Month: February 2020

  • Azərbaycanda tanınmış jurnalist vəfat etdi

    Jurnalist Cavanşir Cahangirov vəfat edib.

    Bu barədə APA-ya onun oğlu Cavid Cahangirov məlumat verib.

    Onun sözlərinə görə, uzun müddət xəstəlikdən əziyyət çəkən atası bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

    Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

    1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

    Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

    Allah rəhmət eləsin!

  • Türkiyə cavab verdi: 76 suriyalı hərbçi öldürüldü

    Türkiyə İdlibdə hərbçilərinin atəşə tutulmasına cavab olaraq, 76 suriyalı əsgərin öldürüldüyünü elan edib.

    NTV telekanalı məlumat verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib.

    Onun sözlərinə görə, Bəşər Əsəd ordusunun 54 hədəfinə havadan zərbələr endirilib.

    Qeyd edək ki, iki gün öncə İdlib bölgəsində Suriya ordusu tərəfindən edilən artilleriya atışları nəticəsində Türkiyə ordusunun dörd əsgəri həlak olub.

  • Пятеро прибывших из Китая азербайджанцев помещены в КМЦ

    На сегодняшний день в инфекционном отделении Клинического медицинского центра (КМЦ) №1 находятся пять человек.

    Об этом говорится в совместном сообщении пресс-служб Министерства здравоохранения Азербайджана и Государственного агентства обязательного медицинского страхования.

    Отметим, что вышеуказанные граждане прибыли в Азербайджан транзитными авиарейсами из Стамбула и Москвы.

    “В их числе – обучающиеся в Китае граждане Азербайджана: муж – 1992 года рождения и жена – 1993 года рождения. У них нет никаких жалоб. Их обследуют врачи”, – говорится в сообщении.

    Отмечается, что при прохождении пограничного пункта пропуска у находящегося на учебе в Китае нашего гражданина 1988 года рождения была зафиксирована повышенная температура.

    “Он находится под контролем медиков, ему оказывается необходимая помощь.

    Температура у другого обучающегося в Китае гражданина Азербайджана 1998 года рождения нормальная, жалоб нет. Он будет находиться в больнице до истечения периода карантина.

    Также нормальная температура у прибывшей из Пекина нашей гражданки 1997 года рождения, жалоб нет”, – говорится в совместно сообщении ведомств.

    Что касается обучающегося в Баку гражданина Китая, сегодня его выписали из больницы. Проблем со здоровьем у него нет.

  • Çindən gələn beş azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi – RƏSMİ

    1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə bu gün beş nəfər yerləşdirilib.

    Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilib.

    Məlumatda bildirilir ki, onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır:

    “Onun hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Digər şəxs – Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı isə 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

    Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd-keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən o müayinə edilir, ona lazımi yardım göstərilir.

    Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da hərarəti normaldır və heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

    Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) da hərarəti normaldır və heç bir şikayəti yoxdur”.

    Qeyd edək ki, bu şəxslər ölkəyə tranzit aviareysləri ilə İstanbul və Moskva şəhərlərindən gəliblər.

    Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə isə, o, karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Onun səhhətində heç bir problem yoxdur.

  • В части Азербайджана и Баку не будет воды

    В Гаджигабульском районе Азербайджана и Гарадагском районе Баку во вторник, 4 февраля, будут наблюдаться перебои в водоснабжении.

    Об этом передает Median.Az со ссылкой на сообщение пресс-службы ОАО “Азерсу”.

    “На магистральном водопроводе ведутся работы по ремонту и реконструкции. В этой связи в поселки Атбулаг, Навахи, Гызылбурун Гаджигабульского района Азербайджана, в поселки Алят и Гобустан Гарадагского района Баку, а также в некоторые участки поселка Сангачал питьевая вода будет подаваться с ограничениями”, – отмечается в сообщении.

  • Bu rayonlarda su olmayacaq

    Hacıqabul və Qaradağ rayonlarının bəzi hissələrində gün ərzində suyun verilişində məhdudiyyətlər olacaq.

    Bu barədə “Azərsu” ASC məlumat yayıb.

    Bildirilib ki, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin, Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

  • “Azərişıq” güclü küləklə bağlı əhaliyə müraciət etdi

    ОАО “Азеришыг” принимает превентивные меры в связи с порывистым ветром в ряде регионов Азербайджана.

    Об этом Oxu.Az сообщил глава пресс-службы ОАО Танрыверди Мустафаев.

    По его словам, в настоящее время в стране нет никаких проблем с энергоснабжением.

    “Начиная с этой ночи в ряде горных и предгорных районов наблюдается порывистый ветер, в частности в Гедабейском, Товузском, Лерикском и Шамахинском районах. В связи с этим “Азеришыг” принимает превентивные меры для предотвращения аварий и сбоев в подаче электричества”, – сказал Т.Мустафаев.

    Как отметил глава пресс-службы, в случае возникновения проблем потребители должны обращаться в кол-центр 199, который работает круглосуточно.

  • “Azərişıq” güclü küləklə bağlı əhaliyə müraciət etdi

    Azərbaycanın bir sıra regionlarında güclü küləyin əsməsi “Azərişıq” ASC-ni qabaqlayıcı tədbirlər həyata keçirməyə vadar edib.

    Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, hazırda ölkə üzrə elektrik enerjisi təchizatında heç bir problem yoxdur:

    “Bu gecədən etibarən ölkənin bir sıra dağlıq və dağətəyi regionlarında güclü külək əsməyə başlayıb. Bu küləklər xüsusən də Gədəbəy, Tovuz, Lerik və Şamaxı rayonlarında mövcuddur. Bu səbədən də “Azərişıq” baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür.

    Hazırda ölkəmizin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı çətinliklə bağlı “Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzinə müraciət etsinlər”.

  • На западе Турции произошло пять землетрясений за пять минут

    В районе Акхисар города Маниса на западе Турции за пять минут было зафиксировано пять землетрясений.

    Об этом передает HaberGlobal со ссылкой на Обсерваторию Кандили и Институт исследований землетрясений Турции.

    Первое землетрясение магнитудой 4,0 было зарегистрировано в 04:27 по местному времени 4 февраля. Эпицентр подземных толчков находился на глубине 7 километров.

    В 04:28 было зафиксировано еще одно землетрясение магнитудой 3,4. Кроме того, в указанном регионе до 04:32 произошло еще три землетрясения.

  • Türkiyə yenə silkələndi: Beş dəqiqədə beş zəlzələ

    Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda beş dəqiqə ərzində beş zəlzələ qeydə alınıb.

    Bu barədə “HaberGlobal” Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutuna istinadla məlumat yayıb.

    Bildirilir ki, ilk zəlzələ yerli vaxtla saat 04:27-də dörd bal gücündə və yerin yeddi kilometr dərinliyində qeydə alınıb.

    Sonra 04:28-də 3,4 gücündə zəlzələ baş verib. Bundan sonra isə 04:32-yə qədər üç ardıcıl zəlzələ olub.