Month: March 2020

  • Yeni dövlət proqramı hazırlanacaq

    “Azərbaycanda rəqəmsal iqtisadiyyat” dövlət proqramı hazırlanacaq.

    “Report” xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

    Sazişə əsasən, hər üç qurum “Azərbaycanda rəqəmsal iqtisadiyyat” dövlət proqramını hazırlayıb qəbul etməlidirlər.

  • В Нахчыване ввели новые правила в связи с траурными церемониями

    В Нахчыване траурные церемонии будут длиться один день.

    Cоответствующее решение было принято сегодня на совещании, посвященном мерам по предотвращению распространения коронавирусной инфекции на территории автономной республики, передает АПА.

    Согласно поручению председателя Верховного совета НАР Васифа Талыбова, Госагентству по работе с религиозными структурами и органам исполнительной власти следует уделять внимание правилам проведения траурных церемоний, которые должны проводиться в ритуальных залах, палатках и других закрытых объектах всего лишь один день, на траурных церемониях не следует подавать чай и еду, население должно быть проинформировано о новых правилах. Все мечети и места поклонения должны быть продезинфицированы, верующим рекомендуется совершать молитвы дома.

  • Uşaqlara 3 yaşa qədər qulluq edənlərin əmək stajına bu müddət daxil ediləcək

    Azərbaycanda uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

    Sazişə əsasən, tərəflər uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddətin uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanması məqəsdilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi barədə öhdəlik götürüblər.

  • İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək

    İpoteka kreditlərinin verilməsi şərtləri sadələşdiriləcək.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

    Sazişə əsasən, tərəflər İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı müvafiq tədbirlər görmək öhdəliyi götürüblər.

  • Hökumət tibbi maskaların qiymətinə münasibət bildirdi

    “Azərbaycanda tibbi maska istehsal edən müəssisədə ilkin olaraq istehsal həcmi gündəlik təqribən 90-100 min olacaq. Tədricən maksimal istehsal gücü gündəlik 200 minə çatacaq. Bu, Azərbaycanın gündəlik tələbatını ödəyən bir rəqəmdir”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    Onun sözlərinə görə, iqtisadi hesablamaların nəticəsində məlum olub ki, fevral ayında maskalara ən çox ehtiyac olduğu kulminasiya günlərində 200 min tibbi maska satılıb: “Yerdə qalan digər günlərdə isə satış 90-120 min olub”.

    İ.Məmmədov bildirib ki, tibbi maska istehsal etməklə yanaşı həm də idxal edəcək:

    “Bilirsiniz ki, Azərbaycana tibbi maska da idxal edilir. Depolarda kifayət qədər tibbi maskalar var, xüsusilə ehtiyatda da saxlanılır. Ona görə də idxal və depolardakı ehtiyat da saxlanılmaqla gündəlik 200 min tibbi maska istehsal edəcək”.

    Nazirlər Kabinetinin sözçüsü Azərbaycanda istehsal olunacaq tibbi maskaların qiyməti haqqında da danışıb. O vurğulayıb ki, tibbi maskaların qiymətlərinə nəzarət üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı var:

    “Bu sərəncamın əsasında tapşırılıb ki, bu dövrdə iqtisadi sabitlik və istehlak bazarında qiymətlərə nəzarət qorunmalıdır. Ona görə də tibbi maskaların qiyməti ilə bağlı məsələlər diqqətdədir. Prezidentin bu məsələdə siyasi iradəsi belədir ki, əhalinin infeksiyadan təhlükəsizliyi maksimum təmin olunmalıdır, iqtisadi sektorlara və iqtisadiyyata dəyən ziyan minimallaşdırılmalıdır və sosial müdafiəyə ehtiyacı olan insanların sosial müdafiəsi təmin olunmalıdır”.

    Qeyd edək ki, martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska maska istehsal edən müəssisə işə başlayacaq.

  • Nazirlər Kabineti iki qurumla saziş bağladı

    Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.

    “Report” xəbər verir ki, Azərbaycanın Baş Naziri Əli Əsədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti Məmməd Musayev birgə qərar imzalayıb.

    Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra – Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2020-2022-ci illər üçün sosial iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra – Saziş) bağlayırlar.

    Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

    Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

    Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və bu Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

  • “Evdə qal, idmansız qalma!”

    Gənclər və İdman Nazirliyi “İdman TV” ilə birgə yeni – “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verir.

    Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, martın 25-də saat 11.00-dan İdman TV-də start götürəcək layihədə olimpiya, dünya və Avropa çempionları “Skype” vasitəsilə evdən müxtəlif idman nümunələri göstərəcəklər.

    Layihənin ilk qonağı olimpiya və dünya çempionu Fərid Mansurov olacaq. Növbəti günlərdə Elnur Məmmədli, Toğrul Əsgərov və digər titullu idmançılar da TV layihəyə qoşulacaqlar.

    Əsas məqsəd idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq duşməmələridir.

  • МЧС перечислил средства в Фонд поддержки борьбы с коронавирусом

    Министерство по чрезвычайным ситуациям Азербайджана (МЧС) перечислило средства в Фонд поддержки борьбы с коронавирусом.

    Ведомство перечислило 1 миллион манатов в Фонд поддержки борьбы с коронавирусом, созданный соответствующим указом президента Азербайджана для принятия превентивных мер против коронавирусной инфекции в стране, сообщает пресс-служба министерства.

  • Baş konsulluq Türkiyədəki azərbaycanlılara müraciət etdi

    Azərbaycanın İstanbuldakı Baş konsulluğu koronavirus səbəbindən Azərbaycan ilə Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlara müraciət edərək konsulluqla əlaqə saxlmağa çağırıb.

    Konsulluqdan “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda Türkiyə – Azərbaycan arasında olan uçuşlarının təxirə salınması səbəbilə, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlar ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.


    Belə ki, diplomatik nümayəndəlik ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əldə olunmuş razılığa əsasən vətəndaşlarımız bu məlumatlarla yanaşı Türkiyə Respublikasından çıxış edəcəkləri sərhəd keçid məntəqələrinin adlarını bildirəcəyi təqdirdə, sözügedən şəxslərin viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunması nəzərdə tutulur.


    Konsulluqdan verilən məlumatda həmçinin deyilir ki, Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş konsulluğun istanbul@mission.mfa.gov.az elektron ünvanına göndərməlidilər.

  • Neft Daşlarında çalışanlar xüsusi rejim müddətində növbədə qalacaqlar

    Qadağalar qüvvəyə minənə qədər Neft Daşlarında olan işçilər aprelin 20-dək növbədə qalacaq və onların əmək haqları artırılacaq.

    “Report” xəbər verir ki, bunu İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    “Anlaşma əldə olunub ki, əməkhaqları artırılma şərti ilə qadağalar qüvvəyə minəndən Neft Daşlarında növbədə olanların növbə müddəti uzadılır. Növbə dəyişməyəcək və onlar aprelin 20-dək orada qalıb işləməyə razılıq veriblər.

    Neftçilərə minnətdar olmalıyıq, bu bir fədakarlıq, qəhrəmanlıqdır ki, həm öz ailələrini, iş yoldaşlarını yoluxma təhlükəsi altına qoymamaq üçün onlar öz növbə vaxtlarını uzatmağa razılaşıblar. Bu da vətəndaşların anlaşıqlı münasibətinin və milli həmrəyliyinin nümunələrindən biridir”.