Month: March 2020

  • Жителей Лянкярана задержали с наркотиками

    Сотрудники Южного регионального отдела Главного управления по борьбе с наркотиками задержали с поличным жителей Лянкяранского района, ранее судимых Б.Агаева и С.Сафарова.

    Как говорится в сообщении пресс-службы Министерства внутренних дел, задержанные пытались продать 1,5 кг опиума, 890 г гашиша и 700 г героина.

    Были установлены и задержаны лица, у которых Б.Агаев приобрел наркотики. Ими оказались К.Гейдаров и Э.Ханкишиев.

    У К.Гейдарова было обнаружено около 2 кг героина, а в его доме в селе Тангерюд Астаринского района – 10 кг гашиша, 2,4 кг героина и 100 г метамфетамина и метадона.

  • Lənkəran sakinləri narkotik satarkən tutuldu

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş şəxslər – B.Ağayev və S.Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, davam etdirilən tədbirlərlə B.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinənlər – K.Heydərov və Astara rayon sakini E.Xankişiyev də müəyyən edilərək saxlanılıblar.

    K.Heydərovdan iki kiloqrama yaxın heroin, Astara rayonunun Təngərüd kəndindəki evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb.

  • Bulvar ərazisinə daxil olmaq qadağan olunub? – AÇIQLAMA

    “Ağ Şəhər bulvarı ərazisinə vətəndaşların daxil olmasına qadağa qoyulmayıb”.

    Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızı Dənizkənarı Bulvar ərazisinə vətəndaşların daxil olmasının qadağan edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirərkən deyib.

    O qeyd edib ki, əraziyə yalnız avtomobillərin daxil olması qadağandır:

    “Bulvar ərazisində iki parkinq var. Bütün maarifləndirici tədbirlərə baxmayaraq, əraziyə avtomobillər yaxınlaşır. Burada xidmət göstərən polis əməkdaşları məhz avtomobillərin əraziyə daxil olmasının qarşısını alır. Artıq iki gündür ki, bu parkinqlərin bağlanmasına qərar verilib. Bu da Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara uyğun olaraq, atılan addımdır.

    Piyadaların bulvar ərazisinə daxil olması qadağan edilməyib. Bu məlumat həqiqəti əks etdirmir. Sadəcə olaraq, polis əməkdaşları insanlara yaxınlaşaraq, toplu şəkildə hərəkət etməməyi, ara məsafəsini gözləməyi, maska və əlcəklərdən istifadə etməyi tövsiyə edirlər. Təbii ki, ən doğrusu ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamaqdır”.

  • BNA: “Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq” – VİDEO

    “İddialar sübuta yetirilərsə, həmin sərnişindaşıma şirkəti xətdən uzaqlaşdırılacaq”.

    Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda dispenserlərə su töküldüyünə dair iddialara cavab olaraq deyib.

    O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:

    “Belə faktlarla qarşılaşan şəxslərin BNA-ya müraciət etmələri xahiş olunur. Bu videogörüntülər tərəfimizdən müvafiq qaydada araşdırılacaq və iddia olunan faktın doğru olub-olmadığı müəyyən ediləcək.

    Sərnişindaşıma şirkətləri tərəfindən bu cür hallara yol verilməsinə dair iddialar öz əksini taparsa, onlar qanunvericilik normaları çərçivəsində cəzalandırılacaq. Bu halda həmin daşıyıcı birmənalı olaraq marşrut xətlərindən kənarlaşdırılacaq.

    Ümumilikdə bildirim ki, “BakuBus” avtobuslarında bu kimi məsələlər xüsusilə diqqətdə saxlanılır. Dispenserlər tez-tez doldurulur. Bununla yanaşı, qeyd etmək istərdim ki, həmin qutulara spirt tərkibli məhlullar tökülür. Açıq məkanda istifadə zamanı mümkündür ki, spirt bir qədər buxarlansın. Ona görə də sərnişinlərimizdən bu cür halları anlayışla qarşılamaları rica olunur.

    Cəmiyyət arasında həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar. BNA tərəfindən gün ərzində avtobuslara nəzarət edilir. Bəzən belə iddialar görülən işlərə kölgə salmaq məqsədi daşıyır”.

    /oxu.az/

  • В Баку хлеб пекут и перевозят с нарушением всех санитарных норм – ВИДЕО

    В Баку хлеб выпекается в антисанитарных условиях, без надлежащей упаковки перевозится в не отвечающих требованиям гигиены автомобилях.

    Кадры, снятые в одной из пекарен, вызвали бурные обсуждения в Сети.

    О проблеме производства и доставки хлеба говорится уже много лет, но она так и не решена. На фоне коронавирусной пандемии этот вопрос более чем актуален.

    В связи с этим программа Günə Doğru на ARB TV подготовила интересный сюжет.

    Предлагаем его вниманию.

  • Bakıda isti çörək natəmiz şəraitdə daşınır – VİDEO

    Natəmiz şəraitdə bişirilən çörək paketlənmədən, gigiyenik tələblərə cavab verməyən avtomobillərdə daşınır.

    Paytaxtda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrinin birindən yayılan görüntülər müzakirələrə səbəbə olub.

    Bu məsələ haqqında illərdir danışılsa da, həll olunmur. Koronavirus pandemiyasının geniş yayıldığı bir vaxtda bu problem yenidən gündəmə gəlib.

    Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

    Daha ətraflı videosüjetdə:

  • Жители районов пытались попасть в Баку на эвакуаторе и в багажнике автомобиля – ВИДЕО

    Сотрудники Министерства внутренних дел и Генеральной прокуратуры Азербайджана пресекли попытки жителей районов попасть в Баку на эвакуаторе и в багажнике автомобиля.

    Как говорится в сообщении пресс-службы МВД, в связи с этим был задержан житель Сабирабадского района Самит Гадиров, занимающийся эвакуацией транспортных средств.

    В ходе расследования было установлено, что он договорился с жителем Бардинского района за 40 манатов отвезти в Баку его автомобиль ВАЗ-21074, а самого автовладельца спрятал в салоне эвакуатора. Нарушитель был остановлен на полицейском посту на 65-м км дороги Баку-Алят.

    В ходе другого совместного оперативного мероприятия сотрудники полиции и Генпрокуратуры задержали жителей Баку Туфана Гамбарова и Сабирабадского района Афлатуна Бабалыева. Т.Гамбаров пытался за деньги помочь А.Бабалыеву приехать в Баку, в связи с чем поместил его в багажник своего автомобиля LADA Vesta.

    Нарушители проехали полицейский пост на 65-м км дороги Баку-Алят, но через несколько километров были задержаны сотрудниками полиции.

    По этим фактам были возбуждены уголовные дела по статье 139-1.1 (Нарушение противоэпидемического и карантинного режима) Уголовного кодекса АР, следствие продолжается.

  • Azərbaycanda biabırçılıq: 40 manata rayondan Bakıya baqajda adam gətirirlər – VİDEO

    Xüsusi karantin rejimini pozaraq, evakuator və avtomobilin yük yerində paytaxta rayon qeydiyyatında olan şəxsləri keçirmək istəyən şəxslər saxlanılıblar.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, neqativ halların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən birgə tədbirlər həyata keçirilib.

    Belə ki, daxil olan əməliyyat məlumatı əsasında yükdaşıma xidmətlərindən birində sürücü işləyən Sabirabad rayon sakini Samit Qədirov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, S.Qədirov Bərdə rayonunda qeydiyyatda olan və paytaxta gəlmək istəyən sürücülərdən biri ilə razılığa gələrək, 40 manat müqabilində ona məxsus “VAZ 21074” markalı avtomobili idarə etdiyi evakuatorun yük yerində, özünü isə evakuatorun salonunda gizlədərək, xüsusi buraxılış rejimi qaydalarına riayət etmədən Bakı-Ələt yolunun 65-ci kilometrliyindəki xüsusi keçid postundan keçirib.

    Keçirilən daha bir tədbir zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyərək, paytaxt sakini Tufan Qəmbərov və Sabirabad rayon sakini Əflatun Babalıyev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, T.Qəmbərov pul müqabilində idarə etdiyi “Lada Vesta” markalı avtomobilin yük yerində Ə.Babalıyevi gizli olaraq Bakı-Ələt yolundakı xüsusi postdan keçirərək, paytaxta gətirəcəyi barədə əvvəlcədən razılaşıb.

    T.Qəmbərov həmin şəxsi postdan keçirəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən S.Qədirov, T.Qəmbərov və Ə.Babalıyev tutularaq istintaqa cəlb olunublar.

  • Азербайджанская полиция сопровождает транзитные грузы – ВИДЕО

    Сотрудники полиции продолжают сопровождать грузовые автомобили, которые следуют транзитом через территорию Азербайджана из соседних стран, в частности Ирана.

    Об этом говорится в сообщении МВД.

    Сообщается, что безопасность транспортных средств, пока они не покинут территорию страны, обеспечивают сотрудники дорожно-патрульной службы и полка оперативного реагирования.

    Водители грузовиков могут выходить из транспортного средства, отдыхать и питаться только в определенных местах.

    Контактировать с гражданами и останавливать машины вне установленных пунктов водителям разрешается только в экстренных случаях.

  • Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir – VİDEO

    Azərbaycan Respublikasında koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, qonşu dövlətlərdən, o cümlədən, İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiətilə hərəkəti təmin edilməkdədir.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Xidməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir.

    Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.