Month: December 2019

  • 12 yaşında ana olan Aysun: ” Efirdə danışdıqlarıma görə “Ənkə” məni öldürəcək” – VİDEO

    14 yaşlı Aysunun 2 il əvvəl, yəni 12 yaşında ana olması medianın gündəmini zəbt edib. Doğma valideynlərini axtarmaq üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına çıxan yeniyetmə 2018-ci ilin fevral ayında uşaq dünyaya gətirib. 12 yaşından bəri adını paytaxtın gecə klublarının birində fahişəliyə cəlb edilən yeniyetmə dəfələrlə qaçsa da, “Ənkə” ləqəbli İsmayıl adlı şəxs onu tapıb və döyərək geri qaytarıb.

    Median.Az baku.ws-ə istinadən xəbər verir ki, Aysun hazırda adıçəkilən şəxs tərəfindən təhdid olunduğunu deyir:

    “Uşaq doğulandan sonra mənə dedilər ki, uşaq ölü doğulub. Mən bioloji valideynlərimi axtarmaq üçün efirə çıxandan sonrabu uşağı mənə göstərib dedilər ki, sənin uşağındır. İsmayıl məni hədələyir, deyir ki, efirdə bizim haqqımızda danışsan səni də, uşağını da öldürəcəm, yer üzündən siləcəm”.

    Qeyd edək ki, Aysun atılmış uşaqdır. 4 aylığında bir ailəyə övladlığa verilib. 11 yaşında valideynlərinin doğma olmadığını öyrənib və tez-tez evdən qaçmağa başlayıb.

    12 yaşı tamam olanda sosial şəbəkədə tanış olduğu 20 yaşlı qız onu gecə klublarının birinə ofisiant işinə düzəldib. İşə başlayanda vəzifəsinin tam fərqli olduğunu başa salıblar. Aysun dəfələrlə oradan qaçsa da, onu tapıblar və döyərək geri qaytarıblar. Ona saxta şəxsiyyət vəsiqəsi düzəldərək bir neçə dəfə Türkiyəyə aparıblar. Bir müddətdən sonra İsmayıl adında 25 yaşlı gənclə tanış olub, onunla bərabər yaşamağa başlayıb. Yenə də gecə klublarında işləyib. Sadəcə başqa gecə klubunda. Aysun hazırda həmin İsmayılla da əlaqəsini olmadığını deyir.

    Yeniyetmə qız aparıcının suallarını qorxa-qorxa cavablandırıb və bir neçə dəfə çox qorxduğunu deyib.

    X.Hidayətqızı Aysunun bütün söylədikləri ilə bağlı Respublika Prokurorluğuna müraciət edəcəyini bildirib.

  • Bakıda qadın çay evində döyüldü – Ağır xəsarət alıb

    Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən “Xrom” çay evində qeydə alınıb.

    Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.

    Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycanda gələn ildən evini satanlar üçün vergilər yeni qaydada hesablanacaq

    Gələn ilin yanvarın 1-dən Azərbaycanda qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılır.

    “APA-Economics”in məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

    Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endiriləcək. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunacaq.

    Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.

    Məsələn, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30%-i üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.

  • Yanvarın 1-dən Azərbaycanda yeni nəzarət-kassa aparatı quraşdıranların xərcləri vergi öhdəlikləri ilə əvəzlənəcək

    Gələn il yanvarın 1-dən Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatını quraşdıran vergi ödəyicisi tərəfindən hər bir nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri də daxil olmaqla) dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzlənəcək.

    “APA-Economics”in məlumatına görə, bu, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

    Bu müddəa qüvvəyə minənədək istismar edilən nəzarət-kassa aparatının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejiminə qoşulmuş nəzarət-kassa aparatı ilə əvəz edən vergi ödəyicilərinə şamil ediləcək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddən artıq olan məbləğ vergi ödəyicisi tərəfindən ödəniləcək.

    Aşağıdakı hallarda nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclər bu maddə ilə müəyyənləşdirilmiş qaydada vergi öhdəlikləri ilə əvəzlənmir:

    – nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixədək quraşdırıldıqda;

    – nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab vermədikdə;

    -nəzarət-kassa aparatı 2019-cu il 1 yanvar tarixindən sonra quraşdırıldıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə.

  • Almaniyada aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min nəfər deportasiya mərkəzlərində saxlanılır

    Bu ilin yanvar-oktyabr aylarında 20 996 nəfər Almaniyadan deportasiya edilib.

    Report xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1000 nəfər azalma deməkdir.

    Nazirliyin məlumatında bildirilir ki, hazırda aralarında Azərbaycan vətəndaşlarının olduğu 248 min sığınacaq axtaran ölkənin müxtəlif şəhərlərində yerləşən 577 deportasiya mərkəzində saxlanılır. Onlardan ən böyüyü 1250 nəfərlik Deggendorf deportasiya mərkəzidir.

    Buraya yerləşdirilən və deportasiya ediləcək olan sığınacaq axtaranların 50 faizi, əsasən, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqanıstan, Nigeriya, Mali kimi Cənubi Qafqaz və Afrika ölkələrindən gələnlərdir.

    Məlumatda vurğulanır ki, həbsxana tipli deportasiya mərkəzlərinin yeddisi Bavariya əyalətində yerləşir.

    Federal Nazirlikdən bildirilib ki, bu il deportasiya edilən şəxslərin sayının keçən illə müqayisədə, az olmasının səbəbləri sırasında planlaşdırılan uçuşların ləğv edilməsi, eyni zaman deportasiya ediləcək şəxslərin qaldıqları mərkəzləri icazəsiz olaraq tərk etmələri və oraya qayıtmamaları gəlir.

    Yanvar-oktyabr aylarında federal polis Almaniyaya 32 945 icazəsiz giriş müəyyən edib.

    Federal polisin bildirdiyinə görə, bu ilin ilk üç rübündə qanunsuz olaraq ölkəyə gələnlər Almaniyanın hava limanları (9183 nəfər), Almaniya-Avstriya sərhədi (8444) və Almaniya-Çexiya sərhədindən (3560) istifadə ediblər.

    Qeyri-qanuni olaraq gələnlərin əksəriyyəti Əfqanıstan (2 399 nəfər), Nigeriya (2 133), Türkiyə (1 721), Suriya (1 691), Albaniya (1 682) və İraq (1 651) vətəndaşları olublar.

    Mövzu ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, bu il iyun ayının sonuna kimi aralarında 145 min sığınacaq istəyinin rədd edilən şəxs olmaqla, ümumilikdə 246 700 nəfər ölkədən çıxarılmalı idi.

    Onlardan 119 mini haqqında qərar dəyişilib və qısa müddət üçün deportasiya prosesi dayandırılıb.

    2020-ci ilə kimi Suriyaya deportasiya dayandırılıb. 21 mindən çox sığınacaq axtaran şəxs isə könüllü olaraq öz ölkələrinə qayıdıblar.

    Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatına görə, hazırda aktiv olan “Start Hilfe Plyus” kimi könüllü qayıdış proqramlarından yararlanaraq, ölkələrinə qayıdanların 60 faizi Ermənistan, Azərbaycan və İraq vətəndaşlarıdır.

  • Mehriban Əliyevaya köməkçi təyin edilən Andrey Sipilin kimdir? – DOSYE

    Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

    Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

    Yeni köməkçi bundan əvvəl – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

    Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

  • Rusiyada icra başçısının maşınını partladıblar

    Rusiyanın Voronej əyalətində Ramon rayonunun rəhbərinin maşını partladılıb.

    Nəticədə, 43 yaşlı Nikolay Frolov ağır yaralanıb.

    Bu barədə “Baza” “Telegram” kanalı xəbər verib.

    Nikolay Frolov dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

    Hadisənin təfərrüatı dəqiqləşdirilir.

  • 2020-ci ilin gözlənilən inflyasiya həcmi açıqlandı

    2020-ci il üçün Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır.

    Bu sözləri jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

    V.Qasımlının sözlərinə görə, gözlənilən inflyasiya idarəedilən olmalıdır:

    “Azərbaycan Mərkəzi Bankının bu vəziyyətə nəzarət etməsi ümumilikdə kifayət qədər müsbət haldır. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimal hesab edilir”.

    İcraçı direktor əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir:

    “Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir”.
    /oxu.az/

  • Глава ЦИК: На 20 избирательных участках были нарушения – ВИДЕО

    В ходе муниципальных выборов 23 декабря на 20 участках по выборам в девять муниципалитетов произошли нарушения. Соответствующие кадры были размещены в соцсетях.

    Об этом заявил председатель Центральной избирательной комиссии Мазахир Панахов.

    По его словам, это чуть более 0,5% от общего числа органов местного самоуправления.

    “Как вы знаете, в нашей стране 1 тыс. 606 муниципалитетов. 160 – это 10%, а 16 – 1%. Следовательно, девять муниципалитетов – это чуть более половины процента”, – отметил М.Панахов.

  • 20 seçki məntəqəsində pozuntu olub – RƏSMİ (VİDEO)

    Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində sosial şəbəkələrdə yayımlanan pozuntular və görüntülər doqquz bələdiyyə üzrə 20 məntəqədə baş verib.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

    O bildirib ki, bu da 0.5 faizdən bir az çox deməkdir.

    “Bilirsiniz ki, bizim ölkə üzrə 1606 bələdiyyə var. Bunun 160-ı 10 faiz, 16-sı 1 faiz edir. 9 bələdiyyə isə yarım faizdən bir az çoxdur”, – deyə M.Pənahov əlavə edib.