Month: January 2020

  • Azərbaycanda biabırçılıq: Qudalar qoşulub qaçdılar – FOTO

    Ağdaş rayonunda görülməmiş hadisə yaşanıb.

    Demokrat.az-ın məlumatına görə nişanlı cütlüyün ata-anası qoşularaq qaçıb.

    Hadisə dekabrın 29-da baş verib. Belə ki, qayınata kürəkəninin anası ilə qaçıb.

    Qudaların bu hərəkəti nişanlı cütlüyü ayırıb.

    Qaçan qudaların harada olması ilə bağlı xəbər yoxdur.

  • Помпео: Иракцы радуются убийству Сулеймани – ВИДЕО

    Госсекретарь США Майк Помпео утверждает, что жители Ирака радуются убийству в Багдаде иранского генерала Касема Сулеймани, передает РИА Новости.

    “Иракцы – иракцы! – танцуют на улицах в поддержку свободы. Они благодарны, что генерала Сулеймани больше нет”, – написал Помпео в Twitter.

    Он приложил видео, на котором видны люди, бегущие по улицам и несущие флаги Ирака.

    Ранее Пентагон подтвердил, что США провели операцию против главы спецподразделения “Кудс” иранского Корпуса стражей исламской революции Касима Сулеймани. Также шиитское ополчение сообщило, что в ходе операции в Багдаде погибли пять членов ополчения и двое его “гостей”. Среди погибших был заместитель командира ополчения Абу Махди аль-Мухандис, которого госсекретарь США Майк Помпео обвинил в нападении на американское посольство в Багдаде 31 декабря.

    Гибель Сулеймани подтвердило также государственное телевидение Ирана.

  • Pompeo: Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir – VİDEO

    ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bildirib ki, Qasım Süleymaninin ölümünə sevinən iraqlılar küçədə rəqs edir.

    O, Süleymaninin öldürülməsinə münasibətini “Twitter” hesabında belə ifadə edib:

    “Azadlığı dəstəkləyən iraqlılar küçələrdə rəqs edirlər. General Süleymaninin artıq olmadığına görə minnətdarlıq bildirirlər”.

    Eyni zamanda, Pompeo küçələrdə İraq bayraqlarını daşıyaraq qaçan insanları əks etdirən video da yayıb.

  • Госдеп призвал американцев немедленно покинуть Ирак

    Госдепартамент США призвал американских граждан немедленно покинуть территорию Ирака, передаёт Median.Az со ссылкой на РИА Новости.

    “В связи с обострением напряженности в Ираке и регионе мы призываем граждан США немедленно покинуть Ирак”, – говорится в сообщении, размещенном в официальном Twitter-аккаунте бюро консульских дел Госдепа.

    Как говорится в заявлении американского посольства в Ираке, “граждане США должны покинуть страну на самолете, если это представляется возможным”, или направиться в другие страны сухопутным путем.

    Заявление было сделано несколько часов спустя после того, как Пентагон подтвердил, что США провели операцию против главы спецподразделения “Кудс” иранского Корпуса стражей исламской революции Касема Сулеймани.

  • В Баку задержаны обидчики блогера

    В результате оперативно-розыскных мероприятий полиция города Баку установила личности граждан, применивших физическое насилие в отношении блогера Даянета Бабаева.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом он сообщил на своей странице в соцсети.

    Д.Бабаев выразил благодарность руководству Министерства внутренних дел, незамедлительно отреагировавшего на инцидент.

    “Сотрудники Наримановского районного управления полиции в праздничные дни оперативно установили личности обидчиков, их задержали и привлекли к следствию. В данный момент полиция продолжает расследование”, – написал блогер.

    По словам Бабаева, совершенное в отношении него насилие не связано с его профессиональной деятельностью, это какое-то недоразумение.

    “Причина нападения на меня будет известна после расследования”, – отметил блогер, еще раз от души поблагодарив полицию.

  • Quba və Qusara qar yağıb – FOTOLAR

    Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağıb.

    Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qarın hündürlüyü Qırızda 5, Təngəaltıda 3, Xınalıq kəndində isə 4 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur 9 dərəcəyədək aşağı düşüb.




  • Təbii qazın yeni qiyməti qüvvəyə minib

    Bu gündən Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.

    Median.Az Trend-ə istinadən bildirir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

    Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub m × 20 qəpik olmaqla həyata keçiriləcək.

    Məlumat üçün qeyd edək ki, ölkə üzrə bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır.

  • İsrail Süleymaninin ölümündən sonra təhlükəsizlik tədbirlərinə başladı

    İsrail Qasım Süleymaninin öldürülməsindən sonra bombalanmaq təhlükəsi səbəbi ilə xizək mərkəzini bağlayıb.

    “Posta”nın xəbərinə görə, ABŞ rəhbərliyinin apardığı əməliyyatdan sonra İsrailin Müdafiə naziri ölkənin hərbi və təhlükəsizlik rəsmilərini Təl-Əvivə çağırıb.

    İsrail hərbi sözçüsü Avichay Adraee “Twitter”də Suriya sərhədi yaxınlığındakı Qolan yüksəkliklərində yerləşən Hermon dağındakı xizək kurortunun raket hücumu ehtimalı səbəbindən bağlandığını yazıb.

    Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra İranın yüksək səviyyəli rəsmiləri İsrail və ABŞ-dan qisas alacağını vəd ediblər.

  • Bakıda bloqerə xəsarət yetirənlər tutuldu

    Bakı polisi bloqer Dəyanət Babayevə qarşı fiziki təzyiq göstərək xəsarət yetirən şəxsləri keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsinə müəyyənləşdirib.

    Bununla bağlı bloqer öz sosial media hesabında məlumat yayıb.

    D.Babayev təzyiqə məruz qalması ilə bağlı həssaslıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

    “Tez bir zamanda həmin şəxsərin müəyyən olunaraq tapılmasını təmin edən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının bayram günlərində həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsləri yaxalayaraq, təhqiqat-araşdırmalarına cəlb edib. Hazırda müvafiq polis orqanında araşdırmalar davam etdirilir”.

    D.Babayev bildirib ki, təzyiqə məruz qalması peşə fəaliyyəti ilə bağlı olmayıb:

    “Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat verəcəyəm, təzyiqə məruz qalmağım peşə fəaliyyətimlə bağlı deyil, mənə məlum olmayan səbəblərdən yaranan anlaşılmazlıq ucbatından hücuma məruz qalmışam. Bütün bunlar araşdırmanının nəticəsində məlum olacaqdır. Bir daha Azərbaycan Polisinə təşəkkür edirəm”.

  • BMT-dən Süleymaninin öldürülməsinə SƏRT REAKSİYA

    BMT-nin məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinə münasibət bildirib.

    O, “Twitter” hesabında qeyd edib ki, general Qasım Süleymani və komandan müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi beynəlxalq hüquq və insan haqları qanunlarını pozur:

    “Qasım Süleymani hədəfli bir qətlin qurbanı oldu. İnsan hüquqları haqqında beynəlxalq qanunlara əsasən, öldürücü gücün qəsdən tətbiq edilməsi yalnız həyati təhlükəyə qarşı qorunmaq üçün zəruri hallarda istifadə edilə bilər.

    Bir insanın keçmişdə “terror” hücumlarında iştirakı onun öldürülməsi üçün kifayət deyil. Bundan əlavə, hədəfdən başqa birinin (məsələn, yaxınlıqdakı ailə üzvlərinin və ya başqalarının) pilotsuz təyyarələrlə öldürülməsi insan hüquqları qanunlarına əsasən özbaşına həyatdan məhrumetmə dövlət məsuliyyətinə və ya fərdi cinayət məsuliyyətinə səbəb ola bilər”.