Month: December 2019

  • Türkiyədə ard-arda doqquz zəlzələ oldu

    Türkiyədə ard-arda doqquz zəlzələ olub.

    “Sözçü”nün xəbərinə görə, Balıkesir şəhərində üç saat ərzində baş verən zəlzələ bir neçə rayonda hiss edilib.

    Ən güclüsü 3,5 bal gücündə olan zəlzələlər, 6,8 kilometr dərinlikdə baş verib.

    Fəsadlar haqqında məlumat verilməyib.

  • ДТП в Баку, случившиеся на глазах у дорожной полиции – ВИДЕО

    ДТП, произошедшие в Баку на глазах у сотрудников дорожной полиции, попали на камеры видеонаблюдения.

    Как передает Avtosfer.az, первый инцидент зафиксирован около так называемого круга Карла Маркса.

    Водитель такси марки Mercedes, выезжая на перекресток под мостом, не уступил дорогу другому Mercedes. В результате произошло столкновение, причем на глазах сотрудников дорожной полиции, стоявших неподалеку.

    Второй инцидент произошел на круге Азнефть. При выезде с круга водитель Chevrolet не уступил дорогу двигавшемуся справа Mercedes и столкнулся с ним. Свидетелем происшествия и в этот раз стал сотрудник дорожной полиции, дежуривший рядом на мотоцикле.

  • Bakıda yol polisinin gözü qarşısında baş verən qəzalar – ANBAAN VİDEO

    Bakıda yol polisinin gözü qarşısında baş verən qəza anları kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, ilk hadisə Karl Marks dairəsi yaxınlığında qeydə alınıb.

    Hadisə zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü körpünün altında yolayrıcına daxil olan zaman yol verməli olan digər sürücü də eyni hərəkəti edib. Nəticədə, toqquşma baş verib. Hər şey ərazidə xidmət aparan YPX avtomobilinin gözü qarşısında olub.

    İkinci hadisə isə “Azneft” dairəsində baş verib. Belə ki, dairəyə girən “Chevrolet” markalı avtomobil, sağdan gələn “Mercedes”in yoluna çıxıb. Nəticədə, dairədə qəza baş verib. Hadisə yenə də yaxınlıqda xidmət aparan YPX əməkdaşının gözü qarşısında olub.

  • В Азербайджане за злоупотребления уволена заместитель главврача

    Заместитель главного врача Центральной больницы Тертерского района Гусейнзаде Метанет Тофиг гызы уволена с занимаемой должности за злоупотребления должностными полномочиями.

    Как сообщили Oxu.Az в Министерстве здравоохранения, в связи со “злоупотреблением должностными полномочиями, выразившимся в неэтическом поведении”, заместителем главврача по организационно-методическим вопросам М.Гусейнзаде, в Главное управление по борьбе с коррупцией при генпрокуроре Азербайджана направлено представление по поводу проверки соответствия занимаемой должности и привлечения ее к административной ответственности.

    Следует отметить, что данное представление обсуждалось в Министерстве здравоохранения, а также медицинским советом Центральной больницы Тертерского района.

    Было установлено, что М.Гусейнзаде действительно предприняла шаги, не соответствующие занимаемой должности, и грубо нарушила кодекс поведения медработников.

    Следует подчеркнуть, что меры в отношении М.Гусейнзаде принимаются не впервые. В августе текущего года на основе представления, поступившего в Управление полиции Тертерского района, она получила выговор за нарушение правил этического поведения.

    Но заместитель главврача не извлекла соответствующего урока из этого и продолжила нарушать закон, превышая свои должностные полномочия.

    В связи с этим 26 декабря М.Гусейнзаде была уволена с занимаемой должности в соответствии с пунктом “ç” статьи 70 Трудового кодекса Азербайджана.

    Напомним, что заместитель главврача взяла 3,6 тысячи манатов у жителя села Алпоут Уджарского района, ветерана Карабахской войны Гараоглана Керимова. За это она обещала ему предоставить статус инвалида войны.

    По словам Керимова, он не получил статус инвалида, несмотря на ранение во время боев. Вместе со своим близким знакомым он обратился в больницу по этому поводу. М. Гусейнзаде потребовала 500 манатов за эпикриз и 3,1 тысячи манатов – за статус инвалида.

    “Я бедный человек, нигде не работаю. У меня на попечении находятся четверо малолетних детей. Я занял данную сумму у своего брата и родственника. Я получаю 80 манатов в месяц за статус ветерана Карабахской войны, и все. Из-за тяжелого материального положения мои дети не смогли пойти в школу в этом году. Я не смог купить им школьную форму и принадлежности. Военный комиссариат трижды направлял телеграмму М.Гусейнзаде, чтобы она представила соответствующие документы. Потом мне сказали, что она обманула большое количество людей и присвоила их деньги путем мошенничества”, – пожаловался Г.Керимов.

  • Azərbaycanda baş həkimin müavini işdən çıxarıldı – Vəzifə səlahiyyətlərindən sui-istifadə edib

    Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün vəzifəsindən azad edilib.

    Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin “qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə” tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.

    Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən, Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də, Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək, tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.

    Bunlardan əvvəl də Hüseynzadə barəsində tədbir görülüb. Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olmuş təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib.

    Amma Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib. Buna görə də Mətanət Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

    Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq, ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib.

    Kərimov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb. Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib.

    Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub:

    “Mən kasıb adamam, heç bir yerdə işləmirəm, himayəmdə dörd azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək.

    Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm. Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlığından üç dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq yolu ilə çoxlu sayda insanları aldadıb, pullarını alıb”, – Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.

  • Əli Əsədov Artur Rasizadənin qərarını ləğv etdi

    “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli Qərarı ləğv edilib.

    Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

    Qeyd edək ki, normalar sabiq Baş nazir Artur Rasizadənin qərarı ilə təsdiq edilmişdi.

  • Эксперты предупреждают об опасности дня зарплаты

    Денежные купюры являются отличным рассадником инфекций.

    Об этом “Ленте.ру” сообщили в Роспотребнадзоре.

    Эксперты ведомства пояснили, что вирус гриппа сохраняется на бумажных деньгах до двух недель и подхватить инфекцию можно, сняв деньги в банкомате или получив зарплату купюрами.

    Специалисты рассказали, что в некоторых странах деньги печатают на бумаге с антисептическими свойствами. Впрочем, в каким именно странах используется такая технология, не уточняется.

    Также Роспотребнадзор развенчал несколько заблуждений касательно гриппа. В частности, эта болезнь всегда сопровождается высокой температурой, а насморка при гриппе не бывает.

    Специалисты посоветовали принимать жаропонижающие средства, если температура тела превысила 39 градусов, поскольку “нормальная или слегка повышенная температура тела – это рай для вируса”. Также рекомендуется не заниматься самолечением и не принимать антибиотики, поскольку они предназначены для борьбы с бактериями, но бесполезны при вирусных заболеваниях.

  • Pul götürməklə və ya maaş almaqla infeksiyaya yoluxa bilərsiniz

    Qripi yaradan səbəblərdən biri puldur.

    Bu barədə Lenta.ru Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insanın rifahına nəzarət üzrə Federal Xidmətinə əsasən məlumat verib.

    Bildirilib ki, kağız pullar infeksiya mənbəyidir.

    Qrip virusu iki həftəyə qədər kağız pulda saxlanıla bilər. Bankomatdan pul götürməklə və ya maaş almaqla infeksiyaya yoluxa bilərsiniz.

    Bəzi ölkələrdə pul üçün antiseptik kağızdan istifadə edirlər. Lakin bu texnologiyanın hansı ölkələrdə istifadə olunduğu məlum deyil.

  • Putin beş generalı işdən azad edib

    Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib.

    Median.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.

    Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardı:

    – Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;

    – Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

    – Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

    – Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;

    – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.

    Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:

    – Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini – Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;

    – Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;

    – Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.

  • Daşkəsəndə zorakılıqla qətl törədən şəxs saxlanıldı

    Daşkəsən rayonu ərazisində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 21-də Daşkəsən rayonunun Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

    Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

    İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.

    Faktla əlaqədar cinayət işi başlanılıb.//milli.az