Month: March 2020

  • По факту гибели рабочего в Агдаше возбуждено уголовное дело

    По факту трагической гибели рабочего в Агдаше возбуждено уголовное дело.

    Как сообщает АПА, инцидент произошел вчера на заводе по производству бетона ЗАО “Кавказ” в поселке Ляки.

    Рабочий Махир Гаджиев погиб, упав в бетономешалку.

    По данному факту в прокуратуре Агдашского района возбуждено уголовное дело по статье 162.2 УК АР (нарушение правил охраны труда, повлекшее по неосторожности смерть человека), назначены соответствующие экспертизы.

  • Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlandı

    Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.

    Ötən gün Ağdaş rayon Dəhnəxəlil kəndində fəaliyyət göstərən “Kafkaz” QSC-yə məxsus Beton Zavodunda çalışan fəhlə Hacıyev Mahir Mürsəl oğlunun faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.

    Məlumata görə, rayonun Ləki qəsəbə sakini M.Hacıyev Ləki-Qəbələ dəmiryolunun tikintisini həyata keçirən “Kafkaz” QSC-yə məxsus Beton Zavodda qaynaqçı işləyirmiş. Ayın 6-da işə gələn M.Hacıyev işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərək ölüb.

    Meyit daxili və xarici müayinə üçün ekspertizaya göndərilib.

    Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

  • Среднемесячная сумма ипотеки в Азербайджане побила исторический рекорд

    2020-ci ilin yanvar ayında Azərbaycan bankları tərəfindən 6,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə azdır.

    Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının yanvar hesabatına istinadən məlumat verir.

    Hesabata görə, 2020-ci ilin yanvar ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 3,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 6,5 dəfə azdır.

    İpoteka Fondunun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 825 manat (2018-ci ilin yanvar ayında bu göstərici 49 291 manat olub) təşkil edib ki, bu da Fondun ölkədəki bütün fəaliyyəti dövründə ən yüksək göstəricidir.

    Kreditin ödənilməsinin orta müddəti 281 ay təşkil edib və 2019-cu ilin yanvar ayı üçün bu göstərici dəyişməyib. Orta illik faiz dərəcəsi – 6,43 faiz (6,55 faiz – bir il əvvəl), orta aylıq ödəniş – 355,8 manat (348,1 manat).

  • Azərbaycanda ipotekanın orta aylıq məbləği tarixi rekord vurdu

    2020-ci ilin yanvar ayında Azərbaycan bankları tərəfindən 6,1 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən iki dəfə azdır.

    Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının yanvar hesabatına istinadən məlumat verir.

    Hesabata görə, 2020-ci ilin yanvar ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 3,5 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 6,5 dəfə azdır.

    İpoteka Fondunun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 825 manat (2018-ci ilin yanvar ayında bu göstərici 49 291 manat olub) təşkil edib ki, bu da Fondun ölkədəki bütün fəaliyyəti dövründə ən yüksək göstəricidir.

    Kreditin ödənilməsinin orta müddəti 281 ay təşkil edib və 2019-cu ilin yanvar ayı üçün bu göstərici dəyişməyib. Orta illik faiz dərəcəsi – 6,43 faiz (6,55 faiz – bir il əvvəl), orta aylıq ödəniş – 355,8 manat (348,1 manat).

  • Пожар в бакинской пятиэтажке потушен

    В пятиэтажном жилом доме в Низаминском районе Баку вспыхнул пожар.

    Как сообщает пресс-служба МЧС, в результате инцидента на лестничной площадке на втором этаже здания сгорели 13 электрических счетчиков.

    Квартиры были защищены от огня.

    Пожар потушен подразделениями пожарной охраны МЧС.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 13 ədəd elektrik sayğacı yanıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, mənzillər yanğından mühafizə olunub.

    FHN-nin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

  • Антисанитария в мясном магазине в Баку: по полу бегают крысы – ВИДЕО

    В одном из магазинов по продаже мяса в Баку царит антисанитария, а по полу бегают крысы.

    В распоряжении Oxu.Az оказалось видео, сделанное в мясном магазине в поселке Ахмедлы Хатаинского района.

    На кадрах крысы облепили кусок мяса, лежащий на полу торгового объекта.

    Представляем читателям эти кадры.

  • Bakıda ət mağazasında siçanlar “at oynadır” – VİDEO

    Bakıda ət mağazasında ürəkbulandıran mənzərəni əks etdirən görüntülər redaksiyamıza göndərilib.

    Görüntülər Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığındakı ət mağazalarında qeydə alınıb.

    Görüntülərdən bəlli olur ki, kəsilmiş və mağazanın ortasında qalan ət parçalarına siçanlar daraşıb.
    /oxu.az/

  • В ВОЗ высказались о сроках исчезновения нового вируса

    Исполнительный директор программы Всемирной организации здравоохранения (ВОЗ) по чрезвычайным ситуациям в области здравоохранения Майкл Райан высказался о сроках исчезновения коронавируса (COVID-19) на брифинге для СМИ. Запись трансляции доступна на странице ВОЗ в Twitter.

    “Если коронавирус исчезнет летом, то это станет подарком судьбы, но рассчитывать на этот сценарий не стоит”, — заявил Райан.

    По его словам, вирус не исчезнет так просто, как грипп.

    “В настоящий момент нет оснований предполагать, что так произойдет. Поэтому необходимо бороться с вирусом сейчас, а не надеяться на то, что он пройдет сам по себе”, — заключил Райан.

  • ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.

    Translyasiyaya ÜST-nın “Twitter” səhifəsində baxmaq olar.

    “Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, – deyə Rayan bildirib.

    Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.

    “Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, – deyə ÜST rəsmisi qeyd edib.