Month: March 2020

  • Hacıqabulda ana doğuşdan sonra öldü

    Hacıqabulda ana doğuşdan sonra ölüb.

    APA-nın məlumatına görə, hadisə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

    Məlumata görə, rayonun Atbulaq kənd sakini 1995-ci il təvəllüdlü Bəşirova Fəxriyyə Mehman qızı doğuşdan sonra kəskin qanaxma səbəbindən həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Жители и гости Баку стали реже ходить в рестораны

    Коронавирус оказал негативное воздействие на туристический и отельный бизнес, так же как и на многие другие отрасли сферы услуг.

    Об этом сказал Trend председатель правления Ассоциации отелей и ресторанов Азербайджана Самир Дюбенди.

    По его словам, проведенные мониторинги показывают, что коронавирус негативно повлиял на туризм.

    “Например, ввиду профилактических мероприятий рестораны, находящиеся в центре Баку и ориентирующиеся главным образом на туристов, переживают нелегкие времена, их бизнес значительно ослаб. Рестораны стали реже посещать не только туристы, но и местные жители”, – сказал С.Дюбенди.

    Он отметил, что, по сути, коронавирус в Азербайджане больше проявляется как эмоциональный фактор, чем физическое заболевание.

    “Надеюсь, что соответствующие структуры здравоохранения на высоком уровне справятся с этой проблемой”, – добавил С.Дюбенди.

  • Bakıda restoranlara gələnlərin sayı azalıb

    “Koronavirus epidemiyası digər sahələrə olduğu kimi, turizm və hotel biznesinə də mənfi təsir edir. Hazırda turistlər gəzməkdən çox, evdə oturmağı üstün tuturlar”.

    Bunu Trend-ə açıqlamasında Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib.

    Onun sözlərinə görə, aparılan monitorinqlər göstərir ki, koronavirus turizmə mənfi təsir edib: “Şəhər mərkəzində olan və əsasən turistlərin gəldiyi restoranlara indi nəinki turistlər, hətta yerli sakinlər də az üz tuturlar”.

    S.Dübəndi qeyd edib ki, Azərbaycanda koronavirus geniş yayılmayıb: “Biz bu xəstəliyin təsiri altında deyilik. Bu da dövlətin və səhiyyənin sayəsindədir. Ümid edirəm ki, həm səhiyyə, həm də səhiyyə ətrafında yaradılan qurumlar bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.

    Qeyd edək ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olan şəxslərə nəzarət edilir.

    Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb.

    Profilaktika tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb.

    Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmir yolunda da aparılır.

    ÜST-ün məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.

  • Погиб азербайджанский пограничник

    7 марта, около 05:40, на пограничном боевом пункте отдельной пограндивизии “Газах” вблизи села Даш Салахлы Газахского района военнослужащий Гараев Эльтун Эльман оглу получил огнестрельное ранение. Он был незамедлительно доставлен в диагностический центр Газахского района, однако его жизнь спасти не удалось.

    Об этом говорится в сообщении Государственной пограничной службы Азербайджана.

    Начальник ГПС генерал-полковник Эльчин Гулиев и другие высокопоставленные офицеры находятся на месте происшествия.

    ГПС и Военная прокуратура проводят необходимые следственные мероприятия.

  • Azərbaycan hərbçisi həlak oldu

    Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əsgər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb.

    Əsgər dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

    DSX-nin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.

    Baş vermiş hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.

  • Qaxda qoyun oğrusu tutuldu

    Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayonun Əmircan kənd sakini ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədən 6 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciət əsasında Qax RPŞ əməkdaşları tərəfindən əməliyyat keçirilib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi Hidayət Əliyev saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanları satdığını bildirib.

    Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

  • Facebook запретит рекламу медицинских масок

    Компания Facebook вводит запрет на рекламу медицинских масок в одноименной социальной сети, чтобы пресечь попытки нажиться за счет роста спроса на этот товар в условиях распространения заболевания, вызываемого новым коронавирусом.

    Об этом сообщил в своем Twitter руководитель отдела менеджмента продукции Facebook Роб Летерн.

    “Мы запрещаем рекламу, размещение списков предлагаемых к продаже медицинских масок и будем вносить необходимые обновления в свои правила, если заметим, что люди пытаются воспользоваться в своих целях чрезвычайным положением в области общественного здравоохранения”, – написал Р.Летерн.

    Необходимые меры для обеспечения запрета будут приняты в ближайшие дни, отметил руководитель отдела.

  • “Facebook” tibbi maskaların reklamını qadağan etdi

    “Facebook”da tibbi maskaların reklamına qadağa tətbiq edilib.

    Bu barədə “Facebook” şirkətinin məhsul idarəetmə şöbəsinin müdiri Rob Letern “Twitter” hesabında açıqlama yayıb.

    Şirkətin yeni növ koronavirusun yaratdığı xəstəliyin yayılması kontekstində bu məhsula artan tələbatdan sui-istifadənin qarşısını almaq üçün belə etdiyi bildirilib.

    “Biz satış üçün təqdim olunan tibbi maskaların reklamını qadağan edirik. İnsanların fövqəladə vəziyyətdən faydalanmağa çalışdıqlarını görsək, lazımi tədbirlər görəcəyik”, – deyə R.Letern qeyd edib.

  • В Абшеронском районе беременная женщина скончалась от отравления угарным газом

    В Абшеронском районе женщина умерла от отравления угарным газом.

    Как сообщает АПА, трагедия произошла в поселке Сарай. Махизер Аллахвердиева (1985 г.р.) скончалась в результате отравления угарным газом в частном жилом доме.

    Сообщается, что 35-летняя женщина была беременна.

    По данному факту проводится расследование.

  • Azərbaycanda hamilə qadın faciəli şəkildə öldü

    Abşeron rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.

    APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib.

    1985-ci il təvəllüdlü Allahverdiyeva Mahizər Bayraməli qızı fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

    35 yaşlı qadının hamilə olduğu bildirilir.

    Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.