Month: March 2020

  • Azərbaycanlıların məskunlaşdığı qaçqın düşərgəsi karantinə alındı

    Almaniyanın Saksoniya-Anhalt əyalətinin Halberstadt şəhərində sığınacaq almaq üçün ölkəyə gəlmiş 850 nəfərin qaldığı düşərgə karantinə alınıb.

    “Report” xəbər verir ki, bu haqda Halberstadt Polis Təşkilatından məlumat verilib.

    27 yaşlı şəxs düşərgədən Halle şəhərindəki yataqxanaya köçürülən zaman koronavirus testi verib və nəticəsi pozitiv çıxıb.

    Bundan sonra Halberstadt bələdiyyəsi və şəhər səhiyyə təşkilatı üç binadan ibarət olan və 850 nəfərin qaldığı düşərgəni karantin altına alıb.

    “Səhər polis əməkdaşları bütün giriş-çıxışları bağladılar. Daha sonra düşərgə işçilərinə xüsusi geyimlər paylanıldı. Az sonra məlum oldu ki, transfer edilən bir nəfərdə koronavirus tapılıb. Bu səbəbdən qaldığımız düşərgə karantin altına alınıb”, – deyə düşərgədə qalan azərbaycanlılardan biri bildirib.

    Onun sözlərinə görə, qaçqın düşərgəsində ondan başqa daha 18 azərbaycanlı var: “Onlardan altısı Azərbaycana deportasiya ediləcəkdi. Koronavirusa görə Almaniya bütün deportasiyaları təxirə saldı”.

    Halberstadt Şəhər Səhiyyə İdarəsi isə düşərgə işçilərinin də koronavirusa yoluxa biləcəyini düşünür. Bu səbəbdən işçilər hissə-hissə virus testi üçün şəhər xəstəxanasına aparılacaqlar.

  • В Баку оградили парки и убрали в них скамейки – ВИДЕО

    В Баку ограничен вход людей в парки.

    Это связано с дополнительными мерами, которые накануне объявил оперативный штаб при Кабинете министров Азербайджана.

    Для предотвращения распространения коронавирусной пандемии принимается ряд мер, в частности ограничивается вход в парки, на территорию Приморского бульвара и в другие места отдыха, а также убирают скамейки, чтобы пресечь скопление людей.

    Отметим, с 00:00 29 марта на территории Азербайджана усиливается особый карантинный режим.

  • Xüsusi karantin rejimi qərarından sonra Bakıda parkların ətrafı hasarlanır, skamyalar götürülür – VİDEO

    Bakı ərazisində yerləşən parklara insanların girişi artıq məhdudlaşdırılır.

    Buna səbəb Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yaymasıdır.

    Belə ki, virusun yayılmasının qarşısını almaq üçün bir sıra addımlar atılır. Bu məqsədlə bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır, oradakı skamyalar götürülür.

    Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilir.

  • Şəhərə gələ bilməyənlərə kirayə haqqında güzəşt olunacaqmı?

    Ölkə ərazisində koronavirus (COVID-19) təhlükəsinin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

    Bu vəziyyət daha çox Bakı və Sumqayıt şəhərlərində kirayə mənzillərdə yaşayanları narahat edir. Hazırda həyata keçirilən tədbirlərlə əlaqədar bu şəxslər Bakı və Sumqayıta gələ bilmirlər. Mövcud vəziyyətlə bağlı şəhərlərə giriş-çıxışın qadağan olunmasının müddəti uzadılarsa, kirayə pulu məsələsində güzəşt olunacaqmı?

    Vətəndaşları düşündürən suallardan biri də odur ki, bu istiqamətdə hər hansı bir tənzimlənmə mexanizmi olacaqmı? Əgər yardım olacaqsa, hansı meyarlar (ailə vəziyyəti, iş yeri, aylıq məvacib və s. – red.) əsas götürülməlidir?

    Mövzu ilə əlaqədar bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Oxu.Az-ın suallarını cavablandırıb.

    O bildirib ki, dövlət əvvəlcə bu mövzuda hansı şəxslərin köməyə ehtiyacının olduğunu dəqiqləşdirməlidir:

    “Əksər hallarda kirayə mənzillərdə yaşayan şəxslər ev sahibi ilə müqavilə bağlamır. Bunun da səbəbi həm icarəyə verən, həm də icarəçinin vergidən yayınmaq istəyidir. Bu baxımdan dövlətə bu məsələ ilə bağlı təklif vermək çətindir. Ciddi sual yaranır ki, dövlət kimə kömək etməlidir? Bəziləri bu məqamdan sui-istifadə edərək, Bakıda, Sumqayıtda, Abşeronda kirayədə yaşadıqlarını deyəcəklər. Bu məqamların tam aydın olması üçün siyahıya almaq prosesinə diqqət olunmalıdır. Çünki bu məsələdə dəqiqləşdirmə aparılması çətindir.

    Qanuni əsasla götürsək, mənzili icarəyə verənlə rəsmi müqaviləsi olan şəxslərin vəziyyəti nəzərə alına bilər. Çünki bu şəxslər iradəsindən asılı olmayan səbəblərdən icarəyə götürdükləri sahəni istifadə edə bilmir.

    Daha bir misal biznes sahəsindədir. Turizm sektorunda xidmət göstərən və çalışdığı obyekti icarəyə götürən şəxslər də çətinlik çəkir. Bu halda o sahibkarların icarə haqqını ödəyə bilməməsi ilə bağlı qanuni əsas var. Çünki həmin sektorda gəlir mənbəyi yoxdur”.

    Ə.Həsənov bu cür problemlə qarşılaşan şəxslərin, xüsusilə kirayə mənzillərdə yaşayan və mövcud səbəblərdən mənzildən istifadə edə bilməyənlərin dövlətə müraciət edə biləcəyini deyib:

    “Dövlət yalnız şəhərdə kirayə mənzillərdə yaşayan şəxslərin zəruri əşyalarının onlara qaytarılması prosesində kömək edə bilər. Eyni zamanda, mənzili icarəyə verən şəxslər (əgər müqavilə yoxdursa – red,) icarəçilərdən kirayə pulu tələb edə bilməz. Paralel olaraq müqavilə olmadığı üçün dövlətdən də heç nə tələb edə bilmirlər.

    Məsələyə daha geniş yanaşaq. Regionlardan Bakıya və digər şəhərlərə gələn şəxslər nə üçün kirayədə yaşayırlar? Burada müxtəlif sahələrdə çalışdıqları üçün. Nəzərə almaq lazımdır ki, insanların çoxu əmək müqaviləsi olmadan, yəni qeyri-rəsmi çalışırlar. Nazirlər Kabinetinin qərarında mövcud vəziyyətlə bağlı işə çıxa bilməyən şəxslərin (əmək müqaviləsi ilə çalışanlar – red.) aylıq məvaciblərinin ödəniləcəyi qeyd olunub”.

    Ekspert dövlətin heç bir gəlir yeri olmayan və həqiqətən də maddi köməyə ehtiyacı olan şəxslərə minimum əmək haqqı məbləğini keçməmək şərtilə yardım məsələsinin gözdən keçirilə biləcəyini deyib:

    “Bu yanaşma bütün işsiz şəxslərə şamil edilmir. Nəzərə almaq lazımdır ki, işləməyən insanların bir qismi əlavə gəlir sahəsi olduğundan, işə ehtiyacı olmadığından çalışmır. Amma mövcud vəziyyətdə ölkə üzrə bütün sahələrdə problem yarandığından dövlət bütün işsiz şəxslərə müvəqqəti sosial yardım etməlidir. Gərək ehtiyacı olmayan şəxslər həmin yardımdan imtina etsinlər. Bununla da hazırda işsiz qalan və kirayə mənzillərinin, eləcə də digər ehtiyaclarını ödəməkdə çətinlik çəkən şəxslərə dəstək olmaq olar.

    Təklif edilə bilər ki, ölkə üzrə qəbul edilən yaşayış minimumu məbləğində müvəqqəti sosial yardım nəzərdə tutulsun. Dövlət elan etsin ki, bir neçə ay ərzində işləməyən bütün şəxslərə aylıq müəyyən vəsait ayrıla bilər. Eyni zamanda, insanlara çağırış da etmək olar ki, ehtiyacı olmayan şəxslər həmin vəsaiti götürməsinlər. O zaman bu çətin vəziyyətdən müəyyən qədər çıxış yolları tapmaq olar.

    Məsələn, yardımı o şəxslər götürməlidir ki, ailədə çalışan bir və ya bir neçə şəxsin aylıq gəliri minimum əməkhaqqından azdır. Bir ailədə kişinin və ya qadının aldığı məvacib minimum əməkhaqqından azdırsa, onlara yaşayış minumumu məbləğində sosial yardım göstərilməsi gözdən keçirilə bilər”.

  • Sumqayıt sakini: “Üfunət iyindən pəncərəni açıb hava ala bilmirik” – YENİLƏNİB + VİDEO

    “Sumqayıt Şəhər Su-Kanal İdarəsinə ötən gün ərzində zirzəmiyə kanalizasiya sularının axdığı barədə şikayət daxil olmayıb”.

    Bu barədə Oxu.Az-a İdarədən məlumat verilib.

    Sosial şəbəkələrdə Sumqayıt şəhərində kanalizasiya suyunun küçəyə axıdılması faktı ilə bağlı məsələyə münasibət olaraq, faktın əsassız olduğu qeyd olunub:

    “Sumqayıt Şəhər Su-Kanal İdarəsi daxil olan müraciətləri qeydə alır və operativ şəkildə əraziyə baxış keçirir. Bu barədə ötən gün ərzində heç bir müraciət daxil olmayıb.

    Çünki Sumqayıt Şəhər Su-Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları zəruri olan bütün avadanlıqlarla təchiz olunub. Ola bilməz ki, bənzər hadisədə kanalizasiya suyu küçəyə axıdılsın. Əgər vətəndaş bu problemlə qarşılaşıbsa, birbaşa İdarəyə müraciət etsin. Məsələ yerindəcə araşdırılsın”.

    * * * * *

    Sumqayıtda kanalizasiya suları küçəyə axıdılıb.

    Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

    Söhbət Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi, İsmət Qayıbov küçəsi, bina 29a-dan gedir.

    Paylaşımda vətəndaş 30 ildir bu problemlərdən əziyyət çəkdiyini qeyd edib:

    “Sumqayıt şəhərində yaşayırıq. 30 ilə yaxındır zirzəmiyə yığılan suların qarşısı alınmır. Birinci mərtəbədə yaşayırıq. Ömrümüz rütubətdə, kanalizasiya iyindən boğulmaqla keçir. Nə sirrdirsə, bu boyda məhəllədə bizim binadan başqa heç birinin kanalizasiya xətti partlamır. Zirzəminin qapısı da yoxdur. Dəfələrlə qapı qoymuşuq, onu da sındırırlar.

    “Azərsu”ya müraciət etmişik. Gəlib zirzəmiyə dolan suyu boşaldıblar. Amma təəssüf ki, həmin çirkli suyu pəncərənin altına töküblər. İnsanların evdən çıxmasına qadağa qoyulan bir zamanda üfunət iyindən pəncərəni açıb hava ala bilmirik”.

  • Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət etdi

    Bu günlər koronavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

    Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açıb:

    “Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də, televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.

    Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb.

    Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir. Bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək, ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

    Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən, bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq.

    Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq”.

  • Qubada vətəndaşa məxsus torpaq sahəsində 18 600 manat dəyərində ağac kəsilib

    Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin sözlərinə görə, araşdırma zamanı Quba rayonunun Xucbala kəndi ərazisində Qusar rayon sakini Səidə Əsgərovaya məxsus torpaq sahəsində müxtəlif cinsli ağacların kəsildiyi və təbiətə 18 600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndəriləcək”, – deyə, R.Mirzəyev bildirib.

  • Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanıldı

    Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb.

    APA-nın məlumatına görə, martın 27-də saat 02:45 radələrində paytaxtın Yasamal rayonu, Landau küçəsində yerləşən köşkə naməlum şəxslər daxil olaraq, satıcını bıçaqla hədələyib və oradan bir qutu siqaret götürüblər.

    Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Əliyev, C.Rəhimli, E.Qəhrəmanlı və B.Nağızadə saxlanılıblar.

    Davam edən istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar Yasamal rayon ərazisində daha bir köşkdən satıcını bıçaqla hədələyərək soyğunçuluq ediblər.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işinə başlanılıb.

  • В БТА опровергли приостановку работы автобусов BakuBus

    В социальных сетях появились утверждения о том, что с 29 марта будет приостановлена работа столичных автобусов BakuBus.

    Как заявили в ответ на запрос Oxu.Az в Бакинском транспортном агентстве (БТА), это не соответствует действительности.

    “В настоящее время работа автобусов регулируется в соответствии с поручениями оперативного штаба при Кабинете министров”, – сказали в агентстве.

    Согласно сообщению оперативного штаба от 27 марта, начиная с 00:00 29 марта, в Азербайджане усиливается особый карантинный режим.

    В период его действия полностью приостанавливается движение автомобилей между районами и городами страны, за исключением транспортных средств специального назначения.

    Метро в Баку будет работать утром с 07:00 до 09:00 и вечером – с 17:00 до 20:00.

  • “BakuBus” avtobuslarının hərəkəti dayandırılır? – RƏSMİ AÇIQLAMA

    Martın 29-dan etibarən paytaxtda şəhərdaxili fəaliyyət göstərən “BakuBus” avtobuslarının fəaliyyətinin dayandırılması barədə məlumat yayılıb.

    İddia olunur ki, sürücülər avtobusdan istifadə edən vətəndaşlara sabahdan işləməyəcəklərini deyir.

    Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik.

    BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a bildirdi ki, yayılan informasiya həqiqəti əks etdirmir:

    “Hazırda avtobusların işləyib-işləməməsi Nazirlər Kabineti yanında operativ qərargahdan gələn tapşırıqlar əsasında tənzimlənir”.

    Qeyd edək ki, ötən gün Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.

    Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

    Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır.

    Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
    Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.