Month: December 2019

  • Президент назначил нового посла

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Фикрета Фармана оглу Ахундова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Нидерландах.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident yeni səfir təyin etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fikrət Fərman oğlu Axundovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Обнародован календарь школьных занятий в связи с праздниками

    В Азербайджане в график занятий в школах внесены изменения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в соответствии с ними в школах с пятидневным режимом обучения занятия, которые должны состояться 3 января будущего года, перенесены на 28 декабря, а 6 января – на 29 декабря.

    В школах с шестидневным режимом обучения 29 декабря будут проведены занятия по расписанию 3 января.

    Напомним, Кабинет министров принял постановление, согласно которому 28 и 29 декабря объявлены рабочими, а 3 и 6 января – нерабочими днями с целью обеспечить последовательность рабочих и нерабочих дней.

    Отметим, что 31 декабря – День солидарности азербайджанцев мира, 1 и 2 января – Новый год. 4 и 5 января приходятся на субботу и воскресенье. Таким образом, 31 декабря 2019 года и 1-6 января 2020 года в Азербайджане будут нерабочими днями.

  • Məktəblilərin bayram günləri ərəfəsindəki dərs təqvimi bəlli oldu

    Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki məlum olub.

    Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada müəyyənləşib.

    Beş günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək.

    Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.

    Altı günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvarın üçündə olan dərslər keçiriləcək. Yanvarın dördü və altısında isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.

    Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin üç və altı yanvar iş günlərinin yeri dəyişdirilib.

  • Подробности избиения уборщика улиц женщинами – ВИДЕО

    Обнародованы некоторые подробности избиения уборщика улиц в Агджабединском районе.

    Напомним, его начали избивать две женщины. Находившиеся поблизости коллеги попытались разнять дерущихся.

    Как передаёт Median.Az со ссылкой на Unikal.org, жертва разъяренных женщин – Мамедов Эльнур Иса оглу. Он – работник Объединения жилищно-коммунального хозяйства Агджабединского района.

    В рабочее время к нему подошли муж сестры и золовки и начали обсуждать семейные проблемы. Затем женщины избили Э. Мамедова.

    Мужчину с травмами доставили в Центральную районную больницу Агджабеди.

    Отметим, что Министерство внутренних дел прокомментировало появившиеся в соцсетях сообщения об этом инциденте.

    Как говорится в сообщении бардинской региональной группы пресс-службы МВД, данный случай был зарегистрирован в Агджабединском районном управлении полиции.

    “По факту в следственном отделе управления ведется расследование”, – говорится в сообщении.

  • BNA prezidentin iki ay əvvəl açılışını etdiyi parkı sökməyə başladı – VİDEO

    Oktyabrın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Nərimanov rayonu, Atatürk prospektində açılışını etdiyi parkda söküntü işləri başlayıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, dövlət başçısının tapşırığı ilə müasir üslubda, orijinal dizaynda yenidən qurulan bu cür istirahət mərkəzlərinin istifadəyə verilməsi ilə paytaxtın gəzməli yerlərinə daha biri əlavə olunmuşdu.

    Lakin parkın istifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq istirahət mərkəzi bərbad hala salınıb. Buna səbəb isə Bakı Nəqliyyat Agentliyinin (BNA) gördüyü işlərdir.

    BNA parkın istifadəyə verilməsindən az müddət keçməsindən sonra ərazidə uşaq və əlil arabalarının rahat hərəkət etməsi üçün pandus salınması işlərini həyata keçirir. Maraqlıdır ki, bu işlərə nə üçün park sakinlərin istifadəyə verilməsindən sonra başlanılıb? Olmazdı ki, BNA park istifadə verilməzdən əvvəl tikinti işlərini həyata keçirən qurum qarşısında məsələ qaldırıb pandus salınması və piyadaların rahat hərəkəti üçün müvafiq şəraitin yaradılması işlərini həyata keçirərdi?

    Axı, BNA-nın digər işləri həyata keçirən qurumlarla planlı və koordanisiyalı işləməməsi səbəbindən büdcədən xeyli vəsait israf olunacaq. Park hazır olandan sonra yenidən səkilərin sökülməsi üçün işçi qüvvəsi cəlb olunub, parka döşənmiş hazır materiallar sökülərək çıxarılacaq, yük maşını ilə digər əraziyə köçürüləcək. Sonra yenidən pandusların quraşdırılması materialların döşənməsi və s.

    Bir görün vətəndaşlardan yığılan vergi əsasında formalaşdırılan büdcədən nə qədər vəsait göyə sovruldu. Bütün bu işlər 90-cı illərdəki plansızlıqla görülür. Halbuki indi XXI əsrdir. BNA-nın da işlərini XXI əsr keyfiyyəti ilə görməsi ümidilə ilə gözləyək… Ümid edək ki, bu qurum vətəndaşların vergiləri nəticəsində formalaşan dövlət büdcəsinə sayğılı yanaşacaq.

  • Bakıda intihara cəhdin qarşısı alındı

    Bakıda intihara cəhdin qarşısı alınıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirlıiyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

    Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  • Azərbaycanda küçədə qızlara sataşan oğlanı görün nə günə qoydular – VİDEO

    Azərbaycanda küçədə qıza sataşan oğlan döyülüb.

    Sosial şəbəkələrdə yayılan videonun Ağcabədi rayonunda çəkildiyi iddia olunur.

    Görüntülərdə qızlar onlara sataşan oğlanı döyür. Oğlan sifətində qan izləri də görünür.

    Həmin görüntüləri təqdim edirik:

  • 69 yaşlı qadın Baku Medical Plazada öldü

    Bakıda qadın klinikada dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki. hadisə paytaxtın Xətai rayonu ərazisindəki “Baku Medical Plaza”da baş verib.

    1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və müalicəyə başlayıb.

    Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Ölümlərə səbəb olmuş içkinin markası və onu satan restoranlar müəyyən edildi: “Baku City”

    Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq zəhərlənən şəxslərlə bağlı məlumat yayıb.

    Bakı şəhər sakinləri Sərxan Bayramovun dekabrın 23-də, Mustafa Mustafayevin isə dekabrın 24-də “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya daxil olaraq vəfat etmələri, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin isə zəhərlənərək xəsarət almaları faktları ilə bağlı Cinayət Məcəlləsinin 200.4 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 213-1.1(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla iş üzrə istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

    Aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12” markalı spirtli içkilərini “Baku City” restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib.

    İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində icarəyə götürdüyü iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd “Chivas Regal 12” adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərində vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb.

    Bundan başqa, X.Cəfərovun istehsal etdiyi spirtli içkilərin boş şüşə və qapaqlarını aldığı Səxavəddin Həsənova məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbara baxış zamanı orada “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkilərin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli işçilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunub.

    Götürülmüş içki və qidalardan müvafiq nümunələr Qida Təhlükəsizliyi Agentliyinə təqdim olunmuş, həmçinin spirtli içkilərin keyfiyyətinin müəyyən edilməsi üçün məhkəmə fiziki-kimyəvi, içkilər üzərindəki aksiz markalarının saxta olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə sənədlərin-texniki ekspertizası, eləcə də məhkəmə-tibbi ekspertizaları təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

    Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

    Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Azərbaycan Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Bakı şəhər prokurorluğunun 498-10-54 nömrəli telefon və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

    Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcək.