Month: December 2019

  • Qaz limitini keçən abonentlərə – ŞAD XƏBƏR

    Yeni ilin ilk günündən etibarən təbii qazın illik limiti sıfırlanacaq.

    Median.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Smart İTRON məişət qaz sayğaclarında bu limit avtomatik qaydada hesablandığı halda, mexaniki qaz sayğaclarında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının monitorinqi ilə müəyyənləşdirilir.

    “Azəriqaz” İstehsalat Birliyindən bildiirlib ki,mexaniki qaz sayğaclarında limitlərin hesablanmasına yeni ilin ilk iş günündən başlanılacaq. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar.Bu işə isə yeni ilin ilk iş günündən başlanılacaq.

    Qurumun mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, mexaniki sayğaclarda limitlər növbəti ayın 10-na qədər hesablanıb yekunlaşacaq. Növbəti illik limitdə də məhz son hesablanan gündən müyyənləşəcək. Bununla yanaşı, qurumun rəsmisi onu da bildirib ki, elektron sayğaclarda karta edilən mədaxilin hansı tarixdə əlavə edilməsinin limitiə heç bir fərqi yoxdur.

    Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.

  • Saatlıda 25 yaşlı qadın əri tərəfindən döyülüb

    Saatlı rayonunda döyülmə hadisəsi baş verib.

    Report xəbər verir ki, hadisə Mollavəzli kəndində qeydə alınıb.

    Kənd sakini, 1994-cü il təvəllüdlü Hüseynova Ülviyyə Əlabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. O, kürək, sağ göz nahiyələrindən və sağ əlinin beşinci barmağından müxtəlif dərəcəli xəsarətlər alıb. Ü.Hüseynova Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Baş Prokurorluq Dövlət Himnini prokurorluq orqanları işçilərinin ifa etməsi, dinləməsi və oxuması qaydasını müəyyən edəcək

    Nazirlər Kabineti xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydasını 3 ay müddətində müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

    Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli qanuna əsasən, xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilməli idi. Beləliklə, fərmanla bu sahədə məsul orqan Nazirlər Kabineti müəyyən edilib.

    Eyni zamanda fərmana əsasən, Baş Prokurorluğa tövsiyə edilib ki, Azərbaycan Respublikasının Dövlət Himnini prokurorluq orqanları işçilərinin ifa etməsi, dinləməsi və oxuması qaydasını müəyyən etsin.

  • Yeni il yolkalarında zərərli maddə aşkarlandı — Uşaq orqanizminə təhlükədir

    Bayramöncəsi hər yerdə satılan, daha çox Çin, Tailand, Rusiya istehsalı olan süni Yeni il şam ağacları – yolkalarda orqanizm üçün təhlükəli olan formaldegid adlı maddə aşkarlanıb.
    Median.Az
    medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın keyfiyyətə nəzarət idarəsi olan “Roskaçestvo” məlumat verib. Onlar süni yolkaların materialının analizini ediblər.

    Yolkadan gələn kəskin kimyəvi qoxu formaldegidin normadan artıq olmasından irəli gəlir. Nə qədər yolka tünd yaşıl rəngdə və şuxdursa, bir o qədər bu maddə çoc vurulub.
    Ultrabənövşəyi şüaların təsirindən maddə daha da aktivləşir.

    Formaldegid kəskin qoxu verir, ağacın iynələri ovanda tökülür, asan alışır.
    Mütəxəssislər keyfiyyətli yolka almağı, xüsusən sertifikatı olan yolkalar seçməyi tövsiyyə edir.

    Uşaqlara bu yolkalara toxunmaq, yaxınlığında yatmaq, toxunub əllərini ağıza vurmaq olmaz.

  • Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb

    Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb.

    Bu barədə APA-ya “Azərsu” ASC-dən məlumat verilib.

    Hazırda ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

  • Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdədir

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizi öz xalqının rifahı naminə çalışan təcrübəli dövlət xadimi kimi tanıyırlar. Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb, tərəqqi və quruculuq yolu ilə inamla irəliləyir.

    Biz Sizi Rusiyanın böyük dostu, strateji tərəfdaşlığımızın, müxtəlif sahələrdə, o cümlədən parlament xətti ilə ikitərəfli faydalı əməkdaşlığımızın möhkəmlənməsi kursunun davamçısı hesab edirik.

    Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı və firavanlıq diləyim.

    Sizə yüksək ehtiramıma əmin ola bilərsiniz”.

    XXX

    TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

    Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. TÜRKSOY təşkilatının baş katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

    Zati-alinizin humanist və müdrik siyasəti sayəsində Azərbaycan Respublikası dünyada tutduğu layiqli yerini ildən-ilə daha da möhkəmləndirməkdədir.

    TÜRKSOY-un Daimi Şurasının qərarı ilə 2019-cu ilin türk dünyasında “İmadəddin Nəsimi ili” elan edilməsi, Nəsimi yaradıcılığının üzv ölkələrimizdə və dünyanın müxtəlif dövlətlərində beynəlxalq tədbirlər keçirərək tanıdılması TÜRKSOY ilə Azərbaycan arasındakı mədəni birliyimizin inkişafına xidmət etməkdədir.

    Fürsətdən istifadə edərək, TÜRKSOY-un fəaliyyətinə hər zaman göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

    XXX

    Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən:

    “Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə böyük məmnuniyyətlə təbrik edir, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

    Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Monteneqronun dostluq və tərəfdaşlığının möhkəmləndirilməsinə, xalqlarımızın mənafeyi və firavanlığı naminə işə Sizin misilsiz töhfənizi xatırlatmaq mənim üçün böyük şərəfdir. Sizinlə əməkdaşlığı yüksək qiymətləndirir, əmin olduğumu bildirirəm ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək xatırlatmaq istərdim ki, Sizin müdrik rəhbərliyiniz, uzaqgörənliyiniz və rasional həllər tapmaq bacarığınız sayəsində Azərbaycan bu gün ictimai həyatın bir çox sahələrində müsbət nümunə kimi tanınır.

    Zati-aliləri, qarşıdan gələn illərdə də Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, ailənizə və dost Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzu edirəm.

    Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Эльмар Мамедъяров встретился с Мевлютом Чавушоглу – ОБНОВЛЕНО

    На полях 8-й встречи министров иностранных дел Азербайджана, Грузии и Турции в Тбилиси министр Эльмар Мамедъяров встретился со своим турецким коллегой Мевлютом Чавушоглу, сообщает АПА со ссылкой на пресс-службу МИД.

    На встрече было выражено удовлетворение развитием отношений, братского и стратегического партнерства между нашими странами. Министры подчеркнули важность сотрудничества на основе стратегического партнерства, добрососедства, взаимного уважения и доверия для укрепления региональной и глобальной безопасности и стабильности.

    Стороны обменялись мнениями о значимых проектах, реализуемых с участием обоих государств, и подчеркнули важность открытия в турецкой провинции Эдирне европейского участка Трансанатолийского газопровода (TANAP), как одного из основных сегментов Южного газового коридора и ключевых элементов энергетической безопасности Европы. Также стороны подчеркнули, что железная дорога Баку-Тбилиси-Карс, реализованная по инициативе и при участии Азербайджана, Грузии и Турции, будет способствовать развитию конкурентоспособных перевозок между Азией и Европой.

    Были проведены широкие дискуссии по ситуации вокруг армяно-азербайджанского конфликта, также были отмечены процессы на Ближнем Востоке и значение политики обоих государств для обеспечения их безопасности.

  • Zaqatalada bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb

    Zaqatalada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında, Zaqatala-Muğanlı avtomobil yolunda, Üçüncü Tala kəndi ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, qəza zamanı Üçüncü Tala kənd sakinləri – 1954-cü il təvəllüdlü Abdullayeva Sevil Rəsul qızı, onun oğlu, 1978-ci il təvəllüdlü Abdullayev Vüsal Ziyad oğlu və nəvəsi 2011-ci il təvəllüdlü Abdullayev Ziyad Vüsal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

    Faktla baglı araşdırma aparılır.

  • Qənirə Paşayeva yenidən Tovuzdan deputatlığa namizəd olacaq

    Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən parlament seçkilərində namizədliyini irəli sürəcək.

    Median.Az-ın azxeber.com-a istinadən xəbərinə görə, bu haqda Q.Paşayevanın özü məlumat verib. O qeyd edib ki, elə deputatı olduğu dairədən namizəd olacaq:

    “Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz Seçki Dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim. İnanıram ki, seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün və onları layiq olduqları kimi təmsil etməyə çalışdım. Hər bir seçicim mənim üçün çox əziz və dəyərlidir”.

    Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.

  • Лейла Алиева приняла участие в премьере спектакля “Клятва” – ФОТО

    Состоялась премьера спектакля «Клятва», поставленного при поддержке Министерства труда и социальной защиты населения, театром «Аса» по мотивам произведения Жана Батиста Мольера «Скупой».

    В премьере, которая прошла в Азербайджанском государственном академическом национальном драматического театре приняла участие Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.