Month: March 2020

  • Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? – AÇIQLAMA

    Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur.

    Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub.

    Məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin Mətbuat Katibi Tamam Bayatlı Oxu.Az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib:

    “Sosial şəbəkədə yayılan görüntüləri izləmişik. Görüntülər BP-nin binasına aid deyil. BP-nin binasında belə bir hadisə baş verməyib.

    5 minə yaxın əməkdaşımız var. Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarına uyğun olaraq, əməkdaşlarımızın sağlamlıqlarını qorumaq məqsədilə bütün zəruri tədbirlər görülür. Bu məsələ tərəfimizdən araşdırılacaq. Araşdırmanın nəticəsindən asılı olmayaraq bildirmək istəyirəm ki, biz bu cür davranışı düzgün hesab etmirik”.

  • МИД: Азербайджан никогда не смирится с оккупацией своих земель

    МИД Азербайджана распространил заявление в связи с так называемыми “выборами” в Нагорном Карабахе.

    Как передает Median.Az со ссылкой на МИД, в связи с планами Армении провести 31 марта 2020 года так называемые “выборы” на оккупированных азербайджанских территориях МИД Азербайджана заявляет следующее:

    “На фоне продолжающейся военной оккупации и этнической чистки на азербайджанских территориях со стороны Армении проведение так называемых “выборов” на оккупированных территориях Азербайджана представляет собой явное нарушение Конституции АР, а также норм и принципов международного права, включая Устав ООН, Хельсинский заключительный акт СБСЕ 1975 года и соответствующие резолюции Совбеза организации, следовательно, не имеет юридической силы.

    Незаконный режим, установленный Арменией на оккупированных территориях Азербайджана, в конечном итоге является ничем иным, как продуктом агрессии, этнической чистки и расовой дискриминации; он находится под руководством и контролем Армении.

    Международное сообщество неизменно и самым решительным образом осуждает применение военной силы против Азербайджана и последующую оккупацию его территорий. В 1993 году Совет Безопасности ООН принял резолюции за №№ 822 (1993), 853 (1993), 874 (1993) и 884 (1993), осуждающие оккупацию территорий Азербайджана и вновь подтверждающие уважение суверенитета и территориальной целостности АР, неприкосновенность ее международно признанных границ. В этих резолюциях Совет Безопасности также подтвердил, что Нагорно-Карабахский регион является неотъемлемой частью Азербайджана, и потребовал немедленного, полного и безоговорочного вывода оккупационных сил со всех оккупированных азербайджанских территорий. Прочие международные организации также заняли аналогичную позицию.

    Соответственно, международное сообщество недвусмысленно и последовательно отвергло все предыдущие “выборные” шоу, “продирижированные” Арменией на оккупированных территориях Азербайджана, и тем самым свело на нет любые предлоги, которые Армения цинично использует для оправдания своего очевидного неуважения к международному праву, суверенитету и территориальной целостности АР, а также правам человека изгнанного населения оккупированных территорий.

    Выборы в Нагорно-Карабахском регионе Азербайджанской Республики могут быть проведены лишь в рамках Конституции АР и с участием всего населения региона. Проведение любых выборов станет возможным только после вывода армянских оккупационных сил с захваченных ими территорий, возвращения изгнанного азербайджанского населения в родные места, а также восстановления диалога и сотрудничества между армянской и азербайджанской общинами Нагорного Карабаха.

    МИД вновь заявляет, что урегулирование армяно-азербайджанского нагорно-карабахского конфликта возможно только на основе суверенитета и территориальной целостности Азербайджана и в пределах его международно признанных границ. Военная оккупация территории Азербайджана не является решением проблемы, и любая попытка навязать свершившийся факт, в том числе посредством организации фиктивных “выборов”, никогда не приведет к желаемым Арменией политическим результатам. Азербайджан никогда не смирится с оккупацией своих международно признанных территорий”.

  • Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı

    Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yayıb.

    Ermənistan Respublikasının 2020-ci ilin 31 martda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər” keçirməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aşağıdakıları bildirir:

    “Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən, BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan, heç bir hüquqi qüvvəyə malik deyildir.

    Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrı-seçkiliyin nəticəsidir; o, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır.

    Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edib.

    Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe sərgiləyiblər.

    Müvafiq olaraq, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi “seçki” şoularını birmənalı şəkildə və ardıcıl olaraq rədd edib və beləliklə, Ermənistanın beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə, habelə işğal olunmuş ərazilərdən didərgin salınmış əhalinin insan hüquqlarına hörmətsizliyini əsaslandırmaq üçün istifadə etdiyi hər hansı bəhanələri açıq şəkildə etibarsız sayıb.

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin, bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq”.

    Nazirlik bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür:

    “Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və saxta “seçkilər”in təşkili də daxil olmaqla, baş vermiş faktı (fait accompli) qəbul etdirmək cəhdi nə Ermənistanın arzuladığı siyasi nəticəyə gətirib çıxaracaq, nə də bu ölkə üçün müsbət perspektiv gətirəcək. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaq”.

  • Bakıda oğurluqda şübhəli bilinən üç qardaş tutuldu

    Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində dörd mağazadan dörd ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və iki qardaşı saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

    Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində dörd mağazadan dörd ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və iki qardaşı saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.

  • Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi – RƏSMİ

    В Азербайджане, несмотря на введение особого карантинного режима в связи с предотвращением распространения коронавируса COVID-19, владельцы ряда объектов общепита в городах и районах республики, а также в Баку продолжают нарушать режим.

    Как говорится в сообщении пресс-службы МВД, за прошедшие сутки сотрудники полиции выявили 36 таких объектов, в том числе 20 на территории столицы.

    Владельцам, нарушившим правила карантинного режима, были назначены административные штрафы.

    В то же время два гражданина были привлечены к ответственности за распространение в социальных сетях дезинформации о коронавирусе. Один из нарушителей был предупрежден, другой ввиду наличия проблем с психикой помещен в психиатрическую больницу.

    Кроме того, за минувшие сутки 333 человека были привлечены к уплате административного штрафа за нарушение противоэпидемического режима и попытки незаконного прохождения полицейских постов, организованных в городах и районах республики.

  • Azərbaycanda koronavirusla bağlı əhalini təşvişə salan şəxs psixiatriya xəstəxanasına yerləşdirildi – RƏSMİ

    Ölkə ərazisində koronavirus infeksiyası ilə əlaqədar zəruri sosial izolyasiya tədbirlərinin tətbiqi davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, buna baxmayaraq, respublikanın bəzi şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakıda ayrı-ayrı iaşə müəssisələrinin sahibləri müvafiq obyektlər üçün müəyyən edilmiş iş rejimini pozmaqla fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər.

    Həyata keçirilən nəzarət tədbirləri ilə həmin obyektlər və onların sahibləri müəyyən edilir, barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Belə ki, martın 30-dan 31-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 36, o cümlədən, Bakı şəhərində 20 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Onların hər birinin sahibi inzibati qaydada cərimə edilib.

    Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə əhalinin təşvişinə səbəb ola biləcək dezinformasiya xarakterli məlumatlar yaydığına görə iki nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan bir nəfərə xəbərdarlıq edilib, bir nəfər isə əqli cəhətdən qüsurlu olduğu üçün psixiatriya xəstəxanasına yerləşdirilib.

    Ötən gün ərzində epidemiya əleyhinə rejimi pozduqlarına, həmçinin, respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə görə 333 nəfərə inzibati cərimə tətbiq edilib.

  • Завтра в Азербайджане будет дождливо

    Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовал прогноз погоды в Азербайджане на 1 апреля.

    В Баку и на Абшеронском полуострове прогнозируется погода без осадков, переменная облачность, утром – туман, умеренный южный ветер, к ночи возможен небольшой дождь.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 8-11, днем – 14-19, в Баку ночью – 9-11, днем – 16-18 градусов тепла.

    Атмосферное давление составит 760 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В ряде районов Азербайджана завтра днем прогнозируются дожди, в горах – снег, ночью и утром – местами туман, восточный ветер.

    Температура воздуха составит ночью 7-11, днем – 16-21, в горах ночью – 0-4, днем – 4-8 градусов тепла.

  • Aprelin ilk gününə gözlənilən hava şəraiti açıqlandı

    Aprelin ilk gününə Azərbaycanda gözlənilən hava proqnozu ilə bağlı məlumat açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Aprelin 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq arabir yağış yağacağı gözlənilir.

    Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

  • Bakıda oğurluqda şübhəli bilinən dayə tutuldu

    Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

    Martın 28-də Xətai Rayon Polis İdarəsinə (RPİ) rayonun “Sovxoz” küçəsində yerləşən evlərdən birindən naməlum şəraitdə üç min manat oğurlanması ilə bağlı məlumat daxil olub.

    Məlumat əsasında Xətai RPİ-nin 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini – 1973-cü il təvəllüdlü S.Nəsirova saxlanılıb.

    Aparılan araşdırma zamanı məlum olub ki, 47 yaşlı qadın oğurluq etdiyi evdə dayə kimi çalışırmış.

    Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
    /oxu.az/

  • В Баку мужчина вызвал лифт необычным способом, чтобы не подхватить коронавирус – ВИДЕО

    Каждый защищается от коронавируса, как может.

    В Баку мужчина с этой целью вызвал лифт ногой.

    При этом он продезинфицировал свои руки, а потом ногой нажал на кнопку вызова лифта.

    В кабине он вновь повторил этот трюк, чтобы нажать на кнопку нужного ему этажа.