Month: February 2020

  • Daha bir aviaşirkət Çinə uçuşları dayandırır

    Avstraliyaya məxsus “Qantas Airways Limited” aviaşirkəti koronavirus səbəbi ilə Çinə uçuşları təxirə salıb.

    “Reuters”in yaydığı xəbərə görə, hava yolu şirkəti uçuşları fevralın 9-dan dayandıracaq.

    Xəbərdə bildirilir ki, Avstraliya milli aviadaşıyıcısının Sidneydən Pekinə və Sidneydən Şanxaya birbaşa uçuşları martın 29-dək baş tutmayacaq.

    Avstraliyadan Honkonqa edilən uçuşlarda dəyişiklik olmayacaq. Eyni zamanda, 9 fevral tarixinin nəzərdən keçiriləcəyi və müştərilərin tələbindən asılı olaraq, tarixin irəli çəkiləcəyinin mümkünlüyü bildirilib.

    Aviaşirkət Sinqapur və ABŞ-ın materikdən Çinə uçan insanlar üçün ölkələrinə daxil olma qaydalarının sərtləşdirildiyini elan etməsindən sonra belə qərar verildiyini deyib.

  • Azərbaycanda güclü külək fəsadlar törətdi: Elektrik xətlərinə ciddi ziyan dəydi

    Gəncədə baş vermiş güclü külək nəticəsində qırılan elektrik xətlərinin hazırda bərpası aparılır.

    Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

    Onun sözlərinə görə, ötən gün axşam saatlarında iri gövdəli çinar ağacı elektrik xəttinin üzərinə düşüb:

    “Nəticədə, Gəncə və Şəmkir bölgəsinin bir neçə ərazisində elektrik xətlərinə ciddi ziyan dəyib. Bu gün saat 12:00-a kimi problem aradan qaldırılacaq”.

    “Bakıda və digər bölgələrdə işıqla bağlı heç bir problem yoxdur”, – deyə T.Mustafayev qeyd edib.

    Xatırladaq ki, ötən gün axşam saatlarında Gəncədə başlayan güclü külək nəticəsində şəhərin bəzi ərazilərində irigövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.

  • Azərbaycana yaz fəslinin gələcəyi vaxt açıqlandı

    Yaz fəslinin Azərbaycana daxil olacağı dəqiq tarix məlum olub.

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 07:49:36-da daxil olacaq.

    Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.

    Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.

  • Ukraynada miqrasiya qanununu pozan azərbaycanlı saxlanıldı

    Ukraynada qanunsuz yaşayan miqrantlar deportasiya olunacaq.

    Kp.ua-nın xəbərinə görə, 12 müsəlman Ukraynada qanunsuz yaşayıb.

    Kiyev şəhərinin Starojitomirski prospektində yerləşən ticarət obyektlərinin yoxlanışı zamanı 15 miqrasiya qanununun pozulması faktı aşkar edilib.

    Bununla bağlı 12 xarici vətəndaş saxlanılıb. Onların Azərbaycan, Rusiya, Marokko, Tunis, Yəmən, Misir, Qazaxıstan, Suriya, Özbəkistan və Liviya vətəndaşları olduğu bildirilir.

    Həmin şəxslər ölkələrinə deportasiya ediləcək.

  • 18-летний юноша пошел в спортсекцию и не вернулся

    В Баку без вести пропал 18-летний юноша.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 28 января житель столицы Баламирзоев Рамиль (2002 г.р.), проживающий по адресу: Сабунчинский район, пос. Рамана, городок Шуша, вышел из дома и до сих пор не вернулся.

    Сообщается, что молодой человек пошел на занятия спортом.

    Об этом в правоохранительные органы сообщила проживающая с ним Н.Баламирзоева.

    По факту в Сабунчинском районном управлении полиции проводится расследование.

  • İdmana getdi, geri qayıtmadı

    Bakıda 18 yaşlı oğlan itkin düşüb.

    Yanvarın 28-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə yaşayan, 2002-ci il təvəllüdlü Balamirzəyev Ramil axşam saatlarında evdən idmana getmək adı ilə çıxıb və geri qayıtmayıb.

    Bu barədə onunla eyni evdə yaşayan N.Balamirzəyeva Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • В Агджабеди шизофреник напал на супругу брата

    В Агджабединском районе Азербайджана больной шизофренией пытался убить свою родственницу.

    Как передает Qafqazinfo, 31 января в 11:00 Гусейнов Мушфиг Орудж оглу (1970 г.р.) зашел домой к своему брату в селе Гараханлы и напал на его супругу Гусейнову Кенуль Сурхай гызы (1991 г.р.).

    Мужчина попытался убить свою невестку, нанеся ей многочисленные ранения садовым ножом в спину, голову, шею, ногу и руку.

    Однако К.Гусейновой удалось вырваться и выбежать из дома.

    Соседи доставили раненую женщину в Центральную больницу сначала Агдамского, а потом – Агджабединского района.

    Оставшийся в доме брата М.Гусейнов попытался покончить с собой, выпив уксусную кислоту.

    Прибывшие на место происшествия сотрудники полиции отвезли мужчину в ЦРБ Агджабеди.

    Состояние обоих госпитализированных остается тяжелым.

    По данным фактам в прокуратуре Агджабединского района возбуждены уголовные дела по статьям 29, 120.1 (Покушение на умышленное убийство) и 125 (Доведение до самоубийства) УК АР.

    Отметим, что М.Гусейнов состоит на учете в психиатрическом кабинете Агджабединской районной поликлинике с диагнозом “шизофрения”.

  • Ağcabədidə şizofreniya xəstəsi gəlinlərini dəhrə ilə yaralayıb intihar etdi

    Ağcabədi rayonunda şizofreniya xəstəsi olan şəxs qardaşı oğlunun arvadını öldürmək istəyib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, yanvarın 31-i saat 11 radələrində Ağcabədi rayon poliklinikasının ruhi-əsəb kabinetində şizofreniya diaqnozu ilə qeydiyyatda olan 1970-ci il təvəllüdlü Hüseynov Müşfiq Oruc oğlu heç bir əsaslı səbəb olmadan qardaşı oğlunun arvadı, Qaraxanlı kəndində yaşayan 1991-ci il təvəllüdlü Hüseynova Könül Surxay qızının yaşadığı evə daxil olaraq, əlində olan dəhrə ilə Könül Hüseynovanın kürək nahiyəsinə, baş, boyun, kürək, ayaq və əl nahiyələrinə xəsarətlər yetirərək, onu öldürməyə cəhd edib.

    Lakin K.Hüseynova Müşfiq Hüseynovun əlindən çıxaraq oradan qaçdığı üçün Müşfiq Hüseynov öz iradəsindən aslı olmayan səbəbdən niyyətini başa çatdıra bilməyib. Könül Hüseynova qonşuları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Hadisə yerində qalmış Müşfiq Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. O, həmin gün saat 20 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb. Meyitinin müayinəsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

    Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

    Müşfiq Hüseynovun sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı isə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb.

  • Дорожная полиция об эвакуаторе, создавшем опасность на дороге Баку – Сумгайыт

    В Главном управлении Государственной дорожной полиции (ГУГДП) прокомментировали инцидент с эвакуатором, создавшим опасную ситуацию на трассе Баку – Сумгайыт при перевозке грузового автомобиля.

    “Видеокадры неотчетливые, поэтому сложно сказать, нарушил ли водитель соответствующие требования закона “О дорожном движении”, – сказал Oxu.Az начальник отдела по связям с общественностью ГУГДП Кямран Алиев.

    Напомним, в Сети распространились видеокадры, на которых эвакуатор перевозит грузовой автомобиль Ford Transit с грузом, выступающим за габариты транспортного средства.

    Кроме того, груз вывалился на дорогу, что создало опасность для движения других автомобилей.

    “На кадрах отчетливо не видны параметры перевозимого груза. Поэтому сложно что-то точно сказать в связи с инцидентом. Если оказавшийся на дороге груз вывалился из перевозимого Ford Transit, то водитель эвакуатора нарушил требования статьи 57 закона “О дорожном движении” (Перевозка грузов)”, – сказал глава отдела.

  • Bakı-Sumqayıt yolunda evakuatorun təhlükə şəraiti yaratması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Görüntü aydın olmadığı üçün sürücünün “Yol hərəkəti haqqında” qanunun müvafiq tələbini pozub-pozmadığı barədə dəqiq fikir söyləmək çətindir.

    Bunu Oxu.Az-a Bakı Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Bakı-Sumqayıt yolunda hərəkət edən evakuatorun təhlükə yaratmasına dair məsələyə münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, yayılan videogörüntü aydın çəkilmədiyi üçün dəqiq fikir söyləmək çətindir:

    “Görüntüdən daşınan yükün ölçü parametrləri yaxşı görünmür. Bu səbəbdən də dəqiq fikir söyləmək olmur. Əgər arxada yerlə sürünən evakuatorun yüküdürsə, o halda, sürücü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin (Yüklərin daşınması) tələbini pozub”.