Month: March 2020

  • Bakıda virusdan qorxan kişidən gözlənilməz hərəkət – VİDEO

    Son günlər koronavirus epidemiyasının yayılması ilə bağlı edilən çağırışlara fərqli reaksiyalar olub.

    Bakıda lifti çağırmaq istəyən kişi özünün təmizliyi üçün ayaqlarından istifadə edib.

    Belə ki, o, əllərini dezinfeksiya edəndən sonra lifti ayağı ilə çağırıb. Liftə daxil olduqdan sonra isə öz “qaydasına” uyğun olaraq qalxacağı mərtəbənin düyməsini ayağı ilə basıb.

  • В Азербайджане за год усыновили сотни детей

    По данным Министерства юстиции Азербайджана, в 2019 году в стране усыновили 660 детей – 345 мальчиков и 315 девочек. Также иностранцы и лица без гражданства усыновили 14 детей, в том числе восемь девочек.

    Об этом сообщили в Госкомстате.

    По сравнению с предыдущим годом, число усыновленных мальчиков сократилось на 14,2%, девочек – на 9,7%.

    Из общего числа усыновленных в прошлом году 175 – дети младше одного года, 296 – в возрасте 1-5 лет, 115 – 6-10 лет, 74 – 11-17 лет.

  • Ötən il Azərbaycanda 660 uşaq övladlığa götürülüb

    2019-cu ildə Azərbaycanda övladlığa götürülən uşaqların sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il 345-i oğlan, 315-i qız olmaqla, ümumilikdə 660 uşaq, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla, 14 uşaq övladlığa götürülüb.

    2018-ci illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb.

    Məhkəmələr tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq, 82 hal təşkil edib.

    2019-cu ildə övladlığa götürülən uşaqlardan 175-i 1 yaşadək, 296-sı 1-5 yaş, 115-i 6-10 yaş, 74-ü isə 11-17 yaş arasında olub.

  • В Баку из магазинов похищены продукты питания и сигареты

    Кража на 1 000 манатов совершена из магазина, расположенного в Бинагадинском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    29 марта в поселке Баладжары неизвестные, взломав замок, проникли в магазин, принадлежащий Эльшану Алекперову (1969 г.р.), и вынесли оттуда продукты питания на 1 000 манатов. Кроме того, из кассы похищено 60 манатов.

    В Низаминском районе аналогичным способом обворовали магазин Арифа Акперова (1976 г.р.), расположенный на улице Нахчыванского. Неизвестный похитил табачные изделия на 700 манатов.

    Отметим, что пока по данным фактам задержанных нет. В этом направлении ведется работа.

  • Bakıda mağazadan ərzaq və siqaret oğurladılar

    Bakının Binəqədi rayonunda yerləşən mağazadan min manat məbləğində oğurluq edilib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    Martın 29-da Biləcəri qəsəbəsində naməlum şəxslər 1969-cu il təvəllüdlü Elşən Ələkbərova məxsus mağazanın qapısının kilidini açaraq ora daxil olub, min manat dəyərində ərzaq məhsulları, kassadan 60 manat oğurlayıblar.

    Nizami rayonu, Naxçıvani küçəsində yerləşən, 1976-cı il təvəllüdlü Arif Əkbərova məxsus mağaza da oxşar şəkildə qarət edilib. Naməlum şəxslər mağazadan 700 manatlıq tütün məhsulları oğurlayıb.

    Qeyd edək ki, indiyə qədər bu faktlarla bağlı həbs olunanlar yoxdur. Bu istiqamətdə araşdırmalar davam etdirilir.

  • Назван срок демобилизации военнослужащих ВС Азербайджана

    С учетом требований объявленного в Азербайджане особого карантинного режима, в том числе и прекращения транспортного сообщения между городами и районами, процесс демобилизации военнослужащих срочной действительной военной службы в ВС планируется осуществить с 20 по 25 апреля.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в пресс-службе Министерства обороны.

    Оборонное ведомство организует маршруты для перевозки увольняемого в запас личного состава армии и в течение этого времени на своих транспортных средствах доставит военных по месту их жительства.

    Также отмечается, что продление Милли Меджлисом (парламентом) срока призыва на действительную военную службу до 31 мая не окажет никакого влияния на боеспособность армии.

  • Xidmət müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq – RƏSMİ + VİDEO

    Ölkə ərazisində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

    Median.Az xəbər verir ki, qəbul edilən qərarlar çərçivəsində nazirliklər və aidiyyəti orqanlarda xüsusi iş qrafikləri təyin olunub.

    Mövcud vəziyyətlə bağlı Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

    Nəzərə alaq ki, məktəblərin nə zaman başlayacağı və təhsil müddətinin nə zaman bitəcəyi vaxt bəlli deyil. Eyni zamanda, hərbi xidmətə çağırış müddəti də mayın 31-dən uzadılıb.

    Bu vəziyyət Azərbaycan ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilərmi?

    Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir:

    “Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

    Məlumatda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə də aydınlıq gətirilib:

    “Xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla, ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

    Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq”.

  • İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

    İsraildə COVID-19 pandemiyasından ölənlərin sayı 18 nəfərə çatıb, 4 831 şəxs virusa yoluxub.

    Ynetnews.com xəbər verir ki, ötən gün vəfat edən iki nəfər koronavirus xəstəsi İsrailin “Tel-a-Şomer” kliniki mərkəzində müalicə alırdı.

    İsrail Səhiyyə Nazirliyinin son məlumatına əsasən, hazırda 83 xəstənin vəziyyəti ağırdır. Sağalan 163 nəfər isə evə buraxılıb.

    Rəsmilər virusa yoluxanların əksəriyyətinin ultraortodoksal icmaların üzvləri olduğunu elan edəndən sonra İsrailin hüquq-mühafizə orqanlarının əməkdaşları sinaqoqlarda və ultraortodoksalların yaşadıqları məhəllələrdə reydlər keçirib.

    Təhlükəsizlik qaydalarını pozan üç nəfər saxlanılıb.

  • Снят фильм, посвященный Дню геноцида азербайджанцев – 31 марта – ВИДЕО

    Центр документальных и образовательных фильмов азербайджанской армии снял фильм о 31 марта – Дне геноцида азербайджанцев.

    Фильм размещен на сайте Министерства обороны Азербайджана.

  • Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film hazırlayıb – VİDEO

    Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sənədli film hazırlayıb.

    Filmdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qəddarlıq və vəhşiliklərdən bəhs olunur.

    Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin istehsalı olan ekran işində hələ 1905-1907-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı qanlı aksiyalar həyata keçirdikləri diqqətə çatdırılır.

    Filmdə erməni quldurlarının azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini dağıtdığına dair görüntülər də yer alıb.

    Ekran işində tarixi kadrlardan istifadə olunub, eləcə də, mütəxəssislərin ermənilərin törətdiyi vəhşilik faktları barədə fikirləri əksini tapıb.

    Film Quba Soyqırımı Memorial Kompleksində lentə alınıb.