Month: March 2020

  • Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı fəaliyyətə başladı

    Martın 24-də Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı (covid19fund.gov.az) fəaliyyətə başlayıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Saytda Fondun məqsədləri və vəsaitindən istifadə istiqamətləri haqqında məlumat verilir. Sayt vasitəsilə fiziki və hüquqi şəxslər Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirə bilər. Buradan Fonda edilmiş ianələr və ianəçilər barədə məlumat almaq da mümkündür.
    Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək saytın idarəetməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən həyata keçirilir.

    Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılıb. Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

  • Президент Ильхам Алиев призвал граждан Азербайджана поддержать врачей в борьбе с коронавирусом

    Хочу еще раз поблагодарить азербайджанских врачей. Они действительно проявляют настоящий героизм, подвергают риску свои жизни, здоровье, но с честью выполняют профессиональный долг.

    Об этом сказал в интервью AzTV Президент Азербайджана Ильхам Алиев на открытии жилого комплекса в поселке Говсан.

    Глава государства призвал всех граждан Азербайджана поддержать врачей в борьбе с коронавирусом.

    Президент также обратился к инфицированным COVID-19.

    “Обращаюсь в том числе к заразившимся этой болезнью людям. Мы, конечно же, понимаем, что на их физическом и психологическом состоянии сказалось это заболевание. Рекомендовал бы им с пониманием отнестись к работе врачей”, – сказал Ильхам Алиев.

  • İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi

    “Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar, doğrudan da, böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər”.

    Bunu Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında AzTV-yə müsahibə verərkən deyib.

    Ölkə başçısı koronavirusla mübarizədə Azərbaycanın bütün vətəndaşlarını həkimlərə dəstək olmağa çağırıb. Prezident Azərbaycanda koronavirusa yoluxmuş insanlara da çağırış edib.

    “O cümlədən, bu xəstəliyə yoluxmuş insanlara da, – biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, – müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”, – deyə Prezident əlavə edib.

  • Фонд Гейдара Алиева перечислил полмиллиона манатов на борьбу с коронавирусом

    Фонд Гейдара Алиева перечислил 500 000 манатов в Фонд поддержки борьбы с коронавирусом в качестве содействия мерам, принимаемым государством по предотвращению широкого распространения инфекции в Азербайджане.

    Также Фонд Гейдара Алиева оказал помощь ряду учреждений, находящихся под его опекой.

    По поручению Первого вице-президента Азербайджана, президента Фонда Гейдара Алиева Мехрибан Алиевой, в рамках мер по борьбе с коронавирусом фонд предоставил дезинфицирующие средства, маски и другие защитные средства детским домам и яслям, школам-интернатам, учреждению по социальному обслуживанию лиц, достигших пенсионного возраста, Детскому психоневрологическому центру, а также учреждениям психоневрологической социальной службы в Баку и регионах.

    Также была проведена дезинфекция перечисленных учреждений, оказана необходимая организационная поддержка для применения правил оперативного штаба при Кабинете министров Азербайджана и режима социальной изоляции.

    Напомним, ранее с целью поддержки работы оперативного штаба, созданного при Кабинете министров Азербайджана для предотвращения распространения коронавируса на территории страны, Фондом Гейдара Алиева из разных государств были доставлены медицинские принадлежности.

    Специальные медицинские маски, перчатки, защитные очки, медицинская одежда и дезинфицирующие средства переданы в соответствующие медучреждения.

  • Heydər Əliyev Fondu yarım milyon manatlıq yardım etdi

    Heydər Əliyev Fondu Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat vəsait köçürüb.

    Bununla yanaşı, Heydər Əliyev Fondu daim öz himayəsində saxladığı bir sıra müəssisələrə koronavirusla mübarizə sahəsində dəstək göstərib. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakıda və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsinə, Uşaq Psixonevroloji Mərkəzinə, eləcə də Bakıdakı və regionlardakı psixonevroloji sosial xidmət müəssisələrinə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb, qeyd olunan müəssisələr dezinfeksiya edilib, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib.

    Bununla yanaşı, virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

    Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən buna qədər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın işinə dəstək olaraq müxtəlif tibb müəssisələrinə maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr verilib və bu istiqamətdə yardımlar davam edir.

  • Sosial şəbəkədə yayılmış kadrlarla bağlı Yol Polisindən açıqlama – VİDEO

    Bakıda sürücü maska taxmayan və əlcək geyməyən yol polisinə etiraz edib.

    Hadisəni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

    Yol polisi avtomobili saxlayaraq, sürücüdən sənədlərini təqdim etməyi tələb edib. Sürücü isə polisin maska və əlcəkdən istifadə etməməsinə etiraz edərək, avtomobilin şüşəsini endirməkdən imtina edib:

    “Mən bilmirəm, bəlkə sən xəstəsən? Vaqif Əsədov deyib ki, maska və əlçəkdən istifadə məcburidir”.

    Polis əməkdaşı isə bunun məcburi olmadığını deyib.

    Məsələ ilə bağlı Oxu.Az Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. O, belə bir açıqlama vermədiyini bildirib:

    “Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinin qərarına əsasən, bütün qurumlar, nazirliklər qabaqlayıcı tədbirləri daha da gücləndirib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də əməkdaşlarına tövsiyə xarakterli müraciət edərək, tibbi maska və əlcəklərdən istifadə etmələrini xahiş edib. Burada heç bir məcburiyyət və rəsmi qərar yoxdur. Mən belə açıqlama verməmişəm. İdarə əməkdaşları da bütün yoxlamalardan keçib. Hər gün mütəmadi olaraq, idarədə dezinfeksiyaedici məhlullardan istifadə edilir. Necə ola bilər ki, xəstə əməkdaş iş başında olsun?

    Həmin vətəndaş şəxsi mənafeyi xətrinə polisin fəaliyyətinə kölgə salmağa çalışıb. Bu, hazırlanmış “ssenaridir”. Ölkə ərazisində koronavirusla bağlı bu qədər ciddi vəziyyət davam edərkən, vətəndaşların məsələyə qeyri-ciddi yanaşması təəssüf doğurur. Yol polisinin fəaliyyətinə qarşı əsassız etiraz və təxribat xarakterli videonun çəkilməsi, sosial şəbəkədə paylaşılmasının nəyə xidmət etdiyini anlaya bilmirəm. Yəqin ki, həmin şəxs barəsində aidiyyəti orqanlar tərəfindən tədbir görüləcək”.

    Bununla yanaşı, V.Əsədov yol polisi əməkdaşlarının nöqsanları barədə sosial şəbəkədə paylaşım edilməsini müsbət qiymətləndirib:

    “Bəzən sosial şəbəkələrdə yol polisi əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirərkən yol verdiyi nöqsanlar ictimailəşdirilir. Təbii ki, əsaslı iddialar olan məqamlar tərəfimizdən araşdırılır və problemlər aradan qaldırılır. Lakin bu cür əsassız iddialarla yol polisinin fəaliyyəti ilə bağlı paylaşım edilməsi yolverilməzdir”.
    /oxu.az/

  • Qaradağın icra başçısı cəzalandırıldı

    Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirə keçirilib.

    “Report”un əldə etdiyi məlumata görə, müşavirə zamanı bildirilib ki, ölkə rəhbərliyinin tapşırığı və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq paytaxtda aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, liftlər xüsusi materiallarla dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

    Rayon icra hakimiyyəti başçıları qarşısında kollektiv mülkiyyətdə olan Mənzil Tikinti Kooperativlərinin binalarında və rayon qəsəbələrində şəhər strukturlarının köməyi ilə dezinfeksiya işinin təşkil olunması məsələsi qoyulub.

    Müşavirə zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, dezinfeksiya tədbirləri bir neçə günlük nəzərdə tutulmayıb. Bu işlər davamlı xarakter daşımalı və hər bir qurum buna hazır olmalıdır. Eldar Əzizov bildirib ki, dövlət başçısının dəstəyi nəticəsində bu gün şəhər kommunal strukturlarında maddi-texniki təminat, texnika və maliyyə təminatı baxımından heç bir problem yoxdur.

    Müşavirə zamanı mart ayının 23-ü şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə dezinfeksiya işlərinin aparılması ilə bağlı monitorinqlər aparıldığı bildirilib. Nəticələrdə şəhərin mərkəzində və mərkəzə bitişik ərazilərində qarşıya qoyulan vəzifələrin əsasən icra olunduğu qeyd olunsa da, bir sıra ərazilərdə ciddi nöqsanların mövcud olduğu vurğulanıb. Belə ki, Qaradağ rayonu təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, bu işlər Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunmuş və qarşıya qoyulan vəzifələr lazımi səviyyədə təşkil olunmayıb. Müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.

    Tədbir zamanı Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və digər şəhər strukturlarına Qaradağ rayonunda aparılan dezinfeksiya işlərində yaxından kömək etmək tapşırılıb. Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

    Müşavirədə qeyd olunan nöqsanlardan nəticə çıxarılmasının, verilən tapşırıqların icrasına kadrların məsuliyyətinin artırılmasının vacibliyi bildirilib və bu sahədə işlərin gücləndirilməsi üçün əlavə tədbirlər planı müzakirə edilib.

  • Qod Nisanov da Prezidentin çağırışına qoşuldu

    Koronavirus pandemiyasının bütün dünya üçün böyük təhlükə olduğu indiki mürəkkəb vaxtda ölkə rəhbərliyinin vətəndaşların sağlamlığını və Vətənin həyati vacib maraqlarını qorumağa yönəlmiş səylərini dəstəkləmək çox vacibdir.

    Bu çətin anlarda Prezident İlham Əliyevin çağırışına ölkəmizin biznes strukturları fövqəladə həmrəylik nümayiş etdirirlər. Bu günlərdə yüzlərlə irili-xırdhbərliyinin çağırışı Azərbaycanın hüdudlarından kənarda da eşidilməkdədir. Dar gündə Vətəninə yardım əlini uzatmağa hazır olan soydaşımız – Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Fonda 2 000 000 manat vəsait köçürüb.

    Xatırladırıq ki, Koronavirusla Mübarizə Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.

  • “Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı

    В Баку приостановлены ярмарки сельскохозяйственной продукции “Из села в город”.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил пресс-секретарь ОАО “Аграрные закупки и снабжение” при Минсельхозе Маис Мусаев.

    “С 20 марта ярмарки закрылись. Точной информации о дате их возобновления пока нет”, – сказал он.

  • “Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırıldı

    “Kənddən şəhərə” yarmarkaları müvəqqəti dayandırılıb.

    Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin Mətbuat katibi Mayis Musayev məlumat verib.

    Onun sözlərinə görə, paytaxtın müxtəlif hissələrində təşkil olunan “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranıb:

    “Martın 20-dən etibarən yarmarkalar bağlanıb. Bu yarmarkaların nə zaman təşkil ediləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur”.

    Xatırladaq ki, “Kənddən şəhərə” Bahar yarmarkaları aşağıdakı ünvanlarda keçirilirdi:

    Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi;

    Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yanı;

    Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B

    Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi.

    Könül Cəfərli