Month: December 2019

  • В Швейцарии ввели штрафы за одноразовый пластик

    В Женеве решили ввести штрафы за использование одноразового пластика.

    Об этом пишет портал The Local.

    С 1 января 2020 года в швейцарском городе запретят одноразовые пластиковые пакеты, соломинки, чашки, тарелки, столовые приборы и саше. Также местные власти хотят воспрепятствовать выдаче бесплатных пластиковых пакетов на кассах супермаркетов. Тем, кто нарушит запрет, грозит штраф в 100 франков (примерно 100 долларов).

    Эта мера часть плана по переработке отходов, который хотят реализовать к концу марта 2020 года. Запретить весь пластик в Женеве захотели еще в 2018-м.

  • “Медвежатники” взломали сразу два сейфа в квартире жителя Баку

    Взлом сейфов и крупная квартирная кража совершены в Сабаильском районе Баку.

    Об этом сообщили в районном Управлении полиции.

    26 декабря в поселке Бадамдар неизвестные путем подбора ключа к дверному замку проникли в дом Алиева Кямиля Чингиз оглу 1987 года рождения. Преступники при помощи болгарки взломали два сейфа размером 70X50 см и похитили 5,7 тыс. манатов, 6 тыс. долларов и золотые украшения стоимостью 60 тыс. манатов.

    Интересно, что потерпевшего не было дома в промежутке с 19:00 до 23:30. В это время и было совершено преступление. То есть похитители изучили график передвижения К.Алиева и тщательно подготовились к краже.

    По факту возбуждено уголовное дело по статье 177 (Кража) Уголовного кодекса АР.

    Оперативники разыскивают подозреваемых.//oxu.az

  • Bakıda evdən 76 minlik oğurluq oldu

    Bakının Səbail rayonunda mənzil və seyf oğurluğu hadisəsi baş verib.

    Bu barədə rayon polis şöbəsindən məlumat verilib.

    Dekabrın 26-da Badamdar qəsəbəsində naməlum şəxslər qapının kilidini seçmə üsulla açaraq 1987-ci il təvəllüdlü Əliyev Kamil Çingiz oğlunun evinə giriblər.

    Cinayətkarlar kəsici alətin köməyi ilə ölçüsü 70X50 sm olan iki seyfi sındıraraq, 5,7 min manat, altı min dollar (10200 AZN) və 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

    Maraqlıdır ki, zərərçəkən saat 19:00-dan 23:30-a qədər evdə olmayıb. Cinayət də məhz bu müddət ərzində törədilib.

    Yəni soyğunçular K.Əliyevin hərəkət cədvəlini dəqiq öyrənmiş və oğurluğa hazırlaşıbmışlar.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (“Oğurluq”) maddəsi ilə cinayət işi başlanıb.

    Şübhəlilərin axtarışına başlanılıb.//oxu.az

  • Sumqayıtda 40 yaşlı kişi yükəsk dozadan ölüb

    Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində küçədə 35-40 yaşlarında kişi meyiti tapılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, tapılan meyitin şəxsiyyəti məlum deyil.
    Aparılan ilkin müayinə zamanı onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qazaxıstanda qəzaya uğrayan təyyarənin pilotlarının son səs yazısı

    Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsinin pilotlarının dispetçerlərlə qəzadan əvvəl apardıqları danışıqların səs yazısı yayılıb.

    “REN TV”nin məlumatına görə, təyyarə ənənəvi qaydada yola çıxmağa hazırlaşır. Dispetçerlər “Fokker-100”ün uçuş-enmə zolağına girməsinə və uçuşu həyata keçirməyə icazə verirlər. Əvəzində pilotlardan biri “05 sağ, 2100, xoş arzularla, sizə uğurlu gün” deyə cavab verir.

    Həmin vaxtda uçuş-enmə zolağı digər təyyarənin ixtiyarına verilmə olur. Lakin “Fokker 100” təyyarəsinin yerini müəyyən edə bilməyən aeroportun əməkdaşları növbədə olan təyyarənin pilotlarına gözləmək əmrini verirlər. Bir müddət “Fokker 100”ün pilotları ilə əlaqə yaratmağa çalışan dispetçerlər, cavab almayandan sonra həyəcan siqnalının səslərini eşidirlər.

  • Bakıda avtomobil 57 yaşlı piyadanı vurub

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.
    Axundov bağı ərazisində 1962-ci il təvəllüdlü Hüseynov Vahid Səfər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

  • Rusiyada cinsi azlıqlara qan verməyi qadağan etdilər

    Rusiyanın Samara vilayətinin qan köçürülmə stansiyası cinsi azlıqlara, həmçinin “fahişələrə” və “nəşəxorlara” qan donoru olmağı qadağan edib.

    “TV Rain” xəbər verir ki, qeyd edilən şəxslər xəstəxananın rəsmi saytında risk qrupuna aid ediliblər.

    Saytın “Qan verməklə bağlı tam məhdudiyyətlər” bölməsində “infeksiya yoluxmaları” (QİÇS, İİV – virusları) ilə “risk qrupuna aid insanlar” (homoseksuallar, nəşəxorlar, fahişələr) qeyd olunur.

    Xəstəxananın baş həkiminin tibb üzrə müavini Yelena Kudinova qeyd edib ki, müəssisədə ömrünün sonunadək qan donoru olmaq hüququndan məhrum olan “şəxslərin bazası” var.

    Y.Kudinova bu addımı Rusiyanın baş dövlət sanitar həkiminin qərarı ilə əlaqələndirib.

    Klinikanın özündə potensial donorların təhlükəli olub-olmamasının terapevtlə söhbət zamanı müəyyən edildiyini bildiriblər. (oxu.az)

  • “İmkan verin dərdimizə çarə tapaq” – Həbs olunan icra başçısının hakim oğlu DANIŞDI

    Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin Nəriman Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevlə bağlı məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsindən gununsesi.org-a bildirilib ki, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb və məhkəmənin digər hakimləri arasında bölüşdürülüb.

    Modern.az məsələni dəqiqləşdirmək üçün hakim Ramin Quliyevlə əlaqə saxlayıb.

    R.Quliyev saytımıza açıqlamasında mətbuata danışmaq istəmədiyini bildirib:

    “Mən çox üzr istəyirəm. Amma indi heç bir mətbuat qurumuna danışmaq, açıqlama vermək, suallarını cavablandırma istəmirəm. Xahiş edirəm, imkan verin öz dərdimizi çəkək, dərdimizə çarə tapaq”.

  • Rusiyada azərbaycanlı polis avtomobilində öldü

    Rusiyanın Volosovski rayonunda azərbaycanlı polis avtomobilində ölüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, polislər işıqlarını yandırmayan “Ford Mondeo” markalı avtomobili saxlayıb.

    Onlar protokol tərtib etmək üçün 57 yaşlı azərbaycanlı sürücünü xidməti avtomobilə dəvət ediblər.

    Avtomobildə vəziyyəti pisləşən azərbaycanlı təcili yardım gələnə qədər infarkt keçirərək ölüb.

    Peterburq şəhərində müvəqqəti yaşayan həmin şəxsin avtomobilində kardioloji dərmanlar olub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Xəzər dənizində balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var

    Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın “42-ci yanalma körpüsü” adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.

    Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.

    Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.