Month: December 2019

  • Bakıda yolayrıcına sürətlə girən maşın taksilərə çırpıldı – ANBAAN VİDEO

    Bakının Nərimanov rayonunda baş verən qəza anı kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, yaşıl işığın son saniyəsində sürətlə yolayrıcına daxil olan sürücü idarəetməni itirib.

    Nəticədə, düz istiqamətdə gedərək yolun kənarında dayanmış taksilərə çırpılıb. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.

    Səki ilə gedən piyada isə son anda xilas ola bilib.

  • Yol polisi onları nəzarətə götürür

    Baş Dövlət Yol Polisi velosiped və moped idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

    O bildirib ki, idarə tərəfindən ölkəmizdə sayı artmaqda olan velosiped və moped sürücülərinə davamlı olaraq maarifləndirmə və təbliğat xarakterli tədbirlər görülür.

    Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndirici söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarə etməyə mane olan yük daşımamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı tövsiyə edib.

    Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılıb və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb.

    Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkəmizin digər regionlarında da davam etdirilir.//oxu.az

  • Azərbaycanlını qeydiyyata salmaq rusiyalıya baha başa gəldi

    Rusiyanın Bryansk vilayətində yerli sakin azərbaycanlını qanunsuz qeydiyyata salıb.

    Gorod-tv.com-un xəbərinə görə, prokurorluq Seltso şəhər sakininin miqrant qanunvericiliyini pozması faktını aşkar edib.

    Bryansk prokurorluğundan verilən məlumata görə, yerli sakin azərbaycanlının qeydiyyata salınması ilə bağlı sənədləri Miqrasiya İdarəsinə təqdim edib.

    Yoxlama zamanı evin, əslində, yaşayış yeri olmadığı məlum olub.

    Hadisə ilə bağlı Seltso sakini məsuliyyətə cəlb edilib.

  • Сегодня начинается диагностическое оценивание школьных психологов

    Сегодня начинается диагностическое оценивание знаний и навыков психологов, работающих в государственных общеобразовательных учреждениях Азербайджана.

    Как говорится в сообщении Министерства образования, оценивание будет проводиться с 24 по 28 декабря во втором корпусе Азербайджанского государственного экономического университета.

    Участники оценивания в течение 90 минут должны будут ответить на 60 тестовых заданий. Каждый правильный ответ будет оцениваться в один балл.

    С собой они должны иметь только подлинник документа, удостоверяющего личность.

    Отметим, что информация о времени проведения диагностического оценивания психологов отправлена в их личные кабинеты.

  • Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

    Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

    Təhsil Nazirliyindən verilən məlumata görə, diaqnostik qiymətləndirmə bu ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək.

    Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab bir balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

    Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

  • В Баку Mercedes врезался в Toyota и загорелся – ВИДЕО

    Сегодня ночью в Насиминском районе Баку произошло ДТП.

    Как передает Median.Az, столкнулись автомобили Toyota и Mercedes.

    В результате столкновения Mercedes загорелся.

    По данным Министерства по чрезвычайным ситуациям, часть автомобиля и другие транспортные средства удалось защитить от огня.

    Пожар потушен.//oxu.az

  • Bakıda “Toyota”ya çırpılan “Mercedes” yandı – VİDEO

    Gecə saatlarında Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Qəza zamanı “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub.

    Toqquşmadan sonra “Mercedes” yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.//oxu.az

  • Лейла Алиева поздравила Ильхама Алиева с днем рождения – ВИДЕО

    Сегодня день рождения Президента Азербайджана Ильхама Алиева. Главе государства исполняется 58 лет.

    Как передает Median.Az, дочь президента, вице-президент Фонда Гейдара Алиева Лейла Алиева опубликовала на своей странице в Instagram видео, посвященное отцу.

  • Leyla Əliyeva İlham Əliyevi təbrik etdi – VİDEO

    Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

    Median.Az xəbər verir ki, prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında ona təbrik ünvanlayıb.

    O, atası ilə bağlı video paylaşıb.

    Qeyd edək ki, bu gün İlham Heydər oğlu Əliyevin 58 yaşı tamam olur.

  • В Гяндже на улице нашли новорожденного

    В Гяндже на улице обнаружили новорожденного.

    Как передает Report, младенца нашли на территории поселка Гюлистан. Он лежал возле мусорных баков.

    Малыша отвезли в городскую детскую больницу №2 Гянджи. Как сообщили в медучреждении, новорожденный здоров. В данный момент он чувствует себя нормально.

    По факту начато расследование.