Month: March 2020

  • AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır – VİDEO

    “Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırışlarının əks olunduğu sosial videoçarx hazırlayıb.

    Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, AZAL ölkə vətəndaşlarına müraciət edərək, karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

    Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığımızı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

    “Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz.”

  • Bakıda sakinlərdən etiraz: İcra başçısı hadisə yerinə getdi – FOTO/VİDEO

    Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir.

    Oxu.Az xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar.

    Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri redaksiyamıza müraciət edib. Müraciətdə iddia olunur ki, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, tikinti şirkətləri bəzi qaydalara riayət etmir:

    “Tikintidə işçilər maskasız və əlcəksiz çalışırlar. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, cavab ala bilməmişik”.

    Oxu.Az-ın əməkdaşı Səbail Rayon İcra Hakimiyyəti (İH) ilə əlaqə saxlayıb.

    İH-dən bildiriblər ki, sözügedən məsələ ilə bağlı iddialar həqiqəti əks etdirmir:

    “Məsələdən xəbərdarıq. Səbail rayonu, Bayıl yaşayış massivi, Əlibəyov qardaşları 10 ünvanında yerləşən binanın sakinlərinin müraciəti nəzərə alınıb. Ərazidə tikinti aparan şirkətin rəhbəri ilə əlaqə saxlanılıb. Müraciət əsasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov sözügedən ünvanda tikinti işləri aparılan ərazidə olub.

    Ziya Yusifzadə və Əlibəyov qardaşları küçələrini birləşdirən, çoxmənzilli yaşayış kompleksinin tikildiyi əraziyə icra hakimiyyətinin və “Sabah Residence” şirkətinin rəhbər nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı həm tikinti normaları, həm də Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunan tələblər baxımından hər hansı bir nöqsan aşkar edilməyib”.

  • СМИ: Тренер “Галатасарая” вылечился от коронавируса

    Главный тренер “Галатасарая” Фатих Терим, у которого неделю назад обнаружили коронавирусную инфекцию, выздоровел, пишет Hürriyet.

    Сообщается, что 66-летний специалист и вице-президент стамбульского клуба Абдуррахим Албайрак сдали отрицательные тесты на COVID-19 и были выписаны из больницы.

    Терим за свою карьеру неоднократно возглавлял “Галатасарай” и сборную Турцию.

    Также он известен по работе в “Милане” и “Фиорентине”.

  • Fatih Terim koronavirusa qalib gəldi

    “Qalatasaray” futbol klubunun baş məşqçisi Fatih Terim koronavirusa qalib gəlib.

    Oxu.Az “Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Tunc Ünərə istinadən xəbər verir ki, Fatih Terimdən və klubun vitse-prezidenti Abdurrahim Albayrakdan alınan sonuncu koronavirus testinin nəticələri mənfi çıxıb.

    Xatırladaq ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim mart ayının 23-də koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

  • Минздрав Азербайджана предупредил население в связи с использованием медицинского спирта

    Реализуемый в аптеках медицинский антисептический раствор (этиловый спирт) необходимо использовать исключительно для дезинфекции.

    Как сообщает Oxu.Az, об этом говорится в обращении Центра аналитической экспертизы Минздрава Азербайджана к гражданам.

    Отмечается, что прием данного раствора в любом разбавленном виде представляет опасность для здоровья.

    Центр призвал население не забывать об этом и быть осторожным.

  • Səhiyyə Nazirliyindən spirtlə bağlı ÇAĞIRIŞ

    Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə çağırış edib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə qurumun Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    “Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Bu məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq”, – deyə məlumatda qeyd edilib.

  • В Баку полицейским помогают военнослужащие Внутренних войск

    В связи с усилением мер по особому карантинному режиму в Баку военнослужащие Внутренних войск МВД Азербайджана привлечены к совместной службе с полицией.

    Об этом заявил глава пресс-службы МВД Эхсан Захидов.

    По его словам, цель этого – не допустить распространения коронавирусной инфекции и обеспечить строгое соблюдение ограничительных мер.

    “Военнослужащие Внутренних войск будут дежурить совместно с сотрудниками полиции на всей территории Баку”, – сказал Э.Захидов.

  • Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı – RƏSMİ AÇIQLAMA

    Bu gündən Bakıda xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edilib.

    DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək üçün bu addım atılıb:

    “Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə bütün paytaxt ərazilərində xidmət aparacaq”.

    Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

    Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
    Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.

  • Bu qurumun hesabatı hazırdır: Parlamentdə müzakirəyə çıxarılacaq

    Hesablama Palatasının növbəti hesabatı hazırdır.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hesabat Palatanın 2019-cu il üzrə fəaliyyəti ilə bağlıdır.

    Qeyd edək ki, Hesablama Palatası öz işi barədə Milli Məclisə ildə iki dəfə – yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq hesabat verir.

    Hesabatı Palatanın sədri (sədr Vüqar Gülməmmədovdur) təqdim edir.

  • Borc verdiyi şəxs tərəfindən döyülən vətəndaşın şikayəti araşdırılmır? – RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə və bəzi saytlarda Mingəçevir şəhər sakini Nazir Əliyevin müraciətinə baxılmaması ilə bağlı məlumatlar paylaşılıb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Daxili işlər Nazirliyi məsələyə münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, vətəndaş N.Əliyevin Mingəçevir Şəhər Polis Şöbəsində onun müraciətinə baxılmaması və araşdırılmaması ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

    “Müraciət daxil olduğu andan etibarən həmin məsələyə hüquqi qiymət verilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, martın 23-də DİN-in “102” Zəng Mərkəzinə və ayın 26-da Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Nazir Əliyev Vüqar Ələkbərov adlı şəxs tərəfindən döyüldüyünü bildirib”.

    “Daxil olmuş müraciət əsasında Mingəçevir ŞPŞ-nin Təhqiqat bölməsində araşdırmalara başlanılıb, N.Əliyevin bədənində olan xəsarətləri müəyyənləşdirmək məqsədilə tibbi ekspertiza təyin edilib və ona burun sümüyünün sınığı diaqnozu qoyulub. Eləcə də, hadisə şahidlərinin izahatları alınıb.
    Araşdırma zamanı müəyyən olunub ki, bu iki şəxs arasında mübahisə borc üstündə yaranıb. Təxminən üç ay öncə V.Ələkbərova borc pul verən N.Əliyev həmin məbləği ondan ala bilmədikdə aralarında mübahisə yaranıb və sonuncunun xəsarət alması ilə nəticələnib. Hazırda baş vermiş hadisə ilə əlaqədar zəruri tədbirlərin görülməsi davam etdirilir”, – deyə DİN rəsmisi qeyd edib.

    Qeyd edək ki, Mingəçevir sakini Nazir Əliyev iddia edib ki, son beş gün ərzində müxtəlif vaxtlarda eyni şəxs tərəfindən döyülüb. Hər ikisində polisə müraciət etsə də, şikayəti qəbul edilməyib.