Month: March 2020

  • İtaliyada sutka ərzində koronavirusdan 837 nəfər ölüb

    İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 837 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 12 428 nəfərə çatıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

    Məlumata əsasən, koronavirusdan ötən sutka ərzində 1109 nəfər sağalıb, sağalanların ümumi sayı 15 729 nəfərdir.

    Bildirilir ki, hazırda koronavirusa yoluxanların sayı 77 653 nəfər təşkil edir, episemiya başlayan zamandan isə 105 792 yoluxma halı qeydə alınıb (ölənlər və sağalanlar da daxil olmaqla).

  • Könüllü fəaliyyətin istiqamətləri artırılır

    Könüllü fəaliyyətin istiqamətləri artırılır.

    APA-nın məlumatına görə, bu, “Könüllü fəaliyyət haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

    Dəyişikliyə əsasən, “Sosial xidmət haqqında” qanununa uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi də könüllü fəaliyyətin istiqaməti kimi müəyyənləşib.

    Beləliklə, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və “Sosial xidmət haqqında” qanuna uyğun olaraq çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi könüllü fəaliyyətin istiqamətləri kimi müəyyən edilir.

    Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

  • СМИ сообщили о погибших при тушении лесного пожара на юго-западе Китая

    По меньшей мере 19 пожарных погибли при тушении лесного пожара в юго-западной провинции Китая Сычуань. Об этом сообщило 31 марта Центральное телевидение КНР, пишет ТАСС.

    Пожар произошел вблизи города Сичан Ляншань-Ийского автономного округа на юге провинции.

    Детали инцидента устанавливаются.

  • Çində güclü meşə yanğını 19 nəfərin həyatına son qoydu

    Çində dünən yerli vaxtla saat 16.00 radələrində bir fermada meydana gələn yanğın güclü küləyin təsiri ilə yaxınlıqdakı dağlıq bölgəyə yayılaraq, irimiqyaslı yanğına səbəb olub.

    “Shinhua” agentliyinin verdiyi xəbərə görə, gecə saat 02:00 radələrində yanğın istiqamətini dəyişərək meşə ərazisinə keçib.

    Geniş sahəyə yayılan yanğın söndürülərkən faciə baş verib.

    Xilasetmə tədbirlərindən sonra 18 yanğınsöndürən və onlara rəhbərlik edən yerli meşə işçisinin meyiti tapılıb.

    Yaralanan üç yanğınsöndürən isə xəstəxanaya yerləşdirilib.

  • Bakı sakini evdə tibbi maska hazırlayır – VİDEO

    Dünyanı cənginə almış koronavirus epidemiyasının Azərbaycanda da yayılmasından sonra apteklərdə tibbi maska qıtlığı müşahidə olunmağa başlayıb.

    Elə bu səbəbdən Baku TV-nin qəhrəmanı evdə tibbi maska istehsal etməyə başlayıb.

    O bildirir ki, maska tikmək ideyası qızından gəlib. Belə ki, qəhrəmanımızın dərzi olması onun könüllü şəkildə maska tikməyə başlaması ilə nəticələnib.

    Daha ətraflı videosüjetdə:

  • Актер из “Звездных войн” умер от COVID-19

    Британский преподаватель сценической речи и актер Эндрю Джек, сыгравший роль майора Калуана Эматта в киноэпопее “Звездные войны”, скончался от коронавируса в возрасте 76 лет.

    Как передает Report, об этом сообщает издание Evening Standard со ссылкой на агента актера Джилл Маккалоу.

    “Он умер этим утром от COVID-19 в больнице Святого Петра в Чертси”, – приводит газета заявление Маккалоу.

    Маккалоу также сообщила, что жена Эндрю Джека Габриэль Роджерс в настоящий момент находится на карантине в Австралии и не смогла попрощаться с супругом.

    Эндрю Джек сыграл роль майора Калуана Эммата в двух эпизодах “Звездных войн” (“Пробуждение силы” и “Последние джедаи”).

  • “Ulduz müharibələri” filminin aktyoru koronavirusdan öldü

    Səhnə nitqinin danışığı üzrə britaniyalı müəllim, “Ulduz müharibələri” filmində mayor Kaluan Emmata rolunu oynamış aktyor Endrü Cek 76 yaşında koronavirusdan ölüb.

    “Report” xəbər verir ki, bu barədə aktyorun nümayəndəsi Djill Makkalouya istinadən “Evening Standard” nəşri bildirib.

    “O, bu səhər Çertsidə Müqəddəs Pyotr xəstəxanasında COVID-19-dan öldü”, – Makkalou qəzetə açıqlamasında deyib.

    Makkalou həmçinin əlavə edib ki, Endrü Cekin xanımı Qabriel Rojers hazırda Avstraliyada karantindədir. O, əri ilə vidalaşa bilməyib.

    Endrü Cek “Ulduz müharibələri” filmində mayor Kaluan Emmata rolunu oynayıb.

  • Fransada son bir gündə daha 499 nəfər koronavirusdan ölüb

    Fransada son 24 saatda koronavirusa yoluxmuş 499 nəfər vəfat edib.

    APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 3523-ə çatıb.

    Son sutka ərzində 7578 yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada bu günədək koronavirusa yoluxanların ümumi sayı 52 128-ə çatıb.

    Hazırda virusa yoluxmuş 5565 nəfərin vəziyyəti ağırdır.

  • Gəncədə gənc oğlan bıçaqlanıb

    Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dəmiryolu vağzalı yaxınlığında qeydə alınıb.

    Anar adlı gənc (soyadı dəqiqləşdirilir-red) döş qəfəsindən və qarın boşluğundan bıçaqlanıb. O, ağır halda xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisənin səbəbləri və kim tərəfindən törədildiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Vüsal Qasımlı: “Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik”

    “Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək”.

    “Report” xəbər verir ki, bunu İTV-nin efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

    “Hazırda Azərbaycanda kredit portfeli 15,5 milyard manatdır. Bunun 7 milyard manatı ev təsərrüfatlarına (əhaliyə), qalanı isə biznesə (özəl sektora) verilib. Aydın məsələdir ki, pandemiya və qlobal şokların təsiri altında ödəniş qabiliyyətində problemlər yaranıb. Bu problemləri aradan qaldırmaq üçün dövlət 1 milyard manatlıq paket təqdim edəcək. Burada daha çox sahibkarlara dəstək veriləcək. Amma o sahibkarlara ki, dövlətin qayda-qanunlarına əməl ediblər, kredit tarixçələri də normaldır, yəni kreditləri həmişə vaxtında ödəyiblər və yalnız qlobal vəziyyətlə əlaqədar ödəniş problemləri yaranıb. Eyni meyarlar əsas götürülməklə əhalinin kreditlərinə də bir hissəsinə dəstək verilə bilər”, – deyə o, qeyd edib.

    V.Qasımlının sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu iş adamlarınım kredit faizi yükünün təxminən 10%-lik hissəsini öz üzərinə götürəcək: “Bu da əhəmiyyətli hissədir. Çünki, bu gün ölkədə biznes kreditlərinin orta illik faiz dərəcəsi 14%-dir. Burada bank sektorunun ayaqda qalması məsələsi də çox vacibdir. Biz yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik. Bir tərəfdən sahibkarın və vətəndaşın marağı qorunacaq, digər tərəfdən isə bank sektorunun dayanıqlığına dəstək veriləcək”.

    “Bundan başqa, yeni götürülmüş kreditlər üçün 500 milyon manatlıq da dəstək paketi olacaq. Burada əsas məqsəd sahibkarların dəstəklənməsidir. O sahələr ki, dövlətin prioritet istiqamətləridir və postkorona dövründə iqtisadiyyatın dayanıqlığını təmin edəcək, iş yerləri yaradacaq, vergi bazasını genişləndirəcək, həmin sahələrdə kredit götürüb iş görən sahibkarlara dəstək veriləcək. Amma bunun üçün layihənin dəyərində kreditin payı 15%-i keçməməlidir, bunun da yarısını dövlət ödəcəyək, üstəlik həmin kreditə görə zəmanətin 60%-ni yenə də dövlət verəcək. Bu çox əlverişli bir imkandır ki, Azərbaycan iqtisadiyyatı qlobal şokun təsirindən qısa müddətdə ayılsın, özünə gəlsin. Çünki ucuz maliyyə resursları burada çox böyük əhəmiyyət kəsb edəcək”, – deyə İİTKM-nın icraçı direktoru əlavə edib.