Month: January 2020

  • В Баку сохранится стабильная погода

    8 января в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно. Ночью и утром местами туман, изморось. Юго-западный ветер днем сменится северо-западным.

    Об этом говорится в сообщении Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 4-6, днем – 9-13, в Баку ночью – 4-6, днем – 10-13 градусов тепла.

    Атмосферное давление снизится с 764 мм до 760 мм ртутного столба, относительная влажность будет равна 70-80%.

    В районах Азербайджана в основном без осадков. Однако вечером в некоторых южных районах ожидаются дожди, в горных районах – снег. Ветер западный, временами порывистый.

    Температура воздуха ночью от 2 градусов мороза до 3 градусов тепла, днем – 7-12 градусов тепла, в горах ночью – 0-5 градусов мороза, днем – 3-7 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, на Абшеронском полуострове ожидаются стабильные погодные условия, что благоприятно для метеочувствительных людей.

  • Arvadını yad kişilərlə tutan ər efirə çıxdı: “Qapıdan gizlincə qulaq asdım” – VİDEO

    Arvadının xəyanət etdiyini iddia edən kişi efirə çıxıb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, ARB TV-nin “Elgizlə izlə” verilişinə çıxan Eldəniz adlı kişi həyat yoldaşı təfərindən xəyanətə uğradığını bildirib.

    O, vurğulayıb ki, boşanmış qadınla evlənib.

    “Onu uşağı olmamağı üstündə boşamışdılar. Biz evlənəndən 5 il sonra övladı oldu.

    Uşağımız olandan 8 gün sonra həyat yoldaşımı başqası ilə telefonla danışanda tutdum.
    Dedi Moskvada əmimlə danışıram, dayımla danışıram.

    Polisə və prokurorluğa müraciət etdim. Dedilər nömrə izlənəcək, lakin bir xəbər çıxmadı”, – deyə Eldəniz bildirib.

    Həyat yoldaşının xəyanətini bağışlasa da, sonradan yenə də aldadılıb.

    “İşdən evə gələndə qapıdan gizlincə qulaq asdım. Gördüm ki, telefonda kimləsə danışır, ağlayır. Ağlaya-ağıaya deyir ki, nə vaxta kimi məni incidəcəksən, özümü öldürəcəyəm”.

    Eldəniz iddia edib ki, arvadı evlərinin altında xüsusi yer açıb. Evdə adam olmayanda yad kişilərlə həmin yerdə görüşürmüş.

  • Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanılıb

    Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.

    Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.

  • Bakıda ər arvadını bıçaqladı

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb

    Südçülük sovxozunda yaşayan kişi həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəliyeva Mətanət Akif qızına bıçaqa xəsarət yetirib.

    Ağır xəsarət alan yaralı dərhal 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

    Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

    Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

  • 14 prokurorluq əməkdaşı cəzalandırılıb – Nöqsana görə

    14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

    Bunu Baş prokurorunun müavini Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2019-cu il ərzində mərkəzi aparatda görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.

    “Hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara əməl edilməsi ciddi tələb olunub. 2019-cu il ərzində xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”, – deyə X.Vəliyev qeyd edib.
    /oxu.az/

  • Bakıda qumarxana təşkil etməkdə təqsirləndirilənlərlə bağlı qərar çıxarıldı

    Ali Məhkəmədə Bakıda qumarxana təşkil etməkdə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində olan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

    Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib.

    Nəsimi Rayon Məhkəməsinin hökmü ilə ilə hər iki şəxsə şərti cəza verilib və onlar azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Daha sonra prokuror kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart-qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

    Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib.

    Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları – paytaxt sakinləri – E.Quliyev və R.Yüzbaşov, həmçinin, orada qumar oynayan daha səkkiz nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

  • Rusiyada sərxoş şəxslərdən pişiyə qarşı vəhşilik – VİDEO

    Rusiyanın Yakutiya vilayətində iki içkili şəxs pişiyə qarşı qəddar davranaraq bunu videoya çəkib.

    Videokadrlardan göründüyü kimi bu şəxslər pişiyi sellofan paketə qoyublar.

    Havadan məhrum olan pişik boğulmağa başlayıb.

    Videonun son saniyələrində pişiyin artıq halsız olduğu aydın görünüb.

    Vəhşiliyə məruz qalan pişiyinin aqibəti məlum deyil.

  • Dünyanı dəvə ilə gəzən turist Azərbaycandan keçdi – VİDEO

    Dəvə ilə səyahətə çıxan iranlı turist Azərbaycandan keçib.

    Əslən İranın Bəndər-Abbas şəhərindən olan Məhəmməd Əmiri Rudan səkkiz ay əvvəl dünya ölkələrini səyahətə çıxıb.

    Turist qət etdiyi yolları velosipedlə deyil, yaşadığı Bəndər Abbas şəhərində az sayda qorunub saxlanılan nadir dəvələri ilə çıxıb. Dəvələrin tibbi və ölkələrə keçidlə bağlı icazə sənədləri də var.

    Hazırda Biləsuvarda olan Məhəmməd Əmiri Rudan ölkəmizə daxil olduğu gündən onu səmimiyyətlə qarşılayıb, xidmətində dayanan insanlara heyranlığını gizlətmir. O, “Mən qayıdarkən də Azərbaycandan keçmək istəyərəm”, – deyə bildirib.

    Məhəmməd Əmiri Rudan Avropadan başqa Mərkəzi Amerika, Avstraliya və Afrika ölkələrini də qarış-qarış gəzmək fikrindədir.

  • Süleymaninin dəfnində izdiham: Onlarla ölən var – YENİLƏNİB + FOTO

    General Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdiham çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olub.

    “Anadolu Ajansı” xəbər verir ki, izdiham nəticəsində 35 nəfər həlak olub, 48 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

    Xatırladaq ki, Q.Süleymani doğulduğu Kirman əyalətində dəfn edilib.

    Mərasim zamanı səhər sahatlarından on minlərlə insan küçələrə və meydanlara axışıb.

    * * * * *

    ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymaninin dəfn mərasimində izdiham yaşanıb.

    “Son Dakika” xəbər verir ki, Q.Süleymaninin dəfn mərasimi doğulduğu İranın Kirman əyalətində baş tutub.

    Mərasim zamanı səhər sahatlarından on minlərlə insan küçələrə və meydanlara axışıb.

    İnsan sayının çox olmasından yaranan izdiham nəticəsində ölənlər olub.

    Ölənlərin dəqiq sayı barədə məlumat yoxdur.



  • Azərbaycanda müştəri şikayətinə görə məşhur hotelin direktoru və 15 işçisi işdən qovuldu

    “Park Qusar Resort” hotelinin direktoru və daha bir neçə vəzifəli şəxs işdən çıxarılıb.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, vətəndaş Hökümə Səlimzadə bildirib ki, yanvarın 3-də hoteldən üçotaqlı kottec bron ediblər:

    “Biz üç ailə azyaşlı uşaqlarımızla Qusara getdik. Saat 12-də ora çatanda hotellə əlaqə saxladıq, amma hotelə girişin saat 2-də olacağını dedilər. Biz də saat 3-də hotelə getdik, lakin hələ də bizim kottec təmizlənməmişdi. Dedilər, hotel doludur deyə xadimə çatdırmayıb.

    Biz uşaqlara görə heç olmasa bir otaq vermələrini istədik, o otağı da özümüz təmizləyib, apardığımız yataq dəstlərini saldıq. Bizdən başqa da bir neçə nəfər təmizlik gec olub deyə narazılıq edirdilər. Sonra səhər yeməyində də problemlər yarandı, çayla kofeni termoslara doldurub verirdilər, o da soyuq idi. Yeməklər də təmiz deyildi, yağ, şor, balı duz qabına töküb verdilər”.

    “Park Qusar Resort” otelinin satış təmsilçisi Vüsal Ağayev Qafqazinfo-ya açıqlamasında belə bir problem yaşandığını təsdiqləyib:

    “Bayram günləri olduğu üçün müştəri sayı çox idi, lakin rəhbərlik az işçi götürdüyü üçün xadimələr təmizlik işlərini çatdıra bilmirdilər. Buna görə də hotelin sahibi tərəfindən direktor Anar müəllim və 15 işçi vəzifəsindən çıxarıldı.

    İndi hotelə Ceyhun müəllim rəhbərlik edir. Artıq əlavə işçilər götürülüb və hər şey qaydasındadır. Narazı olan və şikayət edən müştərimizə isə otelin rəhbərliyi adından bildirirəm ki, buyursun bizə müraciət etsin, heç bir ödəniş etmədən onlara yenidən xidmət edərək könüllərini almağa hazırıq”.