Month: March 2020

  • Koronavirus dövrünün dövlətlərarası rəqabəti – TƏHLİL

    “Koronavirusun yayılması ilə mübarizədə Rusiyanın yardımla dolu hərbi təyyarələrini İtaliyaya göndərməsi Avropa İttifaqının böhran içərisində olan üzvünə təcili yardım göstərməkdə bacarıqsız olduğunu göstərib və Prezident Vladimir Putinin ölkəsində və xaricdə təbliğinə səbəb olub”.

    Rusiya hökumətinin bu hərəkəti İtaliyada müsbət qarşılansa da, Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli diplomatları və rəsmiləri bu yardımı dəstək kimi deyil, daha çox rəsmi Moskvanın gücünü göstərən və nüfuzunu artıran geosiyasi bir addım kimi qiymətləndirib.

    İtaliya hökuməti isə son günlərdə göndərilən zərərsizləşdirmə bölmələri və hərbi tibb işçilərinə görə, Rusiyaya minnətdarlığını və bunun Avropanın cüzi yardımı ilə ziddiyyət təşkil etdiyini bildirib.

    Əlbəttə, Polşa və digər Şərqi Avropa ölkələrinin Rusiya ilə sərhədinə hərbi qüvvələr yerləşdirən NATO və Qərb dövlətləri üçün indi İtaliya küçələrində Rusiya bayrağı altında hərəkət edən hərbi “KamAZ”ları görmək xoş deyil. Ona görə də, Avropada Rusiyanın bu hərəkəti heç də xoşməramlı addım kimi qiymətləndirilmir və təhdid kimi dəyərləndirilir.

    “İtaliyalılar yardım üçün ümumi müraciət edir və ruslar hərbi təyyarələrlə hərbi həkimlər, hərbi texnika göndərir”, – deyə Avropa İttifaqının yüksək səviyyəli diplomatı bildirib. Bu açıqlamanın özündə bir narahatlıq və qəzəb hiss olunur.

    Bütün bunlar pandemiya sonrası dünya siyasətində müşahidə olunan dəyişikliklərdir. Məsələ ondadır ki, koronavirus Çindən sonra Cənubi Koreya və İranda, daha sonra isə Avropanın turizm mərkəzlərindən biri olan İtaliyada yayıldı. Bu zaman Romanın yardım çağırışlarını üzvü olduğu Avropa İttifaqı operativ cavablandırmadı. Hər halda, rəsmi Roma indi bunu açıq şəkildə deyir. Avropa İttifaqı toplanıb müvafiq qərarlar qəbul edənə, virusa qarşı hərəkətə keçənə qədər artıq Çin və Rusiyadan gələn yardımlar Romada idi. İtaliyanın sağçı hökuməti isə bu durumdan o qədər də narazı deyil.

    Üstəlik, pandemiya Avropanın bir çox ölkələrinə yayılıb. Görünən odur ki, virus “Köhnə dünya”nı hazırlıqsız yaxalamışdı. Bu səbəbdən də, indi Rusiyanın belə fəallığı Avropanı ikiqat narahat edir.

    Hətta o qədər ki, Fransa Prezidenti Emmanuel Makron koronavirus və onunla bağlı məhdudlaşdırıcı tədbirlərin Avropa İttifaqının mövcudluğuna təhlükə yaratması barədə xəbərdarlıq edib. Makronun sözlərinə görə, Şengen müqavilələrində nəzərdə tutulmuş Avropa vətəndaşlarının azad hərəkəti ilə bağlı əsas prinsip təhdid altındadır. “Avropa layihəsinin mövcudluğu təhlükədədir. Biz Şengenin ölümü ilə risk edirik”, – deyə Fransanın dövlət başçısı bildirib.

    Rusiya üçünsə indi Avropaya yardım etmək yalnız humanizm nümayişi deyil, həm də vaxtında yardıma çata bilən dost ölkə imicini formalaşdırmaq fürsətidir. Əslində, normalda bu yardımlar ABŞ-dan gəlməli idi, amma Birləşmiş Ştatların özündə də xəstəlik qəfil yayılmağa başladı. Üstəlik, Ağ Evin hazırkı mühafizəkar lideri üçün Avropanın və dünyanın yerdə qalan hissəsinin taleyi o qədər də prioritet təşkil etmir.

    Bunun əvəzində, Moskva daha yaxında və operativ idi. Hətta Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bu günlərdə bəyan etdi ki, ölkəsi ehtiyac yaranacağı təqdirdə ABŞ-a koronavirusla mübarizədə yardım göstərməyə hazırdır.

    Sitat: “Sadə amerikalılar bilməlidir ki, Rusiya ehtiyac yaranacağı təqdirdə ABŞ-a kömək etməyə hazırdır”.

    İtaliya və Serbiya kimi Avropanın “zəif bəndlərinə” Rusiyanın fəal dəstəyi Brüsseldə açıq narahatlıq doğurur. Hətta indi Aİ rəhbərliyi Rusiyanı pandemiyadan istifadə edərək, Avropa dövlətlərini gözdən salmağa çalışdığını dilə gətirir.

    Martın 16-da “Reuters” agentliyi Avropa Xarici Fəaliyyət Xidmətinin daxili sənədini dərc edib. Sənəddə Rusiya mərkəzli xəbər mənbələrinin Qərb ölkələrində ictimai sağlamlıq böhranını qəlizləşdirmək və Avropa cəmiyyətlərini sarsıtmaq məqsədilə xəbərlər yaydığı qeyd olunur.

    Sənəddə deyilir ki, Aİ-nin məlumat bazasında yanvarın 22-dən bəri koronavirusla bağlı 80 dezinformasiya kampaniyası qeydə alınıb. Onların bəzilərində hətta koronavirusun ABŞ-ın bioloji silahı olduğu iddia edilib.

    Əlbəttə, indi bu məsələdə hakimlik etmək, kimin nə qədər haqlı və doğru olduğunu müəyyən etmək çətin və bir o qədər də faydasız işdir. Lakin fakt budur ki, pandemiya dünya siyasətinə də ciddi təsir edib. Artıq indidən beynəlxalq güclər arasında rəqabətin silahına çevrilib. Özü də bu məsələdə tərəf yalnız Rusiya və Avropa deyil, ortada həm də özünü göstərən Çin var.

    Məlum səbəblərdən Çin Rusiya qədər qıcıq doğurmur. Çinin virusa qarşı mübarizə təcrübəsi, güclü səhiyyəsi var və ən əsası, Avropaya qarşı Rusiya qədər təhlükə təşkil etmir. Lakin fakt odur ki, pandemiyanın ilkin yayılma dönəmindəki fəaliyyəti, eləcə də xəstəliyə qarşı dövlətin səfərbərlik qabiliyyəti, inkişaf etmiş tibbi, mükəmməl infrastrukturu ilə rəsmi Pekin dünyaya öz gücünü və əzəmətini nümayiş etdirməyə çalışdı. Koronavirusa qarşı Çindəki mübarizə – bir neçə günə xəstəxana inşa etməkdən tutmuş, çevik, mobil karantin tədbirlərinə qədər bir çox fəaliyyətlər başdan-başa siyasi reklam yüklü idi. Çün dünyanın yeni gücü olmaq iddiasını nümayiş etdirirdi.

    Çin virusa qalib gəldiyini elan etsə də (hərçənd, bunun özü də ciddi suallar doğurur – R.Q.), pandemiya Avropanı və dünyanı cənginə almaqdadır. Artıq ABŞ və İtaliyada koronavirusa yoluxanların sayı Çində yoluxanların sayını keçib. Yaxın günlərdə dünya üzrə virusa yoluxanların ümumi sayı 1 milyon nəfəri ötəcək. Bu isə dövlətlərarası münasibətlər üçün daha ciddi bir sınaq olacaq.

  • Обнародованы результаты тестов на коронавирус депутатов Милли Меджлиса

    Обнародованы результаты медицинского обследования депутатов Милли Меджлиса (парламент) Азербайджана.

    Как сообщил Oxu.Az пресс-секретарь парламента Акиф Тевеккюльоглу, ни у одного из депутатов коронавирус не выявлен.

    Отметим, что очередное пленарное заседание Милли Меджлиса намечено на 30 марта.

  • Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

    Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar keçdikləri həkim müayinələrinin nəticələri açıqlanıb.

    Bu barədə Oxu.Az-a Azərbaycan parlamentinin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

    O bildirib ki, deputatların analizlərinin cavablarının hamısı neqativ çıxıb, yəni onların heç birində koronavirus aşkarlanmayıb.

    Qeyd edək ki, martın 30-da Milli Məclisin iclası keçiriləcək. Parlament sədri Sahibə Qafarovanın göstərişi ilə deputatlar iclas zalında bir-birindən iki metr aralıda oturacaqlar.

  • Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

    Bu zamana qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna daxil olan ianələrin məbləği açıqlanıb.

    Fonda 91 milyon 230 min 153 manat vəsait daxil olub.

    Hüquqi şəxslər ümumilikdə 67 milyon 125 878 manat, fiziki şəxslər 4 milyon 104 min 273 manat ianə edib.

    Qeyd edək ki, martın 19-da Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

    Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

    Ölkə başçısının həmin tarixdə imzaladığı sərəncamla Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

  • В Баку КамАЗ столкнулся с легковушкой, есть погибший

    В Низаминском районе Баку произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как говорится в сообщении МЧС, в результате столкновения автомобиля Mercedes и КамАЗа погиб один человек, еще четверо пострадали.

    По данному факту ведется расследование.

  • Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub.

    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan minik maşınından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

  • МВД: Шеки закрыт на въезд и выезд – ФОТО

    С целью обеспечения соблюдения правил особого карантинного режима и в соответствии с требованиями и рекомендациями оперативного штаба при Кабинете министров Азербайджана, ограничен въезд и выезд из Шекинского района.

    Как говорится в сообщении пресс-службы МВД, сотрудники дорожно-патрульной и патрульно-постовой служб на въездах в район проверяют водителей и пассажиров всех транспортных средств, за исключением автомобилей спецназначения, скорой помощи, аварийного ремонта, спасательных служб.

    Проверке подвергаются и пешеходы.

    В зависимости от места регистрации гражданам разрешают или запрещают въезд-выезд из Шеки.

    Кроме того, на всей территории района ведутся работы по дезинфекции. Сотрудники Исполнительной власти и РУП регулярно проводят просветительские беседы с лицами старше 65 лет и объясняют им, как важно для них и окружающих оставаться дома.




  • Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı – FOTO

    Şəkidə karantin rejimi ilə bağlı rayona giriş-çıxış məhdudlaşdırılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər Şəki rayonunda da davam etdirilir.

    Xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı rayona giriş-çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən rayonun girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri, sərnişinlər, həmçinin piyadalar yoxlanılır.

    Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.

    Həmçinin, rayon ərazisində, küçə və prospektlərdə dezinfeksiya işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq, yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır.

    Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.




  • Bakıda bahalı it oğurlandı

    Bakı şəhərində bahalı it oğurlanıb.

    Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Aliyə Kalimulinaya Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis bölməsinə itinin oğurlanması barədə müraciət edib.

    O, müraciətində bildirib ki, Samoyet cinsli itinin 1500 manat qiyməti var.

  • Xaçmazda avtomobil yandı

    Xaçmaz rayonunda avtomobil yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

    Bildirilib ki, hadisə Niyazoba kəndində qeydə alınıb.

    Hadisə zamanı “VAZ” markalı minik maşınının salonu yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.