Month: December 2019

  • Bazarda saxta içki: Bakıda metanol qurbanlarının sayı artır

    Surroqat spirtli içkidən zəhərlənən qurbanların sayı artır. Bu günə qədər Bakıda dörd kişi metanoldan (texniki alkoqol) zəhərlənib, onlardan ikisi ölüb, qalanları sağ qalsalar da, kor olub.

    Bundan əvvəl Oxu.Az xəbər vermişdi ki, Bakıda keyfiyyətsiz alkoqollu içkilərin istifadəsi nəticəsində iki ölüm halı və bir bədənə ciddi xəsarət faktı qeydə alınıb.

    Qurbanlar arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu da var. Polis dekabrın 23-də 1 nömrəli Kliniki Tibbi Mərkəzdə vəfat edib.

    Məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Həmzəyev Cəlal Ələmdar oğlu özlərini pis hiss ediblər və “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Klinik Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı Şəhər Klinik Xəstəxanasına.
    C.Həmzəyevin vəziyyəti ağırdır, onun hər iki gözü kor olub.

    Əldə edilən məlumatlara görə, onlar yeraltı sexlərdə sənaye spirtindən hazırlanan surroqat viskidən zəhərləniblər.

    Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərlənən başqa bir şəxsin cəsədi Səbail rayonu ərazisindəki morqa çatdırılıb. Tovuz rayon sakini 1995-ci il təvəllüdlü Mustafayev Mustafa Teymur oğlunun vəziyyəti Səbail rayonundakı ərazidə restorana baş çəkdikdən sonra pisləşib.

    Bu arada, dekabrın 25-də məlum oldu ki, çərşənbə axşamı saat 16:00-da metanoldan zəhərlənmiş daha bir nəfər – Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nəbiyev Nurlan Zabit oğlu Binəqədi rayonundan Respublika Toksikoloji Mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağırdır, kor olub.

    Həkimlərin dediyinə görə, 5-10 ml metil spirtinin daxilə qəbulu şiddətli zəhərlənmə və korluğa səbəb olur, 30 ml isə ölümlə nəticələnir.

    Qeyd edək ki, ilk zəhərlənmə ilə əlaqədar Nərimanov rayon Prokurorluğu Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən səhlənkarlıq) maddəsi ilə cinayət işi açıb. Lakin dekabrın 25-də surroqat spirtli ilə zəhərlənmə ilə bağlı digər faktların ortaya çıxması ilə əlaqədar cinayət işinin materialları Bakı şəhər prokurorluğuna verilib. Prokurorluğun bildirdiyinə görə, hələ ki, işlə bağlı həbs olunanlar yoxdur. Hazırda istintaq müştərilərə sağlamlıq üçün təhlükəli olan saxta məhsullar təklif edən müəssisələri yoxlayır.

    Azərbaycan bazarında sağlamlığa zərərli olan saxta spirtli içkilərin satılması probleminə qayıdacağıq. Nəşrlərimizi izləyin.

  • Зеленский запретил импорт электроэнергии из России

    Президент Украины Владимир Зеленский утвердил в среду, 25 декабря, поправки к закону “О рынке электрической энергии”, которые предусматривают запрет на импорт электроэнергии из России по двусторонним договорам, сообщает RT .

    “Закон устанавливает запрет на продажу и поставки электрической энергии, импортируемой из Российской Федерации по двусторонним договорам и на внутрисуточном рынке”, — говорится в тексте закона.

    В сообщении отмечается, что у правительства страны есть право отменить этот запрет “во избежание чрезвычайной ситуации в объединенной энергосистеме Украины”.

    Также сообщается, что основная задача документа — обеспечение надлежащего контроля над ценами на электроэнергию в условиях недостаточной конкуренции на рынке, а также упорядочение вопросов работы теплоэлектроцентралей при новой модели рынка электроэнергии, что является важным условием для обеспечения теплоснабжения в зимний период.

  • Özünü binadan atmaq istəyən şəxs xilas edildi

    Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

    Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

    Məlumat əsasında Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparıla

  • Bakıda polisin vətəndaşı döyməsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

    Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    BŞBPİ-nin Mətbuat Xidmətindən Baku.ws-ə verilən məlumata görə, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır.
    “Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictima qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır.

    Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

    Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını aılmaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Raryon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəfləri aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıblar. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb”, deyə, məlumatda qeyd edilib.

  • Путин уволил пять генералов

    Президент России Владимир Путин освободил от занимаемых должностей несколько руководителей МВД, СК, ФСИН и МЧС.

    Как сообщает РИА Новости, среди них — пять генералов, включая начальника УВД на Московском метрополитене Николая Савченко. Этим же указом глава государства произвел ряд назначений в правоохранительных органах.

  • Prezident dövlət adından yaradılan publik hüquqi şəxslər haqqında FƏRMAN imzalayıb

    Prezident İlham Əliyev “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, fərmanla “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilib.

    Eyni zamanda Nazirlər Kabineti dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin nümunəvi formasını 15 gün müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Bu fərmanın birinci hissəsi 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

    Dövlət adından yaradılan publik hüquqi şəxslərə

    dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi

    QAYDASI

    1. Ümumi müddəalar

    1.1. Bu Qayda Azərbaycan Respublikasında dövlət adından yaradılan və bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyən edilən bölgüdə nəzərdə tutulan publik hüquqi şəxslərin (bundan sonra – publik hüquqi şəxslər) dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

    1.2. Bu Qaydanın məqsədləri üçün təyinatlı tədbirlər dedikdə dövlət sifarişi əsasında publik hüquqi şəxslərin nizamnamələrinə uyğun olaraq həyata keçirdikləri işlər, layihələr, xidmətlər, proqramlar və s. başa düşülür.

    1.3. Publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin (bundan sonra – vəsaitlər) yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Vəsaitlərin publik hüquqi şəxslər üzrə bölgüsünü Azərbaycan Respublikası Prezidentinin hər ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə fərmanları ilə müəyyən edilmiş orqan (qurum) həyata keçirir.

    1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Publik hüquqi şəxslər haqqında” və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunlarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

    2. Publik hüquqi şəxslərə vəsaitlərin ödənilməsi

    2.1. Vəsaitlərin ödənilməsi üçün dövlət orqanının (qurumun) tabeliyində yaradılan publik hüquqi şəxslə onun tabe olduğu orqan (qurum) arasında, belə orqan (qurum) olmadıqda isə bilavasitə publik hüquqi şəxslə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, vəsaitlərin publik hüquqi şəxslər üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq bölgüsü aparıldığı tarixdən 15 iş günü müddətində müqavilə bağlanılır.

    2.2. Vəsaitlərin ödənilməsi şərtləri bu Qaydaya uyğun olaraq bağlanmış müqavilə əsasında müəyyənləşdirilir. Həmin müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi nümunəvi formaya uyğun tərtib olunur.

    2.3. Müqavilədə aşağıdakı məsələlər əks etdirilir:

    2.3.1. müqavilənin predmeti;

    2.3.2. tərəflərin hüquq və öhdəlikləri, o cümlədən publik hüquqi şəxsin həyata keçirəcəyi təyinatlı tədbirlərin dairəsi;

    2.3.3. publik hüquqi şəxsin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadəsi barədə hesabatlılığın forması;

    2.3.4. tərəflərin məsuliyyəti və onların qarşılıqlı razılığı əsasında digər şərtlər.

    2.5. Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.

    2.6. Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.

    2.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni publik hüquqi şəxsin və ya publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında, rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparır və maliyyələşdirilmiş vəsait müqavilə əsasında publik hüquqi şəxsin bank hesabına köçürülür.

    2.8. Publik hüquqi şəxslərin dövlət büdcəsi hesabına müqavilə əsasında həyata keçirdikləri tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır.

    2.9. Ödənilmiş vəsaitlər publik hüquqi şəxslər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır.

    3. Publik hüquqi şəxslərə ödənilmiş vəsaitlərin istifadəsinə nəzarət və hesabat

    3.1. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

    3.2. Publik hüquqi şəxslər alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edirlər.

  • Новые назначения от Инама Керимова

    В Министерстве сельского хозяйства произведены назначения на руководящие должности.

    По информации Median.Az, соответствующий приказ подписал министр Инам Керимов.

    Согласно приказу, Рашад Азизов назначен директором Шамкирского государственного центра аграрного развития (ГЦАР), а Эмин Эйвазов – директором Товузского ГЦАР.

    Отметим, что в прошлом месяце приказом министра Инама Керимова директор Шамкирского ГЦАР Кямиль Юсифов и директор Товузского ГЦАР Рахман Гасымов были освобождены от занимаемых должностей за нарушение принципов деятельности министерства, неисполнение принципов прозрачности и эффективности управления.//oxu.az

  • Təhsil naziri Qəbələdə yeni məktəbin açılışında – FOTO

    Dekabrın 25-də Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

    Nazirlikdən oxu.az-a verilən məlumata görə, açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

    Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

    Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır.

    Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

  • Лейла Алиева в школе-интернате – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева посетила специальную школу-интернат №12, расположенную в Хазарском районе Баку.

    Как передает Median.Az, фотографии из школы-интерната размещены на официальной странице Лейлы Алиевой в Instagram.

  • Leyla Əliyeva internat məktəbində – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər rayonunda yerləşən 12 saylı xüsusi internat məktəbində olub.

    Median.Az xəbər verir ki, bununla bağlı Leyla Əliyeva rəsmi “İnstagram” hesabında fotolar paylaşıb.