Month: December 2019

  • Миллионер решил найти 10 желающих разделить с ним жизнь в “раю”

    Немецкий миллионер ищет людей, желающих поселиться на его землевладении в Новой Зеландии.

    Об этом сообщает издание New Zealand Herald.

    70-летний предприниматель Карл Райпен (Karl Reipen), сделавший состояние на баночном кофе со льдом, дал объявление в новозеландской газете. Он пишет, что нужны 10 человек, которые составят ему компанию на удаленной ферме. По его словам, он хочет разделить с ними жизнь в этом «раю». Подходят и мужчины, и женщины, однако они не должны быть старше 70 лет.

    Гости миллионера будут жить в отдельных домах, рассчитанных на два человека. Они смогут наслаждаться прогулками, ловить рыбу, ходить за покупками, кататься на каяке, плавать и наблюдать за птицами и животными. Если у них есть лошади, их можно захватить с собой — у миллионера имеются конюшня и манеж для конного спорта.

    Райпен приобрел 223 гектара на берегу Тасманова моря в 2000 году. Сейчас стоимость землевладения оценивается в 5,6 миллиона новозеландских долларов. По информации The Independent, в 2016 году миллионер пытался избавиться от участка, но сделка так и не состоялась.

    Ферма находится на значительном расстоянии от населенных пунктов. Автомобильная поездка до ближайшего города занимает около полутора часов.

    В декабре 2018 года семья британцев объявила о найме профессионального фотографа и путешественника, который будет ездить с ними по разным странам, чтобы снимать события их жизни. За эту работу они предложили зарплату 80 тысяч фунтов стерлингов в год (около семи тысяч евро в месяц).

  • Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq… Pediatrdan XƏBƏRDARLIQ

    “Heç fikir vermisiniz ki, balaca uşaqlar niyə çox yıxılır? Və həmişə də yıxılanda başları yerə dəyir. Çünki yaş xüsusiyyətinə görə baş ölçüsü bədəndən böyükdür”.

    Bunu pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb.

    Belə hallarda valideynlərin adətən təşviş içində həkimə müraciət etdiyini qeyd edən pediatr bunları vurğulayıb: “Bəzi ixtisas və qeyri-ixtisas həkimlərinə üz tutan valideynlər çox vaxt izafi tədqiqat üsulları ilə qarşılaşırlar. Lazımsız rentgen, kompüter tomoqrafiyası MRT, EEG edilir. İnsanın almalı olduğu radiasiya dozası 3-3.2 mSv (zivert) ikən nə qədər şüalanma olduğunu təxmin etmək olar. Bir döş qəfəsi rentgenoqrafiyası 0.01m Sv-dirsə, 5 yaşlı uşaq beyin Kompüter Tomoqrafiya müayinəsi olunanda 100 o qədər şüa alır.

    Həyatı və gələcəyi irəlidə olan övladlarınızı yersiz şüalanmadan qoruyun. Travma zamanı ilk saatlarda müayinə, valideynlərə bilgi verilməsi və sonrakı nəzarət yersiz müayinələrin qarşısını alar”.

  • Dünya çempionumuz Çində “Super Model” seçildi

    Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub.

    Turnirin ardından qala gecə təşkil olunub.

    Gecədə müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Komandamızın üzvlərindən biri də onlar arasında yer alıb.

    Belə ki, millimizin üzvü Milad Beiqi Harçeqani kişi taekvondoçular arasında “Super Model” adına layiq görülüb.

    Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqaninin qatıldığı yarışda sonuncu dördüncü olub.

    O, ilk döyüşdə çinli Tuersun Mayerdanı, ardından yaponiyalı Hidenori İbatanı məğlub etsə də, yarımfinalda koreyalı Hvan Nam-Qonqa məğlub olub.

    Daha sonra Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuz üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Nikita Rafaloviçlə döyüşdən də məğlub ayrılıb.

    Olimpiya çempionumuz Radik İsayev isə çinli Jao Sindoya qalib gəlsə də, növbəti mərhələdə britaniyalı idmançı Məhəmməd Çoya məğlub olub.

  • Qaxda avtomobil piyadanı vuraraq öldürüb

    Qax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    “Report”un məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Qaxın Zərnə kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, avtomobil yolu keçən piyada, Qax rayon Ləkit kənd sakini Vüsal Çingiz oğlu Şıxəmirovu vurub. Piyada hadisə yerində keçinib.

    Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Tovuzda yol qəzası olub

    Tovuz rayonunda avtomobil qəzası baş verib.

    “Report”un məlumatına görə, hadisə Düz Qırıqlı kənd ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, qəza zamanı xəsarət alan var. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Uşaqlarla bağlı bu qanunu pozanlar cərimə ediləcək – 4 min manat

    Gələn il yanvarın 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə 500 manatdan 4000 manatadək cərimə tətbiq ediləcək.

    Median.Az o Trend-ə istinadən xəbər verir ki, bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb.

    Məcəlləyə edilən yeni əlavəyə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına, yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcəklər.

    Eyni zamanda, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına görə eyni məbləğdə cərimə tətbiq ediləcək.

    Bununla yanaşı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə də fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcəklər.

  • Qaz limiti ilə bağlı vacib açıqlama

    “Smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq”.

    Median.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, sıfırlanmadan sonra Smart tipli sayğaclardan istifadə edən abonentlər üçün limit 2 200 kubmetr olacaq:

    “Ancaq mexaniki sayğaclarda limitin sıfırlanması dekabr ayının 31-i baş tutmayacaq. Buna səbəb sözügedən sayğacların təsnifat dövrünün ayın 5-dən 5-nə olmasıdır. Bir sözlə, mexaniki sayğaclardan istifadə edən abonentlərdə qaz limiti yanvar ayının 5-də sıfırlanacaq və sayğaclara 2 200 kubmetr limit tətbiq ediləcək”.

    Xatırladaq ki, bu il aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

    Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanacaq.

    Onu da əlavə edək ki, qaz sayğaclarında limitin artırılma prosesi mayın 1-dən nəzərdə tutulsa da, mayın 10-dək işlər tamamlanmışdı.//qaynarinfo.az

  • “Pəhrizi kənara atın, yemək yeyin” — Aygündən məsləhət

    “Repertuarımdakı mahnılara son vaxtlar çox müraciət olunur. Mənə maraqlıdır ki, onları kim necə ifa edəcək. Əsas odur ki, konta dəyişilməsin. Çoxunu bəyənirəm. Ad çəkməyim, kimisə unudaram. Elə başa düşərlər ki, bəyənməmişəm. Hamısı yaxşı ifa edir”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “X maqazin”ə açıqlamasında deyib. Müğənni mahnılarını oxuyan sənətçiləri tərifləyib.

    Kazımova xanımlara da məsləhət verib. O, qadınları bayram ərəfəsində pəhrizi kənara atmağa səsləyib:
    “Rayonlara gedəndə pəhrizi pozmamamq günahdır. Ona görə mənə inanın. Dincəlməyə gedirsinizsə, qoyun pəhrizi kənara, yeyin. Bayramda Şəkidə olacam. Söz vermişəm ki, səhər, günorta, axşam piti yeyəcəm.

    Özüm də yaxşı yemək bişiriəm və dadlı alınır”.

  • Тяжелое ДТП в Сальяне: есть погибшая и раненые

    Сегодня вечером на трассе Алят – Астара в Сальянском района произошло тяжелое ДТП, сообщает региональный корреспондент haqqn.az.

    Согласно информации, 47-летняя жительница Баку Тарана Гаджиева, управляя внедорожником Mitsubishi Pajero, не справилась с управлением и совершила аварию. Пассажирка автомобиля 48-летняя жительница Сальяна Земфира Мамедова скончалась на месте ДТП, а водитель Тарана Гаджиева и ее дети-школьники Шукрия и Алескер с травмами различной степени тяжести были доставлены в Центральную больницу района. Их состояние расценивается как тяжелое.

    По факту ДТП начато расследование.

  • Dekabrın 23-ü “ASAN Xidmət”də qeyri-iş günüdür

    Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “Ölkə.Az”a verilən məlumata görə, həmin gün “ASAN xidmət” mərkəzlərində vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanaraq hazır sənədləri əldə edə bilərlər.