Month: March 2020

  • Nazirlər Kabineti: Bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq

    “Mart ayının sonunadək, təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacaq”.

    “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    “Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır. Son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min tibbi maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, deyə İ. Məmmədov bildirib.

  • Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət etdi

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.

    Ombudsman Aparatından “Report”a verilən məlumata görə, müraciətdə deyilir:

    “Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!

    Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur.

    Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir.

    Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir.

    Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

    Əziz həmvətənlər!

    Azərbaycan Respublikasında müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması və əhalinin, o cümlədən həssas qruplardan biri kimi yaşlı insanların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədinə xidmət edir. Ona görə də hər bir şəxsi, bütövlükdə əhalini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, təklif və tövsiyələrinə qeyd-şərtsiz əməl edərək evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırır, yeni növ koronavirus üçün xarakterik simptomları hiss edən şəxslərə aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) zəng etməyi tövsiyə edirəm.

    İnanıram ki, əhalinin hazırkı vəziyyətdə maksimum məsuliyyətli olması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməsi nəticəsində bu sınaqdan uğurla çıxacağıq.

    Əlavə olaraq bildiririk ki, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, facebook, habelə qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə bizə müraciət edə bilərsiniz”.

  • Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı

    Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqlənib.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

    Bununla da koronavirusa yoluxanların sayı 70 nəfərə çatıb. Pasiyentlərin 9-u sağalıb.

    Qeyd olunub ki, hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

  • Какую продукцию разрешено продавать на ярмарках?

    В Азербайджане на ярмарках может продаваться только сельскохозяйственная продукция, качество и безопасность которой отвечает требованиям нормативно-правовых актов по пищевой безопасности, имеющая документальное подтверждение происхождения и качества, произведенная зарегистрированными субъектами (за исключением семейных сельских хозяйств, годовой оборот которых установлен соответствующим органом исполнительной власти).

    Об этом говорится в методической директиве Агентства пищевой безопасности по профилактике коронавируса на предприятиях, занимающихся торговлей продовольственной продукции – объектах оптовой и розничной продажи, рынках, ярмарках и других, сообщает во вторник Trend со ссылкой на агентство.

    Кроме того, организатор ярмарки должен обеспечить ее площадью в соответствии с правилами и нормами ветеринарных, фитосанитарных, санитарно-эпидемиологических и экологических требований.

    Организатор ярмарки должен обеспечивать регулярную очистку, уборку, мытье и дезинфекцию территории, где проводится ярмарка, прилавков, переносных средств.

    Территория, где проводится ярмарка, до организации продажи и после нее, должна быть продезинфицирована.

  • Oqtay Şirəliyev: “Daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər”

    “Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik”.

    “Report” xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də Günün nəbzi verilişində çıxışı zamanı deyib.

    Nazir bildirib ki, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı: “Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq.

    Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz”.

  • Hikmət Hacıyev: “Karantin sanatoriya deyil”

    Hər məsələyə obyektiv baxmaq lazımdır. Karantin sanatoriya deyil. Heç kim elə qəbul etməsin ki, karantinə istirahətə gəlib, onun üçün pulsuz turizm imkanları yaradılıb”.

    Bunu Azərbaycan Televiziyasının (AzTV) “#Evdəqal” verilişində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkələrdə karantin şəraitindən narazılıq edənlərə cavab olaraq söyləyib.

    Prezidentin köməkçisi bildirib ki, koronavirus qlobal bəladır: “Bəzi dövlətlər bunu qlobal müharibə kimi xarakterizə edirlər. Bu, elə bir müharibədir ki, burada düşmən görünmür, döyüşçüləri, əsgərləri həkimlərdir, tibb işçiləridir. Bunun qarşısında dünyanın aparıcı dövlətləri acizdirlər. Belə olan halda vətəndaşların hər bir məsələdə bəhanə axtarmaları, problem axtarmaları düzgün deyil. Dövlət bütün lazımi addımlar atır, əhalinin sağlamlığının qorunması üçün tədbirlər görür. Ona görə də, əsassız tənqidlərdən uzaq dayanmalıyıq, məsuliyyətli olmalıyıq, dövlətimizin yanında olub, görülən işləri dəyərləndirməliyik. Görün nə qədər insan həyatını risk altında qoyur. Vətəndaşlarımızın xaricdən gətirilməsi, burada karantinə alınmasında iştirak edən insanlar var. Təyyarə pilotlarından, bələdçilərindən tutmuş, orada fəaliyyət göstərən diplomatlara, buradakı həkimlərə qədər, hamısı həyatını risk altına qoyur. Bunu dəyərləndirmək lazımdır. Əhalimizin mütləq əksəriyyəti bunu təqdir edir”.

  • Qocanın üzünə zorla maska taxıb, başına odekolon tökdülər – VİDEO

    Sosial mediada yayılan bir video istifadəçilər tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Görüntülərdə yaşlı kişini yolundan saxlayan gənclərin onun üzünə maska taxaraq başına odekolon tökdüyü görünür.

    “HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyədə baş verib.

    Görüntülərdə “viruslu birini tapdıq” deyən şəxs ondan aralanmaq istəyən qocanı zorla saxlayır, “virusa yoluxmaya qarşı fövqəladə müdaxilə komandası gəldi” deyərək, ona qarşı təhqiredici hərəkətlər edir. Sonra isə “heç kimə yoluxmadan birbaş xəstəxanaya” deyərək, yaşlı adamı yola salırlar.

    Kadrlar sosial mediada yayıldıqdan sonra gənclərin hərəkəti istifadəçilər tərəfindən kəskin tənqid olunub.

    Qocanın təhqir olunduğunu bildirən istifadəçilər asayiş keşikçilərinə müraciət edərək, şübhəlilərin saxlanılmasını tələb ediblər.

  • В Испании за сутки от коронавируса умерли более 500 человек

    Число зафиксированных случаев коронавирусной инфекции в Испании приблизилось к 40 000, сообщает RT со ссылкой на Минздрав страны.

    По состоянию на 24 марта, коронавирус выявлен у 39 673 пациентов.

    С начала эпидемии умерли 2 696 человек, из них за последние сутки – 514.

    Состояние 2 600 пациентов оценивается как тяжелое, выздоровели 3 800 человек.

  • İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan öldü

    İspaniyada bir gündə 500-dən çox insan koronavirusdan ölüb.

    RT ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, İspaniyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 40 minə yaxınlaşıb.

    Martın 24-nə olan məlumata görə, 39,673 xəstədə koronavirus aşkar edilib.

    Virus yayılmağa başlayandan İspaniyada 2696 nəfər ölüb, onlardan 514 nəfəri son 24 saatda həyatlarını itirib.

    2 600 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 3 800 nəfər isə xəstəlikdən sağalıb.

  • DİN-dən Azərbaycandakı karantinin ilk günü ilə bağlı son məlumatlar: Yaşlılara xəbərdarlıq edildi – FOTO/VİDEO

    Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilməkdədir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilib.

    Qeyd edək ki, bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə olunub.

    DİN-dən verilən məlumata görə, qeyd olunan göstərişin icra edilməsi məqsədi iə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib. Həmin şəxslərə Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.

    Bundan sonra yaşı 65-dən yuxarı şəxslər polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.