Month: December 2019

  • MN Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə məlumatlara münasibət bildirib

    Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

    Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.

    “Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, – deyə nazirlikdən bildirilib.

  • Ağstafanın sabiq icra başçısı və müavini barəsində həbs qərarı verildi

    Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Səbael Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb.

    Məhkəmənin qərarı ilə N.Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Daha sonra isə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Ramiz Tatarov barəsində təqdimata da baxılıb və onun haqqında həbs qətimkan tədbiri seçilib.

  • “Mənim adımdan cavan qızlarla tanış olurlar” – Çingiz Abdullayev – VİDEO

    Xalq yazıçısı Çingiz Abdullayev başına gələn maraqlı əhvalatdan söz açıb. O, dünən 60 illik yubileyi ilə bağlı təşkil olunan “Mavi Mələklər” adlı görüşdən sonra qonaqlarla səmimi ünsiyyət qurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ç. Abdullayev sosial şəbəkələrdə onun adından istifadə edərək gənc qızlarla tanış olanlardan zarafatla bəhs edib: “İnstaqram, tvitterdə yoxam. Orada mənim adımdan cavan qızlarla tanış olurlar. Qızlar da daha sonra Azərbaycan Yazıçılar Birliyinə (AYB) gəlirlər. Deyirlər ki, getmişdim görüşə, yerinizə cavan oğlan gəlib, düşündüm ki, köməkçinizi göndərmisiz.

    Mən ölmüşəm ki, köməkçimi göndərim? Yalandır. Mən bircə Feysbukda varam. Amma mənim adımdan tanış olurlar”.

    Həmin görüntüləri tədbirdə iştirak edən bloqqer Günel Bəkirova instaqram səhifəsində paylaşıb.

  • Пашинян опозорился перед Путиным в Санкт-Петербурге – ВИДЕО

    На сегодняшнем заседании Высшего евразийского экономического совета в Санкт-Петербурге, в ходе которого Армения должна была передать председательство в ВЕЭС Беларуси, произошел скандал: премьер-министр Армении Никол Пашинян, грубо нарушив протокол, не дал слово президенту России Владимиру Путину, передает Median.Az со ссылкой на Вестник Кавказа.

    Напомним, Армения в этом году председательствовала в ВЕЭС, в связи с чем Никол Пашинян руководил официальной частью заседания.

    Приветствовав всех глав государств ЕАЭС, а также специальных гостей – президента Молдовы Игоря Додона и почетного председателя ВЕЭС Нурсултана Назарбаева, Пашинян не передал слово главе принимающей саммит страны – Владимир Путину – а объявил процедуру подписания согласованных документов (10 минута видео).

    “Давайте начнем процедуру подписания документов”, – сказал он.

    В тот же момент к нему обратился президент Беларуси Александр Лукашенко со словами “Никол Воваевич”, указывая на Владимира Путина.

    Пашинян попытался исправиться и сказал: “А еще слово предоставляется президенту Российской Федерации Владимиру Владимировичу Пю… Путину. Нет?”.

    Но президент России после такого нарушения протокола от речи отказался. “Нет, спасибо большое. Всё, подписание”, – сказал Владимир Путин.

    После этого слово взял Лукашенко как глава принимающей председательство в ВЕЭС страны.

  • Бывший глава Агстафы и его заместитель предстали перед судом

    Бывший глава Агстафинского района Низамеддин Гулиев и его бывший первый заместитель Рамиз Татаров предстали перед судом.

    Как сообщает АПА, в эти минуты в Сабаильском районном суде рассматривается представление Службы государственной безопасности (СГБ) о принятии в отношении данных лиц меры пресечения в виде ареста.

  • Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçilib

    Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçilib

    Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmə qarşısına çıxarılıb.

    Median.Az APA-ya istinadən, Səbail rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə Q.Səmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, DTX-nın yaydığı xəbərə görə, həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əmək haqqı almadan, adlarına açılmış əmək haqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236.000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əmək haqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8.000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib. Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

    Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

  • Mingəçevirdə əməliyyat – Aptek sahibi həbs edildi – FOTO

    Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Mingəçevirdə psixotrop tərkibli dərmanların satıldığı aptek aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Belə ki, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb.
    Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.

    Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb.

    Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.

    Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.






  • Bakı-Quba yolunda ağır qəza: İti vurmamaq üçün manevr etdi – Yaralılar var

    Bakı-Quba yolunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı yola çıxan iti vurmamaq üçün manevr etmək istəyən avtomobil aşıb.

    Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 1938-ci il təvəllüdlü Süleymanov Bəylər İsgəndər oğlu, 1964-cü il təvəllüdlü Məmmədov Xayman Qoçəli oğlu, 1960-cı il təvəllüdlü Eyvazov Füzuli Balağa oğlu, 1958-ci il təvəllüdlü Hüseynov Hüseynağa Mirhüseyn oğlu və 1988-ci il təvəllüdlü Zeynalov İlqar Ələddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Xəsarət alan şəxslər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.
     
    ///Oxu.Az 

  • Bakı-Sumqayıt yolunda ağaclar çıxarılır

    Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmələrdən sonra rəy verilib.

    Bunu bu gün keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib.

    Onun sözlərinə görə, mümkün olan yerdə ağaclar saxlanılır:

    “Konkret olaraq Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq burada tikinti altına düşən ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib. Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin”.

    “Hər gün bu yolda insanlar saatlarla tıxacda qalır, vaxt itkisi yaranır, insanların əsəbləri pozulur. Ən əsası isə tıxacda dayanan yüzlərlə avtomobildən havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da sağlamlığımıza və təbiətimizə zərər verir.

    Belə olan halda tikinti altına düşən ağacların götürülməsi, əvəzində daha çox ağacın əkilməsi və tıxacların aradan qaldırılması məqsədəuyğundur, yoxsa insanların saatlarla yolda qalması və digər fəsadlar?

    Lakin yenə də xüsusi olaraq qeyd edirəm ki, vəzifə borcumuz odur ki, rəyə göndərilən layihələrin məzmun və formasından asılı olmayaraq, bizim üçün hər şeydən əvvəl ekoloji faktorlardır, ətraf mühitin qorunmasıdır”, – deyə nazirlik rəsmisi qeyd edib.

  • Bakıda məcburi köçkün diləndirilib? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndilməsi ilə bağlı yayılan məlumatlara Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.

    Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb.

    Onun kimsəsiz olması ilə bağlı deyilənlərə cavab olaraq E.Hacıyev bildirib ki, Baxşeyiş İsmayılov kiməsiz deyil, o, Azərbaycan dövlətinin vətəndaşıdır, onun hüquqlarının dövlət tərəfindən təmin olunmasına xüsusi diqqət göstərilir.

    Qeyd edək ki, sosial şəbəkələrdə kəlbəcərli İsmayılov Baxşeyiş məqsədli olaraq bir qadın tərəfindən diləndirildiyi haqqında məlumat paylaşmışdı.