Month: March 2020

  • Закрыт ли въезд-выезд из Сумгайыта? – ЗАЯВЛЕНИЕ

    Некоторые пользователи соцсетей утверждают, что въезд-выезд из Сумгайыта закрыт и даже распространяют якобы подтверждающие это фото.


    Начальник отдела по связям с общественностью Главного управления государственной дорожной полиции (ГУГДП) полковник Кямран Алиев заявил Oxu.Az, что распространенная в соцсетях информация не соответствует действительности.

    “Никакого запрета на въезд и выезд из Сумгайыта нет. Сотрудники управления дорожной полиции города проводят просветительскую беседу с водителями.

    В стране объявлен особый карантинный режим. Наличие на дорогах такого количества автомобилей в этой ситуации неправильно. Сотрудники полиции остановили пару машин и порекомендовали водителям не выходить из дома без особой надобности. В этой связи с водителями и гражданами проводится регулярная профилактическая беседа”, – отметил К.Алиев.

  • Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? – AÇIQLAMA

    Sumqayıt şəhərinə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

    Oxu.Az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı fotolar paylaşılıb.

    İddia edilir ki, şəhərin girişində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları avtomobilləri saxlayıb. Bu səbəbdən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.


    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

    O bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərinə avtomobillərin giriş-çıxışının bağlanmasına dair yayılan məlumatlar əsassızdır:

    “Nəqliyyat vasitələrinin Sumqayıt şəhərinə giriş-çıxışı ilə bağlı qadağa yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, şəhərin Yol Polis İdarəsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər edir.

    Ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Belə bir vəziyyətdə avtomobil yollarında bu qədər nəqliyyatın olması doğru deyil. Əməkdaşlar bir neçə avtomobili saxlayaraq tövsiyə ediblər ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Müntəzəm olaraq bu istiqamətdə sürücülər və vətəndaşlarla profilaktik söhbətlər aparılır”.

  • Ali Rada iki naziri vəzifəsindən uzaqlaşdırdı

    Ukrayna Ali Radası Maliyyə naziri İqor Umanski və Səhiyyə naziri İlya Yemetsi vəzifələrindən kənarlaşdırıb.

    Bu barədə 112.ua saytı yazıb.

    Umanskinin vəzifəsindən kənarlaşdırılması haqqında qərarı 249, Yemetsin uzaqlaşdırılmasını isə 271 deputat dəstəkləyib.

  • Avropa Komissiyası Azərbaycana vəsait ayırır – koronavirusa görə

    Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla, Şərq Tərəfdaşlığı ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

    Qurumdan verilən məlumata görə, Avropa Komissiyası təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

    Avropa İttifaqının (Aİ) Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda həm Aİ, həm də tərəfdaş ölkələr üçün çox ağır bir dövrdür:

    “Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.

  • Yaşı 65-i keçmiş onkoloji xəstələrin müayinələri təxirə salınıb? – AÇIQLAMA

    Milli Onkologiya Mərkəzində 65 yaşdan yuxarı xəstələr qəbul edilmir.

    Median.Az xəbər verir ki, bu barədə oxucunun redaksiyamıza ünvanladığı şikayətdə qeyd olunub.

    Məlumata görə, Milli Onkologiya Mərkəzinə müalicəyə gedən pasiyentlərdən biri 65 yaşdan yuxarı xəstələrin qəbul edilmədiyi iddiası ilə geri qaytarılıb.

    Sözügedən hadisəyə aydınlıq gətirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında belə bir qaydanın olmadığını deyib:

    “Mövcud vəziyyətlə bağlı Mərkəz gücləndirilmiş iş rejimində çalışır. Müraciət edən pasiyentlərin sayı çoxdur. Bütün hallarda koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində qəbul edilən qaydalara riayət edilir. Lakin heç bir xəstəyə bu cür məlumat verilə bilməz. Bizim 70 yaşında müalicə alan pasiyentimiz var. Belə faktlarla qarşılaşan pasiyentlər bu barədə məlumat versinlər, araşdıraq.

    Növbə götürdükdən sonra kabinetlərin qarşısında sıxlıq yaşanmaması üçün xəstələrə tövsiyə olunur ki, bir-biri ilə aralarında məsafə saxlasınlar. Bundan artıq heç bir qayda və tələb yoxdur”.

    A.Kərimli onu da əlavə edib ki, bu günə qədər Milli Onkologiya Mərkəzində koronavirus şübhəsi ilə bağlı götürülən bütün analizlərin cavabları neqativ çıxıb:

    “Mərkəzə daxil olan xəstələrin hərarəti ölçülür. İnsanların əllərini dezinfeksiya etmələri üçün tibb müəssisəsində xüsusi dispenserlər quraşdırılıb. Bu günə qədər koronavirus şübhəsi ilə bağlı götürülən analizlərin hamısının cavabı neqativ çıxıb. Ümid edirik ki, ümumilikdə, yoluxma hallarının sayında artım olmayacaq”.//oxu.az

  • Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı

    Vaksin hazırlanana qədər koronavirusun yayılmasının qarşısını almaq üçün epidemiyanın miqyasları əhəmiyyətli amildir və bu, ümumxalq səviyyəsində təcridlə mümkündür.

    Bu barədə “Veçernyaya Moskva” nəşrinə rusiyalı epidemioloq Mixail Favorov məlumat verib.

    Mövcud vəziyyəti 2002-ci ildə SARS atipik pnevmoniyasının yayılması ilə müqayisə edən Favorov o zaman hökumətlərin hər şeyi axarına buraxdığını vurğulayıb:

    “Hazırda isə Çin rəhbərliyi daha sərt tədbirlər gördü, 11 milyonluq şəhər fəaliyyətini tam dayandırdı, zaman keçdikcə yeni yoluxmaların sayı azaldı”.

    “Bu cür təhlükəli xəstəliklərə laqeyd münasibət izsiz ötüşmür. Buna misal olaraq, çox sayda insan itkisi ilə üzləşən İtaliyanı göstərmək olar. COVID-19 ilə bağlı baş verənlər orada milli faciəyə çevrilib”, – deyə o sözlərini yekunlaşdırıb.

    Xatırladaq ki, son məlumatlara görə, Çinin materik hissəsində sutka ərzində cəmi bir nəfər koronavirusa yoluxub.

  • Некоторые строительные компании нарушают правила карантина – ВИДЕО

    В период действия особого карантинного режима дни с 29 марта по 4 апреля в Азербайдане объявлены нерабочими. Но, конечно, есть сферы, где работы остановить невозможно. Например, на стройках.

    Соблюдают ли строители правила, прислушиваются ли к соответствующим рекомендациям?

    Передача Günə Doğru на ARB TV подготовила интересный сюжет на данную тему.

  • Karantin qaydalarını pozan tikinti şirkətləri – VİDEO

    Xüsusi karantin rejimi müddətində əksər yerlərdə işlərə ara verilib. Amma elə yerlər var ki, orada işlərin davam etməsi labüddür. Əlbəttə ki, müəyyən istisnalar olmaqla… Belə iş yerlərindən biri tikintilərdir.

    Bəs burada çalışan işçilər qaydalara, deyilən tövsiyələrə əməl edirmi?

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

  • Diaspor Komitəsi Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə məlumat yaydı

    COVID-19 virusunun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) və Azərbaycan diasporunun azərbaycanlılara dəstəyi davam edir.

    Komitədən verilən məlumata görə, minlərlə soydaşımız xaricdən Vətənə təxliyyə olunsa da, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada növbəti təyyarə reyslərini gözləyən Azərbaycan vətəndaşları hələ də qalmaqdadır.

    Dövlət Komitəsi, eləcə də Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına, ümumilikdə, 450-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır.

    Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 166 nəfərin müraciəti təmin olunub ki, onlardan 42 nəfər təxliyyə edilib, 124 nəfərə isə maddi yardım göstərilib – müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub.

    Maddi yardıma ehtiyacı olan soydaşlarımızın bir qismi və 30 nəfər tələbə hazırda Kiyevdəki Azərbaycan Evi – Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində yerləşdirilib, onların gündəlik tələbatı ödənilir.

    Qeyd edək ki, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və “qaynar xətt” yaradılıb.

    Bu müddət ərzində operativ və gərgin iş rejimində çalışan qərargaha edilmiş müraciətlər əsasında martın 20-dən etibarən Kiyevdə yataqxanadan çıxarılmış 6 tələbə UABD tərəfindən xərcləri qarşılanmaqla hostelə yerləşdirilib.

    Martın 23-də daha 30-a yaxın tələbə operativ qərargaha müraciət edərək, müvəqqəti yaşayış yerinə və maddi yardıma ehtiyacları olduğunu bildirib. Hotellərdə boş yerlərin olmaması, müraciət edən soydaşlarımızın sayının çox olması nəzərə alınaraq, həmin tələbələrin Qərargahda yerləşdirilməsi məqsədəuyğun sayılıb.

    Martın 28-də operativ qərargah karantinə görə Vətənə qayıda bilməyən soydaşlarımıza dəstək aksiyasına başlayaraq, vətəndaşlarımızı zəruri ərzaq məhsulları ilə təmin edib.

    Bununla yanaşı, qərargahın üzvləri Kiyevin müxtəlif tələbə yataqxanalarındakı azərbaycanlı tələbələrlə görüş keçirib, onların problem və ehtiyacları ilə maraqlanıb. Həmin yataqxanalarda Azərbaycan dilində informasiya xarakterli xüsusi elanların asılması təmin edilib.

    Həmçinin, UABD rəhbərliyinin təşkilatçılığı və SOCAR-ın Ukrayna nümayəndəliyinin dəstəyi ilə 400 ədəd tibbi maska və 400 ədəd əlcək soydaşlarımıza çatdırılıb.

    Eyni zamanda, diaspor rəhbərliyi tərəfindən də antiseptik məhlullar alınaraq tələbələrə paylanılıb.

    Hazırda Ukraynanın bölgələrində də operativ qərargahların yaradılması və Vətənə qayıda bilməyən azərbaycanlı tələbələrin dəqiq sayının müəyyənləşdirilməsi işi davam etdirilir.

    Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı Ukraynada yaşayan bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Soydaşlarımız problemləri ilə əlaqədar +380962273489; +380442273489 “qaynar xət”lərinə müraciət edə bilərlər.

  • Экипаж AZAL призывает граждан Азербайджана оставаться дома – ВИДЕО

    “Азербайджанские Авиалинии” (AZAL) подготовили социальный ролик, в котором пилоты и бортпроводники призывают граждан Азербайджана оставаться дома.

    AZAL обращается к каждому жителю нашей страны с призывом соблюдать карантин, а также оградить близких и знакомых старшего возраста от лишних контактов.

    Главный посыл ролика – оставаться дома и беречь здоровье ради своего спокойствия и своих близких. Сегодня, как никогда, важно объединиться ради прекрасного и здорового будущего страны!

    “Останьтесь сегодня дома, чтобы завтра всей семьей вы могли отправиться в путешествие и открыть для себя много новых стран”, – говорится в ролике.