Month: December 2019

  • Artur Rasizadənin imzaladığı daha bir qərarı ləğv edildi

    Nazirlər Kabineti “Meşə təsərrüfatı ilə bağlı normativ-hüquqi aktlar haqqında” 1998-ci il 7 dekabr tarixli 230 nömrəli, “Meşə təsərrüfatına dair bəzi normativ hüquqi aktlar barədə” 1999-cu il 26 aprel tarixli 70 nömrəli, “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” 2000-ci il 3 fevral tarixli 15 nömrəli, “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 1 may tarixli 78 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli qərarının ləğv edib.

    Median.Az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    Qərarda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 799; 1999, № 10, maddə 595; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş “Meşə quruluşu işlərinin aparılması Qaydası”nın 5-ci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilir:

    “Həmin layihələr Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş hallarda, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin hazırlanması, meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün əsasdır.”.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 276; 2005, № 1, maddə 49) ilə təsdiq edilmiş “Meşəqırma qaydaları”na aşağıdakı məzmunda 4.8-ci bənd əlavə edilsin: “4.8. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 114; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370; 2007, № 4, maddə 390; 2014, № 7, maddə 924; 2015, № 1, maddə 66) ilə təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:

    Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

    Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 359; 2005, № 1, maddə 49, № 9, maddə 855; 2015, № 1, maddə 67; 2016, № 12, maddə 2225; 2018, № 4, maddə 801) ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

    4.1.aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

    “2.3-1. Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrə dair layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”;

    4.2.3.4-cü bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

    “Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.”;

    4.3.aşağıdakı məzmunda 3.4-1-ci və 3.4-2-ci bəndlər əlavə edilsin:

    “3.4-1. Böyük ərazilərdə irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

    3.4-2. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması Azərbaycan

    Respublikasının Meşə Məcəlləsinin 36-cı maddəsinə əsasən aparılır.”.

    4.”Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli 197 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 603; 2005, № 1, maddə 49, № 6, maddə 558; 2006, № 4, maddə 370, № 9, maddə 822; 2012, № 5, maddə 478; 2013, № 6, maddə 731; 2014, № 10, maddə 1312; 2018, № 12 (II kitab), maddə 2721) ləğv edilsin.//qaynarinfo.az

  • “WhatsApp”dan DAHA BİR YENİLİK — VİDEO

    “WhatsApp”ın yeni android sistemində olan beta versiyasında qrup söhbətləri avtomatik olaraq silinəcək.

    Median.Az xəbər verir ki, bu xüsusiyyət, yazışmanın telefonun yaddaşında çox yer tutmasını istəməyən qrup idarəçiləri üçün faydalıdır.

    Ancaq qrupun adi üzvləri “avtomatik silinən mesaj” funksiyasından istifadə edə bilməyəcəklər.

    Avtomatik silinmə qrup parametrlərində ayarlara əlavə edilib.
    Qeyd edək ki, 2020-ci ildə “WhatsApp”dan milyonlarla insan istifadə edə bilməyəcək.

  • В Баку привезли новые автобусы

    В Баку привезли новые автобусы İsuzu Citiport, сообщает BAKU.WS.

    Как отмечает издание, прошла презентация 25 автобусов İsuzu Citiport, закупленных у турецкой компании Anadolu İsuzu.

    Сделка состоялась в рамках крупного кредитного соглашения, заключенного между компанией Xaliq Faiqoğlu и ОАО Paşa Bank.

  • Dərman vasitələrinin farmakonəzarət qaydası təsdiqləndi

    Nazirlər Kabineti “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nı təsdiqləyib.
    Median.Az
    xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

    “Dərman vasitələrinin farmakonəzarət Qaydası” əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.
    Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyəcəkdir. Eyni zamanda qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilib.

    Qəbul olunmuş qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur.

    Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verəcək, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıracaq və əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradacaqdır.

  • Bakıda ata 12 yaşlı oğlunun şah damarını kəsdi

    “Sənin ayağının şah damarı niyə kəsilib?”

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, bu sualla Xoşqədəm Hidayətqızı verilişinə anasını axtarmaq üçün çıxan 12 yaşlı oğlan uşağına müraciət edib.

    Hüseyin adlı azyaşlı qaldıqları Sabunçu ərazisində qaraçı uşaqları tərəfindən ayağının damarının kəsildiyini deyib.

    Az sonra efirə gələn anonim zəng zamanı Hüseyngilin Sabunçuda qonşusu olduğunu bildirən qadın, uşağın ayağının şah damarını doğma atasının kəsdiyini bildirib. Qadının sözlərini Hüseyn təsdiq edib:

    “Atamı pis vəziyyətdə qoymamaq üçün sizə yalan demək məcburiyyətində qaldım. Bəli, ayaq damarımı atam kəsib”.

    Hüseyn atasının həbsdə olduğunu, anasının isə Xırdalanda bir kafedə işlədiyini sözlərinə əlavə edib.

    Qeyd edək ki, ailənin 5 uşağı anası tərəfindən tərk edilib.

  • Заур Алиев: Врачи-специалисты из Баку будут выезжать на работу в регионы

    В районы, где есть нехватка врачей, в определенные дни недели будут отправляться врачи-специалисты из Баку.

    Об этом сказал председатель Агентства обязательного медицинского страхования (ОМС) Заур Алиев, сообщает Trend.

    По его словам в настоящее время в стране работают около 33 тысяч врачей, в том числе, около 20 тысяч – в государственных медучреждениях, находящихся в подчинении Təbib.

    В то же время, в этих учреждениях работает средний медперсонал численностью около 40 тысяч человек.

    «Но в государственных учреждениях, в частности, в регионах, много вакансий. Проведенные анализы показали, что большинство врачей сконцентрированы в Баку. Есть такие регионы, где по определенной специальности всего один врач. Верю, что повышение зарплат будет хорошим стимулом врачам для работы в регионах. Также, в качестве решения проблемы дефицита медиков в районах рассматривается опция выездной работы в регионах врачей-специалистов из Баку», – сказал Алиев.

    Он добавил, что уже формируется база данных о профессиональных азербайджанских врачах, работающих за рубежом.

    «Мы хотим вернуть их в Азербайджан. Обращаясь к ним хочу сказать, что с будущего года в Азербайджане будет начато внедрение ОМС, поэтому будет хорошо, если они вернутся в страну и будут оказывать услуги здесь», – отметил Алиев.

  • Azərbaycanda icbari tibbi sığorta bu rayonlardan başlayacaq – TARİXLƏR – SİYAHI

    Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” qərarın izahını verib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

    “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərə əsasən, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin müvafiq Qərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir. Qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:

    1. 2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında (əhali sayı 2,234,800 nəfər);
    2. 2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında (əhali sayı 2,113,400 nəfər);

    3. 2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında (əhali sayı 1,844,100 nəfər);

    4. 2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (əhali sayı 2,833,200 nəfər).

    İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcək.

  • YAP deputatlığa namizədlərini açıqlayıb – SİYAHI

    Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.

    APA-nın məlumatına görə, siyahıda parlament seçkilərində deputatlığa namizəd olacaq YAP üzvlərinin adı yer alıb.

    09 fevral 2020-ci ildə Azərbaycan Respublikasında keçiriləcək Parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər:

    1 saylı Şərur-Sədərək seçki dairəsi

    Talıbov Vasif Yusif oğlu

    2 saylı Şərur seçki dairəsi

    Həbibbəyli İsa Əkbər oğlu

    4 saylı Naxçıvan şəhər seçki dairəsi

    İbrahimov Eldar Rza oğlu

    5 saylı Şahbuz-Babək seçki dairəsi

    Novruzov Siyavuş Dünyamalı oğlu

    6 saylı Culfa-Babək seçki dairəsi

    Həmzəyeva Ülviyyə Tapdıq qızı

    7 saylı Ordubad-Culfa seçki dairəsi

    Quliyev Cəbi Hüseyn oğlu

    8 saylı Binəqədi birinci seçki dairəsi

    Əliyarlı Kübra Məhəmməd qızı

    9 saylı Binəqədi ikinci seçki dairəsi

    Qafarov Kamaləddin Nəsrəddin oğlu

    10 saylı Binəqədi üçüncü seçki dairəsi

    Əliyev Anar Məmməd oğlu

    11 saylı Qaradağ seçki dairəsi

    Hüseynov Aydın Nəsir oğlu

    12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

    Xasiyeva Səbinə Səməd qızı

    13 saylı Xəzər – Pirallahı seçki dairəsi

    Əliyev Rauf Asif oğlu

    14 saylı Xəzər seçki dairəsi

    Əhmədova Şəfəq Firudin qızı

    15 saylı Yasamal birinci seçki dairəsi

    Nağıyev Rauf Nəriman oğlu

    16 saylı Yasamal ikinci seçki dairəsi

    Səfərov İlham İlyas oğlu

    17 saylı Yasamal üçüncü seçki dairəsi

    Allahverdiyev Elnur Marat oğlu

    18 saylı Nərimanov-Nizami seçki dairəsi

    Rzayev Xudaqulu Əhəd oğlu

    19 saylı Nərimanov birinci seçki dairəsi

    Məmmədov Hikmət Baba oğlu

    20 saylı Nərimanov ikinci seçki dairəsi

    Allahyarlı Nihad Vüqar oğlu

    21 saylı Nəsimi birinci seçki dairəsi

    İbrahimqızı Məlahət İbrahim qızı

    22 saylı Nəsimi ikinci seçki dairəsi

    Hüseynov Sərraf Balaxan oğlu

    23 saylı Nəsimi-Səbail seçki dairəsi

    Rəhimov Elnur Fidail oğlu

    24 saylı Nizami birinci seçki dairəsi

    Mustafayev Elnur Elşad oğlu

    25 saylı Nizami ikinci seçki dairəsi

    Vəliyeva Sədaqət Süleyman qızı

    26 saylı Sabunçu birinci seçki dairəsi

    Hacıyeva Afaq Şirzad qızı

    27 saylı Sabunçu ikinci seçki dairəsi

    Salahzadə Əliabbas Qalib oğlu

    28 saylı Sabunçu üçüncü seçki dairəsi

    Cabbarova Xatirə Qılman qızı

    29 saylı Səbail seçki dairəsi

    Hüseynova Aytən Arif qızı

    30 saylı Suraxanı birinci seçki dairəsi

    Fətəliyeva Sevinc Həbib qızı

    31 saylı Suraxanı ikinci seçki dairəsi

    Ağcayev Nizaməddin Fərhad oğlu

    32 saylı Suraxanı üçüncü seçki dairəsi

    Həsənova Afət Əbil qızı

    33 saylı Xətai birinci seçki dairəsi

    Mirələmov Hüseynbala Fazil oğlu

    34 saylı Xətai ikinci seçki dairəsi

    Zabelin Mixail Yuryeviç

    35 saylı Xətai üçüncü seçki dairəsi

    Əliyev Turan Adil oğlu

    36 saylı Xətai dördüncü seçki dairəsi

    Rzayev Kənan Əfqan oğlu

    37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi

    Kərimzadə Pərvin Orxan qızı

    38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi

    Həmzəyev Naqif Ələşrəf oğlu

    39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

    Cəfərov Müşviq Cəfər oğlu

    40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi

    Quliyev Musa İsa oğlu

    41 saylı Sumqayıt birinci seçki dairəsi

    Hüseynova Hicran Kamran qızı

    42 saylı Sumqayıt ikinci seçki dairəsi

    Mirkişili Tahir Famil oğlu

    43 saylı Sumqayıt üçüncü seçki dairəsi

    Hacıyev Emin Məcid oğlu

    44 saylı Sumqayıt-Xızı seçki dairəsi

    Məmmədov Müşviq Fazil oğlu

    45 saylı Abşeron seçki dairəsi

    Əsədov Oqtay Sabir oğlu

    46 saylı Şirvan seçki dairəsi

    Quliyev Azər Əli oğlu

    47 saylı Mingəçevir seçki dairəsi

    Mirzəzadə Aydın Böyükkişi oğlu

    48 saylı Yevlax seçki dairəsi

    Məmmədov İlham Kazım oğlu

    49 saylı Yevlax-Mingəçevir seçki dairəsi

    Hüseynov Əli Məhəmməd oğlu

    50 saylı Abşeron – Qobustan seçki dairəsi

    Mikayılov Elman Elxan oğlu

    51 saylı Qusar seçki dairəsi

    Badamov Azər Camal oğlu

    52 saylı Quba seçki dairəsi

    Şeydayeva Aysel Balasultan qızı

    53 saylı Quba-Qusar seçki dairəsi

    Bayramlı Habil Laçın oğlu

    54 saylı Şabran-Siyəzən seçki dairəsi

    Qurbanov Sadiq Haqverdi oğlu

    55 saylı Xaçmaz şəhər seçki dairəsi

    Səlimov Eldəniz Adil oğlu

    56 saylı Xaçmaz kənd seçki dairəsi

    Mərdanov Kənan Zeynal oğlu

    57 saylı Kürdəmir seçki dairəsi

    Qəribov Nizami İsməli oğlu

    58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi

    Ələskərov Saleh Adil oğlu

    59 saylı Salyan seçki dairəsi

    Hacıyev Rəşad Əzizağa oğlu

    60 saylı Salyan-Neftçala seçki dairəsi

    Axundov Etibar Əkrəm oğlu

    61 saylı Neftçala seçki dairəsi

    Sadıqova Gültəkin Zakir qızı

    62 saylı Saatlı seçki dairəsi

    Ələkbərli Əziz Yusif oğlu

    63 saylı Sabirabad birinci seçki dairəsi

    Cəfərov Kamal Xaqani oğlu

    64 saylı Sabirabad ikinci seçki dairəsi

    Məmmədov Ramin Ələmşah oğlu

    65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi

    Əmiraslanov Əhliman Tapdıq oğlu

    66 saylı Biləsuvar seçki dairəsi

    Şahbazova Səyalə Əhmədağa qızı

    67 saylı Cəlilabad şəhər seçki dairəsi

    Həsənov Malik Əvəz oğlu

    68 saylı Cəlilabad kənd seçki dairəsi

    Nəsirov Elman Xudam oğlu

    69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi

    Sadıqov Etibar Sadıq oğlu

    70 saylı Masallı şəhər seçki dairəsi

    Məmmədov Məşhur Şahbaz oğlu

    71 saylı Masallı kənd seçki dairəsi

    İsgəndərov Anar Camal oğlu

    72 saylı Yardımlı-Masallı seçki dairəsi

    Əliyev Sərvər Məlikməmməd oğlu

    73 saylı Lənkəran şəhər seçki dairəsi

    Bağırov Güloğlan Baloğlan oğlu

    74 saylı Lənkəran kənd seçki dairəsi

    Rəcəbli Hadı Musa oğlu

    75 saylı Lənkəran-Masallı seçki dairəsi

    Paşazadə Cavanşir Hümmət oğlu

    76 saylı Lənkəran-Astara seçki dairəsi

    Əsgərov Ziyafət Abbas oğlu

    77 saylı Astara seçki dairəsi

    Mahmudov Rəşad Məmmədqulu oğlu

    78 saylı Lerik seçki dairəsi

    Məmmədov İqbal Nəriman oğlu

    79 saylı İmişli seçki dairəsi

    Əzimov Nazim Abdulrəhim oğlu

    80 saylı İmişli-Beyləqan seçki dairəsi

    Muradov Rüfət Ehtiram oğlu

    81 saylı Beyləqan seçki dairəsi

    İsmayılov Şahin Əmir oğlu

    82 saylı Ağcabədi seçki dairəsi

    Rzayev Tahir Musa oğlu

    83 saylı Ağcabədi-Füzuli seçki dairəsi

    Rəhimov Rəşad Akif oğlu

    84 saylı Füzuli seçki dairəsi

    Məmmədova Svetlana Gəray qızı

    85 saylı Şamaxı seçki dairəsi

    Lazımov Arif Hacımurad oğlu

    86 saylı İsmayıllı seçki dairəsi

    Muradov Zaur Fazil oğlu

    87 saylı Ağsu-İsmayıllı seçki dairəsi

    Hüseynov Əli Abbas oğlu

    88 saylı Göyçay seçki dairəsi

    Hacıyeva Ləman Amil qızı

    89 saylı Göyçay-Ağdaş seçki dairəsi

    Şükürov Rəşad Əlibala oğlu

    90 saylı Ağdaş seçki dairəsi

    Osmanov Cavid Həmid oğlu

    91 saylı Ucar seçki dairəsi

    Həsən Ramil Sahib oğlu

    92 saylı Zərdab-Ucar seçki dairəsi

    Əhmədov Urfan Nizaməddin oğlu

    93 saylı Bərdə şəhər seçki dairəsi

    Yıldırım Fatma Vidadi qızı

    94 saylı Bərdə kənd seçki dairəsi

    Məmmədov Qnyaz Vəli oğlu

    95 saylı Tərtər seçki dairəsi

    Əsədov Eldar Garay oğlu

    96 saylı Goranboy-Naftalan seçki dairəsi

    Məmmədov Anar İlyas oğlu

    97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi

    Vəliyev Ağalar İsrəfil oğlu

    98 saylı Şəmkir şəhər seçki dairəsi

    Qafarova Sahibə Əli qızı

    99 saylı Şəmkir kənd seçki dairəsi

    Həsənov Nurlan İrfan oğlu

    100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi

    Bayramov Kamran Fərhad oğlu

    101 saylı Göygöl-Daşkəsən seçki dairəsi

    Mirbəşiroğlu Elşad Mirbəşir oğlu

    102 saylı Samux-Şəmkir seçki dairəsi

    Səfərov Nizami Abdulla oğlu

    103 saylı Gədəbəy seçki dairəsi

    Hüseynova Sevinc Əmirəhməd qızı

    104 saylı Gədəbəy-Tovuz seçki dairəsi

    Məhərrəmova Elnarə Səməndər qızı

    105 saylı Tovuz seçki dairəsi

    Hüseynova Məhəbbət Müsəllim qızı

    106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi

    Tağıyev Niyazi Yusif oğlu

    107 saylı Qazax seçki dairəsi

    Seyidov Səməd İsmayıl oğlu

    108 saylı Ağstafa seçki dairəsi

    Cəfərov Nizami Qulu oğlu

    109 saylı Balakən seçki dairəsi

    Məhəməliyev Nəsib Məhəmməd oğlu

    110 saylı Zaqatala seçki dairəsi

    Bayramov Bəhruz Qurban oğlu

    111 saylı Zaqatala-Balakən seçki dairəsi

    Əliyeva Kamilə Əliağa qızı

    112 saylı Qax seçki dairəsi

    Əfəndi Mahir Qalib oğlu

    113 saylı Şəki şəhər seçki dairəsi

    İskəndərov Vüqar Yapon oğlu

    114 saylı Şəki kənd birinci seçki dairəsi

    İsmayılova Südabər Şöyüb qızı

    115 saylı Şəki kənd ikinci seçki dairəsi

    Həsənov Rahim Rafiq oğlu

    116 saylı Qəbələ seçki dairəsi

    Əliyev Samir Ramiq oğlu

    117 saylı Oğuz-Qəbələ seçki dairəsi

    Naxçıvanlı Aqiyə Həbib qızı

    118 saylı Ağdam şəhər seçki dairəsi

    Muradov Farid Mustafa oğlu

    119 saylı Ağdam kənd seçki dairəsi

    Sadıqov Bəxtiyar Yusif oğlu

    120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi

    Məmmədov Ceyhun Valeh oğlu

    121 saylı Laçın seçki dairəsi

    Abbaszadə Mahir Tapdıq oğlu

    123 saylı Kəlbəcər seçki dairəsi

    Məmmədov Aqil Sadiq oğlu

    124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi

    Məmmədov Elman Camal oğlu

    125 saylı Zəngilan-Qubadlı seçki dairəsi

    İsmayılov İmamverdi İbiş oğlu

    Qeyd: Siyahı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 27 dekabr 2019-cu il tarixli iclasında təsdiq edilib

  • Bakıda klinikadan 8 min manat oğurlandı

    Bakıda klinikadan oğurluq olub.

    Median.Az “report”a istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən Respublika Xalq Təbabəti Mərkəzindən 8 min manat pul oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu yol pullu olacaq – RƏSMİ

    “Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq.

    Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur.

    Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir”.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

    Bu hissələrdə yolun tam eni 27,5 metr təşkil edəcək. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Qurum rəhbəri bildirib ki, yol ödənişli olduğu üçün bu yerdə turniketlər qoyulacaq:

    “Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün.

    Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin.

    Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaq”.