Month: December 2019

  • Fədayə Laçın tanınmaz halda – Görənlər şoka düşdü – VİDEO

    Bir müddət əvvəl azadlığa qovuşan müğənni Fədayə Laçın xarici görünüşündə dəyişiklik edib.

    Median.Az axeber.az-a istinadən bildirir ki, onun imici üzərində stilist Pərviz Mirzəyev çalışıb. Sənətçinin solğun saçları qızılı rəngə boyanıb, fərqli şəkildə makiyaj olunub.

    Stilist ifaçının görüntülərini instaqram səhifəsində paylaşıb.

  • ИВ Шамкирского района выразила отношение к распространенному в соцсетях ФОТО

    В социальных сетях рапространились любопытные фото.

    На них запечатлен глава Исполнительной власти Шамкирского района Алимпаша Мамедов, который в ходе встречи с гражданами целует руки одной из местных жительниц.

    Данная фотография стала предметом широких обсуждений в сети.

    В связи с чем ИВ Шамкирского района выразила офицальное отношение к обсуждениям в социальных сетях.

    Как сообщили Report в ИВ, фотография была сделана во время посещения семьи шехида Джафарова Тофига Магеррам оглу, который отдал свою жизнь в боях за Лачин в 1992 году.

    “В этот день была посещена могила шехида и совершен визит в его семью. Сотрудники ИВ поинтересовались проблемами семьи. Во время встречи глава ИВ Шамкирского района поцеловал руку матери шехида Джафаровой Люды Феофановны.Это нормальное явление. Нет необходимости это обсуждать. Это не первый такой факт. Глава ИВ и ранее посещал семьи шехидов, в ходе которых целовал руки матерьям шехидов, считая и себя дитем этих матерей.

    Глава Исполнительной Шамкирского района вел себя с ними не как руководитель района, а как сын, и, считая себя частью этой семьи, относился к этим женщинам как к своей матери. Как сын матери шехида он поцеловал ей руку. Мать каждого шехида знает, что для них Алимпаша Мамедов – не только руководитель района, но и сын. То есть подобное поведение не преследует каких-то иных целей, а является проявлением уважения к старшему, к родителю шехида. Также отметим, что глава Исполнительной власти Шамкирского района Алимпаша Мамедов даже на встречах с гражданами принимает каждого из них в искренней обстановке, выслушивает их как друг, как близкий человек, интересуется их проблемами”, – отметили в ИВ.

    Отметим, что после появления информации о задержании главы Исполнительной власти Агстафинского района и его первого заместителя, фотография главы Исполнительной власти Шамкирского района Алимпаши Мамедова, на которой он целует руку пожилой женщине, вызвала обсуждения в социальных сетях.

  • Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələnəcəksiniz – 00-dan 07-dək

    Çox vaxt qonşular arasında münaqişə həddən artıq səs-küy yaranan zaman baş verir. Bu da gecə vaxı insanların rahatlığını pozur.

    Median.Az baku.ws istinadən xəbər verir ki, sosial şəbəkələrdə tez-tez vətəndaşlar səs-küydən, musiqidən və qonşuların təmir işlərindən şikayət edirlər.

    Daha çox şikayət çoxmərtəbəli binalarda yaşayan vətəndaşlardan gəlir. Vətəndaşlar bu vəziyyətdə nə etməli və hara müraciət etməli olduğunu və qarşı tərəfi hansı cəzanın gözlədiyini bilmirlər.

    Mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları marifləndirəcək suallara cavablar hazırlamaq qərarına gəlmişik.
    Hası hallarda vətəndaşların hüquqları puzulur?

    Bunlara aşağıdakılar daxildir: qışqırıq, fit çalmaq, musiqi alətləri ifa etmək, televizor və ya səsgücləndirici vasitələrin səsini artırmaq, yenidən qurmaq, təmir işləri və vətndaşları narahat edəcək digər hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

    Maddə 521-də Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qeyd olunur: “Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    Narahatedici hallarla üzləşdikdə ilk əvvəl həmin durumu səsyazma cihazına və ya telefonunun kamerasına qeyd edin. Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək baş verənləri bildirmək lazımdır. Polis əməkdaşları dərhal hadisə yerinə gəlməli və qayda pozanlar ilə profilaktik görüş keçirməli və lazım olduqda protokol tərtib etməlidir.

  • Azərbaycanda futbol ili başa çatdı

    Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 cavab oyunu keçirilib.

    Median.Az xəbər verir ki, əvvəlcə “Sumqayıt” və “Neftçi” komandaları “Kapital Bank Arena”da üz-üzə gəlib. Oyunda hesab açılmayıb. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” yarımfinala adını yazdırıb.

    Son qarşılaşmada isə “Keşlə” “ASCO Arena”da “Qarabağ”la görüşüb. Oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi növbəti mərhələyə adlayıb.

    Qeyd edək ki, əvvəlki iki 1/4 final görüşlərindən “Zirə” və “Qəbələ” qalib ayrılıblar. İlk yarımfinalda bu klublar üz-üzə gələcək. Digər yarımfinal cütünün tərkibi isə bu gün mərhələ adlayan komandalardan ibarət olacaq.

    Azərbaycan Kuboku

    1/4 final, cavab görüşləri

    20 dekabr

    17:00. “Sumqayıt” – “Neftçi” 0:0

    “Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
    Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
    Baş məşqçi: Ayxan Abbasov

    “Neftçi”: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
    Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 77. Donald Gerye, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
    Baş məşqçi: Roberto Bordin

    Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
    Hakim-inspektor: Ramil Diniyev
    AFFA nümayəndəsi: Mübariz Hüseynov
    “Kapital Bank Arena”

    20:00. “Keşlə” – “Qarabağ” 1:2
    Qollar: Mahmudov, 67 – Mahir Emreli, 20, Romero, 40

    Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 7. Tural Bayramlı, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov
    Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 77. Elmir Rəhimzadə.
    Baş məşqçi: Tərlan Əhmədov

    Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli
    Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 10. Dani Kintana, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 3. Aylton Silva, 21. Hacıağa Hacılı, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
    Baş məşqçi: Qurban Qurbanov

    Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
    Hakim-inspektor: Şahin Cəfərov
    AFFA nümayəndəsi: Elgiz Abbasov
    “ASCO Arena”

  • Canəli Əkbərov xəstəxanaya yerləşdirildi

    Xalq artisti Canəli Əkbərov xəstəxanaya yerləşdirilib.

    Median.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə xanəndənin tələbəsi, Əməkdar artist Babək Niftəliyev İnstaqram hesabında video paylaşaraq məlumat verib.

    O, sənətçinin vəziyyətinin hazırda yaxşı olduğunu bildirib.

  • Начался прямой этап продажи билетов на игры “Евро-2020”

    Стартовал этап прямой продажи билетов на игры “Евро-2020” по футболу.

    Как сообщает Median.Az со ссылкой на АФФА, с сегодняшнего дня анонсировано начало прямой продажи на четыре игры “Евро-2020”, которые будут пройдут в Баку. Теперь болельщики посредством портала euro2020.com/bakutickets смогут приобрести билеты на 3 игры группы А и на 1 встречу 1/4 финала, которые состоятся на Бакинском олимпийском стадионе.

    До этапа прямой продажи с 4 по 18 декабря прошла лотерея на право покупки билетов. Все болельщики, принявшие участие в лотерейном этапе и успешно его завершившие могут выкупить свои билеты. До конца января 2020 года они получат уведомление на электронную почту, и после этого смогут оплатив стоимость получить свои билеты. Продажа билетов осуществляется только онлайн. Обратившиеся смогут купить до четырех билетов. Билеты делятся на три категории – первой категории стоят 125, второй – 75, третьей – 30 евро.

    Билеты, предусмотренные для лиц с ограниченными физическими возможностями, независимо от трибуны и места, будет продаваться по самой низкой цене – за 30 евро, а также сопровождающим им лицам будет предоставлен бесплатный билет.

    Три игры группы А и одна игра четвертьфинала “Евро-2020”, будут проведены в Бакинском олимпийском стадионе. Согласно результатам жеребьевки, в группу А попали Турция, Италия, Уэльс и Швейцария. В Баку 13 июня будет проведена игра Уэльс-Швейцария, спустя четыре дня – игра Турция-Уэльс, 21 июня – Швейцария-Турция, а четвертого июля игра четвертьфинала.

  • Şəmkir RİH sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib – FOTO

    Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib.

    Şəmkir rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib.

    “Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb. Hər bir ölkə vətəndaşı kimi icra başçısının da şəhid anasının əlindən öpməsi normal haldır. Bunun müzakirəyə çıxarılması gərəksizdir və bu hal ilk dəfə deyil ki, yaşanır. Cənab başçı əvvəllər də Aprel döyüşləri zamanı şəhid olan övladlarımızın ailələrinə baş çəkib, özünü o anaların övladı hesab edərək həmin yaşlı şəhid analarının əlindən öpüb.

    Şəmkir rayon icra hakimiyyətinin başçısı onlarla bir rayon rəhbəri kimi yox bir oğul kimi davranıb və özünü həmin ailədən hesab edərək öz anası kimi həmin analara hörmətlə yanaşıb və özünü bir şəhid anasının övladı sayaraq onların əlindən öpüb. Hər bir şəhid anası bilir ki, Alimpaşa Məmmədov onlar üçün tək rayon rəhbəri yox, həm də bir övladıdır. Yəni bu cür davranış heç bir fərqli məqsəd daşımır sadəcə böyüyə, şəhid valideyninə olan hörmətdir. Onu da bildirək ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hətta vətəndaş görüşləri zamanı hər bir vətəndaşı səmimi şəkildə qəbul edir, onları bir dost kimi bir yaxınları kimi dinləyir, problemlərilə maraqlanır”.

    Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı və onun birinci müavinin saxlanılması barədə yayılan məlumatlardan sonra sosial şəbəkələrdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü foto müzakirələrə səbəb olub.

  • Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, iclasda B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərarda deyilir ki, Bədal Qasımovun Nadirə Niftəliyevaya qarşı 2016-cı il 19 yanvar tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

  • Bakıda velosipedçi avtobusun təkərləri altında qaldı – ANBAAN VİDEO

    Bakıda baş verən dəhşətli qəza kameralara düşüb.

    Median.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

    Dar və ikitərəfli yolda hərəkətdə olan avtobus yolun kənarı ilə gedən velosipedçini vurub. Hadisə nəticəsində velosipedçi avtobusun arxa təkərlərinin altında qalıb.

    Qəza arxadan gələn avtomobildə yerləşdirilən kameya əks olunub.//oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Psixotrop tərkibli dərmanların satıldığı aptek aşkar edilib – FOTO

    Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Baş İdarəyə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.

    Baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq maddi sübut kimi götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib.

    Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.

    Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—) və 240.3.2 (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılaraq hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.