Month: December 2019

  • Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava: Xəsarət alan var

    Almaniyanın Deggendorf şəhərində azərbaycanlılar arasında dava düşüb.

    Plus.pnp.de-nin xəbərinə görə, dünən axşam yerli vaxtla 19:50 radələrində şəhərdə yerləşən qaçqın düşərgəsində 35 yaşlı azərbaycanlı qonşu otaqda qalan 20 yaşlı həmyerlisi ilə mübahisə edib.

    Onların mübahisəsi davaya çevrilib və bu zaman daha iki azərbaycanlı da onlara qoşulub.

    Nəticədə 35 yaşlı azərbaycanlı 20 yaşlı həmyerlisinin gözünü zədələyib.

    Xəstəxanaya aparılan yaralı müalicədən sonra düşərgəyə qaytarılıb

  • Bakıda dəhşətli hadisə – gənc qız özünü binadan atdı – VİDEO

    Bakıda ölüm hadisəsi baş verib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu, İslam Səfərli küçəsində qeydə alınıb.

    Hadisə şahidlərinin sözlərinə görə, gənc qız yaşadığı binadan özünü ataraq intihar edib.

    Qız hadisə yerindəcə dünyasını dəyişib.

    Hadisə yerindən görüntünü təqdim edirik:

  • Sabah avtobuslar gecə saat 01:00-dək fəaliyyət göstərəcək

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar, müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

    Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyində (BNA) bildirilib.

    BNA qeyd edir ki, vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələrini tövsiyə edilir. Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir: “Vətəndaşlarımızdan anlayış göstərərək ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik.

    Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək. Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək.

    Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək. Sürücülərdən xahiş edirik ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar”.

  • Rayonlara üz tutanların nəzərinə: “Qiyməti süni artırırlar” – VİDEO

    Bayram günləri ərəfəsində, istər bayram qabağı, istər bayram sonrası avtovağzallarda canlanma müşahidə olunur. Bu da özü ilə bir sıra narahatlıqlar gətirir.

    Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

    Sərnişinlər bildirir ki, qiymətlər əvvəlkindən bahadır:

    “Bayramdan istifadə edib qiyməti süni artırırlar, məcbur qalıb taksi ilə gəlirik. O da baha başa gəlir, 20-30 manat arası”.

    Sərnişinlərin əksinə, avtobus sürücüləri heç bir qiymət artımının olmadığını deyirlər:

    “Artım söhbəti yoxdur. Səlahiyyətli şəxslər avtobusun içərisinə daxil olub baxırlar, tək-tək bileti yoxlayırlar”.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova isə qeyd edib ki, qiymət artımı ilə bağlı hər hansı halın yaşanması mümkün deyil:

    “Sərnişinlərin hər hansı bir problemi yaranarsa, neqativ halla qarşılaşarlarsa, mütləq 406-01-58 və 406-01-59 nömrələri ilə əlaqə saxlayaraq məlumat versinlər. Sərnişinlər biletləri mütləq kassalardan alsınlar”.

  • Azərbaycan Ordusu yeni silahlarla təmin ediləcək

    Müdafiə Sənayesi Nazirliyində 2019-cu ilin yekunlarına və qarşıda duran məsələlərə dair geniş müşavirə keçirilib.

    Nazirlikdən verilən məlumata görə, cari il ərzində Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin istehsal və təsərrüfat fəaliyyətinin yekunları, 2020-ci ildə bu sahədə qarşıda duran vəzifələr müzakirə edilib.

    Müdafiə Sənayesi naziri Mədət Quliyevin sədrliyi ilə keçirilən iclasda tabeçilikdə olan birlik və müəssisələrin 2019-cu il üzrə fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər müzakirə edildi. Qeyd olundu ki, Silahlı Qüvvələrin silah, sursat və digər müdafiə təyinatlı məhsullarla təmin edilməsinin vacibliyi nəzərə alınaraq cari ilin iyun ayında ölkə başçısı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti bərpa olunub və Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tövsiyyə və tapşırıqların həlli istiqamətində atılacaq addımlar müəyyənləşdirilib.

    Bildirildi ki, ölkə başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ötən müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məhsullar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib.

    Milli Ordunu yeni nəsil silah növləri ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən yeni layihələrin reallaşdırılması istiqamətində məqsədyönlü işlərin davam etdirildiyi də diqqətə çatdırılıb.

    Müşavirədə müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı ilə bağlı 2020-ci ildə qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

  • Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlandı

    Azərbaycanda məktəblilərin qış tətili günləri açıqlanıb.

    Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

    Qeyd edək ki, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

    – 5 gün payız tətili (16-20 noyabr);

    – 5 gün qış tətili (27-31 yanvar).

    – İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr – 26 yanvar, ikinci yarımili isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

  • Efir məkanlarında yol verilən səhvlərin SİYAHISI

    Efir məkanında Dövlət dilinin istifadəsi ilə bağlı müəyyən problemlər aşkarlanıb.

    Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub.

    Hesabata əsasən efir məkanlarında müşahidə edilən həmin problemlərin əsas istiqamətləri aşağıdakılardır:

    – aparıcıların bir sıra hallarda Azərbaycan ədəbi dilinin normalarına riayət etməməsi, nitqlərində dolaşıqlığa, söz sırasının pozulmasına yol verməsi, məişət dilini efirə çıxarması, bəzən bayağı nitq sərgiləmələri;

    – aparıcıların qeyri-dövlət dilində olan söz və ifadələrdən istifadə etmələri;

    – aparıcıların dəvət olunmuş xarici dilli qonaqlarla xarici dildə danışmağa meyl etməsi;

    – aparıcıların nitqlərində rus və türk dilinin təsirinin hiss edilməsi:

    – bəzi aparıcıların ləhcədə danışması;

    – verilişlərdə xarici dildə danışan qonaqların nitqinin yalnız subtitrlə tərcümə edilməsi;

    – teleradio verilişlərində və reklamlarda tamaşaçı və dinləyici auditoriyasını qıcıqlandıra biləcək kobud sözlər, söyüşlər, qeyri-etik və təhqiramiz ifadələrin işlədilməsi və s.

    Paralel olaraq il ərzində ölkə ərazisində fəaliyyət göstərən radio kanalların da növbəli şəkildə monitorinqləri aparılıb. Monitorinqlər zamanı radio kanallar tərəfindən yol verilmiş bir sıra nöqsanlar aşkar edilmiş və müvafiq şəkildə sənədləşdirilib.

    Eyni zamanda qeyd olunub ki, radio yayımçılarının efirində qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində ötən illərlə müqayisədə müəyyən müsbət dəyişikliklər diqqəti cəlb etsə də, sponsor reklamları və interaktiv proqramlarda aparıcılar tərəfindən xoşagəlməz davranışlara, ifadələrə yol verməsi ilə bağlı faktlar müşahidə edilib.
    /oxu.az/

  • Президент Азербайджана произвел назначения в экономические и коммерческие суды республики

    30 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении судей в новосозданные экономические и коммерческие суды.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно распоряжению главы государства, в экономические суды страны судьями назначены 25 человек, в коммерческие суды – 17 человек.

    Хиджран Мурадов и Сахават Новрузов назначены судьями в Экономический суд Нахчыванской Автономной Республики.

    Кроме того, Президент назначил 11 судей в Бакинский экономический суд, четырех судей – в Гянджинский экономический суд, по три судьи – в Сумгайытский и Ширванский экономические суды, двух судей – в Шекинский экономический суд.

    Эльнур Гусейнов и Эльшан Салманов назначены судьями в Коммерческий суд Нахчыванской АР. Кроме того, глава государства назначил восемь судей в Бакинский коммерческий суд, трех судей – в Сумгайытский коммерческий суд, одного судью – в Шекинский коммерческий суд.

    Полный список назначенных главой государства судей представлен по ссылке.

  • Prezident yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinə hakimlər təyin etdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yeni yaradılmış inzibati və kommersiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncamda bildirilib:

    “Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

    1. Aşağıdakı şəxslər yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

    İnzibati məhkəmələr üzrə:

    Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

    Muradov Hicran Xasay oğlu

    Novruzov Səxavət Hüseyn oğlu

    Bakı İnzibati Məhkəməsi

    Abdullayeva Aygün Abdulla qızı

    Abıyev Nəriman İbrahim oğlu

    Əliyev Elvin Əhəd oğlu

    Hacıbəyova Miminat Tacib qızı

    Həsənova Şəlalə Akif qızı

    Hüseynov Araz Firidun oğlu

    Hüseynov Pərviz Aktiv oğlu

    Qarayeva Mehriban Cəfər qızı

    Mədətli Fərid İlham oğlu

    Oruczadə Aytən Pənah qızı

    Rəcəbov İlkin Əbülfəz oğlu

    Gəncə İnzibati Məhkəməsi

    Axundov Emin Tahir oğlu

    Hüseynov Fikrət Cilingir oğlu

    İsgəndərova Aygül Vulqar qızı

    Osmanov Usaməddin Hidayət oğlu

    Sumqayıt İnzibati Məhkəməsi

    Əzizova Vəfa Ehtiram qızı

    Quliyev İsmayıl Rza oğlu

    Məmmədov Ceyhun Bəşir oğlu

    Şirvan İnzibati Məhkəməsi

    Allahyarov Zaur Mirzağa oğlu

    Həsənov Samir Firdusi oğlu

    İsmayılov Orxan Nadir oğlu

    Şəki İnzibati Məhkəməsi

    Cabbarov İlqar Hidayət oğlu

    Qasımov Vidadi Kamal oğlu

    Kommersiya məhkəmələri üzrə:

    Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi

    Hüseynov Elnur Heydər oğlu

    Salmanov Elşən Fizuli oğlu

    Bakı Kommersiya Məhkəməsi

    Axundova Zeynəb Əli qızı

    Burcayev İmran Ramazan oğlu

    Əliyev Emin Zöhrab oğlu

    Əliyeva Aytən Heydər qızı

    Əliyeva Leyla Rauf qızı

    Nuriyeva Səbinə Vidadi qızı

    Pirverdiyev Zaur Rafiq oğlu

    Qasımov Fərrux Hüseynağa oğlu

    Gəncə Kommersiya Məhkəməsi

    Məmmədov Rəşad Seylan oğlu

    Vəliyev Kənan Hafiz oğlu

    Sumqayıt Kommersiya Məhkəməsi

    Məmmədov Zahid Tahir oğlu

    Sadiqov Zülfüqar Əhməd oğlu

    Tağıyev Xəqani Qəhrəman oğlu

    Şirvan Kommersiya Məhkəməsi

    İsmayılov Rafiq Tofiq oğlu

    Şəki Kommersiya Məhkəməsi

    Məcidov Rüfət Azadəli oğlu

    2. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir”.

  • В суды Нахчыванской АР произведены новые назначения – РАСПОРЯЖЕНИЕ

    30 декабря Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении заместителя председателя, председателей Административной и Коммерческой коллегий Верховного суда Нахчыванской Автономной Республики (НАР), а также председателей ряда судов первой инстанции НАР.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению:

    1. Аскер Новруз оглу Новрузов назначен заместителем председателя Верховного суда Нахчыванской АР;

    2. Юсифали Сулейман оглу Гурбанов назначен председателем Административной коллегии Верховного суда Нахчыванской АР;.

    3. Ахлиман Мехман оглу Хыдыров назначен председателем Коммерческой коллегии Верховного суда Нахчыванской АР;

    4. Хиджран Хасай оглу Мурадов назначен председателем Административного суда Нахчыванской АР;

    5. Эльшан Физули оглу Салманов назначен председателем Коммерческого суда Нахчыванской АР:

    6. Гусейн Мамед оглу Мамедов назначен председателем Суда по тяжким преступлениям Нахчыванской АР.

    Данное распоряжение вступает в силу 1 января 2020 года.