Month: March 2020

  • Koronaviruslu xəstələr üçün açılan ilk xəstəxanada bütün pasiyentlər sağalıb

    Çinin Uhan şəhərində epidemiya ilə mübarizə üçün açılan xəstəxanalardan biri bağlanıb.

    Bu barədə “Reuters” yerli mediaya istinadla xəbər yayıb.

    Hökumət bəyan edib ki, xəstəxanadan koronavirusdan müalicə olunan axırıncı pasiyent çıxdıqdan sonra tibbi müəssisə bağlanıb. Hospitalın adı hələ açıqlanmır.

    Ümumilikdə Uhan şəhərində 16 belə müəssisə var.

  • Готовится список оставшихся в Иране граждан Азербайджана

    В связи с временным закрытием границы между Ираном и Азербайджаном 29 февраля реализуются соответствующие меры для возвращения на родину азербайджанских граждан, находящихся в Исламской Республике.

    Как сообщили Modern.az в генконсульстве Азербайджана в Тебризе, по вопросу эвакуации активно поступают обращения соотечественников, готовится единый список.

    “Наши граждане, проживающие в Иране, информируют консульство о месте своего пребывания. Дипмиссия также через контактный номер уточняет место проживания азербайджанцев, группирует их по территориям и готовит список.

    В настоящее время регистрация продолжается, обращения поступают. Вероятно, как только завершим прием заявок, мы проведем эвакуацию в кратчайшие сроки”, – отметили в генконсульстве.

  • İranda qalan Azərbaycan vətəndaşlarının siyahısı HAZIRLANIR

    Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

    Maraqlıdır, hazırda İranda yaşayan azərbaycanlılar təxliyyə edilmək üçün Azərbaycanın İrandakı rəsmi nümayəndəliklərinə müraciət edir? Ümumi prosedur hazırda nə vəziyyətdədir?

    Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğundan Modern.az-a verilən məlumata görə, təxliyyə məsələsi ilə bağlı konsulluğa aktiv olaraq azərbaycanlılar tərəfindən müraciətlər daxil olunur və vahid siyahı hazırlanır:

    “İranda yaşayan azərbaycanlı vətəndaşlar olduqları yer barədə konsulluğa məlumat verirlər. Konsulluq da əlaqə nömrəsi vasitəsilə azərbaycanlıların yaşadığı yeri dəqiqləşdirir və ərazilər üzrə qruplaşdıraraq siyahı hazırlayır.

    Hazırda qeydiyyat məsələsi davam edir, aktual olaraq bizə müraciətlər daxil olur. Yəqin ki, müraciətlər tamamlandıqdan sonra bacardığımız qədər qısa zaman kəsiyində təxliyyə məsələsini həyata keçirəcəyik”.

  • DYP sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

    DYP-dən verilən məlumata görə, respublikanın əksər bölgələrində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar sutkanın qaranlıq vaxtında hərəkət istiqamətində görmə şəraitinin məhdudlaşmasını nəzərə alaraq, Baş DYP İdarəsi sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.

    Qurumdan qeyd edilib ki, sürücülərin zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələri, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb, yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələri, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələri tövsiyə edilir.

  • Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı – KORONAVİRUSA GÖRƏ

    Nazirlər Kabinetinin yanında operativ qərargahı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.

    Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

    Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

  • Ağac kəsən şirkət məhkəmə qarşısında

    Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

    O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.

    Faktla bağlı akt və protokol tərtib olunub.

    “Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.

  • В Азербайджане возбуждено уголовное дело в связи с армянской провокацией – ФОТО

    В Азербайджане возбуждено уголовное дело в связи с армянской провокацией.

    В этой связи Государственная пограничная служба (ГПС) и Военная прокуратура распространили совместное сообщение.

    В последнее время участились случаи систематических и грубых нарушений подразделениями вооруженных сил Армении режима прекращения огня с различных направлений, говорится в сообщении.

    “24 февраля 2020 года, около 07:00 была предотвращена попытка диверсии армянских подразделений, дислоцированных вблизи села Коти Ноемберянского района, против пограничного боевого пункта ГПС в направлении села Гушчу Айрым Газахского района. Враг, понесший серьезные потери, был вынужден отступить.

    При предотвращении провокации диверсионной группы противника, которая применила гранатометы и другое крупнокалиберное оружие, геройски погиб пограничник Велиев Ибрагим Алемшах оглу. Убийство солдата Государственной пограничной службы Азербайджана, охраняющего его международно признанные границы, является преступлением.

    Ответственность за это кровавое преступление лежит на армянской стороне”, – отмечается в сообщении.

    У пограничного пункта, где произошел инцидент, были обнаружены 100 патронов к ручному пулемету Калашникова, одна ручная граната РГ-42, 66 гильз, сумка с сухим пайком членов разведывательно-диверсионной группы (с консервами, флягой и хлебобулочными изделиями).

    В Военной прокуратуре Азербайджана по данному факту возбуждено уголовное дело по статьям 120.2.12, 29,120.2.4, 29,120.2.7 и 29,120.2.12 УК АР.

    В настоящее время продолжаются необходимые следственно-оперативные мероприятия.

    Отличившиеся при предотвращении вражеской провокации пограничники приказом начальника Государственной пограничной службы награждены медалями, ценными подарками и почетными грамотами. Велиев Ибрагим Алемшах оглу был посмертно награжден медалью “За отличие на военной службе” 3-й степени.





  • Erməni təxribatı ilə bağlı cinayət işi başlandı – FOTO

    Erməni təxribatı ilə bağlı cinayət işi başlanıb.

    Bununla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq birgə məlumat yayıb.

    Məlumatda bildirilir ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkildə davamlı olaraq pozulması halları intensivləşib.

    2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən geri çəkilməyə məcbur olub.

    Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir.

    Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxınlığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK markalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

    Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq prosessual hərəkətlər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluqçularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunub və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhədçilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltifləndiriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

    Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınarkən və bu cəhdlər zamanı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. 1 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quşçu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqələri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmənin döyüş mövqeləri susdurulub.

    Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməllərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.





  • Bakıda həkimlərin koronaviruslu xəstəni aparması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

    Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan və vətəndaşların müraciəti ilə daxil olan bütün məlumatları ciddi araşdırır və operativ reaksiya verir.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin “İçərişəhər” metrostansiyası yaxınlığında görünməsini əks etdirən videomaterial vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:

    “Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

    Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq.

    Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik”.

  • Zaqatala sakinindən silah götürüldü

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb.

    Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.

    Faktla bağlı Zaqatala RPŞ-də Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.