Bakıda poçtdan oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş M.İbrahimlinin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Sulutəpə qəsəbəsi ərazisindəki poçt məntəqələrinin birindən içərisində 100 manat, 10 ədəd möhür, 500 manat dəyərində marka və zərf olan seyfi, habelə vətəndaşlara məxsus 25 ədəd bağlamanı sökərək içərisindəki əşyaları oğurlaması da müəyyən edilib.
Month: December 2019
-
Bakıda poçtdan oğurluq olub
-
Bakıda siqaretlər topdansatışdan yığışdırılır
Bakının bir sıra topdansatış məntəqələrində siqaretlər satışdan yığışdırılır.
Bu barədə mağaza sahibləri məlumat verib. Onların sözlərinə görə, ilin sonuna bir gün qalmış populyar siqerat markaları olan «Kent», «Vinston» və «Sobraniye» kimi siqaretləri topdansatış məntəqələrində almaq mümkün olmayıb. Səbəbi dəqiq açıqlanmasa da, mağaza sahiblərinin sözlərinə görə, buna səbəb gələn ildən siqaretə görə aksiz dərəcəsinin artmasıdır.Qeyd edək ki, bu günədək topdansatış məntəqələrində «Kent»in qutusu 2,7 manata, «Vinston»un qutusu 2,6 manata, «Sobraniye»nin qutusu 3 manatdan satılırdı. Mağazalar isə bunun üzərinə 10%-ə qədər marja əlavə edirdilər.
Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində 2020-ci il yanvarın 1-dən etibarən siqaretlər üçün aksiz vergisinin artırılması nəzərdə tutulur.(FED.az)
-
Azərbaycanda bankda çalışanların maaşları açıqlanıb
Bankir – bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həmişə cəlbedici, hörmət edilən, ağ yaxalı və yüksək qazanclı peşə hesab olunub. Banklarda çalışanlar əslində nə qədər qazanır?
FED.az bu dəfə bankirlərin əməkhaqlarını araşdırıb.
Bank ixtisar etdiyi işçilərini – Başqa banklara təklif edir
Əvvəllər banklar öz işçilərini özləri hazırlamağa daha çox meylli idilər. İndi isə “headhunting” edirlər, yəni təcrübəli kadrları yüksək əmək haqqı müqabilində “ovlayıb” öz sıralarına qatmaq istəyirlər. Bu daha çox idarəetmənin orta pilləsində baş verir.
Bunu uzun müddət Azərbaycan bank sektoru üçün çalışmış, mütəxəssis bildirib.
Azərbaycanda bank filiallarının və işçilərininn sayı artıb
“Nəyə görə banklarda aşağı pillə vəzifələrinə seçim zamanı çox mərhələli imtahan və müsahibələr keçirilir, yuxarı pillərə isə qəbul daha asandır” sualına bank mütəxəssisi belə cavab verib:
“İşə götürmə prosesində fərqli səviyyəli mütəxəssislərə fərqli yanaşma var və bu normal haldır. Orta menecer səviyyəsində işçi artıq bilik və təcrübəsini təsdiq etmiş şəxsdir və adi yoxlamalardan adətən keçirilmir. Belə şəxslər müsahibələr zamanı daha ciddi və dərin dəyərləndirilir, peşəkar səviyyəsi ölçülür. Orta menecerlər adətən headhunt olunurlar, bu da o deməkdir ki, şirkət məhz bu şəxsi komandada görmək istəyir.
Azərbaycan banklarının rəhbərliyində kimlər xaricdə təhsil alıb?
Aşağı ranq vəzifələrdə işçi sayı daha çox olur, vakansiyaya namizədlər çox olur, buna görə də mərhələli seçimlər tətbiq olunur”.
Banklar digər bir bankdan ixtisaslı kadr dəvət edəndə ona yüksək əmək haqqı təklif edə bilirlər. Aldığımız məlumata əsasən ölkəmizdə fəaliyyət göstərən xarici kapitallı banklardan biri digər bir bankın audit departament müdirini 7000 AZN əməkhaqqı ilə öz komandasına cəlb etməyə çalışıb.
Bu vəzifə – yəni department müdiri üçün banklarda ortalama rəqəm 6000-8000 AZN arasında dəyişir, minimum 4000 AZN, bəzi banklarda isə 10 000 AZN-ə qədər yüksələ bilər.
Filial müdirləri – bankdan asılı olaraq 3000 -10 000 AZN arasında əməkhaqqı dəyişə bilər. Yəni departament müdirlərindən elə də az almırlar. Kiçik banklarda 3000-5000 AZN, orta ölçülü banklarda 4000-6000 AZN, böyük banklarda – Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank”, “Xalq Bank”, “Kapital Bank” kimi banklarda isə daha yüksək olar bilər. Eyni bankda heç də bütün filial müdirləri və ya departement müdirləri eyni əmək haqqı almır, əməkhaqları bir çox halda fərdi müəyyən olunur.
«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır?
İdarə heyəti, İH üzvləri, sədrlər və müavinlər – eyni masanın başında otursalar da, İdarə Heyətinin sədrləri ilə digər üzvlər arasında əmək haqqı fərqi ciddi olur. Yəni ən çox sədrlər qazanır, onların aylıq maaşları bankdan asılı olaraq 15 000 – 30 000 AZN arasında dəyişir. Sədr müavinləri isə departement müdirlərindən iki dəfə çox qazanır, bu o deməkdir ki, onların əməkhaqları 20 000 AZN-ə qədər yüksələ bilər, amma ümumilikdə 10 000 -15 000 AZN qazanırlar.
Şöbə müdirləri banklarda ortalama 2000 AZN qazanır, bu rəqəm işçinin stajından və keyfiyyətlərindən, dərəcədən asılı olaraq dəyişə bilər. Baş mütəxəssis və aparıcı mütəxəssislərin maaşları da təxminən buna yaxın bir rəqəmdir.
“Accessbank”dan “Yelo bank”a yüksək vəzifəyə təyinat
Yeni başlayan əməkdaşlar isə çox az əmək haqqı ilə cəlb olunur – məsələn 400 AZN. Müştəri xidməti mütəxəssisi – staj, bilik və təcrübəsindən asılı olaraq 500-800 AZN, bəzi hallarda 1000 AZN də qazana bilər.
Kassirlər, əməliyyatçılar, call center əməkdaşları, kadrlar sahəsində çalışanlar da minimum 300-400 AZN əmək haqqı ilə işə cəlb olunur. Baş ofisdə çalışanlar digərlərinə nisbətən daha çox əmək haqqı alır.
Məntiqi olaraq, banka pul qazandıran departament əməkdaşları və müdirləri daha çox qazanır, bura pərəkəndə bankçılıq, korporativ bankçılıq, mikro və aqro kreditləri aid etmək olar. Əgər adi aylıq əməkhaqlarında bu fərq özünü çox büruzə verməsə də, il sonu mükafatlarda (yəni premiyalarda) mütləq özünü bariz şəkildə göstərəcək.
Əmək haqqı siyasəti hər bir bankda fərqli ola bilər. Bəzən işçiləri əmək haqqı ilə deyil, vəzifə artımı ilə stimullaşdırmaq lazım gəlir, bu da həmin bankda şöbə və departament saylarının artımına və vəzifə bölgüsünün çoxluğuna gətirib çıxarır. Praktika göstərir ki, mütəmadi vəzifə artımı yüksək əmək haqqıdan daha çox motivasiya edir və potensialı daha yaxşı üzə çıxarmağa imkan verir.
Amma bankda işə yüksək maaşla başlamağın mənfi tərəfi də var. Təcrübə göstərir ki, bu zaman həmin işçinin maaşı uzun müddət artmır və ya çox cüzi yüksəlir. Daha az maaşla işə düzələn işçilərdə isə artım daha sürətli ola bilər.
İl sonu mükafatların və bonusların hesablanması
Bonuslar: Daha bir maraqlı məqam isə bonusların hesablanmasıdır. Qeyd edək ki, bonuslar müqavilə ilə nəzərdə tutulmuş olur. Aylıq bonuslar əsasən satış, əməliyyat, kredit mütəxəssilərində olur, yəni həmin sahənin əməkdaşları stabil əməkhaqqı+bonus alırlar. Bu tip əmək haqları bankın strategiyasından asılı olaraq tez-tez dəyişir, əgər bank əməliyyat sahəsində çalışan əməkdaşın depozit cəlb etməsində deyil, istehlak krediti rəsmiləşdirməsində maraqlı olursa, bonuslar həmin istiqamətə yönəldilir.
Bonuslar həmçinin İH üzvləri üçün də müqavilədə nəzərdə tutulmuş ola bilər, bu da onları bankın daha mənfəətli işləməsinə stimullaşdırmalıdır.
İl sonu mükafatlar – premiya verilməsi üçün ilk növbədə bankın mənfəətli olması gərəkdir. Yəni bu müqavilə ilə nəzərdə tutulmayıb, ilin sonuna yaxın bankın rəhbərliyinin qərarından asılıdır. Rəhbərlik istəsə öz əməkdaşlarını 13-cü maaşla mükafatlandıra bilər.
13-cü əmək haqqı əmək haqqının ən az bir və ya fərqli misli qədər müəyyən olunur.
Misal üçün əgər adi halda, bankın mikro kredit department müdiri də 5000 AZN əmək haqqı alır, maliyyə monitorinq müdiri də, ilin sonunda premiyalar hesablanarkən isə mikro kredit departmenti öz əmək haqqının 10 misli qədər mükafat aldığı halda, maliyyə ən yaxşı halda 4 misli qədər mükafat ala biləcək.
Mükafatların verilməsi isə müəyyən göstəricilərə əsasən baş verir, ilin əvəvlində hər bir şöbə və əməkdaş üçün KPİ – baş performans gösəticiləri təyin olunur, bu da həmin şəxsin çalışdığı sahədən asılı olaraq fərqli ola bilər.
Məsələn, kredit satışlarında bu göstərici portfelin həcmi ola bilər, portfelin məbləğ üzrə həcmi və portfelin müştəri sayı üzrə rəqəmi, aktiv müştərilərin sayı. Həmçinin portfelin keyfiyyəti, müştərilərin gecikmə günlərinin olub-olmaması da nəzərə alınan rəqəmlərdir.
Maliyyə monitorinqində KPİ – maliyyə mütəxəssisinin aşkar etdiyi xətalar nəticəsində banka dəymiş zərərin azalması, banka gəlir qazandırılması, audit yoxlamaları zamanı ciddi səhvlərin sayının normadan az olması ola bilər.
Marketinq, PR, HR sahəsi üzrə də fərqli performans göstəriciləri və qiymətləndirmə meyarları vardır.
Hansı banklarda əməkhaqqı daha yüksəkdir?
“Xalq Bank”, “Paşa Bank” və “Azər Türk Bank” kimi banklarda, əmək haqları digər banklardan daha yüksəkdir.
Bəzən böyük olmayan ASB Bank, NBC Bank kimi banklar da eyni pozisiya üçün həcmcə daha böyük olan banklardan daha yüksək əmək haqqı təklif edə bilir.
PaşaBankda əmək haqıların yüksək olması – bankın filial və əməkdaş sayının az olması, amma daha böyük məbləğlər ilə əməliyyatlar həyata keçirməsi, portfellərin məbləğ həcminin böyük olmasıdır. Bu isə banka daha yüksək əmək haqqı ilə daha az sayda əməkdaş cəlb etməyə imkan verir.
Riteyl banklar isə – Bank of Baku, Unibank, RabitəBank kiçikhəcmli, istehlak kreditləri verir və ya depozitlər cəlb edir, ona görə də daha az əmək haqqı müqabilində daha çox əməkdaş cəlb etməli olur.(fed.az)
-
“Araz supermarket”dən alınan şokoladdan qurd çıxdı – Foto

“Araz supermarketlər şəbəkəsi”ndən alınan şokoladın içindən qurd çıxıb.
Bizimyol.info xəbər verir ki, şəbəkənin Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən mağazasından alınıb.“İkinci dəfədir belə hal ilə rastlaşdım. Bir dəfə də iki il əvvəl balıq almışdım köhnə çıxdı qaytardım. Tarixi isə mağazada dəyişdirilib. Çünki tərəzidə çəkiləndə tarix də düşür, köhnə kağız altda qalıbdı”,-deyə müştəri Sona Adıgözəlova bildirib.

Məsələ ilə bağlı “Araz supermarketlər şəbəkəsi”nin mətbuat xidmətinin rəhbəri Billurə Əmirova qeyd edib ki, “Konti” Ukrayna brendidir, Rusiyada istehal olunur, tədarükçüsü “Nant” MMC-dir. Tərkibi şokolad və fındıqdan ibarətdir.
Mütəmadi satılan məhsuldur. Sizin şikayətiniz əsasında həmin şokoladlar bir-neçə marketdə yoxlanıldı, qurdlama halına rast gəlinmədi”. -
Barselonada kilsədə partlayış: çoxlu sayda yaralı var

İspaniyanın Barselona şəhərində kilsədə baş verən partlayış nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir.
Məlumatı “Twitter”də Kataloniyanın fövqəladə hallar xidməti yayıb.Partlayış Barselonanın Sentelyes yaşayış məntəqəsində yerləşən kilsənin zəng qülləsində baş verib.
Yerli kütləvi informasiya vasitələri partlayışa pirotexnik vasitələrin səbəb olduğunu yazır.
-
AQTA “quş qripi” ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə keçirdiyi epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
AQTA-dan verilən məlumata görə, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilib.
Epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 64 baş çöl quşundan patoloji material götürülüb. Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Sumqayıt şəhəri, Abşeron, Lerik, Cəlilabad, Sabirabad, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçikhəcmli kommersiya tipli 14 quşçuluq təsərrüfatında 210 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.
Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.
-
Yeni il gecəsi səhərə qədər işləyəcək avtobuslar – SİYAHI
Yeni il gecəsi Bakıdan Sumqayıt şəhərinə, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinə və Masazır qəsəbəsinə işləyən avtobuslar səhərə qədər hərəkətdə olacaqlar.
Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.Onun sözlərinə görə, dekabrın 31-i gecə 23:00-dan yanvarın 1-i səhər saat 06:00-a qədər 501, 502, 503, 592, 596, 533, 553, 525 saylı marşrut xətlərinin hər birinə aid 1 avtobus sərnişinlərə xidmət edəcək.
-
Жест благотворительности Лейлы Алиевой – ФОТО

По инициативе вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой персонаж национального фольклора Джыртдан раздал детям, живущим в регионах Азербайджана, новогодние подарки.
Под веселую музыку маленькие жители Хызынского, Губинского, Сиязаньского, Шабранского, Евлахского, Астаринского, Лерикского, Агджабединского, Шекинского, Гахского, Лянкяранского, Масаллинского, Загатальского, Балакенского, Уджарского и Зардабского районов получили подарки.Их вручал любимый герой национального фольклора Джыртдан, а забавные аниматоры порадовали детишек веселыми играми.
Эта инициатива Лейлы Алиевой в преддверии Нового года подарила праздничное настроение и ощущение счастья юным жителям даже самых отдаленных районов Азербайджана.

















-
Leyla Əliyevadan növbəti xeyirxah addım – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Azərbaycan bölgələrində yaşayan uşaqlara yeni il hədiyyələrini çatdırıb.
Şən musiqi sədaları altında Xızı, Quba, Siyəzən, Şabran, Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar, Zərdan rayonlarının balaca sakinlərinə Yeni il hədiyyələri çatdırılıb. Sevimli milli nağıl qəhrəmanı Cırtdandan bayram sovqatı təqdim edilib, şən animatorlar uşaqları öz məzəli oyunları ilə sevindirib.Leyla Əliyevanın bu təşəbbüsü hətta Azərbaycanın ən ucqar rayonlarındakı uşaqlara belə yeni il ərəfəsində böyük xoşbəxtlik və bayram əhvalı bəxş edib.

















-
Sabahdan Azərbaycanda bayram tətili başlayır
Sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.
2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı ölkədə qeyri-iş günüdür.Yanvarın 7-də iş başlayır.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov imzaladığı qərarla ölkədə iş və istirahət günlərinin yerinin dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Xatırladaq ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib