Month: December 2019

  • İsmayıllının baş həkimi işdən çıxdı — Yeni təyinat

    Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.

    Median.Az azvision.az-a istinadən xəbər verir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əsədov Aydın Qoşunəli oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.
    Onun yerinə Vidadi Rəhimov təyinat alıb. Yeni baş həkim bu gün kollektivə təqdim olunub.

    Qeyd edək ki, V.Rəhimov yeni təyinatadək İsmayıllı rayon uşaq poliklinikasının baş həkimi olub.

  • Aynişanın nişan — FOTOları

    Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanı bir neçə gün əvvəl nişanlayıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, o, özəl günündən görüntüləri sosial şəbəkədə paylaşıb.
    Aynişan Kənan adlı şəxslə ailə qurmağa hazırlaşır.

  • Hansı şprislər qadağan olunub? – AÇIQLAMA

    Gələn ildən Azərbaycanda şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

    E. Ağayevin sözlərinə görə, bütün dərman preparatları kimi, Səhiyyə Nazirliyi tərəfindən şprislərin də sterilliyi yoxlanılır və bunun standartları müəyyənləşib.

    Nazir müavini bildirib ki, Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib: “O ki qaldı bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən 3 hissəli şprislərin qadağan olunması ilə bağlı səslənən fikirlərə, belə bir qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiqlənib”.

    Nazir müavini qeyd edib ki, Azərbaycana idxal olunan şprislərlə bağlı Səhiyyə Nazirliyinin müvafiq qurumlarına tapşırıq verilib: “Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır. Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq”.

  • Mingəçevirdə Kür çayında batan gənc xilas edilib

    Mingəçevirdə Kür çayında boğulma hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü şəhər sakini Əmirov Vasif Knyaz oğlu üzə bilmədiyindən boğulma təhlükəsi ilə üzləşib.

    Çayda onun batdığını görən gəzinti qayıqlarından biri dərhal hərəkətə keçərək V.Əmirovu xilas edib.

    Xilas edilən şəxs xəstəxanaya çatdırılıb.

    Onun çay üzərindəki körpüdən hansı səbəbdən suya düşməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Гахе автомобиль насмерть сбил пешехода

    В Гахском районе произошло ДТП со смертельным исходом.

    Как сообщает АПА, сегодня примерно в 19 часов на территории села Зерне легковой автомобиль сбил жителя села Лекит Шихамирова Вюсала Чингиз оглу 1989 года рождения.

    Пешеход скончался на месте происшествия от тяжелых травм.

    По факту проводится расследование.

  • Bakıda xəstəxana işçisi itkin düşüb – FOTO

    Bakıda 82 yaşlı kişi itkin düşüb.

    “Report”un xəbərinə görə, hadisə dekabrın 21-də Binəqədi rayonu ərazisində baş verib.

    Belə ki, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00-06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.

    Onun geri qayıtmadığını görən yaxınları A.Namazovun işə gedib çatmadığını öyrəniblər.

    Yaxınlarının sözlərinə görə, yaddaşsızlıq problemləri olan itkin şəxs evdən çıxarkən əynində qara palto, qara şalvar və qara papaq (“kepka”) olub.

    A.Namazovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

  • Миллионер решил найти 10 желающих разделить с ним жизнь в “раю”

    Немецкий миллионер ищет людей, желающих поселиться на его землевладении в Новой Зеландии.

    Об этом сообщает издание New Zealand Herald.

    70-летний предприниматель Карл Райпен (Karl Reipen), сделавший состояние на баночном кофе со льдом, дал объявление в новозеландской газете. Он пишет, что нужны 10 человек, которые составят ему компанию на удаленной ферме. По его словам, он хочет разделить с ними жизнь в этом «раю». Подходят и мужчины, и женщины, однако они не должны быть старше 70 лет.

    Гости миллионера будут жить в отдельных домах, рассчитанных на два человека. Они смогут наслаждаться прогулками, ловить рыбу, ходить за покупками, кататься на каяке, плавать и наблюдать за птицами и животными. Если у них есть лошади, их можно захватить с собой — у миллионера имеются конюшня и манеж для конного спорта.

    Райпен приобрел 223 гектара на берегу Тасманова моря в 2000 году. Сейчас стоимость землевладения оценивается в 5,6 миллиона новозеландских долларов. По информации The Independent, в 2016 году миллионер пытался избавиться от участка, но сделка так и не состоялась.

    Ферма находится на значительном расстоянии от населенных пунктов. Автомобильная поездка до ближайшего города занимает около полутора часов.

    В декабре 2018 года семья британцев объявила о найме профессионального фотографа и путешественника, который будет ездить с ними по разным странам, чтобы снимать события их жизни. За эту работу они предложили зарплату 80 тысяч фунтов стерлингов в год (около семи тысяч евро в месяц).

  • Dünya çempionumuz Çində “Super Model” seçildi

    Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.

    Median.Az xəbər verir ki, turnirin ardından qala gecə təşkil olunub.

    Gecədə müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Komandamızın üzvlərindən biri də onlar arasında yer alıb.

    Belə ki, millimizin üzvü Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında “Super Model” adına layiq görülüb.

    Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqaninin qatıldığı yarışda sonuncu dördüncü olub.

    O, ilk döyüşdə çinli Tuersun Mayerdanı, ardından yaponiyalı Hidenori İbatanı məğlub etsə də, yarımfinalda koreyalı Hvan Nam-Qonqa məğlub olub.

    Daha sonra Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Nikita Rafaloviçlə döyüşdən də məğlub ayrılıb.

    Olimpiya çempionumuz Radik İsayev isə çinli Jao Sindoya qalib gəlsə də, növbəti mərhələdə britaniyalı idmançı Məhəmməd Çoya məğlub olub.//oxu.az

  • Salyanda baş verən qəzada bir ailənin 2 üzvü ölüb, 3-ü xəsarət alıb – FOTO – YENİLƏNİB

    Xəbərə fotolar əlavə edilib

    ***

    Salyanda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb.

    Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü – Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

    Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Z.Məmmədova və T. Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qaxda avtomobil piyadanı vurub öldürdü

    Qax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Report-un məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, avtomobil yolu keçən piyada, Qax rayon Ləkit kənd sakini Vüsal Çingiz oğlu Şıxəmirovu vurub. Piyada hadisə yerində keçinib.

    Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.