Month: March 2020

  • Azərbaycanda karantinə görə bağlanan ticarət mərkəzlərinə məhsullarını satmaq üçün şans verildi

    Daxili İşlər Nazirliyi iri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verildiyini açıqlayıb.

    Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb:

    “Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir.

    Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.//oxu.az

  • Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

    “Günəmuzd işləyənlər, sosial təminatı aşağı olan insanlar qətiyyən narahat olmasınlar. Dövlət onları unutmur”.

    Bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, sosial müdafiə paketi müzakirənin son mərhələsindədir.

    “Müzakirə olunacaq, elan olunacaq və bu kateqoriyaya aid olan insanlar dövlətin himayəsindədirlər”.

  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi – RƏSMİ

    Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.

    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumata əsasən, fərdi evlərdən və mənzillərdən insanların çıxışı – təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də, xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

  • İlham Əliyevdən daxili işlər naziri ilə bağlı SƏRƏNCAM

    Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilib.

    Median.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərmanla sənədin 26-cı hissəsində “388-1” rəqəmi “388-1.1.2, 388-1.2” rəqəmləri ilə əvəzlənib.

    Həmçinin, aşağıdakı məzmunda 26-2-ci hissə əlavə edilib:

    “26-2. Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

    26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından – bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

    26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri”.

  • Президент Азербайджана наделил МЧС полномочиями при чрезвычайном положении

    Президент Азербайджана Ильхам Алиев подписал указ о внесении изменения в указ главы государства от 19 января 2005 года “Об обеспечении исполнения закона АР “О чрезвычайном положении”, который наделяет Министерство по чрезвычайным ситуациям (МЧС) страны новыми полномочиями при чрезвычайном положении.

    Текст документа в понедельник опубликован на сайте главы азербайджанского государства.

    Согласно внесенному изменению, для обеспечения режима чрезвычайного положения также будут использованы силы и возможности МЧС.

    Данное ведомство будет вести работу в рамках своих полномочий вместе с Министерством внутренних дел, Службой государственной безопасности, Службой внешней разведки и Государственной пограничной службой.

    Отметим, что согласно статье 12.2.5 закона “О чрезвычайном положении” Азербайджана, силы и средства соответствующих органов исполнительной власти, в том числе МЧС, привлекаются с целью участия в устранении обстоятельств, приведших к введению чрезвычайного положения, и спасения жизней людей.

  • Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə səlahiyyət verdi

    Prezidentin “Fövqəladə vəziyyət haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanında dəyişiklik edilib.

    Median.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Fərmanla sənədin 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilib.

    Qeyd edək ki, “Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş “icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

    Ölkə başçısının fərmanı ilə artıq Fövqəladə Hallar Nazirliyi də bu siyahıya daxil edilib.

  • В Азербайджане ограничивается выход людей из домов – ОФИЦИАЛЬНО

    Определены дополнительные меры по предотвращению распространения на территории Азербайджанской Республики коронавирусной инфекции (COVID-19).

    Об этом АЗЕРТАДЖ сообщили в Оперативно штабе при Кабинете министров Азербайджана.

    В рамках мер, принятых государством по предотвращению распространения коронавируса (COVID-19) на территории Азербайджанской Республики, от граждан требуется оставаться в своих частных домах и квартирах, в местах постоянного или временного проживания (нахождения).

    Покидать частные дома и квартиры возможно только в случае возникновения крайней необходимости: в случае необходимости оказания скорой медицинской помощи, возникновения ситуации, угрожающей жизни и здоровью, с целью посещения объектов розничной торговли и обслуживания населения, деятельность которых разрешена, с целью выброса бытовых отходов, а также для выполнения служебных обязанностей в организациях, действующих в период особого режима.

    В связи с вышеизложенным, деятельность в других сферах, за исключением областей работы и услуг, необходимых для жизни и деятельности людей, будет приостановлена с 00:00 31 марта 2020 года до 00:00 20 апреля 2020 года.

    Чтобы свести к минимуму контакты между людьми и, таким образом, снизить скорость распространения коронавирусной инфекции, в течение объявленного периода времени вводится запрет на деятельность и предоставление услуг в следующих сферах:

    • Обслуживание клиентов на местах во всех торговых и ресторанных заведениях, включая рестораны, кафе и чайные (за исключением супермаркетов, продуктовых магазинов и аптек, услуг по выносу, доставки на дом и онлайн-продажи);

    • Услуги в сфере отдыха и развлечений;

    • Деятельность объектов культуры, а также музеев и выставочных залов, кинотеатров, театров, спортивных залов;

    • Парикмахерские, салоны красоты, массаж, бани и косметические услуги (в том числе услуги на дому у клиента или в другом месте);

    • Религиозные ритуальные услуги, за исключением похорон, а также услуги по организации траурных церемоний в церемониальных залах, палатках и других закрытых помещениях;

    • Услуги по пошиву одежды (включая услуги на дому у клиента или в другом месте);

    • Фотоателье/фотостудии (включая обслуживание на дому у клиента или в других местах);

    • Услуги по организации мероприятий (включая организацию дней рождения, свадеб, помолвок и аналогичных церемоний в доме клиента)

    • Спортивные, оздоровительно-реабилитационные услуги (кроме медицинских услуг в этой сфере);

    • Услуги по уборке в частных квартирах;

    • Индивидуальные услуги обучения и репетиторства (включая услуги на дому в этой области).

    В течение этого периода при условии соблюдения требований периода особого режима разрешено продолжение деятельности нижеуказанных структур и оказание следующих услуг:

    1. Органы исполнительной власти и организации, перечень которых определяется Кабинетом министров Азербайджанской Республики.

    2. Здравоохранение и социальные сферы:

    Научно-исследовательские и лабораторные услуги

    • Услуги в больницах, поликлиниках и других медицинских учреждениях

    • Ветеринарные услуги

    • Производство медицинского оборудования, лекарств и медицинских средств

    • Социальные услуги

    • Услуги по уходу за умственно отсталыми и лицами, нуждающимися в особой заботе.

    3. В сфере инфраструктуры:

    • Коммунальные услуги (канализация и водоснабжение, газоснабжение, отопление, распределение энергии)

    • Производство и сбыт электроэнергии

    • Водоснабжение и мелиорация

    • Телекоммуникации и услуги связи

    4. В сфере транспорта и логистики:

    • Грузоперевозки воздушным, морским, железнодорожным и автомобильным транспортом.

    • Железнодорожные, морские, портовые и автомобильные перевозки

    • Логистические услуги

    • Общественный транспорт и услуги такси

    5. Основные виды производства:

    • Производство продукции оборонной промышленности

    • Производство нефтяного оборудования и сооружений

    • Производство пищевых продуктов и сырья для них, поставка, хранение и оптовая продажа продуктов питания.

  • Azərbaycanda vətəndaşların evdən çıxması məhdudlaşdırıldı – RƏSMİ+VİDEO

    Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.

    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

    Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

    İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

    • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

    • İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

    • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

    • Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

    • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

    • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

    • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

    • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

    • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

    • Fərdi mənzillərdə təmizlik xidmətləri;

    • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

    Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

    1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

    2. Səhiyyə və sosial sahə üzrə:

    • Elmi-tədqiqat və laborator xidmətləri

    • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

    • Baytarlıq xidmətləri

    • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı

    • Sosial xidmətlər

    • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

    3. İnfrastruktur sahəsi üzrə:

    • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)

    • Elektrik enerjisinin istehsalı və təchizatı

    • Su təchizatı və meliorasiya

    • Telekommunikasiya və rabitə xidmətləri

    4. Nəqliyyat və logistika sahəsi üzrə:

    • Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları

    • Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri

    • Logistika xidmətləri

    • İctimai nəqliyyat və taksi xidmətləri

    5. Əsas istehsalat növləri:

    • Müdafiə sənayesi məhsullarının istehsalı

    • Neft avadanlıqları və qurğularının istehsalı

    • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı

    • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı

    • Kimyəvi məhsulların istehsalı

    • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti

    • Əkinçilik və məhsul yığımı

    • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı

    • Neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi

    • Metallurgiya sənayesi üzrə fəaliyyət

    • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri

    • Mühəndislik və layihələndirmə xidmətləri

    • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri

    • Qablaşdırma məhsullarının istehsalı

    • Daş, metal və taxta məhsullarının istehsalı

    • Mebel istehsalı və təmiri

    • Diri heyvanların kəsimi

    6. Pərakəndə və topdansatış üzrə:

    • Ərzaq məhsullarının satış məntəqələri

    • Apteklər

    • Yanacaqdoldurma məntəqələri

    • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri

    • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

    7. Məişət xidmətləri üzrə

    • Məişət tullantılarının yığılması və utilizasiyası

    • Poçt xidmətləri

    • Kimyəvi təmizləmə

    • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi

    • Avtomobillərin təmiri

    • Avtomobil yuyulma məntəqələri

    • Tərcümə xidmətləri

    • Heyvan sığınacaqları

    • Dizayn xidmətləri

    8. Kütləvi informasiya vasitələri

    9. Maliyyə təşkilatları üzrə

    • Banklar və valyuta mübadiləsi məntəqələri

    • Sığorta təşkilatları

    • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

    10. Xüsusi xidmət növləri üzrə

    • Çatdırılma xidmətləri

    • Məişət avadanlıqlarının təmiri

    • Dezinfeksiya xidmətləri

    Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.

    Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.

    COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli “qaynar xətt”ə zəng etmək ciddi tövsiyə edilir.

  • Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər – RƏSMİ

    “Küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq”.

    Bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O bildirib ki, bu axşamdan başlayan qadağalarla metroda və nəqliyyatda sıxlığın qarşısı alınacaq.

    “Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”.

    Onun sözlərinə görə, bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur.

    “Yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun. Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər”.

  • İbrahim Məmmədov: “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”

    “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”.

    Bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    O, məhdudiyyətin tətbiq olunacağı 20 gün barədə də açıqlama verib:

    “20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək. Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.