Month: March 2020

  • Səhiyyə naziri: “İtaliyada bu məsələyə laqeyd yanaşdılar”

    Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Çin və İtaliyada koronavirusun yayılmasını müqayisə edib.

    “Report” xəbər verir ki, bu barədə AzTV-nin efirində danışan nazir hər iki ölkədə baş verənləri tamaşaçılarla bölüşüb:

    “Konkret olaraq bu günkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən biraz artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur.

    Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur”.

  • “Koronavirusu müəyyənləşdirən testləri gecə ilə Türkiyədən gətirdik” – Oqtay Şirəliyev

    “Koronavirusu müəyyənləşdirən ilk testlər Almaniyanın bir neçə laboratoriyasında tətbiq olunurdu. Biz həmin testləri gecə ilə Türkiyədən gətirdik. Xəstəliyin gedişatı onu göstərir ki, ciddi rejim olmasa, vəziyyət dəyişə bilər”.

    Median.Az xəbər verir ki, bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.

    Onun sözlərinə görə, ciddi rejim olmasa, inkişaf etmiş ölkələrin də səhiyyəsi bunun qarşısını ala bilməz:

    “Çox maraqlı rəqəmlər var. Belə ki, xəstəlik yarandığı ilk 60-65 gün ərzində dünyada 100 min insan xəstələndi. 10 gün ərzində isə daha 100 min nəfərdə yoluxma halı qeydə alındı. 4-5 gün ərzində isə az qala xəstələrin sayı 400 minə çatır. Ölüm halları da artır. Bu, ilk infeksiya deyil. Son 15-20 il ərzində müxtəlif viruslarla H1N1, H1N5 virusu, “Ebola” və s. qarşılaşmışıq. Onlar da öz növbəsində təhlükəli idi. Hər bir halda Azərbaycanda qabaqlayıcı tədbirlər görülüb.

    Həmin ərəfələrdə də qəbul olunan qərarlar böyük həssaslıqla hazırlanırdı. Qəbul edilən qərarların birinci məqsədi virusun geniş yayılmasının qarşısını almaq, ikinci məqsəd isə bu müddət ərzində insanların həyat tərzində əlavə problemlərin yaranmaması idi”.//oxu.az

  • Qadağaya baxmayaraq, sədərək bazarı hələ də işləyir – VİDEO

    Koronavirus pandemiyası ilə mübarizəylə əlaqədar Azərbaycanda 24 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edildi.

    Bu karantin rejiminə bir çox qaydalar daxildir. Bu qaydalardan biri də supermarketlər, ərzaq dükanları və apteklər istisna olmaqla, ticarət mərkəzləri və “Mall”ların bağlanmasıdır. Amma, buna baxmayaraq Sədərək Ticarət mərkəzi hələ də öz fəaliyyətinə davam edir. Ticarət mərkəzində mühafizə sistemi çəkilişimizə əvvəlcə mane olmağa çalışsa da, daha sonra rəhbərliklə əlaqə saxlayaraq razılıq verdilər.

    Ətraflı süjetdə:

  • Октай Ширалиев: “При необходимости количество коек и больниц будет увеличено”

    «Все структуры знакомы с текущей ситуацией. При необходимости планируется увеличить количество коек и больниц»

    Как передает Report, об этом заявил министр здравоохранения Азербайджана Октай Ширалиев во время выступления на передаче «Hədəf» телеканала AzTV.

    Министр заявил, что созданы специальные бригады врачей.

    «Мы ко всему готовы. Смотря на количество пациентов хотим, чтобы ситуация не дошла до уровня других стран», – сказал О.Ширалиев.

  • Oqtay Şirəliyev: “Lazım olanda çarpayı və xəstəxana sayı artırılacaq”

    “Bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır. Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın”.

    “Report” xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də Hədəf verilişində çıxışı zamanı deyib.

    Nazir bildirib ki, xüsusi həkim briqadaları da yaradılıb: “Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın”.

  • Azərbaycanda həkimləri belə alqışladılar – VİDEO

    Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər alqışlanıb.

    Median.Az xəbər verir ki, mart ayının 24-də, saat 21:00-da əhali bütün dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə aparan azərbaycanlı tibb işçilərinə təşəkkür etmək üçün kampaniyaya qoşulub.

    Bir çox şəxs eyni vaxtda evlərinin balkonuna çıxaraq amansız virusla mübarizə aparan həkimləri alqışlayıblar.

    Qeyd edək ki, oxşar hal Türkiyədə də baş verib.//oxu.az

  • Naxçıvana Azərbaycanın digər bölgələrindən vətəndaşların gəlişinə qadağa qoyulub

    Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşları dayandırıldığından Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan Azərbaycan Respublikası vətəndaşlarının (ölkəmizin digər bölgələrindən olanlar) keçidini dayandırmaq tapşırılıb.

    APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

    Eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə isə bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişini dayandırmaq, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılması, yalnız tranzit yüklərin daşınmasına icazə verilməsi, tranzit yük maşınlarının dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldılması, sürücülərin mütəmadi yoxlanılması və onların hərəkət qrafikinə nəzarət edilməsi tapşırılıb.

    Beynəlxalq Hava Limanından muxtar respublikaya gələn və gedən vətəndaşlar ciddi şəkildə yoxlanılmalı, Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı Hava Limanına zəruri köməklik göstərməlidir.

  • Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər

    Naxçıvana xaricdən gələn vətəndaşlarımız tibbi yoxlamadan keçəcəklər.

    APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub.

    Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Eyni zamanda muxtar respublikada tibbi ehtiyatların yaradılması davam etdirilməlidir. Səhiyyə Nazirliyinə tapşırılıb ki, muxtar respublikanın tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətini, eləcə də vacib göstərişlər olmadan və zərurət yaranmadıqda ambulator xəstə qəbulunu dayandırsın. Nazirlik Dövlət Gömrük Komitəsi ilə birlikdə xarici ölkələrdən qayıdan muxtar respublika sakinlərini gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirməli, hərarəti olanlar təcili Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınmalı və müvafiq tədbirlər görülməlidir.

  • Naxçıvanda ictimai-iaşə müəssisələrinin iş rejimi saat 17:00-dək müəyyən edilib

    Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş rejimi qısaldılaraq saat 17:00-dək müəyyən edilib.

    APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə xidmət sahələrində qaydalara əməl olunmasına nəzarəti gücləndirmək tapşırılıb.

    Ali Məclisin Sədri Vasif Talıbov sahibkarlıq subyektlərinin və işçilərinin iqtisadi və sosial vəziyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyinə aid qurumlarla birlikdə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyətini məhdudlaşdırmağı, mağazaların ərzaqla normal təminatına diqqəti artırmağı, aid qurumlarla birlikdə ehtiyatların yaradılmasının davam etdirilməsini tapşırıb.

  • Nazirlər Kabineti: “Daxildə koronavirusa yoluxmanın başlaması artıq siqnaldır”

    “Daxildə koronavirusa yoluxmanın başlaması artıq özü bir siqnaldır”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    “Ona görə də insanlar daha çox ciddi yanaşmalıdırlar və özünütəcridə meyillənməlidirlər. Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi xüsusi karantin rejimi haqqında qərarı da elə bu hadisənin təsiri altındadır.

    Dünyada, bizim qonşu ölkələrdə, təmaslarda olduğumuz ölkələrdə ölənlərin və yoluxanların sayının artması və həm də daxildə yoluxmaların başlaması – bütün bunlar daha çox ehtiyatlanmağa məcbur edir ki, xüsusi karantin rejimi tətbiq olunsun”, deyə İ.Məmmədov bildirib.