Month: March 2020

  • Nazirlikdən koronavirusa görə təhsilin dayandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Təhsil Nazirliyi məktəblərdə təhsilin dayandırılması ilə bağlı məsələyə münasibət bildirib.

    Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib ki, məsələ barədə hələlik heç bir qərar verilməyib:

    “Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə, ilk növbədə mətbuat məlumatlandırılacaq”.

    C.Valehov qeyd edib ki, koronavirus epidemiyası ilə bağlı məsələ ilk gündən diqqət mərkəzindədir:

    “Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək”.

    O qeyd edib ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

  • Вилаят Эйвазов произвел новое назначение

    В МВД Азербайджана произведено кадровое назначение.

    Приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова майор полиции Расим Намазов назначен заместителем начальника Шекинского районного управления полиции по оперативным делам.

    До этого назначения он занимал должность начальника отделения в Шекинском районном управлении полиции.

    Отметим, что ранее должность замначальника районного управления полиции по оперативным делам занимал майор полиции Махир Магеррамов.

    Несколько дней назад он был назначен заместителем начальника Бейлаганского РУП по оперативным делам.

  • Vilayət Eyvazovdan daha bir TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, polis mayoru Rasim Namazov Şəki Şəhər-Rayon Polis Şöbəsini əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    O, bundan əvvəl ŞRPŞ-də bölmə rəisi vəzifəsində çalışıb.

    Qeyd edək ki, bu vəzifəni polis mayoru Mahir Məhərrəmov yerinə yetirib.

    Bir neçə gün əvvəl o, Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

  • Bakıda narkotik qaçaqmalçılığına görə axtarışda olan Rusiya vətəndaşı tutuldu

    Bakıda Rusiya Federasiyasında narkotik maddələrin külli miqdarda saxlanmasına və qaçaqmalçılığına görə, son üç il federal axtarışda olan Rusiya vətəndaşı tutulub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Xəzər rayonu 1-ci Polis Bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sankt-Peterburq şəhər sakini 57 yaşlı Kələntərov Emil Ağa-Xəlil oğlunu tutublar.

    Hazırda Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları E.Kələntərovun Rusiyaya verilməsi məsələsini həll edirlər.

    Qeyd edək ki, həmin şəxsin atası Bakı Ali Hərbi Dənizçilik Məktəbinin məzunu olub və bir vaxtlar onun elmi-araşdırma və redaksiya şöbəsinə rəhbərlik edib.

  • Azərbaycanda nazirlik Çindəki tədbirləri təxirə saldı – Koronavirusa görə

    “Koronavurisla bağlı hazırda qlobal çətinliklər var”.

    Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

    O qeyd edib ki, koronavirus təhlükəsinə görə AZPROMO Çində martda keçiriləcək tədbirləri təxirə salıb.

    Y.Abdullayev vurğulayıb ki, bizim üçün önəmli olan Asiya bazarları prioritet olaraq qalır.

    Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 83 906 nəfər təşkil edir.

  • Türkiyədə vəfat edən azərbaycanlı prokurorun ölümü ilə bağlı iddia – VİDEO

    Azərbaycandan olan prokuror 29 yaşlı Emin Hüseynovun Türkiyənin Antalya şəhərində tətildə olarkən idman zalında ölməsi ilə bağlı yeni şok iddialar ortaya çıxıb.

    Bu barədə “Hürriyet” xəbər yayıb.

    E.Hüseynov xanımı E.H. ilə birlikdə 2017-ci ilin avqust ayında Antalyaya tətilə gedib. Lara turizm bölgəsində beşulduzlu oteldə qalan E.Hüseynovun avqustun 18-də günorta saatlarında otelin idman zalında halı pisləşib. O, dərhal özəl xəstəxanaya aparılıb, oradan isə Akdeniz Universitet Xəstəxanasına köçürülüb. Həkimlərin səyinə baxmayaraq, Eminin həyatını xilas etmək mümkün olmayıb.

    Oğlunun zəhərlənərək öldürüldüyünü irəli sürən ata Bəybala Hüseynov xəstəxanada Eminin ekspertiza üçün yarılmadığını, polis və ədliyyə qurumlarına məlumat verilmədən cənazəsinin Azərbaycana göndərildiyini bildirib.

    Vəkil Elçin Məmməd vasitəsilə həm Antalyada, həm də Azərbaycanda ədliyyə qurumlarına müraciət etdiklərini bildirən B.Hüseynov oğlunun aparıldığı xəstəxanada qanında tapılan prokaltsitonin səviyyəsinin yüksəlməsinin zəhərlənməyə görə baş verdiyini öyrənib. Atanın sözlərinə görə, mütəxəssislərdən aldığı arayışda onun xaricdən qəbul edilən bir maddə ilə zəhərləndiyi yazılıb.

    Şübhəli gəmi gəzintisi

    Tətil proqramında olmamasına rəğmən oğlunun ölümündən bir gün əvvəl gəmi turuna çıxdığını, zəhərlənmə hadisəsinin də bu səfərdə həyata keçirildiyini bildirən B.Hüseynov həmin səfəri təşkil edən şəxs və ya şirkətlə heç cürə əlaqə yarada bilmədiyini vurğulayıb.

    Bundan başqa o, oğlunun qan analizlərinin cavablarının gizlədilməsi iddiası ilə həkimlərin də istintaqa cəlb olunması tələbini irəli sürüb.

    Antalya Baş Prokurorluğuna yeni müraciət

    Vəkil Elçin Məmməd Azərbaycandan əlavə, Antalya Respublika Baş Prokurorluğunda dəfələrlə iddia qaldırdıqlarını, sonuncu dəfə isə 2020-ci ilin fevralın 28-də yenə müraciət etdiklərini deyib.

    “Mərhumun ölümü onu müalicə edən həkim və xəstəxana heyəti tərəfindən hadisədən sonra ədliyyə qurumlarına bildirilməyib. O, öləndən sonra təbii ölüm arayışı hazırlanaraq xəstəxanadan çıxarılıb və Azərbaycana gətirilərək dəfn edilib. Bu hadisəni ədliyyə qurumlarına bildirməyən şəxslər və həkim haqqında aparılan istintaqın tamamlanması zəruridir”.

    Elçin Məmməd müdafiə tərəfinin mərhumun xanımı E.H.-nın da ərinin ölümündə əli olmasından şübhələndiklərini bildirib:

    “Mərhum qaraciyər əməliyyatı keçirdikdən sonra dərman qəbul etdiyi halda, E.H. bunu onu müalicə edən həkimlərə deməyib. O, ərinin ölümündən sonra mərhuma aid telefondan bütün məlumatları silib. Müvəkkilin bununla bağlı suallarına isə yanlış və ziddiyyətli cavablar verən E.H. əri xəstəxanada olduğu vaxt konsertə gedəcək qədər laqeyd davrana bilib”.

    Telefonu dənizə atılıb

    Vəkil Elçin Məmməd bundan başqa E.H.-nın anası A.M. ilə mərhumun cib telefonunu dənizə atdığını deyən qardaşı O.M.-in də hadisə ilə bağlı şübhəlilər siyahısında olduğunu deyib.

    “Bu şəxsləri ətraflı dindirmək, gizlətdikləri məsələləri aydınlaşdırmaq və onlara qarşı məhkəmə iddiası qaldırmaq lazımdır”.

    Arayışda tətili təşkil edən firma sahibi Y.N. və D.İ. adlı şəxslərin planda olmayan gəmi gəzintisini gizlətdikləri, istintaqı yanıltdıqları və ətraflı dindirilməli olduqları vurğulanıb.

  • Özbəkistan İran və Əfqanıstanla hava əlaqəsini kəsdi

    Özbəkistan koronavirus təhlükəsi ilə əlaqədar Əfqanıstan və İranla hava əlaqələrini dayandırıb.

    Bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Özbəkistan XİN-dən bildirilib ki, fevral ayının birindən Çinlə, mart ayının ilk günündən başlayaraq isə İtaliya, Yaponiya və Cənubi Koreya ilə hava nəqliyyatı dayandırılıb.

    Özbəkistan tərəfi yalnız xəstəliyin yayılması ilə bağlı vəziyyətin sabitləşməsindən sonra aviasiya əlaqələrinin bərpa olunacağını vurğulayıb.

  • В Азербайджане оперативно устранены кратковременные перебои в электроснабжении

    Наблюдаемый со вчерашнего дня на территории Азербайджана шквалистый ветер стал причиной кратковременных перебоев в электроснабжении.

    Об этом Oxu.Az заявил руководитель пресс-службы ОАО “Азеришиг” Танрыверди Мустафаев.

    “Накануне ночью из-за сильного ветра возникли проблемы в подаче электроэнергии в поселки Говсан Сураханского района Баку, Сарай Абшеронского района, а также ряд горных сел страны.

    Аварии были оперативно ликвидированы, и в настоящее время электроснабжение на всей территории республики полностью восстановлено”, – сказал он.

    Кроме того, отметил Т.Мустафаев, сотрудниками ОАО были приняты предупредительные меры.

  • Güclü külək bəzi əraziləri işıqsız qoyub – RƏSMİ

    Ötən gündən əsən güclü külək bir sıra ərazilərdə elektrik enerjisi verilişində qısamüddətli fasilələrin yaranmasına səbəb olub.

    Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub:

    “Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bır sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində fasilə yaradıb”.

    T.Mustafayev qeyd edib ki, ASC-nin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

    “Baş verən qəzalar operativ aradan qaldırılıb”.

  • На трассе Баку-Сумгайыт Opel въехал в дорожный отбойник – ВИДЕО

    Сегодня утром на участке трассы Баку-Сумгайыт на территории Хырдалана произошло ДТП.

    Автомобиль Opel въехал в дорожный отбойник.

    Информации о пострадавших нет.

    Автомобиль получил повреждения.

    Представляем читателям видео с места ДТП.