Month: March 2020

  • Rauf Babayev vəfat etdi

    Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib.

    Trend-in məlumatına görə, müğənni 83 yaşında dünyasını dəyişib.

    Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olub.

    1995–2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

    1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə “Şöhrət” ordeni alıb.

  • БТА не исключает возможность приостановки работы маршрутных линий

    Во время особого карантинного режима число пассажиров, пользующихся регулярными маршрутными линиями в Баку, сократилось на 60-70%.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил глава пресс-службы Бакинского транспортного агентства (БТА) Маис Агаев.

    По его словам, несмотря на это количество автобусов, отправляющихся на ежедневные рейсы, осталось прежним.

    “Перевозчикам было дано указание регулировать интервал между автобусами с учетом текущей эпидемической ситуации. Цель – обеспечить перевозку на общественном транспорте граждан, работающих на объектах государственного значения и жизнеобеспечения, а также других важных сфер обслуживания.

    Однако с сожалением отмечаем, что некоторые пассажиры, нарушая правила особого карантинного режима, без особой необходимости покидают свои дома. В результате утром и вечером в автобусах, курсирующих по ряду направлений, наблюдается повышенная плотность пассажиров. А это представляет угрозу для здоровья людей и повышает риск заражения вирусом”, – сказал М.Агаев.

    Он также отметил, что данная ситуация может привести к введению дополнительных ограничений в работу маршрутных линий.

    “В таком случае деятельность регулярных маршрутных линий будет полностью прекращена, а пассажироперевозки будут осуществляться только автобусами экспресс-линии, курсирующим по определенным направлениям. Еще раз просим граждан не покидать свои дома при отсутствии необходимости. Следуйте необходимым правилам и рекомендациям ради вашего здоровья и комфорта”, – сказал глава пресс-службы агентства.

  • BNA-dan xəbərdarlıq: “Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər”

    “Xüsusi karantin rejimində müntəzəm marşrut xətləri üzrə daşınan sərnişin sayı 60-70 faiz azalıb”.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

    Onun sözlərinə görə, sərnişin sayının azalmasına baxmayaraq, gündəlik reysə çıxan avtobusların sayı azaldılmayıb:

    “Daşıyıcılara avtobuslararası intervalın mövcud epidemik vəziyyət nəzərə alınmaqla tənzimlənməsi ilə bağlı göstəriş verilib. Məqsəd ilk növbədə dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərdə, həmçinin digər vacib xidmət sahələrində çalışan vətəndaşlarımızın ictimai nəqliyyatla daşınmasını təmin etməkdir.

    Lakin təəssüflə qeyd edirik ki, bəzi sərnişinlər xüsusi karantin rejimi qaydalarına və tövsiyələrinə əməl etməyərək, zərurət olmadığı halda belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur. Bu isə fəaliyyəti hər birimiz üçün vacib olan şəxslərin sağlamlığına təhlükə yaradır və virusa yoluxma riskini artırır”.

    M.Ağayev onu da əlavə edib ki, mövcud vəziyyət müntəzəm marşrut xətləri ilə bağlı əlavə məhdudiyyətlərin tətbiq edilməsinə gətirib çıxara bilər:

    “Belə olacağı halda müntəzəm marşrut xətlərinin fəaliyyəti tamami ilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları ilə həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı halda evlərini tərk etməsinlər. Onların sağlamlığı və rahatlığı üçün tətbiq edilən qayda və tövsiyələrə əməl etsinlər”.

  • Bakının bu rayonlarında su problemi var

    Paytaxtın Nəsimi və Binəqədi rayonları ərazisində içməli suyun verilməsində fasilələr yaranıb.

    Bu barədə redaksiyamıza həmin ərazidə yaşayan sakinlər tərəfindən məlumat verilib.

    Nəsimi rayonu ərazisində səhər saatlarından etibarən sular kəsilib. Sakinlər su problemindən əziyyət çəkdiklərini deyirlər:

    “Ölkə ərazisində mövcud vəziyyət hər kəsə bəllidir. Deyirlər ki, 20 dəqiqədən bir əllərinizi yuyun, gigiyenik qaydalara riayət edin. Su olmayan yerdə təmizliyə necə riayət edək?!”

    Bənzər hadisə Binəqədi rayonunda da müşahidə edilir. Rayonun H.Hüseynov küçəsi 11 ünvanında, eləcə də digər ərazilərində içməli suyun verilməsi dayandırılıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, cavab ala bilmədiklərini deyiblər:

    “Heç bir xəbərdarlıq etmədən suyu kəsirlər. Evində körpə uşağı, yaşlısı olan ailələr var. Aidiyyəti quruma zəng edirik, qəza olub deyirlər. Ərazidə hər gün nə baş verir ki, qəza olur? Suyun verilməsinin nə zaman bərpa ediləcəyi barədə də dəqiq məlumat vermirlər”.

  • В Баку прорвало водопровод – ВИДЕО

    В результате прорыва водопровода на территории Ясамальского района Баку затоплен участок дороги.

    Как сообщил Oxu.Az глава пресс-службы ОАО “Азерсу” Анар Джабраиллы, инцидент зафиксирован на Тбилисском проспекте.

    “Это не магистральный водопровод. По нему осуществляется водоснабжение расположенного на данной территории отеля Qafqaz.

    На место происшествия прибыли сотрудники “Азерсу”, которые ликвидировали аварию”, – отметил он.

  • Bakıda su borusu partladı – VİDEO

    Bakıda su borusu partlayıb.

    Hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.

    Borunun partlaması nəticəsində ətrafa yayılan su nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında hadisə yerinə qəza xidmətinin əməkdaşlarının göndərildiyini bildirib:

    “Bu, magistral su xətti deyil, kiçikhəcmli borudur. Həmin su xətti yaxınlıqda yerləşən “Qafqaz” hotelini su ilə təchiz edir. Hadisə ilə bağlı əməkdaşlarımız artıq əraziyə cəlb olunub. Yaranan problem aradan qaldırılıb”.

  • Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs tutuldu – FOTO

    Qubada baş verən yanğına səbəb olan şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, martın 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini Vilayət Məhsimov saxlanılıb.

    Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.





  • Polisin sürücünü döyməsi iddiası ilə bağlı rəsmi AÇIQLAMA – VİDEO

    “Sürücü avtomobili ön dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb”.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev DYP əməkdaşlarının sürücünü döydüyünə dair sosial şəbəkədə yayılan görüntülərdə səsləndirilən iddialara cavab olaraq bildirib.

    O qeyd edib ki, hadisə mart ayının 17-də baş verib:

    “Əliyev Sadiq Pərviz oğlu 44-CB-053 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ön nömrəsi olmadan idarə etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Sürücü S.Əliyevin həmin avtomobillə törətdiyi inzibati xətaya görə, 96 manat məbləğində ödənilməmiş cəriməsi olduğundan, duracağa yerləşdirilməsi haqqında qərarın olduğu müəyyən olunub.

    Bu səbəbdən də avtomobilin mühafizə olunan duracağa aparılmasına qərar verilib. Lakin sürücü qərara tabe olmayıb və müxtəlif cəhdlərlə avtomobilin evakuator vasitəsilə cərimə meydançasına aparılmasının qarşısını almağa çalışıb.

    Avtomobilin nömrəsiz idarə edilməsinə görə, inspektorlar tərəfindən protokol tərtib edilib. Polisə qəsdən tabe olmayan sürücü məcburi qaydada patrul avtomobilinə əyləşdirilərək, Masallı rayon polis şöbəsinə aparılıb. Polis şöbəsində sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin (İXM) 535-ci maddəsi ilə (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib. Bütün zəruri materiallar, eləcə də YPX avtomobilinin kamerasında qeydə alınan videogörüntülər məhkəməyə təqdim olunub. Məhkəmədə işə baxıldıqdan sonra yekun qərar əsasında sürücüyə cərimə və ya inzibati həbs cəzası veriləcək”.

    K.Əliyev Masallı rayonunda DYP alayının 11-ci taqımının komandiri Hikmət Qafarov haqqında irəli sürülən iddialara da aydınlıq gətirib:

    “Sözügedən hadisə ilə bağlı Əliyev Sadiq Pərviz oğlu tərəfindən taqım komandiri Hikmət Qafarova müraciət olunmayıb. H.Qafarova bu məsələ ilə bağlı başqa bir şəxs müraciət edib. Komandir isə cavab olaraq bildirib ki, faktla bağlı bütün materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. İş məhkəmə tərəfindən araşdırılacaq”.

    /oxu.az/

  • Bərdədə bir neçə obyekt eyni vaxtda yanıb kül oldu – FOTO + VİDEO

    Gecə saatlarında Bərdə rayonunda bir neçə obyektdə yanğın baş verib.

    Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

    Belə ki, küçədə yerləşən şirniyyat evi, optika və gözəllik salonu yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb. Sahibkarlara xeyli ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.







  • Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı – VİDEO

    Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

    Dünən günorta saatlarında rayonun Cəyirli kənd sakini, 32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb.

    Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qaynından uşaqların yanında qalmasını xahiş edərək, Z.Zamanova ilə xəstəxananın həyətinə çıxıb.

    Orada uzun mübahisədən sonra İ.Zamanov Z.Zamanovanın ürəyindən dörd bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib.

    Qeyd edək ki, İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə gedib və könüllü təslim olub.
    /oxu.az/