Month: March 2020

  • Türkiyədə koronavirusdan ölüm sayı 214-ə çatıb

    Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

    APA-nın xəbərinə görə, Türkiyə Səhiyyə Nazirliyinin https://covid19.saglik.gov.tr/ saytında koronavirus haqqında gündəlik məlumat verən sistemin məlumatlarında bu barədə bildirilib.

    Məlumatda qeyd olunub ki, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

    Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

    Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb.

  • Qaxda yeniyetmə velosiped idarə edərkən ağır xəsarət alıb

    Qaxda 14 yaşlı yeniyetmə velosipedi yolun kənarındakı zibil qabına vurması nəticəsində ağır xəsarət alıb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax şəhəri ərazisində baş verib.

    Qax şəhər sakini, 2006-cı il təvəllüdlü Murad Vüsal oğlu Kərimli velosipedlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən velosipedi yolun kənarındakı zibil qabına vurub. Hadisədən sonra M.Kərimli Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı M.Kərimliyə sol ayağın bud sümüyünün qapalı-qəlpəli sınığı diaqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərilib.

    M.Kərimlinin müayinə və müalicəsini davam etdirməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

  • Bakı Media Mərkəzindən koronavirusun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək – VİDEO

    Bakı Media Mərkəzi COVID-19 virusunun ağır nəticələrə səbəb olduğu İtaliyaya dəstək video çarxı hazırlayıb.

    Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi, sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.

    Video, hazırda dünya üzrə COVID-19 virusuna ən çox insanın yoluxduğu və dünyasını dəyişdiyi İtaliyaya həsr olunub. İtaliya Azərbaycanın ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. Avropanın zəngin tarixə və mədəniyyətə malik ölkəsinin indi üzləşdiyi bu qorxulu vəziyyət Azərbaycanda da ürək ağrısı ilə izlənilir. Bu video çarxda pandemiya ilə ciddi mübarizə aparan Azərbaycanın və Azərbaycan vətəndaşlarının dost İtaliya xalqına dəstəyi ifadə olunur.

    İzləyicilərə skripka ustaları Rövşən Əmrahov, Nəzrin Aslanlı, pianoçu Səidə Tağızadə və tenor Fərid Əliyevin ifasında italyanların sevilən musiqi əsərlərindən biri, Cakomo Puççininin “Turandot” operasından “Nessun Dorma” ariyası təqdim olunur. İtaliyanın məşhur futbol klublarının azərbaycanlı azarkeşlərinin də könüllü iştirakı və müşayəti ilə hazırlanan videonun sonunda italyan dilində “İtaliya, Azərbaycan səninlədir!”, “Evdə qalın!”, “Hər şey yaxşı olacaq!” müraciətləri qeyd olunur.

    Məlumat üçün bildirək ki, video-çarx Azərbaycanda COVID-19 virusunun geniş yayılması təhlükəsinə qarşı mübarizə çərçivəsində elan olunan karantindən əvvəl çəkilib.

    Həmin videonu təqdim edirik.

  • Bu şəxslər 100 manat cərimələnəcək

    Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

    Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunarsa, bu siyahıya energetik içkilər də daxil ediləcək.

  • Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir

    Azərbaycanda energetik içkilərin uşaqlara satılması qadağan ediləcək.

    Bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, energetik içkilərin uşaqlara satılması, energetik içkilərin istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.

    Bundan başqa, energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan ediləcək.
    Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

  • В Азербайджане запретят продажу энергетических напитков детям

    В Азербайджане будет запрещена продажа энергетических напитков детям, а также использование детского труда в процессах производства, транспортировки, продажи и хранения энергетических напитков.

    Как передает АПА, это нашло отражение в проекте поправок в закон «О правах детей».

    Также будет запрещено обращение к детям в связи с использованием энергетических напитков, а также прерывание детских программ (передач) рекламой энергетических напитков.

    Проект будет вынесен на обсуждение в следующем пленарном заседании Милли меджлиса.

  • Dünyada koronavirusdan ölənlərin sayı 40 min nəfəri keçdi

    Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyada ən çox ölüm hadisəsi İtaliya (12 428), İspaniya (8 269), ABŞ (3 424), Çin (3 305), Fransa (3 024), İran (2 898), Böyük Britaniya (1 801) və Niderlandda (1 039) qeydə alınıb.

    Qeyd edək ki, infeksiya indiyədək 201 ölkə və regionda qeydə alınıb.

    Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

    Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub. Virusdan sağalanların sayı 174 359 nəfərdir.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • İtaliyada 12 428 nəfər koronavirusdan öldü

    İtaliyada daha 837 nəfər pandemiyanın qurbanı olub.

    “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12 428 nəfərə çatıb.

    Məlumatda həmçinin daha 4 053 nəfərə infeksiya diaqnozu qoyulduğu və ölkə üzrə yoluxanların ümumi sayının 105 792 nəfərə yüksəldiyi vurğulanıb.

  • Hicran Hüseynova deputatları onlayn iclasa topladı

    Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirilib.

    Median.Az-ın məlumatına görə, komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış edib. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri – Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan iki məsələni birinci oxunuşda müzakirə ediblər.

    Birinci məsələ – “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərdir. Bu layihə “Təhsil haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

    İkinci məsələ Mənzil Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik layihələridir.

    Müzakirələrdən sonra sənədlərin Milli Məclisdə müzakirəsi məqsədə uyğun hesab edilib.//oxu.az

  • У главврача больницы для зараженных COVID-19 в Москве обнаружен коронавирус

    У главврача больницы в Коммунарке (Москва) Дениса Проценко обнаружен коронавирус.

    В настоящее время Проценко находится в этом же учреждении, его состояние оценивается как удовлетворительное, сообщает РЕН ТВ.

    Напомним, в инфекционную больницу в поселке Коммунарка Сосенского поселения Москвы сейчас попадают большинство больных, у которых диагностировали заражение коронавирусом. Ранее Денис Проценко рассказывал, что в настоящее время там находятся 314 человек, среди них 59 пациентов с подтвержденным коронавирусом и 127 пока не подтвержденных.

    Напомним, 31 декабря власти Китая сообщили во Всемирную организацию здравоохранения (ВОЗ) о вспышке неизвестного вида пневмонии. Затем был установлен возбудитель болезни – им оказался новый коронавирус SARS-CoV-2. Из-за распространения коронавирусного заболевания (COVID-19) по всему миру ВОЗ 11 марта признала ситуацию пандемией.

    По последним данным, в мире на сегодняшний день заражены более 800 тысяч человек в 200 странах, более 38 тысяч человек умерли, около 170 тысяч излечились. В России, по данным за 31 марта, зарегистрированы 2337 случаев заражения в 73 регионах. За все время умерли 17 человек (восемь — за последние сутки), 121 человек выздоровел.

    Среди симптомов заболевания – сочетание повышенной температуры, сухого кашля, одышки и ощущения сдавленности в груди. По всему миру проводится карантин, людей призывают оставаться дома. В Москве 30 марта был введен режим самоизоляции – выходить из дома можно только в ближайший магазин, на работу, для получения экстренной медпомощи, для выноса мусора или выгула собаки в радиусе 100 метров от дома.