Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu

Salyan şəhər sakini Rusiya-Ukrayna müharibəsində həlak olub.

Bu barədə hüquq müdafiəçisi Emil Məmmədov sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya – Ukrayna müharibəsində həyatını itirib.