Month: March 2020

  • UEFA Avropa Liqasının final görüşünün stadionu müəyyənləşdi

    Niderlandın paytaxtı Amsterdamda təşkil olunan UEFA İcraiyyə Komitəsinin iclasında bir sıra tədbir və final oyunlarının keçiriləcəyi yer müəyyənləşib.

    UEFA-nın 44-cü Konqresi 2021-ci ildə Belarusun paytaxtı Minskdə baş tutacaq.

    Avropa Liqasının 2022-ci ildəki finalı Budapeştdəki “Puşkaş Arena”da (Macarıstan), UEFA Superkuboku 2022-ci ildə Helsinkidəki Olimpiya Stadionunda (Finlandiya) və 2023-cü ildə “Kazan Arena”da (Rusiya) keçiriləcək.

    Qadınlar arasında Çempionlar Liqasının 2022-ci ildəki finalı Turindəki “Yuventus” stadionu (İtaliya), 2023-cü ildə isə Eydhovendəki PSV (Hollandiya) arenasında təşkil olunacaq.

    Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin növbəti yığıncağı mayın 27-də Polşanın Qdansk şəhərində baş tutacaq.

  • Azərbaycanda koronavirusa görə ayrılmış karantin zonasından reportaj – VİDEO

    Azərbaycanda koronavirusa görə xüsusi ayrılmış xəxtəxanalarda karantin zonaları yaradılıb.

    Real TV-nin əməkdaşı belə xəstəxanalardan biri ilə tanış olmaq imkanı əldə edib.

    Xəstəxananın baş direktoru Emin Hüseyn karantin zonasında koronavirus şübhəli xəstələr üçün yaradılmış şərait haqqında məlumat verib. O bildirib ki, xəstələr üçün ayrılmış stasionar şöbəyə giriş-çıxış tam məhdudlaşdırılıb.

    E.Hüseyn deyib ki, karantin zonasında olan xəstələr yoluxma ehtimallı şəxslərlə təmasda olduqları üçün nəzarətdədirlər. Onlardan analizlər götürülüb, heç birinin virusa yoluxduğu təsdiqlənməyib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının protokoluna əsasən onların 14 gün ərzində karantində olmaları vacibdir.

    Karantində olan şəxslər də müsahibə verərək vəziyyətləri haqqında məlumat veriblər.

  • Prezident Mikayıl Cabbarova yeni vəzifə verdi – SƏRƏNCAM

    Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqənib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamla Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:

    “Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının İqtisadiyyat naziri

    Komissiya həmsədrinin müavini

    Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

    Azərbaycan Respublikası Energetika nazirinin müavini

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

    Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri”.

    Komissiyanın əvvəlki tərkibi isə aşağıdakı kimi idi:

    Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının vergilər naziri

    Komissiya həmsədrinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası energetika nazirinin müavini

    Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

  • Azərbaycanda zəlzələ oldu

    Hacıqabulda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 17:33-də Əlibayramlı stansiyasından 35 km şimal-qərbdə Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2, dərinliyi 3 km olub.

    Zəlzələ hiss olunmayıb.

  • İranda küçədə insanlar koronavirusdan bu hala düşür – Ürəyi zəif olanlar baxmasın! – VİDEO

    Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, dünyada yeni tip koronavirusa (COVID-2019) yoluxan insanların sayı 89 mini keçib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, dünya üzrə virusdan ölənlərin sayı isə 3048 nəfər təşkil edir. Koronavirusun qurbanına çevrilən ölkələrin siyahısında Çindən sonra ikinci yerdə İran qərarlaşır. Bu günə kimi ölkə üzrə virusa yoluxanların sayı 978 nəfərdir.

    İranda dəhşətli virusdan yalnız 178 nəfər xilas olmağı bacarıb. Sosial şəbəkədə ölkə əhalisinin paylaşdığı görüntülərdə koronavirusun İranda əhaliyə böyük çətinlik yaratması öz əksini tapıb. İnsanlar bəzən yolda gedərkən, bəzən isə ticarət mərkəzlərində huşlarını itirərək xəstəxanaya yerləşdirilirlər. Xəstələrin sayının həddən artıq çox olması müalicə və yoluxma halları ilə bağlı xəstəxanalarda çətinlik yaradıb.

    İnsanlar müraciət etdikləri tibb ocaqlarında böyük növbə ilə rastlaşıblar.

  • Nazirlər Kabineti bu yanacağı gömrük rüsumundan azad etdi

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

    Mediian.Az “Report”a istinadla xəbər verir ki, Nazirlər Kabineti bu qərarları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verib.

    Aksiz dərəcələri ilə bağlı dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texnoloji məqsədlər üçün kerosinin 1 tonu 80 manatdan 1 manata endirilib.

    Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonu 80 manat məbləğində qalıb.

    Gömrük rüsumlarının dərəcələri ilə bağlı dəyişikliyə görə isə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

    Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

  • Bakıda küçədə arvadını bıçaqlayan ərin dəhşətli əməli – VİDEO

    Сinayətlə bağlı yeni faktlar ARB TV-də yayımlanıb.

    ARB TV-nin “Kriminal” verilişində cinayətin baş vermə anı təqdim olunub.

    Qeyd edək ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü A.İsmayılov 2013-cü ildən Nəzakət Məmmədova ilə faktiki ər-arvad kimi yaşayıb.
    Aralarındakı münasibətlərin pozulmasına görə qadın dəfələrlə ondan polisə şikayət edib.

    Axırıncı dəfə 2019-cu il mayın 7-də Nəzakət Məmmədova Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən fərdi evdən oğurluq edilməsinə görə DİN-in “102 xidməti”nə məlumat verib və ondan şübhələndiyini bildirib.

    Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə dəvət olunmasından hiddətlənən A.İsmayılov mayın 8-də Nəzakət Məmmədovanın işlədiyi “ZOO Mağaza”ya gəlib. Mağazanın həyətində onların arasında mübahisə yaranıb və A.İsmayılov bıçaqla qadına hücum edərək əvvəl ayaqüstə, sonra yerə yıxılmış vəziyyətdə bədən səthinə ardıcıl zərbələr vurub.

    Təcili tibbi yardım briqadası Nəzakət Məmmədovanı vaxtında 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırdığından onun həyatını xilas etmək mümkün olub.

    Həmin gün A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olunan şəxs Nəzakət Məmmədovadan əvvəl iki dəfə evli olub.

  • 4 otaqlı evdə yanğın olub

    Balakən rayonu, Meşəşambul kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Koronavirusla bağlı yayılan səs yazılarına həsr olunmuş videoçarx hazırlandı – VİDEO

    Azərbaycanda koronavirusla bağlı yayılan səs yazılarına həsr olunan sosial çarx hazırlanıb.

    Videoçarxda əhali arasında xof yaratmağa hesablanmış səs yazıları satirik dillə tənqid olunur.

  • Yağış və külək Bakıda binanın dam örtüyünü zədələdi: “Hər an başımıza uçacağından qorxuruq” – VİDEO

    Yağışlı və küləkli hava şəraiti paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən doqquzmərtəbəli binanın dam örtüyünə ziyan vurub.

    Bu barədə Oxu.Az-a bina sakinləri tərəfindən məlumat verilib.

    Onlar bildiriblər ki, binanın dam örtüyü bir neçə yerdən çatlayıb.

    Sakinlər qeyd ediblər ki, aidiyyəti qurumlara problemlə bağlı müraciət etsələr də, heç bir tədbir görülməyib:

    “Binanın dam örtüyü bir neçə yerdən çatlayıb. Yağışlı havada bloka axan suyun qarşısını almaq olmur. Doqquzuncu mərtəbədə yaşayan qonşulardan biri yayda təmir üçün ərizə ilə müraciət edib. Ərizəsinə baxılsa da, heç bir tədbir görülməyib. Binanın lifti də qaydasında işləmir. Yağış şaxtadan töküldüyü üçün liftə minməyə qorxuruq. Blokun girişi də qəzalı vəziyyətdədir. Hər an başımıza uçacağından qorxuruq.

    Bələdiyyəyə müraciət etmişik. Deyirlər ki, bu işə Mənzil Kommunal və Təsərrüfat Birliyi baxmalıdır. Onlara da müraciət edirik, deyirlər ki, rəis işdə yoxdur, gələndə baxarıq. Xahiş edirik, kömək edəsiniz”.