Month: December 2019

  • Fincan qəhvənin dadına təsir göstərir – Tədqiqat aparılıb

    Kofe içdiyimiz qab onun dadına dolayısı ilə təsir göstərir.

    “Food Quality and Preference” jurnalının məlumatına əsasən, belə bir qərara braziliyalı alimlər gəliblər.

    Tədqiqatçılar müəyyən ediblər ki, kobud və nahamar daxili örtüyü olan fincanlardan içilən qəhvə acıtəhər dad verir. Hamar örtüklü fincanlar isə qəhvənin dadını şirin edir.

    Təcrübədə 230 nəfər iştirak edib, onların arasında həm həvəskar, həm də peşəkar dequstatorlar olub. Onlar xarici və daxili tərəfi hamar keramikadan və nahamar ağ keramikadan olan fincanlarda yüksək keyfiyyətli Braziliya qəhvəsi içiblər. Bu zaman, bütün fincanlar eyni forma və çəkidə olub.

    Dequstatorlar bildiriblər ki, hamar fincanlarda içilən qəhvə şirin, kobud fincanlarda içilənlər isə acıtəhər dad verib.

  • Боевики в отместку за возглавлявшего ИГИЛ аль-Багдади обезглавили 10 христиан

    Нигерийские боевики казнили 11 христиан, захваченных в штате Борно. Судя по сделанному террористами видео, на которое ссылается британская медиакорпорация BBC, одного их мужчин расстреляли в упор, остальным отрезали головы.

    Ответственность за инцидент лежит на экстремистах, входящих в структуру “Исламского государства” (ИГИЛ) в Западной Африке.

    Казнь заложников, которую террористы назвали местью за убийство военными США главаря ИГИЛ Абу Бакра Аль-Багдади, произошла в рождественское время.

    Власти Нигерии пока не комментировали страшный видеоролик.

    Аль-Багдади был убит в результате американской спецоперации на севере Сирии в конце октября.

  • Yaraqlılar əl-Bağdadinin intiqamını aldılar – Edamlar başladı

    Nigeriyalı yaraqlılar Borno ştatında ələ keçirdikləri 11 xaçpərəsti edam ediblər.

    Britaniyanın BBC mediakorporasiyası terrorçular tərəfindən çəkilmiş videoya əsasən bildirir ki, kişinin birini başından güllə ilə vurublar, digərlərinin isə başını kəsiblər.

    Hadisəyə görə məsuliyyəti Qərbi Afrikada İŞİD-in strukturuna daxil olan ekstremistlər öz üzərinə götürüblər.

    Yaraqlılar əsirləri Milad bayramı günü edam edərək, bununla İŞİD-in rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinə görə intiqam aldıqlarını bildiriblər.

    Nigeriya hökuməti dəhşətli videoroliki hələ şərh etməyib.

    Xatırladaq ki, əl-Bağdadi oktyabrın sonunda Suriyanın şimalında ABŞ tərəfindən aparılan xüsusi əməliyyat zamanı öldürülüb.

  • Bakıda evdən 76 minlik oğurluq oldu

    Bakının Səbail rayonunda mənzil və seyf oğurluğu hadisəsi baş verib.

    Bu barədə Oxu.az-a rayon polis şöbəsindən məlumat verilib.

    Dekabrın 26-da Badamdar qəsəbəsində naməlum şəxslər qapının kilidini seçmə üsulla açaraq 1987-ci il təvəllüdlü Əliyev Kamil Çingiz oğlunun evinə giriblər.

    Cinayətkarlar kəsici alətin köməyi ilə ölçüsü 70X50 sm olan iki seyfi sındıraraq, 5,7 min manat, altı min dollar (10200 AZN) və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

    Maraqlıdır ki, zərərçəkən saat 19:00-dan 23:30-a qədər evdə olmayıb. Cinayət də məhz bu müddət ərzində törədilib.

    Yəni soyğunçular K.Əliyevin hərəkət cədvəlini dəqiq öyrənmiş və oğurluğa hazırlaşıbmışlar.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (“Oğurluq”) maddəsi ilə cinayət işi başlanıb.

    Şübhəlilərin axtarışına başlanılıb.

  • “İmkan verin dərdimizə çarə tapaq” – Həbs olunan icra başçısının hakim oğlu DANIŞDI

    Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsindən gununsesi.org-a bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb.

    Modern.az məsələni dəqiqləşdirmək üçün hakim Ramin Quliyevlə əlaqə saxlayıb.

    R.Quliyev saytımıza açıqlamasında mətbuata danışmaq istəmədiyini bildirib:

    “Mən çox üzr istəyirəm. Amma indi heç bir mətbuat qurumuna danışmaq, açıqlama vermək, suallarını cavablandırma istəmirəm. Xahiş edirəm, imkan verin öz dərdimizi çəkək, dərdimizə çarə tapaq”

  • Ermənistanda dövlət məmurları uşaq alverinə görə saxlanıldı

    Ermənistanda illərdir uşaqlarını analarından alaraq başqalarına satan cinayətkar şəbəkə ölkə gündəminə düşüb. Aralarında həkimlər, uşaq evləri rəhbərləri, polislər və yüksəkçinli dövlət məmurlarının da olduğu çoxlu sayda şəxs saxlanılıb.

    Suzan Patvakanyan 20 il qabaq qeyri-qanuni olaraq bir qız uşağı dünyaya gətirib. Həkimlər 16 yaşlı Suzanı təhdid edərək bildiribər ki, uşağın atasını polisə verəcəklər. Zorla imzalatdırılan boş kağızla uşaq anasından alınıb. Patvakanyan üç gün sonra qızını geri almaq üçün xəstəxanaya gedir. Ancaq uşağın başqa şəhərdəki uşaq evinə göndərildiyi cavabını alır. Orada da uşağını tapa bilməyən gənc ana illər sonra xəstəxananın uşağı başqa bir ailəyə satdığını öyrənir. Bu fakt Ermənistanda fəaliyyət göstərən uşaq mafiyasının üzə çıxarılmasına yardımçı olur.

    “Human Rights Watch” təşkilatının açıqlamasına görə, təkcə 2017-ci ildə minlərlə erməni uşaq alilərindən müxtəlif bəhanələrlə zorla alınaraq başqalarına satılıb.

  • Bakıda bəzi həyətlərə şlaqbaumu kimlər qoyur? – VİDEO

    Paytaxtda bəzi yaşayış binalarının həyətinə daxil ola bilmək üçün gərək hər bir sürücünün əlində pult olsun.

    Səbəb həyətlərin girəcəyində pultla idarə olunan şlaqbaumların qoyulmasıdır. Pultu olanlar aydındır ki, bu binaların sakinləridir. Olmayanlar isə avtomobillə həyətə daxil ola bilmək üçün ya gərək kimdənsə xahiş etsin, yaxud bu avtomobil kimi kənarda saxlasın.

    Baku TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə qeyd olunur ki, çəkiliş üçün əsasən Nərimanov rayonu ərazisində müxtəlif məkanlara üz tutulub.

    Hazırlanan süjeti təqdim edirik.

  • Баку вошел в ТОП-5 для путешествий на новогодние ярмарки в СНГ

    Баку вошел в пятерку лучших городов для путешествий на новогодние ярмарки в СНГ.

    Как сообщает АЗЕРТАДЖ, туристический портал ТурСтат представил рейтинг лучших новогодних и рождественских фестивалей и ярмарок в России и СНГ для путешествий на предновогодние выходные и новогодние праздники.

    Самые привлекательные для туристов ярмарки на Новый год и Рождество в странах СНГ в декабре 2019 и январе 2020 проходят в России, Беларуси и Азербайджане.

    Рейтинг рождественских ярмарок России и СНГ составлен по результатам анализа популярности и уникальности новогодних и рождественских фестивалей и ярмарок.

  • Детали убийства в Баку: ревнивый муж выстрелил в глаз свояку

    Ревность послужила мотивом убийства, совершенного 27 декабря утром в Хатаинском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Напомним, в 08:00 на улице Самедбека Мехмандарова возле здания №74 был убит житель столицы Джафаров Хаял Айдын оглу 1974 года рождения.

    По факту оперативники задержали свояков Х.Джафарова – Махмудова Кямрана Тарлан оглу и Эминова Назима Рашид оглу.

    По полученным данным, в Х.Джафарова стрелял К.Махмудов. Он выстрелил жертве в глаз. Орудием преступления стал револьвер кустарного производства калибра 8 мм.

    Нападение на Х.Джафарова было совершено после того, как он проводил ребенка в школу.

    Сообщается, что К.Махмудов приревновал жену к свояку, и чтобы разобраться с родственником, обратился за моральной поддержкой к Н.Эминову.

    В итоге один отец семейства убит, два других оказались за решеткой.

    Расследование по факту продолжается.

    Отметим, что с начала декабря в Баку были совершены три убийства.

  • Prezident xizək sürdü (VİDEO)

    Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

    Median.Az-ın məlumatına görə, “Şahdağ” Turizm Mərkəzinə gələn dövlət başçısı burada xizək sürüb.