Month: March 2020

  • Koronavirusun laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirildi – RƏSMİ

    Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksək ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

    Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır. Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

    Son vaxtlar vətəndaşlarımızda koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi suallar yaranıb. Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar olunması üçün hazırda xəstəliyin geniş yayıldığı bölgədən gələn, yaxud həmin bölgədən gələnlə, eləcə də, xəstəliyi təsdiq olunmuş şəxslə təmasda olan şəxslərdən analiz nümunələrinin götürülməsi vacibdir.

    Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda ÜST-ün protokoluna əsasən sözügedən şəxslərin tibbi müayinələri dövlət büdcəsi hesabına həyata keçirilir.

    Həmin şəxslər özlərində respirator xəstəlik əlamətləri (qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı) hiss etdikləri halda dərhal 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) Təcili yardım nömrələrinə zəng edə və həkim müayinəsindən keçə bilərlər.

  • В России азербайджанца будут судить за сбыт табачных изделий без акцизов

    В Екатеринбурге (Россия) уроженец Азербайджана предстанет перед судом за продажу табачной продукции без акцизных марок.

    Об этом сообщает Tagilsity.ru со ссылкой на пресс-службу прокуратуры Свердловской области.

    Мужчина (1975 г.р.) обвиняется в приобретении, хранении и сбыте немаркированной табачной продукции в особо крупном размере (п. «б» ч. 6 ст. 171.1 УК РФ).

    По версии следствия, мужчина арендовал гаражный бокс и пользовался им в качестве склада. После этого он незаконно приобрел 159 коробок с немаркированными табачными изделиями популярных марок. Их он стал хранить в гараже и продавать другим людям. В апреле 2019 года преступная деятельность была пресечена сотрудниками правоохранительных органов.

    Общая стоимость продукции, которая хранилась в гараже, составила больше 2,3 миллиона рублей, а количество превысило 70 000 пачек. Согласно данным экспертизы, табачные изделия имеют в составе частицы табака и иные примеси, что указывает на их производство с нарушением законодательства.

    Дело направлено в суд для рассмотрения по существу.

  • Rusiyada qanunsuz tütün məhsulları satan azərbaycanlı saxlanıldı

    Rusiyanın Sverdlovsk vilayətində qanunsuz tütün məhsulları satan azərbaycanlı saxlanılıb.

    Bu barədə Tagilsity.ru vilayət Prokurorluğunun mətbuat xidmətinə əsasən xəbər yayıb.

    Xəbərdə bildirilir ki, 45 yaşlı Azərbaycan vətəndaşı Yekaterinburqda aksiz markaları olmayan tütün məhsulları satıb.

    İstintaq zamanı məlum olub ki, o, qaraj icarəyə götürərək anbar kimi istifadə edib. Sonra isə aksiz markası olmayan 159 məşhur marka tütün qutusu əldə edərək satıb.

    Qarajda saxlanılan 70 qutu tütün məmulatının ümumi dəyəri 2,3 milyon rubl (59,110 AZN) təşkil edib.

    Qanunu pozan azərbaycanlı ilə bağlı məhkəmə prosesi keçiriləcək.

  • Azərbaycanda övladlığagötürmənin qaydaları AÇIQLANDI

    “Övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub”.

    Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov DOST Agentliyində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı zamanı bildirib.

    O qeyd edib ki, bir sıra beynəlxalq məsləhətçi təşkilatlarla, ekspertlərlə, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüquqi aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb:

    “Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib. “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də hazırlandığını, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb”.

    A.Kərimov bildirib ki, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir:

    “Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub.

    Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək. Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25,), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub”.

    Nazir müavini əlavə edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq:

    “Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək. Altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir”.

  • Сегодня станут известны соперники сборной Азербайджана в Лиге наций

    Сегодня, 3 марта, в Амстердаме состоится жеребьевка групповой стадии Лиги наций УЕФА сезона 2020/21.

    В соревнованиях, которые проводятся во второй раз, примут участие 55 национальных сборных.

    В соответствии с результатами первого турнира, команды поделены на четыре дивизиона – A, B, C и D. В последнем дивизионе – 7 команд, в остальных – по 16.

    Жеребьевка разделит эти команды в общей сложности на 14 групп. В лигах A, B и C сборные будут поделены на четыре группы (по четыре в каждой). В дивизионе D четыре команды будут в одной группе, три – в другой.

    Азербайджанские футболисты будут в дивизионе С. В ходе жеребьевки наша команда окажется в последней корзине – самых слабых. То есть сборная не попадет в одну группу с Арменией, Казахстаном и Молдовой.

    Лига А

    Корзина 1: Португалия, Нидерланды, Англия, Швейцария
    Корзина 2: Бельгия, Франция, Испания, Италия
    Корзина 3: Босния и Герцеговина, Украина, Дания, Швеция
    Корзина 4: Хорватия, Польша, Германия, Исландия

    Лига B

    Корзина 1: Россия, Австрия, Уэльс, Чехия
    Корзина 2: Шотландия, Норвегия, Сербия, Финляндия
    Корзина 3: Словакия, Турция, Ирландия, Северная Ирландия
    Корзина 4: Болгария, Израиль, Венгрия, Румыния

    Лига С

    Корзина 1: Греция, Албания, Черногория, Грузия
    Корзина 2: Северная Македония, Косово, Беларусь, Кипр
    Корзина 3: Эстония, Словения, Литва, Люксембург
    Корзина 4: Армения, Азербайджан, Казахстан, Молдова

    Лига D

    Корзина 1: Гибралтар, Фарерские острова, Латвия, Лихтенштейн
    Корзина 2: Андорра, Мальта, Сан-Марино.

  • Bu gün Millətlər Liqasında futbol yığmamızın rəqibləri bilinəcək

    Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçiriləcək.

    Tədbir Niderlandın paytaxtı Amsterdamda baş tutacaq.

    İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb. Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb.

    Püşk bu komandaları ümumilikdə 14 qrupa böləcək. A, B və C liqalarında dörd komandalı dörd qrup olacaq. D liqasında isə bir qrupda dörd, digərində üç yığma qüvvəsini sınayacaq.

    Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz püşkatma zamanı sonuncu – ən zəiflərin səbətində yer alacaq. Yəni komandamız Ermənistan, Qazaxıstan və Moldova ilə bir qrupa düşməyəcək.

    A liqası
    1-ci səbət: Portuqaliya, Hollandiya, İngiltərə, İsveçrə
    2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
    3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
    4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

    B liqası
    1-ci səbət: Rusiya, Avstriya, Uels, Çexiya
    2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
    3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
    4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

    C liqası
    1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
    2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
    3-cü səbət: Estoniya, Sloveniya, Litva, Lüksemburq
    4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova

    D liqası
    1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
    2-ci səbət: Andorra, Malta, San-Marino

  • АФФА отложила проведение ряда матчей

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı əsasında koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bu gündən martın 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

    Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin, “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

  • AFFA bu oyunları təxirə saldı

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı əsasında koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bu gündən martın 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

    Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin, “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

  • Azərbaycanda daha bir imtahan təxirə salındı

    Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən bir həftə öncə elan olunacaq.

  • В Азербайджане будут предотвращать выбор пола до рождения детей

    Кабинет министров Азербайджана утвердил “План мероприятий по предотвращению выбора пола до рождения детей на 2020-2025 годы”.

    Как сообщили в Министерстве труда и социальной защиты населения, план предусматривает проведение исследований среди населения с целью оценки масштабов выбора пола будущего ребенка, подготовку предложений по совершенствованию законодательства в области обеспечения гендерного равенства и репродуктивного здоровья.

    В документ включена реализация таких мер, как усиление контроля над применением “Перечня социальных показаний для искусственного прерывания беременности”, проведение просветительских мероприятий для предотвращения случаев уклонения девочек от обучения, усиление поддержки предпринимательской деятельности среди женщин, организация для них курсов по наиболее востребованным на рынке труда профессиям и специальностям.

    В числе предусмотренных планом мер – усиление контроля над деятельностью дошкольных образовательных учреждений, применение льгот для роста числа таких учреждений, доступа одиноких и многодетных матерей к этим учреждениям.

    Документ также предусматривает стимулирование предпринимательской деятельности и самозанятости среди женщин, проведение просветительской работы по вопросам влияния нарушения соотношения полов среди новорожденных на демографическую структуру населения и вреда абортов для репродуктивного здоровья.

    Кроме того, предусмотрена пропаганда семейных ценностей и традиций среди населения, особенно молодежи, расширение просветительской работы в этой сфере.

    План мероприятий также включает в себя усиление просветительской работы с целью предотвращения ранних браков, ужесточение и практическое применение мер ответственности за уклонение девочек в сельских районах от образования и т. д.