Month: March 2020

  • Sumqayıt-Bakı yolunda ağır qəza: Taksi dəmir arakəsməyə çırpıldı – VİDEO

    Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda ağır qəza olub.

    Hadisə yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

    Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobil yararsız vəziyyətə düşüb.

    Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

  • Zaqatalada qadın sevgilisini bıçaqladı

    Zaqatalada bir neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.

    APA-nın məlumatına görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.

    Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Maarif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.

    Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Азербайджанская армия проводит широкомасштабные командно-штабные учения – ВИДЕО

    В соответствии с планом подготовки войск на 2020 учебный год, азербайджанская армия приступила к широкомасштабным командно-штабным учениям.

    Как передает Median.Az со ссылкой на сайт Минобороны, учения, которые продлятся до 6 марта, будут проведены на местности, картах, макетах местности с широким применением информационных технологий, а также с уточнением расчетов, временных показателей и проверкой планов реализации принятых решений с соответствующими органами управления.

  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı – VİDEO

    Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

  • Daha bir ölkədə koronavirusa yoluxma halı təsdiqləndi

    İndoneziyada koronavirusa iki yoluxma halı qeydə alınıb.

    “Reuters”in məlumatına görə, bu barədə ölkə prezidenti Coko Vidodo bəyan edib.

    Onun sözlərinə görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, Çindən başqa 58 ölkədə, o cümlədən Azərbaycanda koronavirusa yoluxma halı müəyyən edilib.

  • Вилаят Эйвазов произвел новое назначение

    В Министерстве внутренних дел Азербайджана произведено кадровое назначение.

    Согласно приказу министра внутренних дел генерал-полковника Вилаята Эйвазова, капитан Вугар Оруджов назначен начальником следственного отдела Хачмазского районного управления полиции (РУП).

    Ранее он занимал должность старшего следователя следственной группы Хызинского РУП.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

    Əmrə əsasən, Xızı RPŞ-nin İstintaq qrupunun baş müstəntiqi, polis kapitanı Vüqar Orucov vəzifəsindən azad olunaraq, Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi təyin edilib.

  • Kainat tarixində ən güclü partlayış qeydə alındı

    Astronomlar qalaktikalar çoxluğunda baş vermiş ən güclü partlayışın effektini müşahidə etməyə müvəffəq olublar. Onun gücü oxşar əvvəlki rekordunu təxminən beş dəfə üstələyir.

    Popmech.ru saytının məlumatına görə, bunun kainatın yaranmasından bu günədək baş vermiş ən güclü partlayış olduğu ehtimal olunur.

    Hadisə Yer kürəsindən 390 milyon işıq ili məsafədə qalaktikalardan birinin mərkəzində, iri həcmli qara dəliyin yanında baş verib. O, qalaktikalararası qazın toplaşdığı ərazidə qabarcığa bənzər iz qoyub. Partlayışın səbəbləri hələ ki, müəyyən olunmayıb.

    Qeyd olunur ki, partlayış zamanı yaranmış qazın qabarcığı çoxluğun yalnız bir tərəfindən müşahidə olunur.

    Tədqiqatın müəllifləri güman edir ki, keçmiş zaman ərzində qabarcığın əks tərəfi tədricən yayılaraq yox olub.

  • В работе бакинского метро произошел сбой

    В работе бакинского метро возникли проблемы.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, сегодня на станции “Мемар Аджеми” пассажиров попросили покинуть вагоны, и поезд был отправлен в депо.

    Глава пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов подтвердил Oxu.Az эту информацию.

    “На станции метро “Мемар Аджеми” машинист попросил пассажиров освободить вагоны, так как возникла необходимость осмотреть поезд из-за вероятности технической неполадки. Вместо него на линию был выпущен другой состав”, – сказал Б.Мамедов.

  • Bakı metrosunda yenə problem yarandı: Qatar boşaldıldı

    Bakı metrosunda yenə problem yaranıb.

    Sərnişinlər qatardan boşaldılıb və qatar depoya göndərilib.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiq edib.

    Onun sözlərinə görə, maşinist təhlükəsizlik məqsədilə qatara baxış keçirmək məcburiyyətində qalıb:

    “Texniki problem olması ehtimalı ilə maşinist qatara baxış keçirmək üçün “Memar Əcəmi” stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına aparılıb. O, qatarın yerinə isə xəttə depodan yeni qatar buraxılıb”.