Month: March 2020

  • “Taxt-tac oyunları”nın aktyoru vəfat etdi

    Fransada məşhur isveçli aktyor Maks fon Südov 90 yaşında dünyasını dəyişib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Paris Match” nəşri xəbər verib.

    Artist Yan Truel və İnqmar Berqman kimi rejissorlarla qurduğu işbirliyi sayəsəində tanınıb. Maks fon Südov “Oskar”, “Qızıl qlobus” və “Emmi” mükafatlarının hər birinə iki dəfə namizəd olub.

    Aktyorun son çəkildiyi ekran işlərindən biri “Taxt-tac oyunları” olub. O, serialda üç gözlü qarğanı canlandırıb.

  • Qızılın qiyməti son səkkiz ildə ən yüksək səviyyəyə qalxdı

    Dünya bazarında qızılın qiymətləri 1,7 min dollara qalxıb və bununla da 2012-ci ilin rekordunu qırıb.

    “İzvestiya”nın xəbərinə görə, bu, neftin qiymətinin kəskin enməsi və eyni zamanda koronavirus səbəbi ilə bazarlarda olan mənfi əhval-ruhiyyə fonunda baş verib.

    Dünya birjalarında keçirilən ticarət əməliyyatlarına əsasən, qızılın qiyməti 1,5% artaraq 1 unsiya üçün 1699,20 dollar, sonra isə 1702.45 dollar səviyyəsinə yüksəlib.

  • Binanın 4-cü mərtəbəsindən yıxılan qadın sağ qaldı

    Mingəçevir sakini binanın 4-cü mərtəbəsindən yıxılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsində qeydə alınıb.
    1981-ci il təvəllüdlü bina sakini Axundova Bəsti Cavanşir qızı müvazinətini itirərək yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan İcması ermənilərin təxribatı ilə bağlı Moskva hökumətinə müraciət etdi

    Moskvanın Azərbaycan İcması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

    APA-nın məlumatına görə, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.

    Bildirilib ki, martın 11-də Vasilyevskaya küçəsində yerləşən kino evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:

    “Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan İcması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.

    Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.

    Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.

  • Nabrandakı dəhşətli qətlin təfərrüatı: Qonşusunu mişar daşı ilə öldürdü – VİDEO

    Xaçmaz rayonun Nabran qəsəbəsində öldürən şəxsin qətlinin təfərrüatları məlum olub.

    Baku.Tv xəbər verir ki, rayon sakini 26 yaşlı Taleh Mursalov münaqişə zamanı Bakı şəhər sakini Tərlan İbrahimova mişar daşı ilə zərbələr vuraraq qətlə yetirib.

    Yaxınlıqdakı marketin ön tərəfində Tərlan İbrahimovun meyiti, baş nahiyəsinin ətrafında yerdə qan izləri, mərhuma məxsus mobil telefon aşkarlanıb.

    Marketdən sağ tərəfdə yerləşən su kanalında isə üzərində qana bənzər ləkələr olan mişar daşı aşkar edilib.

    Həmin gecə Taleh Mursalov şübhəli şəxs qismində saxlanılıb. İstintaqla müəyyən edilib ki, avqustun 15-i saat 22 radələrində Taleh Mursalov yaşadığı Dalğalı kəndinin ərazisində, fəaliyyət göstərməyən marketin qarşısında dayananda həmin kənddə müvəqqəti qalan Tərlan İbrahimovla aralarında mübahisə baş verib.

    Taleh Mursalov sərxoş vəziyyətdə olan Tərlan İbrahimovu özündən kənarlaşdırmaq üçün yumruqla üz nahiyəsindən vuraraq, onu yerə yıxıb. Sonuncunun ayağa qalxmaq istədiyini görüb, marketin qarşısında çəkisi 30 kiloqram olan mişar daşını götürərək onun sifət və baş nahiyəsindən möhkəm zərbələr endirərək öldürüb.

    Taleh Mursalov bildirib ki, Tərlan İbrahimov qonşusu olub, aralarında ədavət olmayıb.

    Tərlan İbrahimov Bakıda yaşayıb, yay aylarında istirahət etmək üçün Nabrandakı evində qalıb.

    Avqustun 15-i saat 22 radələrində gəzmək üçün küçəyə çıxıb, evdən 200 metr aralıda yerləşən ərzaq mağazasının qarşısında Taleh Mursalovla rastlaşıb. Tərlan onu görüb nəsə soruşmaq istədikdə, Taleh sərxoş vəziyyətdə olan qonşusuna, uzaqlaşması üçün “bilmirəm” deyib. Cavab оlaraq Tərlan səbəbsiz yerə söyüş söyməyə başlayıb, qonşusunun üstünə gəlib, qollarından tutub.

    Onlar dalaşaraq marketin sağ tərəfindəki su arxının yanına yaxınlaşıblar. Taleh Tərlanın əl çəkmədiyini görüb, yumruqla sifət nahiyəsinə bir dəfə güclü zərbə vurub.

    Zərbədən qonşusu yerə yıxılıb. Daha sonra onun ayağa qalxmaq istədiyini görən Mursalov mişar daşını götürüb, var gücü ilə İbrahimovun başına çırpıb. Hirsi soyumadığı üçün Tərlanın baş nahiyəsinə 2-ci dəfə daşla zərbə endirib. Qonşusunun öldüyünü görüb, mişar daşını qaldırıb, yanındakı su kanalınа atıb.

    Bundan sonra evə gedib, hadisə barədə heç kəsə məlumat verməyib. Bir neçə saatdan sonra polis əməkdaşları evə gələrək onu bölməyə aparıblar. O, bölmədə qonşusunu öldürdüyünü etiraf edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Mursalov 13 il müddətinə azadlıqdan məhrum olunub.

  • В Баку невесте пришлось сесть за руль из-за пьяного жениха – ВИДЕО

    В Баку невеста в свадебном платье управляла автомобилем, а жених находился на пассажирском сиденье рядом.

    Как передаёт Median.Az со ссылкой на Avtosfer.az, это запечатлел на камеру мобильного телефона один из пассажиров, который сидел сзади.

    Автор видео утверждает, что жених в этот момент был пьяным.

  • Bakıda bəy sərxoş oldu, maşını gəlin sürdü – VİDEO

    Bakıda bəy və gəlinin maraqlı videosu yayılıb.

    Avtosfer.az xəbər verir ki, paytaxt küçələrində gəlinlik paltarında xanım avtomobili idarə edir. Yanında isə bəy var.

    Videonu paylaşan idda edir ki, bəy sərxoş olduğu üçün avtomobili gəlin idarə edir.

    Videonu təqdim edirik:

  • Bakıda tozlu hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir

    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

    Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

    Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.

  • Bakıda sürücünü çaşdıran piyadanın vurulma görüntüləri – ANBAAN VİDEO

    Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.

    Avtosfer.az xəbər verir ki, hadisə Statistika dairəsi kimi tanınan ərazidə baş verib.

    Yolu təyin olunmamış yerdən keçmək istəyən piyada sürücünü çaşdırıb və nəticədə qəza baş verib.

    Həmin görüntüləri təqdim edirik:

  • Хиджран Гусейнова освобождена от занимаемой должности – РАСПОРЯЖЕНИЕ

    9 марта Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об освобождении от занимаемой должности председателя Государственного комитета по проблемам семьи, женщин и детей Хиджран Гусейновой.

    Текст документа опубликован АЗЕРТАДЖ.