Month: March 2020

  • Nazirlik rəsmisi: “Evdə qal, idmansız qalma” verilişi sayəsində idmançılarda rəqabət formalaşıb”

    “İdman TV”də efirə gedən “Evdə qal, idmansız qalma” verilişi Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ərsəyə gələn bir layihədir. Bir neçə günün içində bu reallaşdı. Əsas məqsəd ondan ibarətdir ki, karantin müddətində evdə qalarkən passivləşməyək. İdman həm insanı aktiv saxlayır, həm də pozitiv əhval-ruhiyyə yaradır”.

    Bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

    O, nazirliyin və “İdman TV”nin birgə layihəsinin gözlədiklərindən daha çox maraqla qarşılandığını bildirib. Bu səbəbdən də əvvəlcə həftənin üç günü nəzərdə tutulan verilişin sayı daha sonra beş günə artırılıb:

    “Bu layihəyə bizim məşhur idmançılarımız – Olimpiya, dünya və Avropa çempionlarımız cəlb olunub. İlk qonağımız Olimpiya çempionumuz, nazirliyin İdman Şöbəsinin müdiri Fərid Mansurov oldu. Daha sonra digər Olimpiya çempionumuz Elnur Məmmədli insanlarımıza evdə oturaraq necə idman etməli olduğumuzu göstərməyə çalışdı. Üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev, bu gün isə atletika üzrə qitə çempionumuz Nazim Babayev öz evlərindən qonaq qismində qatıldılar. Sabah karateçimiz Rafael Ağayev, birisi gün isə sabiq taekvondoçumuz Rəşad Əhmədov qonaq olmalıdır.

    Bu layihəyə kifayət qədər azarkeş kütləsi olan idmançılar cəlb edilib. Ən maraqlısı da bundan ibarətdir ki, idmançıların öz aralarında da maraqlı rəqabət gedir. Çünki bir günkü idmançı özündən əvvəl qonaq atletin dediyi və ya etdiyi idman hərəkətlərini təkrarlamamağa çalışır. Bu da çox gözəl alınır.

    İnsanların baxış sayı və telekanalla nazirliyə müraciətlərdən sonra qərara gəldik ki, bu verilişi həftə içi beş gün edək. Veriliş saat 11:00-da başlayır və canlı yayımlanır. İdmançılar və ya veteranlar verilişə “Skype”la qoşulurlar. Həmin gün 18:20-də isə həmin verilişin təkrarı efirdə gedir. Həmçinin həftə içində olan verilişlər həftəsonu təkrar verilir”.

  • Dövlət Miqrasiya Xidmətinin rəisi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Vüsal Hüseynov şəxsi “Facebook” hesabı vasitəsilə paylaşım edərək bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı beş məsələ nəzərə alınmalıdır.

    Həmin məsələlər bunlardır:

    1. Hər hansı müraciət, rüsum ödənişi, hazır sənədin götürülməsi, məlumat əldə edilməsi üçün Qəbul şöbələrinə mümkün olduğu qədər yaxınlaşmayın.

    2. Dövlət rüsumu hər hansı bank kartı ilə və ya marketlərdə və digər ictimai yerlərdə olan ekspress pay ödəniş terminalları vasitəsilə ödənilə bilər.

    3. Ödəniş etdikdən sonra müddətinin uzadılması barədə qərarı (sənədi) və ya digər icazə sənədlərini gəlib götürmək zərurəti yoxdur. Bu sənədlər olmadığı təqdirdə belə ölkəni tərk edə bilərsiz və inzibati məsuliyyət (cərimə tətbiq) edilmir.

    4. Elektron xidmətlərdən istifadəyə diqqət yetirin. Xidmətlər rahat istifadə edilməsi üçün mümkün qədər asanlaşdırılıb və bu proses davam edir.

    5. Dövlət Miqrasiya Xidməti hər gün işləyir, 919 Çağrı Mərkəzi fasiləsiz rejimdə fəaliyyət göstərir. Hər hansı sual, çətinlik olarsa zəng edin, elektron qaydada, Xidmətin ünvanına və ya sosial şəbəkə hesablarına yazın, məlumat verin.

  • Daxili Qoşunlar Sumqayıtda karantin rejiminə belə nəzarət edir – FOTO/VİDEO

    Sumqayıtda xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunların şəxsi heyətindən ibarət mobil qruplar yaradılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə paytaxtla yanaşı Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər.

    Şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlərə daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kompaniyasına qoşulmağa səsələyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.

    Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “evdə qal” kompaniyasına qoşulmaq tövsiyyə olunur.

    Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunlarln şəxsi heyətindən ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.

  • Министерство здравоохранения: Нам сложно предотвратить случаи внутреннего заражения коронавирусом

    Очень жаль, что до сих пор многие люди не осознают всей опасности, которую таит в себе коронавирус. Ведь сами того не зная, мы можем являться носителями инфекции.

    Как сообщает Report, об этом заявил руководитель пресс-службы Министерства здравоохранения Азербайджана Парвиз Абубекиров.

    “К сожалению, нам сложно предотвратить случаи инфицирования внутри страны. В связи с этим пришлось вводить особый карантинный режим. Все дело в том, что люди не воспринимали эту проблему всерьез. Например, кто-то от скуки приглашает домой гостей, не осознавая, что общение медлу людьми таит в себе серьезную угрозу”, – отметил он.

  • Səhiyyə Nazirliyi: “Koronavirusa daxili yoluxmanın qarşısını almaqda çətinlik çəkirik”

    “Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

    Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

    “Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, – o qeyd edib.

  • Daxili Qoşunların hərbçiləri Bakıda polislə birlikdə xidmətə başladı – FOTO

    Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə başlayıblar.

    Oxu.Az xəbər verir ki, artıq hərbçilər polis naryadları ilə birgə paytaxt küçələrində xidmət aparırlar.

    Onlar vətəndaşlarla profilaktik söhbətlər edir, əhalini maarifləndirirlər.

    Bakı Şəhər Baş Polis İdarəsindən verilən qısa açıqlamada bildirilib ki, məqsəd koronavirus infeksiyasının yayılmaması, onun törədə biləcəyi fəsadların qarşısının alınması, məhdudlaşdırılma tədbirlərinin tam və hərtərəfli yerinə yetirilməsidir.

  • Dövlət Miqrasiya Xidmətinin rəisi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Vüsal Hüseynov şəxsi “Facebook” hesabı vasitəsilə paylaşım edərək bildirib ki, Dövlət Miqrasiya Xidmətinə müraciətlərlə bağlı beş məsələ nəzərə alınmalıdır.

    Həmin məsələlər bunlardır:

    1. Hər hansı müraciət, rüsum ödənişi, hazır sənədin götürülməsi, məlumat əldə edilməsi üçün Qəbul şöbələrinə mümkün olduğu qədər yaxınlaşmayın.

    2. Dövlət rüsumu hər hansı bank kartı ilə və ya marketlərdə və digər ictimai yerlərdə olan ekspress pay ödəniş terminalları vasitəsilə ödənilə bilər.

    3. Ödəniş etdikdən sonra müddətinin uzadılması barədə qərarı (sənədi) və ya digər icazə sənədlərini gəlib götürmək zərurəti yoxdur. Bu sənədlər olmadığı təqdirdə belə ölkəni tərk edə bilərsiz və inzibati məsuliyyət (cərimə tətbiq) edilmir.

    4. Elektron xidmətlərdən istifadəyə diqqət yetirin. Xidmətlər rahat istifadə edilməsi üçün mümkün qədər asanlaşdırılıb və bu proses davam edir.

    5. Dövlət Miqrasiya Xidməti hər gün işləyir, 919 Çağrı Mərkəzi fasiləsiz rejimdə fəaliyyət göstərir. Hər hansı sual, çətinlik olarsa zəng edin, elektron qaydada, Xidmətin ünvanına və ya sosial şəbəkə hesablarına yazın, məlumat verin.

  • Владельцы объектов в Баку в растерянности – закрываться или работать? – ВИДЕО

    В целях сохранения здоровья населения в период действия особого карантинного режима работа некоторых объектов в Азербайджане приостановлена, другие же продолжают функционировать.

    В этой связи многие люди задаются вопросами – какие объекты имеют право на работу, а какие – нет.

    Во время съемок сотрудники Baku TV лично убедились в этом.

  • Bakıda obyekt sahibləri çaşqınlıq içindədir: Bağlanırmı, işləyirmi? – VİDEO

    Xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədilə respublika ərazisində bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə işləməyə davam edirlər.

    Amma bu mövzuda bəzi qaranlıq məsələlərin olduğunu görürük. Bir çox vətəndaşlar obyektlərinin işləyəcəyini bilmirlər.

    Baku TV əməkdaşları çəkiliş aparan zaman elə bunun şahidi olublar.

  • МВД Азербайджана: Разрешается онлайн-продажа товаров, хранящихся на складах торговых центров

    Министерство внутренних дел (МВД) Азербайджана информирует о положении, дающим разрешение на онлайн-продажу товаров, принадлежащих предпринимателям и хранящихся на складах крупных торговых центров.

    Как сообщил руководитель пресс-службы МВД, полковник полиции Эхсан Захидов, в период действия особого карантинного режима, с целью недопущения контактов и общения между людьми, применяется ограничение деятельности крупных торговых центров.

    “Но, несмотря на это, предприниматели, работающие в этих торговых центрах, имеют возможность осуществлять онлайн-продажу своих товаров, хранящихся на складах. В период карантина будет правильнее использовать возможности онлайн-торговли. При этом отсутствие прямого контакта между продавцом и покупателем означает защиту здоровья каждого гражданина. Поэтому предпринимателям рекомендуется продавать свои товары в онлайн режиме”, – отметил Э.Гаджиев.//oxu.az