Month: February 2020

  • Şengen vizasının dəyişdirilmiş verilmə qaydaları qüvvəyə minir

    Avropa İttifaqının yenilənmiş viza Məcəlləsi 2 fevral 2020-ci il tarixindən etibarən qüvvəyə minir, belə ki, Şengen zonasına dəfələrlə daxil olmaq üçün icazə başqa qaydalar üzrə veriləcək.

    Bu barədə ATOR yazır.

    Şengen vizasının dəyəri Azərbaycan vətəndaşları, həmçinin Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniya, Albaniya, Ukrayna, Moldova və Rusiyadan olan səyahətçilər üçün dəyişməyəcək.

    Konsulluq haqqı əvvəlki kimi 35 avro olacaq. Lakin Şengen zonasına daxil olan Avropa ölkələrinin viza mərkəzlərinə rəsmiləşdirmə üçün müraciət edərkən xidmətlərin ümumi dəyəri daha çox olacaq. Əlavə xidmət haqqı, bir qayda olaraq, 30 avrodan çox deyil.

    Beşillik Şengen vizasını son üç il ərzində çoxdəfəlik və düzgün istifadə edilmiş minimum iki illik Şengen vizası olan səyahətçilər əldə edə biləcəklər.

    Bununla yanaşı, ekspertlər daha çox birdəfəlik vizaların olacağından ehtiyatlanırlar. Xüsusilə, Avropaya ilk dəfə səfər edən ərizəçilər giriş üçün yalnız səyahət müddətinə icazə alacaqlar.

  • Xırdalanda oyun zalında yeniyetməni bıçaqladılar

    Xırdalan şəhərində 16 yaşlı oğlan bıçaqlanıb.

    APA xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən kompüter oyunları zalında baş verib.

    16 yaşlı Nihat Qasımov oyun klubunda tanışı ilə mübahisə edib. Nəticədə N.Qasımov bıçaqlanıb.

    Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Qadını marketdə döyüb xəstəxanalıq etdilər

    Bakıda döyülmə hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən “Bizim market”də qeydə alınıb.

    Belə ki, 1982-ci il təvəllüdlü Leyla Həsənova tanıdığı şəxs tərəfindən döyülüb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

  • Azərbaycanda siqaretlərin yeni qiymətləri – SİYAHI

    Xəbər verdiyimiz kimi, ötən gündən paytaxtın bir sıra iri market və məhəllələrarası kiçik mağazalarında siqaretlərin qiymətində artım olub.

    Yenisabah.az xəbər verir ki, topsansatış məntəqələrindən bildiriblər ki, qiymətlərin qalxmasına səbəb siqaretlər üçün nəzərdə tutulan lisenziyanın bahalaşmasıdır. Siqaretlərin hazırkı pərakəndə satış qiymətlərini təqdim edirik:

    “Camel” – əvvəlki qiymət 2.9 manat, indiki qiymət 3.2 manat

    “Sobranie” – əvvəlki qiymət 2.9 manat, indiki qiymət 3.2 manat

    “Kent” (bütün növlər) – əvvəlki qiymət 2.9, indiki qiymət 3.2 manat

    “Winston” (bütün növlər) – əvvəlki qiymət 2.8, indiki qiymət 3 manat

    “Rotmans” (bütün növlər) – əvvəlki qiymət 1.9, indiki qiymət, 2.3 manat

    “Palmall” (bütün növlər) – əvvəlki qiymət 1.9, indiki qiymət 2.3 manat

    “West” (bütün növlər)- əvvəlki qiymət 1.9, indiki qiymət 2.3 manat

    “Winchester” (bütün növlər) – əvvəlki qiymət 1.9, indiki qiymət 2.3 manat

    Bütün siqaretlərin topdan satış qiymətlərinin yeni siyahısını təqdim edirik (blokla):