına məruzə ediblər.

    Şəhid övladlarının çıxışından sonra birinci xanım Mehriban Əliyeva kövrəlib.

    Sözügedən pavilyoda Aprel döyüşlərində şəhid olan hərbçilərin övladları xüsusi texnikalar vasitəsilə Lələtəpə yüksəkliyi işğaldan azad edilməsini əks etdirən səhnəcik nümayiş etdiriblər.

    Bundan sonra şəhid, mayor Elnur Əliyevin oğlu Əlizadə Elvin ölkə başçısına “Cənab Ali baş komandan Lələtəpə azad olunmuşdur, Qarabağ üçün əmirinizi gözləyirik” deyə məruzə edib.

    Bu çıxışı ölkə başçısı və birinci xanım Mehriban Əliyeva alqışlarla qarşılayıblar.

    Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova da iştirak edib.

    ////Unikal.org

  • Azərbaycanda dəhşət: Ögey atasının təcavüzündən qaçan qadın iki yaşlı körpəsini öldürdü

    “Mənim özümə aid həyatım olmayıb. Dünyaya gələndə valideynlərim atıb. Uşaq evində böyüməyin nə demək olduğunu bilirsiniz? 2008-ci ilə qədər uşaq evində kimsəsiz, anasız, atasız yaşamışam. Başımıza bir sığal çəkən olmurdu. Sonra bir ailə məni övladlığa götürdü.

    Təsəvvür edirsiniz, bu, uşaq evində yaşayanlar üçün nə deməkdir?! Bir isti qucaq, dilində ana, ata sözü… Amma mən bilmədim ki, başıma bunlar gələcək. Bilsəydim, yenə o soyuq divarlar arasında bir sığala möhtac yaşamağa davam edərdim”.

    Median.Az xəbər verir ki, bunu “oxu.az”ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 29 yaşlı Bayramova Sevinc Bayraməli qızı deyib.

    Məhbus Bayramova Sevinc Bayraməli qızı 1990-cı il aprelin 1-i Lənkəranda doğulub. Ailəsi olmadığını deyən Sevinc uşaq evində böyüyüb boya-başa çatıb. Çox çətin günlər yaşadığını deyən məhbus qadın dünyaya gələndən heç kimə lazım olmadığının səbəbini tapa bilmədiyini dilə gətirir:

    “2008-ci ildə yeni ailəmlə uşaq evindən ayrıldım. Onlarla gedəndə 18 yaşım var idi. 2011-ci ildə problemli şəkildə ayrıldım. Sonra məni polis vasitəsilə axtarıb tapdılar”.

    Danışdıqca cümlələri yarıda kəsirdi. Demək istəyib, amma demədiklərinin olduğu aydın başa düşülürdü. Evdən nə üçün getdiyini soruşanda gərgin şəkildə gözlərini bizə zilləyib, “təcavüz” dedi:

    “O ailədə mənə təcavüz etməyə cəhd edirdilər. Heç bir şey baş verməmiş mən o ailədən qaçmağa qərar verdim. Qadın bilirdi, məni sıxışdırır, narahat edirdi. Amma qorxusundan heç nə deyə bilmirdi. Polislər məni tapanda nə üçün evdən getdiyimi soruşdular.

    Mən izahatımda yazdım ki, evdə mənə qarşı təcavüz etməyə cəhd ediblər. Amma heç cür sübut edə bilmədim. Qadın danışmaq istəyirdi, amma kişi qoymurdu. Elə orada polislərə onlarla yaşamaq istəmədiyimi dedim. Mağazalardan birində iş tapıb başımı dolandırmağa başladım”.

    “Narkomana aşiq oldum, o öldü, qurtuldu, mən isə…”

    Sevinc deyir ki, 2012-ci ildə bir nəfərlə tanış olub. Bir-birilərini sevsələr də, rəsmi nikaha girməyiblər. Onun narkoman olduğunu isə sonradan öyrənib:

    “23 yaşımda rus millətindən olan Saşa adlı bir oğlanla tanış oldum. Bir-birimizi sevdik. Birlikdə yaşamağa başladıq. Mən onun narkoman olduğunu çox gec öyrəndim. Mənə də istifadə etməyi təklif edirdi. Bir müddət sonra bildim ki, hamiləyəm.

    Ondan bir oğlum dünyaya gəldi. Mən özüm də narkotik istifadə edirdim. Amma atmağa çalışırdım. 2014-cü ildə Saşa dozadan artıq narkotik qəbulundan öldü. Məni də kirayə qaldığımız ünvandan çıxardılar. Bir müddət müvəqqəti sığınacaqlarda yaşadım. Sonra isə oğlumu itirdim”.

    Bir anlıq sükut çökdü. Başını masanın üzərinə qoyaraq, “mən öldürmədim, mən etmədim” deyə mızıldandı. Əvvəl nə baş verdiyini başa düşməsəm də, sonra başa düşdüm ki, oğlunun öldüyü gün ilə bağlı məqamları xatırlamağa çalışır. Onun oğlunu yastıqla boğub qətlə yetirdiyi məlum olsa da, o hələ də bu cinayəti törətmədiyini deyirdi:

    İki yaşlı Məhəmməd dekabrın 25-də səhər saatlarında Lənkəran rayonunun Dugah kəndində öldürülüb.

    “Mən oğlumu öldürmədim…”

    “Saşa öləndən sonra məni evdən çıxardılar. Saşanın dostu bizə başqa kirayə ev tapmaqda kömək oldu. Bir gün Saşanın dostu bizə gəldi. Mən evin pulunu gecikdirmişdim. Uşağı otaqda qoyub yuxarı qalxdım ki, ev sahibindən ayın axırına qədər bizə möhlət verməsini xahiş edim.

    Yuxarı qalxanda gördüm ki, internet üzərindən kiminləsə danışırlar. Yaxınlaşıb sözümü demək istəyirdim ki, oğlanın səsinə düşdüm aşağı. Gördüm ki, oğlum Məhəmməd hərəkətsiz vəziyyətdə çarpayıda yatır. Heç nə başa düşmədim.

    Gözümlə görməmişəm kim edib, heç nə deyə bilmirəm, amma mən etmədim. Hadisədən altı ay qabaq mən narkotik istifadəsini atmışdım. Amma dedilər ki, sən boğmusan. Polislər mənə dedi ki, uşağı boğub öldürmüsən”.

    Sevinc iddia edir ki, kirayə qaldığı evin sahibi və qızı ona şahidlik etsələr də, bu heç nəyi dəyişməyib. Ona bu cinayətdən 14 il hökm oxunub. 4 il 6 aydır həbsdə olan Sevincin həyatının hələ 9 il 6 ayı da barmaqlıqlar arasında keçəcək. Sevinc hadisənin narkotik vasitənin təsiri altında baş verə biləcəyini, bu səbəbdən də heç nəyi xatırlaya bilməməməsinə dair ehtimal vermir.

    Bütün bunlar məhbusun öz dilindən cinayət barədə danışdıqlarıdır. Lənkəran Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı ortaya çıxan təfərrüat isə bir qədər fərqlidir:

    Məlumata görə, hadisəni törətmiş 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva bildirib ki, onun kirayənişini həyətdəki yardımçı yay mənzilində məskunlaşıb.

    Ötən müddətdə S.Bayramovanın uşağına etinasız münasibət bəsləməsi ev sahibinin gözündən yayınmayıb və bununla əlaqədar dəfələrlə ona öyüd-nəsihət verib. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib:

    “Dedi ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib, doğru deyib, bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey görməmişəm”.

    Məlumatda o da qeyd olunub ki, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı vəfat etdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.

    24 yaşlı Sevinc Bayraməli qızı Bayramova iki yaşlı oğlu Məhəmmədi halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq, bu barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat veriblər.

    Ana uşağının qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib. İstintaqa verdiyi ifadəsində qadın övladını boğaraq öldürdüyünü etiraf edib.

    Sevinc Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qatil ana övladını öldürməsinə səbəb kimi, uşağın ona sərbəst yaşamasına mane törətməsini göstərib.

  • Dolların sabaha olan məzənnəsi

    Dekabrın 6-na manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 06.12.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2019-cu il dekabrın 5-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

  • FHN-nin qarşısında intihara cəhd – Vətəndaş özünü yandırmaq istədi – Foto

    Ağsu rayon sakini Cahangirov Rəşad Firudin oğlu Fövqəladə Hallar Nazirliyinin binası qarşısında intihara cəhd edib.

    Bu barədə məlumatı müstəqil reportyor Fatimə Mövlamlı paylaşıb. Onun sözlərinə görə, Rəşad Cahangirov özünü yandırmaq istəyib. Lakin FHN-nin mühafizəçisi müdaxilə buna imkan verməyib.

    Vətəndaşın bu addımına səbəb Ağsuda yaşadıqların evin qəzalı olması, müvafiq qurumların, xüsusilə FHN-nin heç bir tədbir görməməsidir. Rəşad Cahangirov bildirib ki, evi fevral ayından qəzalı vəziyyətdədir və artıq 10-cu aydır ki, hamilə həyat yoldaşı, xəstə atası həmin evdə təhlükə altında yaşayır.

    ///Yenisabah.az



  • Ağdam sakininin güllələnməsinin təfərrüatı – 60 min manat borcu olub

    Ağdam rayonunda güllələnmə faktı qeydə alınıb.

    APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Aşağı Yüzbaşılı kəndində 1988-ci il təvəllüdlü Məmmədov Orxan Bəhlul oğlu güllələnib.

    Məlum olub ki, O. Məmmədov ölən atasına borclu olan Yüzbaşılı kənd sakini Cəbrayıl İsmayılovdan pulu ödəməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə C. İsmayılov odlu silahdan atəş açaraq, O. Məmmədovu yaralayıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.

    Yaxınlarının verdiyi məlumata görə, C. İsmayılovun O.Məmmədovun atası Bəhlul Məmmədova 60000 manat borcu olub.

    Ağdamda baş verən güllələnmə faktı ilə bağlı cinayət işi başlanıb.

    Ağdam Rayon Prokurorlıuğundan sözügedən sayta verilən məlumata görə, rayon ərazisində Orxan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması faktı ilə bağlı dərhal hadisə yerinə polis və prokurlrluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlkin istintaqla 1956-cı il təvəllüdlü Cəbrayıl İsmayılovun 1988-ci il təvəllüdlü Orxan Məmmədova lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açmaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. C.İsmayılov şübhəli şəxs qismində tulularaq istintaqa cəlb olunub.

    Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Начался суд над водителем автобуса, обвиняемым в смерти пешехода

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении Сархана Сафарова, обвиняемого по статье 263-1.3 (нарушение правил дорожного движения и эксплуатации транспортных средств в нетрезвом состоянии или лицом, не имеющих водительских прав, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.

    Как сообщает Median.Az, 11-го августа этого года на улице А.Багирова пассажирский автобус №204, управляемый С.Сафаровым сбил 17-и летнюю Фатиму Велиеву, которая несмотря на усилия врачей скончалась в клинической больнице №3.

    С.Сафаров был задержан сотрудниками Сабунчинского РУП и передан следствию.

    На подготовительном заседании гособвинитель попросил у суда время для ознакомления материалов уголовного дела.

    В связи с этим продолжение подготовительного заседания пройдет 12-го декабря.

  • Sabunçuda piyadanı öldürüb, qaçan avtobus sürücüsünün məhkəməsi başlayıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Səfərovun CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il avqustun 11-də Ə.Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu 17 yaşlı Fatimə Vəliyevanı vurub. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib.

    Avtobusu idarə edən Sərxan Səforv Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

    Hazırlıq iclasında dövlət ittihamçısı cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib.

    Məhkəmə iclası dekabrın 12-də davam edəcək.

  • Bakıda təcili tibbi yardıma yol verməyən bahalı maşının sürücüsü qadın çıxdı – VİDEO

    Ötən gün paytaxtın Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən “Toyota” markalı maşınla bağlı rəsmi açıqlama verilib.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, “Hər şey daxil”in telefonla efirinə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov 90-SJ-100 dövlət nömrə nişanlı “Toyota Land Cruser”in sürücüsünün qadın olduğunu açıqlayıb:

    “Bu kadrlar sosial şəbəkələr vasitəsi ilə yayımlanıb. Açıq-aşkar görünür ki, təcili tibbi yardım avtomobilinin sürücüsü keçmək üçün aidiyyətı üzrə siqnal verir və verilmiş bu siqnal əsasında sürücülər həmin avtomobilin sərbəst hərəkətinə şərait yaradır. Lakin qeyd etdiyiniz avtomobil sürücüsü Tbilisi prospektində təcili tibbi yardım avtomobil sürücüsünün iki dəfə yol istəməsi açıq-aşkar görünsə də və digər sürücülər onun hərəkətinə şərait yaratmaq istəsələr də sürücü xanım təcili tibbi yardım avtomobilinə yol verilən əraziyə daxil olur. Artıq həmən sürücünün aşkarlanması və barəsində qanunveriliyin tələblərinə uyğun tədbirlərin keçirilməsinə başlanılıb. Əgər hal-hazırda avtonəqliyyat vasitəsinin sürücüsü özü könüllü Bakı Şəhər Dövlət Yol Polisinə müraciət edib səmimi etiraf edirsə, bu yüngülləşdirici hal kimi qəbul edilir. Törətdiyi xəta ilə bağlı izahat aldıqdan sonra ətraflı inzibati protokol tərtib olunacaq”.

    Aparıcı Tarix Əliyev (Tolik) polis polkovnikinə “Əks təqdirdə, xanım gəlməsə bəs? Bu xuliqanlıq sayılırmı?” sualını ünvanlayıb. Vaqif Əsədov aparıcının sualına “Söz yox ki, texniki vasitələrimiz var. Yəni, bu texniki vasitələrin köməyi ilə həmən avtomobil hansı istiqamətdə belə hərəkət edirsə, onun tərəfimizdən məcburi dayandırılması baş tutacaq. Orada təkcə sosial şəbəkələrlə yayımlanan süjet deyil. Deməli, Bakı şəhəri üzrə quraşdırılmış video kameraların köməyi ilə həmin nəqliyyat vasitəsinin hərəkəti tam izlənilib. Sözsüz ki, yol boyu hər-hansı bir xətaya yol verməsi də aşkarlanır. Eyni zamanda bu varsa, qanunvericilikdə göstərilən tələblər üzrə məsuliyyətə cəlb edilir” cavabını verib.

    Qeyd edək ki, sözügedən təcili yardım maşınında insult keçirən qadın olub.