Month: March 2020

  • Bakının bu qəsəbəsi problemlərə qərq olub – VİDEO

    Xəzər rayonu, Şağan qəsəbəsi Yeni Bağlar adlanan massivin yalnız adı yenidir, desək, yanılmarıq.

    Palçığa qərq olmuş küçələr, istifadəyə yararsız kanalizasiya sistemi bu massivin köhnə problemləridir.

    Oxu.Az xəbər verir ki, bir neçə yerdən aşıb-daşan çirkab suları küçəni cənginə alıb.

    Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara bu barədə məlumat versələr də, onların müraciəti ilə maraqlanan olmayıb.

    Qəsəbə sakinlərinin problemləri bununla da bitmir. Qəsəbədə içməli su xətti də mövcud deyil.

    Qəsəbənin bələdiyyə nümayəndəsi Faiq Cəbrayılov problemin qısa müddətdə həll olunacağını bildirir. Onun sözlərinə görə, işləri Novruz bayramına qədər yekunlaşdıracaqlar.

  • Bakıdakı 118 yaşlı hamam tarixə qovuşur – VİDEO

    Buzovna qəsəbəsində yerləşən Cabayev adlı hamam tarixə qovuşmaq üzrədir.

    Oxu.Az xəbər verir ki, 1902-ci ildə inşa edilən tarixi hamam baxımsızlıqdan öz fəaliyyətini dayandırıb.

    Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hazırda qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib.

  • В Азербайджане будет меньше свадеб? – ВИДЕО

    В Азербайджане свадьбы не отменяются, так как в домах торжеств и ресторанах проводятся все необходимые профилактические мероприятия.

    Как передает Baku TV, владельцы этих объектов считают, что их клиентам незачем волноваться.

    “Да, ходят разговоры о том, что количество свадеб уменьшится. Мы не видим никаких оснований для беспокойства, потому что после каждой свадьбы мы проводим дезинфекцию помещений”, – говорит владелец одного из домов торжеств.

    Отметим, что граждане без каких-либо опасений приходят на свадьбу.

  • “COVID-19 qorxusu ilə evlənmək” və ya elimizin toy adəti – VİDEO

    “Azərbaycanda toy məclisləri öz axarındadır. Gigiyenik qaydalara riayət etməklə bu virusdan qoruna bilərik və buna görə toyları təxirə salmağa ehtiyac da yoxdur”.

    Oxu.Az xəbər verir ki, bunu əməkdaşlarımızın müşahidə apardığı restoranların sahibləri deyir.

    Bildirilir ki, insanların təlaşlanmasına ehtiyac yoxdur:

    “Toyların azalması barədə söz-söhbətlər gəzir. Lakin elə bir narahatlığa əsas görmürük. Ona görə ki, biz hər bir toydan sonra dezinfeksiya işləri aparılır. Qabaqlayıcı tədbirlər görülür”.

    Sakinlər də toydan qalmır, rahatlıqla məclislərini qeyd edirlər.

    Elimizin toy kimi bir adəti var, təbii ki, bu adəti yerinə yetirək, amma öz sağlamlığımızı qorumaq şərtilə…

  • Sabah yeni çağırış Milli Məclisin ilk iclası olacaq

    Martın 10-da yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

    Bu barədə Oxu.Az-a Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib.

    Qeyd edək ki, yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

    Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

    Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

    Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.

  • Məktəblərin bağlanması xəbərini yayanları cəza gözləyir – VİDEO

    Dünən Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat paylaşıldı və təxminən bir neçə saat nazirliyin rəsmi saytına girişdə problem yaranıb.

    Median.Az BAKU.TV-yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir.

    Koronavirus təhlükəsi ilə əlaqədar təhsil müəssisələrində tədris, təlim və tərbiyə prosesinin dayandırılması müddətinin mayın 1-dək uzadılması barədə yayılan xəbər həqiqəti əks etdirmir.

    Ekspert Kamran Əsədov isə bildirib ki, Təhsil Nazirliyi ilə hər hansı şagirdin ya məmurun qərəzli mövqeyinin olduğuna inanmır: “Belə bir qərar şagirdlərə maraqlı ola bilməz. Çünki bu, onlara faydalı deyil. Xüsusən bunu edə biləcək yaş həddinin 9-11-ci siniflər olduğunu nəzərə alsaq, onları çox ciddi imtahanlar gözləyir – buraxılış və qəbul imtahanları. Ancaq dərslərin təxirə salınmasına razı olacaq bir qruplaşma tələbələrdir. Çünki onlara semestr imtahanlarının nə qədər az olması maraqlıdır“.

  • Rəşad Sadıqov karyerasını başa vurur

    Mövsüm başa çatdıqdan sonra Rəşad Sadıqov karyerasını başa vuracaq.

    Trend-in məlumatına görə, bu məlumatı baş məşqçi Qurban Qurbanov da təsdiqləyib.

    “Keşlə” – “Qarabağ” oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqqında belə deyib:

    “Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona iki illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir”.

  • Koronavirusu ənənəvi təbabətlə müalicə etmək mümkündür – TƏSDİQLƏNDİ

    COVID-19-la təsdiqlənmiş yoluxma hallarının 85 faizindən çoxu Çində qeydə alınıb. Odur ki, adi dərman preparatları ilə yanaşı, demək olar ki, xəstəxanalara yerləşdirilmiş bütün xəstələrə ənənəvi Çin təbabəti dərmanları təyin edilib.

    Bu barədə BBC məlumat yayıb.

    Çinin Elm və Texnologiya Nazirliyinin məlumatına görə, COVID-19 infeksiyası təsdiqlənmiş 60 min xəstəyə Çinin ənənəvi təbabət üsulları tətbiq olunub.

    Nəşr qeyd edir ki, sadəcə, “adi” tibbi vasitələri qəbul edənlərlə müqayisədə, hər iki müalicə üsulundan istifadə olunan xəstələrin müalicəsi daha uğurlu olub. Məsələn, Hançjou şəhərində ağır vəziyyətdə xəstəxanaya çatdırılan 88 yaşlı xəstə məhz bu üsulla müalicə edilib.

    Çinin ənənəvi təbabət üsulları ilə müalicə Hançjounun Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb.

  • 1 milyarddan çox “Android” qurğusu təhlükə altındadır

    Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən 1 milyarddan çox qurğu haker hücumları qarşısında dayanıqsızdır, çünki həmin qurğular lazımi təhlükəsizlik yeniləmələri almır.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Which?” resursunun araşdırmasına görə, dünyada “Android” istifadəçilərinin 42,1%-i sözügedən mobil əməliyyat sisteminin 6.0 və daha əvvəlki versiyalarından (Marshmallow (2015), Lollipop (2014), KitKat (2013), Jellybean (2012), Ice Cream Sandwich (2011) və ya Gingerbread (2010)) istifadə edirlər. Beləliklə, əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən qurğuların istifadəçiləri zərərverici proqram təminatına yoluxma, məlumat itkisi və kiberhücum təhlükəsi altındadır.

    Məlum olduğu kimi, ƏS-nin ən son versiyaları (Android 10, Android 9.0 Pie və Android 8.0 Oreo) təhlükəsizlik yeniləmələri alır, daha əvvəlki versiyalar isə haker hücumları qarşısında dayanıqsızdır. Mütəxəssislər araşdırma üçün “Motorola X”, “Sony Xperia Z2” və “Samsung Galaxy A5 2017” daxil olmaqla bir neçə mobil telefon modeli əldə ediblər və bu cihazların məlum boşluqlar qarşısında dayanıqsız olduğu məlum olub.

  • COVID-19-un nə vaxtadək yayılacağı açıqlandı

    COVİD-19 virusunun yayılmasının ən azı iyun ayınadək davam edəcəyi gözlənilir.

    Çinin baş epidemioloqu Jonq Nanşan bu barədə yerli mətbuata açıqlamasında deyib.

    O bildirib ki, sərhədlərdə tibbi yoxlamalar gücləndirilməli, karantin tədbirləri dənizətrafı bölgələrdən gələnlərə şamil olunmalıdır.

    Qeyd edək ki, bu gün ölkənin Milli Səhiyyə Komissiyası son 24 saat ərzində Uhan şəhərində 40 yeni yoluxma halının qeydə alındığını açıqlayıb. Ümumilikdə indiyədək ölkəboyu virusa yoluxanların 80 735, ölənlərin 3 119 nəfər olduğu bildirilir.