Month: March 2020

  • Azərbaycanda uşaqların doğulanadək cins seçiminin qarşısı alınacaq

    Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Tədbirlər Planı doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur.

    Sənəddə “Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı”nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər yer alır.

    Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bu müəssisələrin sayının, tək və çoxuşaqlı analara həmin müəssisələrdən istifadə imkanlarının artırılması üçün güzəştlərin tətbiqi də Tədbirlər Planında nəzərdə tutulan tədbirlər sırasındadır.

    Sənəddə həmçinin qadınlar arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin stimullaşdırılması, doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna təsiri və abortların reproduktiv sağlamlığa zərəri haqqında maarifləndirmə işinin aparılması nəzərdə tutulur. Əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi də sənəddə əksini tapır.

    Tədbirlər Planı həmçinin, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin gücləndirilməsi, kənd yerlərində qızların təhsildən yayındırılması ilə bağlı tətbiq edilən məsuliyyət tədbirlərinin sərtləşdirilməsi və praktik tətbiqinə nail olunması və s. kimi tədbirləri əhatə edir.

    Yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə dünyaya gələn uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.

  • Bakıda qaydaları pozan taksi qəzaya səbəb oldu – VİDEO

    Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

    Gecə saatlarında baş verən qəzanın videosu sosial şəbəkədə paylaşılıb.

    Görüntülərdə taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dönmə qaydalarını pozmasının qəzaya səbəb olması əks olunub.

    Belə ki, ikinci zolaqdan qəfil sola dönməyə çalışan avtomobil həmin yolla hərəkətdə olan maşının qarşısına çıxıb.

    Bu zaman taksi dönmə işıqlarından belə istifadə etməyib.

    Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

    Qəza anı həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

    Həmin görüntüləri təqdim edirik:
    /oxu.az/

  • В Загатале задержаны домушники – ФОТО

    У жительницы села Ашагы Тала Загатальского района Азербайджана неизвестные похитили золотые украшения.

    Как говорится в сообщении пресс-службы Министерства внутренних дел, пострадавшая Дибир Рамазанова обратилась в управление полиции района и сообщила, что из ее дома воры вынесли ювелирные изделия общей стоимостью 10 000 манатов.

    В результате оперативно-розыскных мероприятий полицейскими по подозрению в краже были задержаны жители села – 24-летний Эльхан Джанымов и 20-летний Сеймур Махмудов, имеющие судимость за аналогичные преступления.

    В ходе расследования было установлено, что злоумышленники действовали по заранее составленному плану.

    Украденное золото было изъято в качестве вещественного доказательства. По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Zaqatalada evdən 10 min manatlıq qızıl oğurlayanlar tutuldu – FOTO

    Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini Dibir Ramazanova məxsus evdən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

    Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən iki nəfər, zərərçəkmişin həmkəndliləri – əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş 24 yaşlı Elxan Canımov və 20 yaşlı Seymur Mahmudov saxlanılıb.

    Araşdırma zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olub həmin evdən oğurluq etməyi planlaşdırıblar. Oğurlanan qızıl-zinət əşyaları onlardan maddi sübut kimi götürülüb.

    Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

  • В Азербайджане замглавы ИВ отправили на пенсию – ФОТО

    Первый заместитель главы Исполнительной власти (ИВ) Масаллинского района Надир Абыев освобожден от занимаемой должности.

    Как передает Qafqazinfo, согласно подписанному накануне главой ИВ Шахином Мамедовым приказу, чиновник уволен в связи с достижением пенсионного возраста.

    Отметим, что Н.Абыев – брат руководителя Дашкесанского района Ахада Абыева.

  • Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı: Əhəd Abıyevin qardaşıdır – FOTO

    Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev işdən azad edilib.

    Qafqazinfo-nun məlumatına görə, icra başçısı Şahin Məmmədov ötən gün bu barədə əmr imzalayıb.

    N.Abıyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar işdən azad olunub.

    Qeyd edək ki, N.Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır.

    “Qafqazinfo” məsələ ilə bağlı N.Abıyevlə də əlaqə saxlayıb. O, bu məsələ barəsində narahat edilməməsini xahiş edib.

  • On ölkədə yayılan koronavirusun İranla əlaqəli olduğu açıqlanıb

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan 66 nəfərin öldüyü İrana ekspert qrupu göndərib.

    Sondakika.com-un ÜST-ün açıqlamasına əsasən yaydığı xəbərə görə, on ölkəyə koronavirusun İrandan keçdiyi müəyyən edilib.

    Bunlar Əfqanıstan, Kanada, Livan, Pakistan, Küveyt, Bəhreyn, İraq, Oman, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir.

    ÜST ekspertlər qrupu yeni növ koronavirusla mübarizədə İranı dəstəkləmək üçün paytaxt Tehrana göndərilib.

    Qeyd olunur ki, ekspertlər qrupu İranın səhiyyə orqanları ilə işləyəcək.

  • Buraxılış imtahanı təxirə salındı

    Martın 9-da keçirilməsi nəzərdə tutulan 9-cu sinif buraxılış imtahanı təxirə salınıb.

    DİM-dən verilən məlumata görə, koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə qeyd olunan tarixdə keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

    Bu istiqamət üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.

    Xatırladaq ki, martın 9-da Gəncə, Lənkəran, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağstafa, Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli, Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ, Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər, Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi nəzərdə tutulmuşdu.

  • Koronavirus daha üç ölkədə

    Koronavirus dəhşəti dünya ölkələrini cənginə almaqda davam edir.

    Bu barədə REN TV xəbər yayıb.

    Bildirilir ki, virus bu dəfə Latviya, Mərakeş və Tunisdə aşkarlanıb.

    Qeyd edilir ki, artıq koronavirus dünyanın hər üç ölkəsindən birinə yayılıb.

  • В Гяндже молодая женщина пропала без вести

    В Гяндже без вести пропала молодая женщина.

    Как передает АПА, жительница города Фируза Исаева (1993 г.р.) ушла на работу и не вернулась.

    Об этом правоохранительным органам сообщила ее сестра Айтен.

    Ф.Исаева работает в Объединении жилищно-коммунального хозяйства Гянджи.

    По данному факту проводится расследование.