Month: December 2019

  • Bakıya yeni avtobuslar gətirildi

    Bakıda yeni avtobuslar gətirilib.

    Median.Az xəbər verir ki, “Xaliq Faiqoğlu” şirkəti ilə “Paşa Bank” ASC arasında imzalanmış irihəcmli kredit müqaviləsinin ilk mərhələsinin icrası çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətindən alınmış 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobusların təqdimat mərasimi keçirilib.

    Tədbir zamanı avtobuslara baxış keçirilib və xatirə fotosu çəkdirilib.

  • İsrailin yeni səfiri “Asan Xidmət”də gördüklərini videoya çəkib, paylaşdı – VİDEO

    İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik “ASAN xidmət” mərkəzində olub.

    Median.Az xəbər verir ki, o “Asan Xidmət”ə gəliv və gördüklərini lentə alıb.

    Səfir daha sonra bu videonu səfirliyin rəsmi facebook səhifəsində paylaşıb.//azxeber.com

    Həmin videonu təqdim edirik:

  • İdmançılarımız bir ildə 775 medal qazanıb

    Bu il Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib.

    Median.Az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov media nümayəndələri ilə görüşündə deyib. Nazir bildirib ki, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub.

    “Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-
    Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub”, – deyə A.Rəhimov qeyd edib.

  • Moskvada Stalinin limuzinini oğurlayıb, sahibinə ismarıc yolladılar

    Hazırda 2,5 milyon avro (4725000 AZN) dəyərində qiymətləndirilən Stalinin limuzini Rusiyanın paytaxtından oğurlanıb.

    Bu barədə Qazeta.ru xəbər yayımlayıb.

    Nəşrin məlumatına görə, altı nəfər qaraja girərək işlək vəziyyətdə olmayan ZİS markalı maşını saxta dövlət qeydiyyat nişanlı evakuatora mindirərək naməlum istiqamətə aparıb.

    Oğurluqdan sonra isə limuzinin hazırkı sahibinin mobil telefonuna bu barədə SMS yollayıblar.

    Sənədlərə görə, bu avtomobil ukraynalı oliqarxlardan birinin təhlükəsizlik xidmətinin rəhbəri Ruslan Tarpana məxsusdur. Avtomobil sahibi hazırda öz vətənində ev həbsindədir. İsmarıcı aldıqdan sonra Tarpan Moskvadakı dostundan xahiş edib ki, gedib limuzinin vəziyyətini yoxlasın. Dostu yalnız boş qarajla rastlaşıb.

    Qeyd edək ki, unikal sovet avtomobili olan ZİS-115 ən yüksək çinli sovet məmurları üçün nəzərdə tutulmuşdu. 1949-cu ildə onunla şəxsən İosef Vissarionoviç Stalin gəzib.

  • В Азербайджане изменились правила проведения экспертизы лекарственных средств

    Премьер-министр Али Асадов подписал постановление об утверждении “Правила проведения экспертизы лекарственных средств”. Постановление вступает в силу с первого января 2020 года.

    Как передает Median.Az, об этом ыообщает Trend со ссылкой на Кабинет министров.

    “Правила проведения экспертизы лекарственных средств” подготовлен с целью государственной регистрации лекарственных средств и усиления контроля качества. Настоящие Правила регулирует механизм проведения экспертизы лекарственных средств при их импорте на территорию страны, в том числе на основании обращения государственный органов, физических или юридических лиц.

    Определение правил проведения экспертизы лекарственных средств отдельно от правил их регистрации создаст условия для устранения неопределенностей в этой сфере. В то же время, проведение экспертизы лекарственных средств с целью установления их качества, безопасности и эффективности способствует устранению проблем, имеющихся в этой области, а также послужит лучшему обеспечению здоровья населения.

  • Gələn il həkim çatışmazlığı belə həll olunacaq

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə başladıqdan sonra regionlardakı həkim çatışmazlığı problemini hansı formada həll edə biləcəklərini açıqlayıb.

    Median.Az-ın qaynarinfo-ya istinadən məlumatına görə, agentliyin sədri Zaur Əliyev deyib ki, hazırda ölkədə 33 minə yaxın həkim var ki, onun da təqribən 20 mini “Təbib”in tabeliyində olan dövlət müəssisələrində çalışır. Eyni zamanda, həmin müəssisələrdə 40 minə yaxın orta tibb personalı çalışır:

    “Amma dövlət müəssisələrində, xüsusilə regionlardakı müəssisələrdə böyük vakansiya var. Biz analiz apardıqda görürük ki, həkimlər daha çox Bakıda cəmləşiblər. Elə regionlar var ki, orada bir ixtisas üzrə bir həkim olur. İnanırıq ki, əməkhaqlarını stimullaşdırmaqla həkimləri regionlara cəlb edə biləcəyik. Biz həkim çatışmazlığı problemini həll etmək üçün belə bir əlverişli variant üzərində də düşünürük ki, rayonda hansısa bir ixtisas üzrə həkim çatışmazlığı varsa, həmin rayona həftənin müəyyən günlərində Bakıdan ixtisas həkimləri göndərək. Beləliklə də həmin rayonda həkim çatışmazlığı olan sahə üzrə xidmətlər göstərilməmiş qalmayacaq”.

    Z.Əliyev əlavə edib ki, artıq ölkə xaricində çalışan azərbaycanlı peşəkar həkimlərin də bazasını formalaşdırmağa başlayıblar:

    “Biz istəyirik ki, onları yenidən Azərbaycana qaytaraq. Onlara müraciət edərək demək istəyirəm ki, gələn ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır, onlar öz ölkəmizə gələrək burada xidmət göstərsinlər”.

  • Rusiya Polad Bülbüloğluna təşəkkür etdi

    Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna Rusiya Xarici İşlər Nazirliyinin (XİN) təşəkkür məktubu verilib.

    Median.Az report-a istinadən xəbər verir ki, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Moskvada akkreditə olunan xarici ölkələrin səfirləri ilə görüş keçirilib.

    Görüşdə Rusiya XİN-in Dövlət Protokolu İdarəsinin rəis müavini Georgi Kuznetsov Azərbaycanın Rusiyadakı səfiri, Moskvadakı diplomatik korpusun duayeni Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edib.

    G.Kuznetsov qeyd edib ki, Yeni il ərəfəsində hədiyyələr vermək və konservatoriyaya baş çəkmək adətdir:

    “Bu, Rusiya Xarici İşlər Nazirliyinin diplomatik korpusa verdiyi bir növ hədiyyədir. Ancaq xüsusi hədiyyə vermək istədiyimiz bir nəfər var. Onsuz həyata keçirdiyimiz tədbirlərin çoxu baş tutmazdı və ya tamamilə fərqli bir atmosfer baş verərdi. Mənə səlahiyyət verilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna təşəkkür məktubu təqdim edim”.

    Məktubda deyilir ki, keçən il Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə Rusiyanın həm siyasi qurumları, həm də mədəniyyət qurumları ilə fəal əməkdaşlıq şəraitində keçib:

    “Bu vacib təşəbbüsə diplomatik korpus üzvlərinin cəlb olunmasında mühüm rol şəxsən özünüzə, eləcə də rəhbərlik etdiyiniz Azərbaycan səfirliyinin heyətinə aiddir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə paytaxtın diplomatik korpusunun həyatında daim parlaq hadisələrə çevrilən mədəni tədbirlərin təşkili və hazırlanmasında göstərilən hər cür köməkliyə görə Sizə təşəkkür edirik. Sizə və bütün səfirliyin işçilərinə cansağlığı, firavanlıq və 2020-ci ildə gələcək peşə uğurları arzulayırıq”.

  • В Гяндже юноша совершил самоубийство

    В Гяндже совершено самоубийство.

    Как передает Median.Az со ссылкой на АПА, инцидент произошел на улице Байан.

    Акбер Алескеров 1999 г.р. покончил с собой, повесившись на крыше дома.

    Причины самоубийства неизвестны.

    Обстоятельства происшествия выясняет городская прокуратура.

  • Hikmət Hacıyev Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistanın təklifinə münasibət bildirdi

    “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir. Burada xüsusilə, əsir və girovlar, itkin düşmüş şəxslər kimi məqamlar çox vacib xarakter daşıyır. Bu, insan amilinə dayanır”.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan ərazilərində girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevi ailə üzvlərinin ziyarət etməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

    H.Hacıyev xatırladıb ki, əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi təklifi Azərbaycanın yüksək humanizminin bilavasitə göstəricisi və konstruktiv movqeyinin təcəssümü olaraq Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının 2018-ci ilin dekabrında Sankt-Peterburqda keçirilmiş qeyri-formal zirvə toplantısında səsləndirilib: “O zaman Ermənistanın baş naziri Nikol Paşinyanla belə bir söhbət olmuşdu və söhbət əsnasında dövlətimizin başçısı tərəfindən Azərbaycanın “hamının hamıya” prinsipi əsasında bu məsələnin həll olunmasının tərəfdarı olduğu bildirilmişdi. Həmin sammitdən sonra da ictimaiyyətə verilən açıqlamalarda bu məqam öz əksini tapıb. Amma buna qarşı kim çıxış etdi? Məhz Ermənistan Respublikası. Onlar humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirdilər və “hamının hamıya” prinsipindən kənar çıxış etdilər. İl ərzində bu mövzu davamlı şəkildə qaldırılırdı ki, bu, təmin olunmalıdır. Bunun təmin olunmasının əksinə çıxış edərək Ermənistan tərəfi yalnız ailə üzvlərinin səfəri kimi absurd məsələni ortaya atıb. Düşünürük ki, bu da müəyyən siyasi möhtəkirlik elementidir”.

    “Burada bir təhlükəsizlik, həssaslıq elementi var. Yəni məsələyə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz soydaşlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin çətinliklərini, iztirablarını tam şəkildə başa düşürük”, – deyə Prezidentin köməkçisi əlavə edib.//qaynarinfo.az

  • Gömrükdə “new monopoliya”: Poçt göndərişləri niyə saxlanılır?

    Azərbaycanda poçt göndərişlərinin gömrük orqanlarında ləngidilməsi ilə bağlı etirazlar gündəmdədir.

    Median.Az xəbər verir ki, bununla bağlı “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu narazılıq bildirib. Onun sözlərinə görə, son vaxtlar xaricdən gələn bağlamalar gömrükdə ilişib qalır:
    “Doğrusu, səbəbini bilmirəm. Şəxsən mənə müxtəlif nəşriyyatlardan kitab nümunələri göndərilir, amma gəlib mənə çatmır. Gömrük saxlayıb, deyirlər, gömrük rəsmiləşdirməsi lazımdır. Məncə, bu, heç düzgün iş deyil, hər bir konvertə, bağlamaya görə gömrük rəsmiləşdirilməsi etmək hansı qanunda yazılıb görəsən?”

    Qeyd edək ki, şikayətçi olan tək Ş.Xuduoğlu deyil. Onun mövzu ilə bağlı sosial şəbəkədə açdığı postun altında digər vətəndaşlar da belə problemlərlə üzləşdiklərini bildiriblər. Tanınmış jurnalist Pərviz Cəbrayıl qeyd edib ki, poçtda malların gömrükdən buraxılmadığını deyiblər.

    Vətəndaşlar yaranmış durumdan narahatdırlar. Qarşıdan Yeni il gəldiyini nəzərə alsaq, göndərişlərin sayının çox olacağı şübhəsizdir. Belə çıxır ki, gömrükdə bilərəkdən, yaxud bilməyərəkdən yaradılan problemlərə görə vətəndaşlar bayram bağlamalarını ancaq bayramdan sonra ala biləcəklər.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov Qaynarinfo-nun poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən malların gömrük orqanları tərəfindən saxlanılması, buraxılmaması və ya rəsmiləşdirilmə prosesinin yubadılmasına dair sorğusuna cavab verib. O bildirib ki, qurumun aidiyyəti struktur bölmələri gündəlik iş rejimində fəaliyyət göstərir və poçt göndərişləri vasitəsilə ölkəyə gətirilən mallar gömrük qanunvericiliyə əsasən operativ qaydada müvafiq gömrük prosedurlarından keçirilərək qısa vaxt ərzində rəsmiləşdirilir və təhvil verilir.

    Qeyd edək ki, bu, heç də yeni problem deyil. Belə ki, iqtisadçı ekspert Nazim Bəydəmirli təxminən bir il əvvəl oxşar porblemlə üzləşməsi haqqında yazmışdı.
    “Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib. Bir həftədir anbarda durur. İndicə mənə daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik, çünki Gömrük Komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, sizin bunu mən bəyannamə verib pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz ki, satıcıya çatdıraq ya da ki, 45 gündən sonra bağlamanız məhv ediləcək”, – deyə ekspert bildirmişdi.

    Narazılıqların yenidən baş qaldırılması ilə bağlı məsələni Qaynarinfo-ya şərh edən N.Bəydəmirli problemin nədən qaynaqlandığı haqda danışdı. Onun sözlərinə görə, fiziki şəxslərin ölkəyə sadə bəyannamə ilə 1500 dollara qədər dəyərdə mal gətirmək hüququ var:

    “Bunu da karqo şirkətlər gətirirlər və əslində onların gömrük rəsmiləşdirilməsi tələbi saxlanc anbarlarının marağına xidmət edir. Çünki orada bir neçə gün vaxt itkisi gedirsə, bəyannamə verilsə belə, müəyyən məbləğ ödənməlidir. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Mənim sifariş etdiyim telefonu gömrükdə saxlamışdılar, heç bir əsaslanma olmadan. Bu, yeni monopoliya növüdür. Mən hər zaman bunu bəyan edirəm və gömrükdə bu tip problemlərin olduğunu deyirəm. Bu, həm gömrüyün öz işinə yarayır, həm də anbarların. Məsələn, aeroportda insanlar daha çox həmin problemlə qarşılaşırlar, ölkədə bahalıq olduğuna görə insanlar bir çox məhsulları xaricdən almağa üstünlük verirlər. Nonsens odur ki, ölkədə “Elektron ticarət haqqında” qanun var, Nazirlər Kabinetinin qərarı var, bu malları gömrüksüz, rüsumsuz gətirmək imkanı var. Amma gömrük orqanlarının topladıqları rüsumu süni artırmaq üçün belə süni problemlər yaradılır. Bu da insanların kütləvi narazılığına səbəb olur. Bütün dünyada olduğu kimi, elektron ticarətin qaydaları var: yük göndərən tərəf vətəndaşın yaşadığı ünvana çatdırmağa borcludur. Amma daşımalarla məşğul olan şirkətlərə gömrük süni maneələr yaradır, bu da qeyd etdiyim kimi, monopoliyanın bir növüdür.

    Türkiyədən, Dubaydan, Çindən, Amerikadan, Rusiyadan və digər ölkələrdən daşıma xidməti həyata keçirən şirkətlərin işini çətinə salırlar, xərclərini artırırlar, nəticədə onlar da həmin xərcləri vətəndaşdan alırlar. Anbarlarda saxlanma haqları da az məbləğ deyil. Bir sözlə, məsələnin kökündə duran Azərbaycanda olan inhisarçılıqdır. Bunu da yaradan Gömrük Komitəsidir. Komitənin bu tip məsələlərdə mövqeyi vətəndaşların xeyrinə deyil, süni baryerlər yaradaraq insanların xərclərini artırmağa yönəlikdir. Bu da bir daha onu sübut edir ki, Gömrük Komitəsi süni qiymət artımı yaradan yeganə dövlət orqanıdır və onun ləğv olunması vacibdir”.

    Qaynarinfo-nun İqtisadiyyat şöbəsi